Qalaqayın (qala)

Qalaqayın (Qalagah,[1]Qala əl-Nahiyə,[2]Qalaqanı,[3] Həsənqala) — Qalaqayının tarixi mərkəzini əhatə etmiş istehkamnahiyə qalası.

Qalaqayın
Qayın qalası
Xəzər dənizi ətrafı ərazilərin I Pyotrun əmri ilə Reyner Ottens (1698-1750), Yakob Keyser (1710-1745) tərəfindən hazırlanmış xəritəsi, (1720-ci il). Cavad və Qalaqayın ("Sagawat" və "Kellan" ) (qalalar).
Xəzər dənizi ətrafı ərazilərin I Pyotrun əmri ilə Reyner Ottens (1698-1750), Yakob Keyser (1710-1745) tərəfindən hazırlanmış xəritəsi, (1720-ci il). Cavad və Qalaqayın ("Sagawat" və "Kellan" ) (qalalar).
Ölkə  Azərbaycan
Şəhər Qalaqayın
Yerləşir Muğan mahalı
Aidiyyatı Elxanilər dövləti,
Qaraqoyunlular dövləti,
Ağqoyunlular dövləti,
Səfəvilər dövləti,
Əfşarlar dövləti,
Qacarlar dövləti,
Cavad xanlığı,
Quba xanlığı,
Şirvan xanlığı,
Rusiya imperiyası
Tikilmə tarixi XIII əsrin ikinci yarısı
Vəziyyəti dağıdılıb
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

"Qalaqayın" toponimindəki "y" səsi danışıqda əlavə olunmuşdur. Keçən əsrə aid mənbədə kəndin adı "Qalaqanı" kimi qeyd olunmuşdur. XIX əsrin 20-ci illərində tərtib olunmuş mənbədə göstərilir ki, "Qalaqanı" bir qalanın adıdır və ətraf kəndləri idarə edən bəy orada oturur. Görünür ki, bu qala hələ orta əsrlərdə mövcud olmuş,1798-ci ildə orada olmuş alman səyyahı marşal fon Biberşteyn yazır: "Kürlə Arazın qovuşduğu yerdə Qalaqanı adlanan qalanın xarabalıqları görünür. Bu məlumatlardan aydın olur ki, "Qalaqayın" toponimi Qala - "möhkəmləndirilmiş yer" və "Qayın" hissələrinə ayrılır və bütövlükdə "Qayın qalası" mənasını verir. Qeyd edildiyi kimi əslində bu toponim "Qala Qanı" kimi olmuş, lakin danışıqda "y" səsi əlavə edilmişdir. Lakin araşdırmalar göstərmişdir ki, Qalaqayın toponimindəki Qayın (Qanı) sözü bir türk mənşəli tayfanın adıdır. Bu toponimin tərkib hissəsini təşkil edən "Qanı" etnonimi ilə düzəlmiş toponimlər başqa yerlərdə də vardır. Keçən əsrdə Gürcüstanda Kani-turqoba, Qanı-Yurt, Qars əyalətində Qaynı-Dərə kəndlərinin adları məlumdur.[4] Aydınlaşır ki, bu tayfanın adını əks etdirən yaşayış məntəqə adları başqa ölkələrdə də vardır. Qazaxıstanda Kaindi (əslində Kainli kimi nəzərdə tutulmalıdır, çünki, qazax dilində başqa türk dillərindəki kimi "l" səsi "d" və "t" kimi tələffüz olunur) adlı 3 kənd və Kain adlı çay vardır. Qırğızıstanda isə Boston-Kain adlı kənd və tayfa var. Kain (və ya Qain) adlı kənd İranda da qeyd olunmuşdur. Hələ XIII əsrdə İranın şərqində-Xorasanda Qain adlı mahal və şəhər mövcud idi. Bu toponimlər göstərir ki,onlar Kain (Qain) adlı tayfanın müxtəlif yerlərində məskulaşması nəticəsində yaranmışdır. Maraqlıdır ki, Qain adlı tayfa başqırdlarda və Qərbi Sibirdə Şorlarda vardır. Güman ki, qədim kain, qain tayfasının müəyyən hissəsi səlcuq oğuzlarının tərkibində Xorasan tərəfdən İrana və Azərbaycana gəlmiş, buradan da bir hissəsi Gürcüstana getmişdir. Qeyd edilməlidir ki, İranda hazırda Qum şəhəri yaxınlığında Qain adlı türk tayfası yaşayır və onun adını əks etdirən çoxlu toponimlər vardır.[5]

1796-cı ildə qraf V.A Zubovu Qacar yürüşündə müşayiət edən məşhur "Flora tauro-caucasica" əsərinin müəllifi Marşal Bieberşteyn, daha sonra ipəkçilik üzrə müfəttiş kimi, Qalaqayına, Arazın birləşdiyi (Kürlə) Cənubi Qafqaz bölgəsinə tez-tez baş çəkirdi. Arazın Kürlə qovuşduğu yerdə, Cavada (qala) bağlı olan qala bu yaxınlarda Ağa Məhəmməd xan tərəfindən dağıdıldı. 1798-ci ildə orada olmuş alman səyyahı marşal fon Biberşteyn yazır: "Kürlə Arazın qovuşduğu yerdə Qalaqanı adlanan qalanın xarabalıqları görünür. Bieberşteyn hesab edir ki, bu, Herbelotun Azərbaycan sərhədindəki məşhur qala hesab etdiyi "Kala al Nagia"dır (Qala əl Nahiyə).[2][3]

Rusiya ordusunun polkovniki Mişşenkonun general-adyutant Paskeviçə 23 oktyabr 1826-cı il tarixli Cavad kəndi düşərgəsində olarkən məruzəsində; "Mən dərhal Salyanı mühafizə edən yüksək rütbəli Haşım xandan məlumat aldım ki, Cavad keçidindən qovulan fars (Qacar) qoşunları qaçdıqdan sonra Sarıqamışda dayanıblar və onları dərhal 2000 sərbaz qarşılayıb. Muğan qalası Qalaqayını işğal etmək üçün Cavad keçidində onlara kömək etmək üçün dayandılar və hələ də oradadırlar, nə etmək niyyətindədirlərsə hələ bilmir, amma o maraqlandığı məlumatı aldıqdan sonra mənə hesabat verəcək" deyə məlumat vermişdir.[6] Bu fakt hələ ruslar tərəfindən 18-ci əsrin birinci yarısında Qalaqayın adlı qalanın yenidən təmir olunduğunu sübut edir.

1820-ci ildə Qalaqayın istehkam qalası kimi Muğan mahalının mərkəzi olaraq mövcud idi.[7]

Muğan mahalını idarə edən mahalbəyi (naibi) Qalaqayında əyləşirdi. Mənbədə Qalaqayında 100-ə qədər ailənin məskunlaşdığı qeyd olunurdu.[8] Qalaqayında icarə haqqı 150 şirvan rublu olan boyaq evi var idi. İcarə haqqını əvvəllər (1820-ci ilə qədər — S. İ.) Mustafa xana verirdilər. İrandan və digər yerlərdən Muğan mahalı ərazisindən keçən karvanın hər bir yükünə mahal bəyinin xeyrinə 6 abbası gömrük haqqı alınırdı. Qalaqayından 6 ağaclıqda 6 duz gölü var idi. Yerli əhali duz göllərindən vergi ödəmədən istifadə etdikləri halda, Şirvan əyalətinin digər yerlərindən duz aparmağa gələnlər hər yükə — taya 1 abbası verməli idilər. Kür arxasında yaşayan muğanlılardan çervondan (çervon 10-luq qızıl pul) başqa, digər vergi və mükəlləfiyyətlərdən azad olunurdular. Bunun əvəzində muğanlılar İran tərəfdən, Rusiyaya qarşı Muğançöldən gələn hər hansı təhlükənin qarşısını almalı, gözətçilik etməli və hərbi xidmətə həmişə hazır olmalı idilər. Beləliklə, muğanlılar ildə xəzinəyə hər ailəyə təqribən 1 çervon vergi ödəyirdilər.[9]

  • Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. II (ŞƏRQ-QƏRB). Bakı: Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. 2007.
  • ŞAHİN FƏRZƏLİYEV- tarix elmləri doktoru, professor. Quba xanlığı: əhali tarixi və azadlıq mücadiləsi. Bakı: "Elm". 2012. 336. ISBN 978-9952-453-43-0.
  • Mustafazadə Tofiq. Quba xanlığı (PDF) ("Elm"). Bakı: A.A.Bakıxanov adına Tarix İnstitutu. 2005. 480. ISBN 5-8066-1747-5.
  • Г.Б. Абдуллаев. Азербайджан в XVIII веке и взаимоотношения его с Россией. Баку: Изд-во Академии наук Азербайджанской ССР. 1965. 620.
  • Nailə Bayramova. Şamaxı xanlığı. Bakı: Təhsil. 2009.
  • Описание Ширванской провинции, составленное въ 1820 году, по распоряжению главноуправляющего въ Грузии А.П.Ермолова, генералмаером князем Мадатовымъ и действи- тельным статским советником Могилевским. Тифлис: типо- графия Главного Управления наместника Кавказского. 1867. 287.
  1. ”Azərbaycan toponimlərinin ensiklopedik lüğəti”. İki cilddə. I cild. Bakı, “Şərq-Qərb”, 2007, səh.380
  2. 1 2 Bibliothèque orientale, article Nagia
  3. 1 2 M.v. Bieberstein, Beschr. d. Lander zw. Terek und Kur am Kasp. M. Frankf. am M.,", 1803. səh. 58
  4. Пагирев Д. Д. Указ. раб., с. 124.
  5. Руденко С. И. Башкиры. М,— Л.; Изд-во АН СССР, 1955; Кузеев Р. Г. Указ. раб., с. 34; Долгих Б. О. Родовой и племенной состав народов Сибири в XVII в. М.: Изд-во АН СССР, 1960, с. 110—111.
  6. "Рапорт полковника Мищенко генерал-адъютанту Паскевичу от 23-го октября 1826 года. Лагерь при сел. Джевате". 2024-08-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-06.
  7. Bayramova Nailə. Şamaxı xanlığı (PDF). Bakı: "Təhsil". 2009. səh.44. Archived from the original on 2016-12-28. İstifadə tarixi: 2018-12-11.
  8. А.П.Ермолова, генералмаером князем Мадатовы, 1867. səh. 252
  9. Salman Ərzuman oğlu İbişov. "Quba xanlığının əhalisi" (PDF) (az.). Azərbaycan Milli Elmlər Akademiyası A.A.Bakıxanov adına Tarix İnstitutu. 2007. 2019-01-23 tarixində orijinalından (PDF) arxivləşdirilib.