Evhemerus

Evhemerus (yun. Εΰήμερος, təxminən m. ö. 340260) — qədim yunan filosofu, Kirena məktəbinin təmsilçisi.

Evhemerus
Doğum tarixi e.ə. 340
Antik fəlsəfə
Yunan fəlsəfəöncəsi dövrü
(e. ə. VII yüzilliyə qədər)

Orfizm  • Homer  • Hesiod  • Ferekid  • Yeddi yunan müdriki  • Epixarm

Qədim yunan fəlsəfəsi
(e. ə. VII–IV yüzilliklər)
Müstəqil filosoflar
Heraklit  • Anaksaqor  • Empedokl
Qədim yunan atomçuları
Levkipp  • Demokrit
Sofistlər

"Böyük" sofistlərProtaqor  • Prodikus  • Qorqias  • Hippias

"Kiçik" sofistlərTrasimaxus  • Likofron  • Kritius  • Alkidamas
Ellinizm dövrünün fəlsəfəsi
(e. ə. IV–I yüzilliklər)
Qədim Roma dövrünün fəlsəfəsi
I–V yüzilliklər
Stoaçılıq

Seneka  • Epiktet  • Mark Avreli  • Siseron

Orta platonizm
Alkinous  • Apuleyus  • Qalen  • Plutarx  • Maksim  • Filon  • Selsus  • Teon
Neoplatonizm

Roma məktəbi → Ammonius Sakkas  • Plotin  • Porfirius  • Amelius
Apameya məktəbi → Yamblix  • Sopater
Perqama məktəbi → Sallustius  • Yulian Avqust
Afina məktəbi → Afinalı Plutarx  • Proklus  • Marinus  • Simplikius  • Damaskius

İskəndəriyyə məktəbi → Hierokles  • Hipatiya  • İoann Filoponus
Antik dini təlimlər

Qnostisizm  • Hermetizm  • Mitraizm
NeopifaqorçuluqApollonius  • Nikomaxus  • Numenius  • Moderatus

Erkən Xristian fəlsəfəsi

Klement  • Origen  • Avqustin Avrelius  • Boesius  • Saxta Dionisius Areopagit

O Messena şəhərindən idi. Bizim zamanımıza onun Panheya adasına səyahəti haqqında “Müqəddəs siyahı” (yun. Ίερά άναγραφή) adlı utopik hekayəsi çatmışdır. Bu əsərin fraqmentləri qədim yunan tarixçisi Siciliyalı Diodorusun (yun. Διόδωρος Σικελιώτης, m. ö. 90 – 30) kitabında verilmişdir[1]. Orada Evhemerus bir məbədin yanındakı sütun üzərində həkk olunan bir yazını görmüşdür. O yazıda yunan tanrılarının siyahısı verilmiş və onların keçmişdə krallar olduqları haqqında məlumat verilmişdir.

Beləliklə, Evhemerus qədim tanrıları inkar edirdi. Onun fikrincə bütün tanrılar əslində ölümlərindən sonra tanrılaşdırılan krallar və qəhrəmanlar idilər[2]. Məsələn, o, baş tanrı Zeusu Krit adasının kralı olduğunu, sonra isə tanrılaşdırıldığını iddia edirdi. Evhemerusun bu fikirləri “euhemerizm” adlanmışdır və buna görə onu ateizmdə suçlamışdılar. Sonralar "evhemerizm" dinşünaslıq elmində bir nəzəriyyə kimi istifadə edilmişdir.

  • Aydın Əlizadə. Antik fəlsəfə tarixi (PDF). 3 saylı Bakı Mətbəəsi ASC. 2016. s. 109-110. ISBN 5-89968-061-X. 2016 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-08-16.
  • Brown, Truesdell S. "Euhemerus and the Historians" The Harvard Theological Review 39.4 (October 1946), pp. 259–274. Includes a comprehensive redaction of the existing fragments of Euhemerus' Sacred History.
  • Smith, William. 1870. Dictionary of Greek and Roman Biography and Mythology. (London: C. Little and J. Brown) sub "Evemerus".

Xarici bağlantılar

[redaktə | mənbəni redaktə et]
  1. Диодор Сицилийский. Греческая мифология (Историческая библиотека) Arxivləşdirilib 2023-07-10 at the Wayback Machine / Перевод О. П. Цыбенко. М.: Лабиринт, 2000, s. 108-110.
  2. Marcus Tullius Cicero. On the Nature of the Gods Arxivləşdirilib 2021-06-12 at the Wayback Machine / Translated by F. Brooks. London: Methuen, 1896, p. 71.