Spevsippus (yun. Σπεὐσιππος, m. ö. 409 – 339) — qədim yunan filosofu, Platonun öyrəncisi ondan sonra Akademiyanın rəhbəri (skolarxı). Müxtəlif sahələr üzrə çoxlu əsərlərin müəllifi kimi tanınırdı[1]. Ancaq, həmin əsərlər bizim zamanımıza çatmamışdır.
Spevsippus | |
---|---|
Σπεὐσιππος | |
Doğum tarixi | e.ə. 407 |
Doğum yeri | |
Vəfat tarixi | e.ə. 339 |
Vətəndaşlığı | |
Dövr | Ellinizm |
İstiqaməti | Platonizm |
Vikianbarda əlaqəli mediafayllar |
Spevsippus Platonun ontoloji təlimində də əsaslı dəyişikliklər etmiş, onun ideyalarını rəqəmlərdə təsəvvür etmişdir[2]. Bununla da o, ideyaları inkar edirdi. Aristotel yazırdı ki, Platondan fərqli olaraq Speusippus şeylərin gözəlliyini onların başlanğıclarında görmürdü, çünki bu gözəlliklər onların özlərində müşahidə olunur[3].
Bütün rəqəmlərin başlanğıcı hər şeydən üstün olan Vahiddir. Platon fəlsəfəsində Vahid həm tanrı, həm də ərdəm kimi başa düşülürdü. Ancaq, Speusippusda o tam mənada nə tanrı, nə də ərdəmdir. Vahiddən başqa şeylərlə əlaqələndirilən rəqəmlər başlayır. Tanrını isə Speusippus Platonun Demuirqosunda görürdü, onu Əqllə eyniləşdirirdi.
Vahiddən fərqli olaraq maddi aləmdə hər şey çoxluqdadır[4]. Vahidlə çoxluğun ahəngi rəqəmlərdə əks olunur. Bunlar da Platonun ideyalarıdır. Rəqəmlər maddi təzahürlərdən və şeylərdən fərqli və transsendentaldır. Speusippusun rəqəmlər mistikası onu pifaqorçulara yaxınlaşdırırdı. Həmçinin, Platondan fərqli olaraq Speusippus hesab edirdi ki, duyğular vasitəsilə həqiqi biliyi əldə etmək mümkündür.
Spevsippus Platon təlimində düşüncə və duyğu arasında ziddiyyəti ortadan qaldırmaq istəmişdir. Onun fikrincə bəzi şeyləri duyğularla, başqalarını isə düşüncə ilə qavramaq mümkündür. Düşüncə ilə qavranılan şeylərin meyarı "elmi düşüncədir" (yun. επιστημονικόν). Duyğularla qavranılanların meyarı isə "elmi hissdir" (yun. αισθησις). Speusippus güman edirdi ki, "elmi hiss" həqiqətin açılmasında düşüncə ilə birlikdə fəaliyyət göstərir. Duyğu orqanları məşq vasitəsilə şeylərin arasındakı fərqi səhvsiz təyin edir. Məsələn, musiqiçi musiqidə ahəngi və ahəngsizliyi təbiətin vergisinə görə deyil, nəzəriyyəni öyrənib bilməsinə görə təyin edə bilir.[5]
Beləliklə, güman etmək olar ki, Speusippusa görə belə bir duyğularla duyulan gerçəklik vardır ki, onu "elmi hissi idrakla" dərk etmək olar. Bu gerçəklikdən başqa heç nə yoxdur. Ancaq, onun hər bir hissəciyi özünəməxsus şəkildə müəyyən bir riyazi qurumla bağlıdır.[6]
Aydın Əlizadə. Antik fəlsəfə tarixi (PDF). 3 saylı Bakı Mətbəəsi ASC. 2016. s. 198-199. ISBN 5-89968-061-X. 2016 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-08-16.