İoann Filoponus (yun. Ἰωάννης ὁ Φιλόπονος, m. 490–570) — neoplatonçu filosof.
İoann Filoponus | |
---|---|
q.yun. Ἰωάννης ὁ Φιλόπονος | |
Doğum tarixi | təq. 490[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | təq. 570 |
Vəfat yeri | |
Fəaliyyəti | filosof, ilahiyyatçı, riyaziyyatçı, fizik, yazıçı, astronom, qrammatik |
M. IV yüzillikdən sonra neoplatonizm Xristianlığa təsir etmişdir. Onlar bir-biri ilə çarpışaraq həm də bir-birindən ideya baxımdan bəhrələnmişdirlər. Neoplatonizm Xristianlıqla mübarizədə məğlub olsa da, ancaq onun ideyaları ortadan qalxmamış, sonralar dünya dinlərində özünü göstərmişdir.
Xristianlığın güclənərək dövlət dininə çevrilməsi prosesində yeni-platonçuların arasında artıq xristianlar da olmuşdurlar. Onlardan biri İoann Filoponus idi. O, Aristotelin və başqa keçmişdə yaşamış filosofların əsərlərinə şərhlər yazmışdır. Eyni zamanda onun "Dünyanın əbədiliyi haqqında", "Dünyanın yaranması haqqında. Proklusa qarşı", "Hakim və ya birlik haqqında" kimi öz əsərləri də var mövcud olmuşdur.
Bu əsərlərdə Filoponus keçmiş filosofların Xristianlığa uyğun olmayan fikirlərini tənqid etmişdir. Məsələn, Aristotelin dünyanın əbədiliyi haqqında fikirlərini rədd etmişdir. Bununla belə o, bir çox məqamlarda Xristian ilahiyyatına uyğun olmayan fikirlərlə də çıxış etmişdir. O demişdir ki, xristianların Ata-Oğul-Müqəddəs Ruh hissələrindən (hipostasislərdən) ibarət olan bir Tanrı o hipostasislərdən ayrı bir şey ola bilməzsə, deməli onların hər birində mövcuddur. Çünki, ümumi olan bir şey öz hissələrinin cəmidir. Deməli, Tanrı əslində elə üç tanrıdan ibarətdir və onların cəmidir[4]. Bu kimi baxışlar triteizm adlanır.
Daha sonra Filopones rəsmi kilsənin mövqeyinə zidd olaraq hesab edirdi ki, İsada ikili (insani və ilahi) təbiət ola bilməz. Çünki, İlahi və insani təbiətlər bir araya sığmaz. Beləliklə, Filopones İsada yalnız ilahi təbiəti qəbul etmişdir. Bu kimi baxışlar Xristianlıqda monofizitlik adlanır[5].
Rəsmi kilsə Filoponesin triteizmini və monofizitliyini pisləmiş və onları rədd etmişdir[6]. Ancaq sonralar bəzi Xristian kilsələri monoteizmi qəbil etmişdirlər.