Əsma Sultan (21 mart 1873, İstanbul – 22 oktyabr 1899, İstanbul) — 32-ci Osmanlı padşahı Əbdüləzizin qızıdır.
Əsma Sultan | |
---|---|
إسما السلطان | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 21 mart 1873 |
Doğum yeri | |
Vəfat tarixi | 22 oktyabr 1899 (26 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Atası | Əbduləziz |
Anası | Gövhəri Qadınəfəndi |
Həyat yoldaşı | Şahaplı Çərkəz Mehmed Paşa |
Ailəsi | Osmanlı xanədanı |
Əsma Sultan 1873 tarixində Dolmabağça Sarayında dünyaya gəlmişdir. Anası Gövhəri Qadınəfəndidir. Hələ 3 yaşında ikən atası devrilərək öldürülmüş, II Əbdülhəmid taxta oturmuşdur. Bundan sonrakı həyatını II Əbdülhəmidin Ulduz Sarayındakı hərəmində keçirmişdir. İlk təhsilini 1879-cu ildə qardaşları Seyfəddin Əfəndi və Şövkət Əfəndi, eləcə də Sultan Əbdülhəmidin övladları Səlim Əfəndi və Zəkiyə Sultanla birlikdə İhlamur sarayında almağa başladı. 1889 tarixində Şahaplı Çərkəz Mehmed Paşa ilə evləndirilmişdir. 1899 tarixində beşinci övladını dünyaya gətirərkən vəfat etmişdir.[1]