Orta platonizm

Orta platonizm — Platon Akademiyasının dürdünçü tarixi mərhələsidir. Bu mərhələ m.ö. 87 ildə Qədim Akademiyanın bağlanmasından sonra başlamış və yeni-platonçuluğun yaranmasına qədər sürmüşdür.

Antik fəlsəfə
Yunan fəlsəfəöncəsi dövrü
(e. ə. VII yüzilliyə qədər)

Orfizm  • Homer  • Hesiod  • Ferekid  • Yeddi yunan müdriki  • Epixarm

Qədim yunan fəlsəfəsi
(e. ə. VII–IV yüzilliklər)
Müstəqil filosoflar
Heraklit  • Anaksaqor  • Empedokl
Qədim yunan atomçuları
Levkipp  • Demokrit
Sofistlər

"Böyük" sofistlərProtaqor  • Prodikus  • Qorqias  • Hippias

"Kiçik" sofistlərTrasimaxus  • Likofron  • Kritius  • Alkidamas
Ellinizm dövrünün fəlsəfəsi
(e. ə. IV–I yüzilliklər)
Qədim Roma dövrünün fəlsəfəsi
I–V yüzilliklər
Stoaçılıq

Seneka  • Epiktet  • Mark Avreli  • Siseron

Orta platonizm
Alkinous  • Apuleyus  • Qalen  • Plutarx  • Maksim  • Filon  • Selsus  • Teon
Neoplatonizm

Roma məktəbi → Ammonius Sakkas  • Plotin  • Porfirius  • Amelius
Apameya məktəbi → Yamblix  • Sopater
Perqama məktəbi → Sallustius  • Yulian Avqust
Afina məktəbi → Afinalı Plutarx  • Proklus  • Marinus  • Simplikius  • Damaskius

İskəndəriyyə məktəbi → Hierokles  • Hipatiya  • İoann Filoponus
Antik dini təlimlər

Qnostisizm  • Hermetizm  • Mitraizm
NeopifaqorçuluqApollonius  • Nikomaxus  • Numenius  • Moderatus

Erkən Xristian fəlsəfəsi

Klement  • Origen  • Avqustin Avrelius  • Boesius  • Saxta Dionisius Areopagit

Tarixi və təmimin əsasları

[redaktə | mənbəni redaktə et]

Arkesilausdan sonra akademiklər Platon təlimindən tədricən aralanmışdırlar. Karneadesdən sonra isə bu proses daha da dərinləşmişdir. M. ö. I yüzillikdə Qədim Akademiya eniş dövrünü yaşamışdır. Ancaq, sonra Platonun təliminə qayıdış və şübhəçilikdən aralanma dövrü başlanmışdır. Onu Akademiyanın Orta dövrü (m. ö. 80 – m. 200) adlandırırlar. Bununla da, platonizmin dördüncü mərhələsi başlamışdır.

Orta Akademiyanın filosoflarının təlimləri daha çox eklektik xarakter daşımışdır[1]. Onlar Platon məktəbinin təlimini Aristotelin, Pifaqorun, stoaçıların və başqalarının təlimləri ilə qarışıq şəkildə sərgiləyirdilər.

Əxlaq sahəsində akademiklər “Tanrıya bənzəmək” məqsədini güdmüşdürlər, bu da “ən yüksək ərdəm (xeyrə doğru yönəlmə)” kimi dəyərləndirilirdi. Fizika sahəsində təbiət və “İlk başlanğıc” münasibətləri problemi dualizm (ikilik)  və monizm (varlığın birliyi) çərçivəsində çözülürdü. Platon təliminə uyğun olaraq Orta Akademiya məktəbi iki tanrı” konsepsiyasını irəli sürmüşdür. Onlardan biri Haqq və ya Xeyir olandır, ancaq o uzaqlardadır və insanın məqsədi onu tapmaq və ona doğru yönəlməkdir. İkincisi isə Demiurqosdur. O dünyanın yaradıcısıdır.[2]

Bundan başqa, m. ö. I yüzillikdən başlayaraq orta platonçuluq fəlsəfəsinə monoteist dinlər olan Yəhudiliyin və Xristianlığın da təsiri olmuş, orada antik irslə monoteist ənənənin uzlaşdırılması cəhdləri müşahidə edilmişdir. Eyni zamanda, Akademik məktəbin nümayəndələri m. III yüzilliklərindən başlayaraq tədricən güclənən Xristianlığa qarşı da çıxış etmişdirlər. Müasir dini tənqidin əsasları məhz o zaman qoyulmuşdur.[2]

Qeyd etmək lazımdır ki, Orta Akademiyanın coğrafiyası da genişlənmişdir. Onun dərnəkləri təkcə Afinada deyil, həm də Apameya, Smirna və başqa şəhərlərdə fəaliyyət göstərmişdir.

Orta Akademiyanın birinci başçısı (skolarxı) Askalonlu Antioxus (yun. Άντίοχος ὁ Ἀσκαλώνιος, m. ö. 130 – 68) sayılır. Orta dövrün Akademiyasında yeni fikirlərlə çıxış edənlərdən biri İskəndəriyyəli Eudorus (yun. Εὔδωρος, m. ö. I yüzillik) olmuşdur. O, ilk dəfə mümkün qədər “Tanrıya bənzəyərək” həyat sürmək və bunu məqsəd kimi qarşıya qoymaq ideyası ilə çıxış etmişdir[3]. Evdorusun əsərləri zamanımıza çatmamışdır deyə, onun haqqında bilgilər azdır. daha sonra bu məktəbdənçoxlu tanınmış düşünürlər çıxmışdırlar.

Əsas nümayəndələri:

[redaktə | mənbəni redaktə et]
  • Aydın Əlizadə. Antik fəlsəfə tarixi (PDF). 3 saylı Bakı Mətbəəsi ASC. 2016. s. 202-204. ISBN 5-89968-061-X. 2016 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-08-16..
  • Aydın Əlizadə. Antik fəlsəfə tarixi (PDF). 3 saylı Bakı Mətbəəsi ASC. 2016. s. 202-204. ISBN 5-89968-061-X. 2016 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-08-16..
  • Dillon, John, M. (1977), The Middle Platonists, Ithaca: Cornell University Press.
  • Шичалин Ю. А. История античного платонизма. — М., 2000. — 448 с.

Xarici bağlantılar

[redaktə | mənbəni redaktə et]
  1. Eduard Zeller, Outlines of the History of Greek Philosophy. London: Longmans, Green, and Co, 1886, p. 305.
  2. 1 2 Средний Платонизм // Новая философская энциклопедия: В 4 тт. Arxivləşdirilib 2016-08-11 at the Wayback Machine М.: Мысль. Под редакцией В. С. Стёпина. 2001.
  3. Eduard Zeller, Outlines of the History of Greek Philosophy. London: Longmans, Green, and Co, 1886, p. 306.