Sallustius

Sallustius (lat. Sallustius, IV yüzillik) — antik filosof, yeni-platonçuluğun Perqama məktəbinin tanınmış nümayəndələrindən biri, Yamblixin öyrəncisi. Onun kimliyi haqqında bilgi azdır. Məlumdur ki, o imperator Yulianın dostu olmuşdur. Ancaq, Sallustiusdan zamanımıza “Tanrılar və dünya haqqında” çox önəmli bir əsər gəlib çatmışdır. Burada yeni-platonçuluq təliminin ontoloji əsasları sistemli və anlaşıqlı şəkildə verilmişdir.

Sallustius
Doğum tarixi IV əsr
Vəfat tarixi IV əsr
Fəaliyyəti filosof, yazıçı, Prefekt
Antik fəlsəfə
Yunan fəlsəfəöncəsi dövrü
(e. ə. VII yüzilliyə qədər)

Orfizm  • Homer  • Hesiod  • Ferekid  • Yeddi yunan müdriki  • Epixarm

Qədim yunan fəlsəfəsi
(e. ə. VII–IV yüzilliklər)
Müstəqil filosoflar
Heraklit  • Anaksaqor  • Empedokl
Qədim yunan atomçuları
Levkipp  • Demokrit
Sofistlər

"Böyük" sofistlərProtaqor  • Prodikus  • Qorqias  • Hippias

"Kiçik" sofistlərTrasimaxus  • Likofron  • Kritius  • Alkidamas
Ellinizm dövrünün fəlsəfəsi
(e. ə. IV–I yüzilliklər)
Qədim Roma dövrünün fəlsəfəsi
I–V yüzilliklər
Stoaçılıq

Seneka  • Epiktet  • Mark Avreli  • Siseron

Orta platonizm
Alkinous  • Apuleyus  • Qalen  • Plutarx  • Maksim  • Filon  • Selsus  • Teon
Neoplatonizm

Roma məktəbi → Ammonius Sakkas  • Plotin  • Porfirius  • Amelius
Apameya məktəbi → Yamblix  • Sopater
Perqama məktəbi → Sallustius  • Yulian Avqust
Afina məktəbi → Afinalı Plutarx  • Proklus  • Marinus  • Simplikius  • Damaskius

İskəndəriyyə məktəbi → Hierokles  • Hipatiya  • İoann Filoponus
Antik dini təlimlər

Qnostisizm  • Hermetizm  • Mitraizm
NeopifaqorçuluqApollonius  • Nikomaxus  • Numenius  • Moderatus

Erkən Xristian fəlsəfəsi

Klement  • Origen  • Avqustin Avrelius  • Boesius  • Saxta Dionisius Areopagit

“Tanrılar və dünya haqqında”

[redaktə | mənbəni redaktə et]

Sallustiusa görə bütün şeylər kosmosdan yüksək qatlarda olanlara və kosmik varlıqlara bölünürlər. Kosmosdan yüksək qatlarda olan hər bir şeyin əvvəlində İlk başlanğıc durur; onu dərk etmək mümkün deyildir[1].

Kosmik tanrılar isə onikidir və üçlüklərə bölünürlər[2]. Üçlüklərdən birincisi dünyanı yaradanlar (Zeus, Poseidon, Hefestos), ikincisi onu ruhlandıranlar (Demeter, Hera, Artemis), üçüncü ona düzən verənlər (Apollon, Afrodita, Hermes), dördüncüsü isə onu qoruyanlardırlar (Hestia, Afina, Ares). Digər tanrılar isə bunların xidmətində duranlardırlar.

Hava, günəş, ay və planetlər kimi Kosmik dairələr də onikidir və onların hər biri bu əsas tanrılarla bağlıdırlar. Bütün kainat tanrılar kimi əbədidir, onu heç kəs yaratmamışdır. Tanrılar imkandır, dünya isə o imkanın gerçəkləşməsidir. Deməli, dünya və tanrılar birlik təşkil edirlər.

Sallustiusa görə tanrılar ideal aləmdədir və onların məkanında şər yoxdur. Dünyada isə şər ona görə vardır ki, həmin ideal dünya burada tam olaraq əks olunmur, olunsa da onun işığı bu aləmə qismən çatır.

İnsan o tanrılara ibadət etməli, qurbanlar kəsməlidir ki, onlar onun ehtiyaclarını ödəsin. Tanrıların isə insanların ibadətlərinə ehtiyacı yoxdur. Onların razılığını qazanmaq üçün insan həm də xeyirli həyat sürməlidir. Bu kimi insanların ruhları ölümdən sonra məmnunluqla dolu həyat sürəcəkdir.

Sallustius əsatirlərin yorumlanması və anlaşılması probleminə də toxunmuşdur. Onun fikrincə eyni əsatiri ilahiyyat, təbiət, mənəviyyat, maddiyyat və bunların qarışığı baxımından yorumlamaq olar. Məsələn, bir əsatirə görə yunan tanrısı Kronos öz balalarını yemişdir. Bunu ilahiyyat baxımından izah edərkən bu olay Əqlin özünün özünə qayıtması deməkdir, çünki burada məcaz var və Kronos Əqlin təcəssümüdür. Həmin əsatiri təbiət (fiziki) baxımından izah etdikdə Kronosun öz balalarını yeməsi zamanın dünyada hər şeyi aşındırması kimi başa düşülməlidir. Əsatiri mənəvi baxımdan izah etdikdə isə Kronosun öz balalarını yeməsi onun mənəviyyatının özündə qalması deməkdir. Maddi yorumlara gəldikdə onu bilmək lazımdır ki, daşlar ya da heyvanlar kimi maddi şeylər tanrı deyillər, onlar hansısa tanrıları yalnız təcəssüm edə bilərlər.[3]

Aydın Əlizadə. Antik fəlsəfə tarixi (PDF). 3 saylı Bakı Mətbəəsi ASC. 2016. s. 268-270. ISBN 5-89968-061-X. 2016 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-08-16.

  • Gilbert Murray. 1925 "On the Gods and the World," appended to Murray's Five Stages of Greek Religion, first published in 1912 asFour Stages of Greek Religion.
  • Arthur Darby Nock (ed/trans.). 1926. Sallustius concerning the gods and the universe. Edited with prolegomena and translation.Available in various reprints, for example ISBN 0-89005-550-5 and ISBN 3-487-01413-0.
  • Gabriel Rochefort. 1960. Des dieux et du monde. Edition of the Greek text, with French translation and notes, in the Collection Budé.
  • Thomas Taylor (ed/trans.). 1793. Sallust, On the gods and the world; and the Pythagoric sentences of Demophilus, translated from the Greek; and five hymns by Proclus, in the original Greek, with a poetical version. To which are added five hymns by the translator.Reprinted many times, for example ISBN 0-7661-6735-6.

Xarici bağlantılar

[redaktə | mənbəni redaktə et]
  1. Sallust. On the Gods and the World. London: Printed for Edward Jeffrey, Pall Mall, 1793, pp. 24-27
  2. On the Gods and the World, pp. 28-31.
  3. On the Gods and the World, pp. 13-23.