Annikeris (yun. Ἀννίκερις; m. ö. III – II yüzilliklər) — qədim yunan filosofu, Kirena məktəbinin təmsilçisi. Annikeris və onun ardıcılları haqqında Diogenes Laertius xəbər vermişdir[1]. Onun fikrincə dostluq, valideynlərə ehtiram, vətənə qulluq hissləri reallıqda vardır. Dosta yalnız maraqlarla yanaşmaq olmaz. Onunla münasibətlərdən ruhi məmnunluq alınmalıdır. Hegesiasdan fərqli olaraq o, müdrik insanın xoşbəxtliyə çatmağını mümkün saymışdır.
Annikeris | |
---|---|
Doğum tarixi | e. ə. IV əsr |
Doğum yeri | |
Vəfat tarixi | güm. e. ə. IV əsr |
Elm sahəsi | fəlsəfə |