Xudu baba türbəsi

Xudu baba türbəsi — Goranboyun Səfikürd kəndində yerləşən türbə.

Türbə kənd qəbirstanlığında Aran memarlıq üslubunda, yəni çay daşı ilə bişmiş kərpicin birlikdə naxış şəklində işlədilməsi ilə hörülmüşdür. Divarın hündürlüyü 2,2 m, bişmiş kərpiclə hörülmüş gümbəzin hündürlüyü 2 m, türbənin ümumi hündürlüyü 4,3 m-dir. Hər tərəfindən eni 95 sm, aralarındakı divar 23 sm, olan üstü ürək formalı üç guşə olmaqla 6 guşəsi, hər iki tərəfində kiçik pəncərələr (50 x 35 sm) var. Qapının hündürlüyü 1 m, eni 50 sm, divarın eni 40 sm, tikintidə istifadə olunmuş kərpiclərin ölçüsü 20 x24x4 sm-dir. Türbənin hörülməsində süd, yumurta və irəmə torpağının qarışığından, içərisinin suvağında isə gəcdən istifadə olunmuşdur.

Mənbənin bildirdiyinə görə, XVII–XVIII yüzildə Səfikürddə yaşamış Xudu pəhlivanın adı ilə "Xudu baba türbəsi" adlandırılmışdır. Bu tarixə bir az aydınlıq gətirək. XVII yüzilin sonu, XVIII yüzilin önündə Səfikürd kəndində Xudu adlı adam yaşamayıb. Türbəsi tikilən adam pəhlivan Xudu Ocaqqulu oğludur.

  • Ənvər Çingizoğlu, Səidə Qulubəyova, Səfikürdlülər, Bakı, "Elm", 2005, səh.152.