Aristippus (yun. Ἀρίστιππος, təxminən m. ö. 435 – 355) — qədim yunan filosofu, Kirena məktəbinin və hedonizm təliminin yaradıcısı. Diogenes Laertiusa görə, Aristippus üç hissədən ibarət olan “Liviyanın tarixi” və bir çox dialoqların yazarı olmuşdur[4].
Aristippus | |
---|---|
Ἀρίστιππος | |
Doğum tarixi | təq. e.ə. 435[1] |
Doğum yeri | |
Vəfat tarixi | e.ə. 355 və ya e.ə. 366 |
Vəfat yeri | |
Dövr | Ellinizm |
İstiqaməti | Kirena məktəbi |
Əsas maraqları | fəlsəfə |
Təsirlənib | Sokrat |
Vikianbarda əlaqəli mediafayllar |
Aristippusa görə biz yalnız öz duyğularımıza əsaslanaraq bu, ya digər şey haqqında hökm veririk. Halbuki bu heç də o demək deyil ki, duyğularımız o şey haqqında doğru bilgi verib. Deməli, əslində şeylərin əsl mahiyyətini açmaq olmaz və təbiətin öyrənilməsi imkansızdır.
Təbiətdə isə hər şeyi yalnız “xeyir” və “şərə” bölmək mümkündür. Ona görə də, onlara müvafiq dəyərlər ancaq “yaxşı” və “pis” ola bilər. Bu səbəbdən də, Aristippus bu anlayışlar arasında fərq qoymayan riyaziyyatı inkar edirdi[5]. Aristippusa görə həyatın məqsədi həzz almaqdan ibarətdir. Bununla belə, bunu edərkən aşırılığa yol vermək və həzzlərin köləsi olmaq olmaz. Beləliklə Aristippus ilk hedonistlərdən biri olmuşdur.
Aristippus şəxsi azadlığı yüksək dəyərləndirmişdir. Onun fikrincə, hansısa ölkənin vətəndaşı olmaq vacib deyildir. İnsana yetər ki, hər yerdə yadelli kimi yaşasın[6]. Çünki, var-dövlət insan azadlığını məhdudlaşdırır. Ona görə də, onun miqdarı gəmi qəzası anında apara biləcəyin qədər olmalıdır.