Nikomaxus (Gerasalı)

Gerasalı Nikomaxus (yun. Νικόμαχος ὁ Γερασένος, II yüzilliyin birinci yarısı) — Qədim Roma filosofu, yeni pifaqorçuluğun tanınmış nümayəndələrindən biri.

Nikomaxus
q.yun. Νικόμαχος Γερασηνός
Doğum tarixi təq. 60[1]
Vəfat tarixi təq. 120[1]
Fəaliyyəti riyaziyyatçı, musiqişünas, musiqi nəzəriyyəçisi, filosof
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Antik fəlsəfə
Yunan fəlsəfəöncəsi dövrü
(e. ə. VII yüzilliyə qədər)

Orfizm  • Homer  • Hesiod  • Ferekid  • Yeddi yunan müdriki  • Epixarm

Qədim yunan fəlsəfəsi
(e. ə. VII–IV yüzilliklər)
Müstəqil filosoflar
Heraklit  • Anaksaqor  • Empedokl
Qədim yunan atomçuları
Levkipp  • Demokrit
Sofistlər

"Böyük" sofistlərProtaqor  • Prodikus  • Qorqias  • Hippias

"Kiçik" sofistlərTrasimaxus  • Likofron  • Kritius  • Alkidamas
Ellinizm dövrünün fəlsəfəsi
(e. ə. IV–I yüzilliklər)
Qədim Roma dövrünün fəlsəfəsi
I–V yüzilliklər
Stoaçılıq

Seneka  • Epiktet  • Mark Avreli  • Siseron

Orta platonizm
Alkinous  • Apuleyus  • Qalen  • Plutarx  • Maksim  • Filon  • Selsus  • Teon
Neoplatonizm

Roma məktəbi → Ammonius Sakkas  • Plotin  • Porfirius  • Amelius
Apameya məktəbi → Yamblix  • Sopater
Perqama məktəbi → Sallustius  • Yulian Avqust
Afina məktəbi → Afinalı Plutarx  • Proklus  • Marinus  • Simplikius  • Damaskius

İskəndəriyyə məktəbi → Hierokles  • Hipatiya  • İoann Filoponus
Antik dini təlimlər

Qnostisizm  • Hermetizm  • Mitraizm
NeopifaqorçuluqApollonius  • Nikomaxus  • Numenius  • Moderatus

Erkən Xristian fəlsəfəsi

Klement  • Origen  • Avqustin Avrelius  • Boesius  • Saxta Dionisius Areopagit

Arifmetik ilahiyyat

[redaktə | mənbəni redaktə et]

O, daha çox riyazi məsələlərlə məşğul olmuş, rəqəm düzənini ilahiləşdirmiş, ona ilahiyyat məzmununu qazandırmışdır. Onun əsərlərindən biri "Arifmetik ilahiyyat" (yun. Θεολογούμενα ἀριθμητικῆς) adlanır . Orada Nikomaxus ona qədər olan rəqəmlərin mistik mənalarını verirdi. Kitabın birinci hissəsində birdən dördə qədər olan, ikincisində isə qalan rəqəmlər haqqında düşünülür.[2] Araşdırmaçılara görə, burada hər bir rəqəm əxlaqi, təbii və ilahi obrazlarla uyğunlaşdırılır, onların arasında qanunauyğunluqlar araşdırılırdı.[3]

Tanrı bir rəqəminə uyğundur, çünki ondan hər şey başlanır, həm də bir rəqəmi başqa rəqəmlərin əsasında durur. Ona görə də, ona uyğun olan Tanrı hər şeyin "əvvəli, ortası və sonudur".

İki rəqəmindən başlayaraq çoxluq başlanır. O materiyaya uyğunlaşdırılır və bir olan Tanrıya qarşı durur. Bütün ziddiyyətlər ikilidir: isti-soyuq, xeyir-şər, işıq-qaranlıq və s. Üç rəqəmində isə əvvəl, orta və son vardır. O hər şeyin tamlığının təcəssümüdür. Hətta canlılar üç cürdür: uçanlar, yeriyənlər və suda üzənlər. İnsanın yaşam dövrləri da üçdür: gənclik, yetkinlik və qocalıq. Tanrıya üç kərə dualar edilir və ümumiyyətlə hər şeyin üç dəfəsi ən mükəmməldir. Üç ahəng, barış və dostluqdur. O həm də bütün ziddiyyətləri bir-birinə yaxınlaşdırır.

Bu birinci üç rəqəm başqalarının əsasını təşkil edir. Bundan sonra gələnlər onların kombinasiyalarıdır. Kainat, kosmik təsəvvürlər, dairələrin bölgüsü dörd rəqəmində təcəssüm olunur. Bunların mahiyyətini anlamaq və onların üzərində riyazi hesablamalar aparmaq üçün onları xaç şəklində olan dörd hissəyə bölürlər. Bu bölgüyə əsasən elmlər arifmetika, həndəsə, harmoniya və astronomiya; canlılar isə məlaikələr, şər qüvvələr, diri canlılar və bitkilər olmaqla dördə bölünürlər. İnsanın da dörd hissəsi vardır: baş, bədən, əllər və ayaqlar.

Beş rəqəmində ilk cut və tək rəqəmlər (2 və 3) birləşir. O həm də on rəqəminə qədər olan ortadır. İki beşin cəmi ilk tamlıq olan ondur. Kainatın beş ünsürü vardır. Bunlar hava, od, su, torpaq və efirdir. Əxlaqda da beş rəqəmi ədalətin təcəssümüdür.

Altı rəqəmi birin, ikinin və üçün cəmindən, eləcə də ikinin üçə vurulmasından ibarətdir. Bu da kişi və qadın başlanğıcı, eləcə də evliliyin rəmzidir. Həm də altı iki əvvəli, ortası və sonu olan üçlüklərdən ibarətdir. Bu da kosmosun təcəssümüdür ki, Yaradan Tanrı onu altılıqla kamilləşdirir.

Yeddi rəqəminin özəllikləri çoxdur. Dörd yeddinin cəmindən kamil olan 28 rəqəmi yaranır. Bu da ay təqviminin günləridir. Antik dövrlərdə məlum olan və tanrılar kimi tanınan planetlərin sayı yeddi idi. Hərəkətlər də yeddidir: önə, arxaya, yuxarı, aşağı, sağa, sola və öz oxu ətrafında. Yeddi musiqi səsi (notlar) vardır. Yeddi yaşam dövrü vardır: uşaqlıq, gənclik, yetkinlik, kişilik, ahıllıq və qocalıq. Məhz yeddinci ayda uşaq doğulmaq üçün hazır olur. Toxum da yerə düşəndə təxminən yeddi günə bitməyə başlayır.

Səkkiz rəqəmi iki rəqəminin kubudur (2x2x2). Deməli, qütblülüklər və ziddiyyətlər olan 2 rəqəmi onun əsasında durur. Bu isə həm sevginin, həm də doğuluşun əlamətidir. Səkkizlik göydə də özünü göstərir, çünki ulduz dairələri də səkkizdir.

Doqquz rəqəmi üçün kvadratıdır (3x3) O onluğun içində ən böyük rəqəmdir ki, ondan sonra heç nə yoxdur. Ona görə də, ondan sonra dairəvi hərəkət baş verir. Hər şey ona doğru gəlir və sonra ondan uzaqlaşır.

On rəqəmi isə təbiətdə olan tamlıq, düzənlik və müvazinətin rəmzidir. Onun içində bütün başqa rəqəmlər vardır. Beləliklə, onluq bütün dünya və kainatdır. Ondan yüksək heç bir təbii rəqəm yoxdur. Çünki yüz on, min isə yüz onluqdan ibarətdir.

Embrion (döl haqqında) kəşfi

[redaktə | mənbəni redaktə et]

"Arifmetik ilahiyyat" kitabında dölün ana bətnində inkişaf etməsindən maraqlı məlumatlar verilir.[4] Orada qeyd edilir ki, yaranmasının yeddinci günündə döl su kisəsinə bənzər görkəmdə olur. O qabığı olmayan yumurtaya bənzədir. İkinci həftə ərzində o kisədə qan əlamətləri görsənir. Üçüncü həftədə maye əmələ gəlir və dördüncü həftədə qatlaşır. Qatlaşandan sonra laxtalanmış qan və ət qarışığı əmələ gəlir. Bu inkişaf 28-ci günə yaxın tamamlanır və artıq bəlli olan canlı yaranır. 35-ci gündə onun ortasında arıya bənzər arıq bir döl yaranır. Artıq onun başı, boynu, bədəni və ayaqları da olur.

Quran ayələrində (23: 12–14) də dölün yaranması və inkişafı haqqında buna bənzər bilgilər vardır.

  • Aydın Əlizadə. Antik fəlsəfə tarixi (PDF). 3 saylı Bakı Mətbəəsi ASC. 2016. s. 239-242. ISBN 5-89968-061-X. 2016 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-08-16.
  • Aydın Əlizadə. Antik fəlsəfə tarixi (PDF). 3 saylı Bakı Mətbəəsi ASC. 2016. s. 239-242. ISBN 5-89968-061-X. 2016 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-08-16.
  • Nicomachus. The Enchiridion // Greek Musical Writings. Volume II: Harmonic and Acoustic Theory, edited by Andrew Barker. Cambridge, 1989, pp. 245–269.
  • Henrietta Midonick, (1965), The Treasury of Mathematics, Volume 2, pages 15–16. Penguin Books.
  • Теологумены арифметики // Философское антиковедение и классическая традиция. Т. 3. Вып. 1, Новосибирск, 2009.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. 1 2 Nicomachus Gerasenus // Catalogue of the Library of the Pontifical University of Saint Thomas Aquinas.
  2. Теологумены арифметики Arxivləşdirilib 2020-02-05 at the Wayback Machine // Философское антиковедение и классическая традиция. Т. 3. Вып. 1, Новосибирск, 2009.
  3. Henrietta Midonick, (1965), The Treasury of Mathematics, Volume 2, pages 15–16. Penguin Books.
  4. Теологумены арифметики Arxivləşdirilib 2020-02-05 at the Wayback Machine // ΣΧΟΛΗ. Философское антиковедение и классическая традиция. Т. 3. Вып. 1, Новосибирск, 2009, c. 322–333.