Apameyalı Numenius (yun. Νουμήνιος ὁ ἐξ Ἀπαμείας, m. II yüzilliyin ikinci yarısı) — Roma filosofu, yeni-pifaqorçular məktəbinin təmsilçisi.
Numenius | |
---|---|
q.yun. Νουμήνιος ὁ ἐξ Ἀπαμείας | |
Doğum tarixi | II əsr |
Doğum yeri | |
Vəfat tarixi | II əsr |
Vəfat yeri | |
Fəaliyyəti | filosof |
Onun fikrincə tam olan varlığın üç əsası vardır.[1] Birincisi İlk Tanrıdır. O özünə qapanmış halda mövcuddur. İkincisi İkinci Tanrıdır. O maddə ilə münasibətdə olan Demiurqosdur; bir tərəfdən İlk Tanrıya, digər tərəfdən isə əbədi olan maddəyə yönəlir. Varlığın üçüncü əsasını isə kosmos təşkil edir.
Başqa məlumatlara görə, o varlığın üçüncü əsasını kosmosda deyil, Dünya Ruhunda görürdü.[2] Ondan insan ruhunun ölən hissəsi yaranmışdır. İnsan ruhunun əqli hissəsi isə ölməzdir və dünya Əqlinə yönəlir.
Numenius platonçuluğu Müqəddəs kitabın (Bibliyanın) dünyagörüşünə, eləcə də Hind, Misir və digər dini təlimlərlə yaxınlaşdırmaq və uyğunlaşdırmaq istəmişdir. Hətta o, Platonu Musaya bənzədirdi.[3] Bunun da zərurəti ondan doğmuşdur ki, o zaman Romada ənənəvi yunan-roman dini böhranda idi və eyni zamanda imperiyada çoxlu dinlər ortaya çıxmışdır. Onlardan biri də sonralar dövlət dininə çevrilmiş Xristianlıq idi. Buna görə də, o dövrün filosofları bu həqiqətləri nəzərə alıb antik təlimləri başqa inanclarla, xüsusən də Xristianlıqla qarışdırmağa çalışırdılar. Numeniusun varlıq haqqında nəzəriyyəsi də bu qəbildən idi. Sonralar bu ideya yeni-platonçular tərəfindən daha da inkişaf etdirilərək Xristian inancına uyğunlaşdırıldı.