XANXANIM
XANIGÜL
OBASTAN VİKİ
Fətəli xan (Quba xanı)
Fətəli xan və ya Fəth Əli xan (tam adı: Fətəli xan Hüseynəli xan oğlu; 1736, Quba şəhəri – 29 mart 1789, Bakı şəhəri) — Quba xanlığının VI xanı (1758 – mart 1789); XVIII əsrin görkəmli azərbaycanlı dövlət xadimi və sərkərdəsi. == Həyatı == === Erkən illəri === Fətəli xan Hüseynəli xan oğlu 1736-ci ildə Quba şəhərində anadan olmuşdu. Qaytaq qumuqlarından və qacarlardan olan Azərbaycan türkü və şiə idi. Anası, Qaytaq usmisi nəslindən olan Pəri Cahan xanım idi. Fətəli xanın şəcərəsinə işıq salan II şah Abbasın dönəmində baş verən hadisələr barədə Bakixanov Gülüstani-İrəm kitabında yazır: Qaytaq usmiləri nəsli iki hissəyə bölünürdü. Böyük nəsil Məcəlisdə idi, kiçik nəsil Yengikənddə və bu nəsildən olan yaşça böyüklər növbə ilə usmi adını daşıyırdılar. Təxminən həmin vaxt onların arasında ədavət düşdü, Yengikənd hissəsi yaşça daha böyük olan Məcəlisdəki hissəyə hücum etdi və, Aydə bəy adlı biri tərəfindən xilas edilərək şamxalın yanına aparılan Hüseyn xandan başqa hamısını qırdı. Hüseyn xan İrana getdi, bir müddət Salyan Rudbarında qonaq qaldı, oradakı qazinin qızı ilə evləndi. Ondan, sonralar Rudbar və Salyan sultanları nəslinin başlanğıcını qoyan, bir qızı oldu. İsfahana gələrək, Aydə bəy uzun müddət onu şaha təqdim edə bilmədi.
Fətəli xan (Şəki xanı)
Fətəli xan — Şəki xanı. Məhəmmədhüseyn xanın ikinci oğlu. "Möhnəti" təxəllüsü ilə şeirlər də yazıb. == Haqqında == 1780-cı ilin avqust ayında atası Məhəmmədhüseyn xan öz iqamətgahı Nuxa qalasında ikən, qala qəfildən Məhəmmədhüseyn xanın əmisi Hacı Əbdülqadirin adamları tərəfindən tutulur. Məhəmmədhüseyn xan özü tikdirdiyi Qurğuşunlu otaqda oğlu Fətəli ağa ilə birlikdə basqınçılara müqavimət göstərir, "yanında ikinci oğlu Fətəli xan uşaq, tüfəng doldurub verir imiş. Bir neçə saat atışmadan və bir neçəsini qətlə yetirəndən sonra, özünə yara yerləşib, ixtiyardan düşür.". Məhəmmədhüseyn xan silahı yerə qoyub təslim olur, onu 1 həftə saxlayıb, sonra edam edirlər, Şəki xanlığı Məhəmmədhüseyn xanın əmisi Hacı Əbdülqadirin əlinə keçir. Bir neçə il sonra Məhəmmədhüseyn xanın əvvəllər ölmüş hesab edilən oğlu Məmmədhəsən ağa Qarabağda peyda olur. O, özünə qoşun toplayıb, tezliklə Şəkini ələ keçirir, Hacı Əbdülqadir xanı tutub öldürtdürür və Şəki xanı olur. Məhəmmədhəsən xanın qardaşı Fətəli xanın oğlu Kərim ağa Şəkixanov yazır ki, "Məhəmmədhəsən xan bir iki il xanlıq edəndən sonra, mənim atam Fətəli xan Məhəmmədhəsən xanın qardaşıdır, onun anası Ərəş sultanının qızıdır.
Hüseyn xan (Şəki xanı)
Hüseyn xan — sonuncu Şəki xanı. Şəkinin yerli xanlarından biri olan Səlim xanın oğlu idi. II Rus-İran müharibəsi (1826-1828) başlayanda Hüseyn xan İranda yaşayırdı. Çox güman ki o, İrana yalnız 1806-cı ilin sonunda — Şəkidən mühacirət edən atası ilə birlikdə getmişdi. II Rus — İran müharibəsinin əvvəllərində İran şahzadəsi Abbas Mirzə böyük bir ordu ilə Cənubi Qafqaza daxil olarkən Hüseyn xana qoşun verib Nuxaya göndərir. Hüseyn xan 11 avqust 1826-cı il tarixdə Nuxaya daxil olur və heç bir müqavimətlə üzləşmir. Çünki rus əsgərləri onun gəlişindən 3 gün əvvəl — 8 avqust tarixində, artıq Nuxanı tərk etmişdilər. Hüseyn xanın Nuxaya gəlməsi, həm 7 il əvvəl ruslar tərəfindən rəsmən ləğv edilmiş Şəki xanlığını bərpası və həm də 20 il əvvəl onların devirdikləri Hacı Çələbi xan sülaləsinin Şəki xanlığında yenidən hakimiyyətə qayıdışı demək idi. Abbas mirzənin özü də Nuxaya gəlib çıxmışdı və burada onun atasının — İran şahı Fətəli xan Qacarın, adından sikkə zərb edilməsinə başlanılmışdı. Lakin Abbas mirzənin Gəncə yaxınlığında ruslar tərəfindən məğlub edilməsi və onun 30 sentyabrda Arazı keçib İrana geri çəkilməsi nəticəsində hərbi dəstəkdən məhrum olan Hüseyn xan, bundan sonra cəmi 1 ay yerində duruş gətirə bildi.
Hüseynqulu xan (Bakı xanı)
Mirzə Məhəmməd xan Dərgahqulu xan oğlu — 1792–1806-cı illərdə Bakı xanı. == Həyatı == Huseynqulu xan I Mirzə Məhəmməd xanın nəvəsidir. Hüseynqulu xan 1792-ci ildə əmisi Məhəmmədqulu xanın vəfatından sonra taxta çıxmışdır. O, yeznəsi Qasım bəy Mansurxan bəy oğlunun və digər yaxın bəylərin köməyi ilə hakimiyyətə gəlib, 14 il, 1806-cı ildə ruslar Bakını alanadək burada hakimlik edib 1792–1806-cı illərdə hakimiyyətdə olmuş Hüseynqulu xan olduqca mürəkkəb beynəlxalq şəraitdə Rusiya və Qacarların idarə etdiyi İran arasında manevr etməli olur. Rusiya imperatriçəsi II Yekaterinanın fərmanı ilə Rusiyanın himayəsinə keçən Hüseynqulu xan rus ordusunun Azərbaycanı tərk etməsindən sonra Ağa Məhəmməd şah Qacara meyil edir. Qacarın qətlindən sonra Bakı xanlığı yenidən müstəqilliyini bərpa edir. XIX əsrin əvvəlində Bakı xanlığı uğrunda dövlətlərarası mübarizə yenidən kəskinləşir. 1803-cü ildə yenidən Rusiyadan asılılığı qəbul edən Hüseynqulu xan az sonra bu asılılıqdan imtina edir. Bakı xanı Hüseynqulu xan qaçandan 20 il sonra yenidən qoşun yığıb Abşeronu ruslardan azad edir. Amma İçərişəhəri ala bilmir və rus qarnizonunu mühasirədə saxlamağı bacarır.
Hüseynəli xan (Quba xanı)
Hüseynəli xan — 1726–1758-ci illərdə hakimiyyətdə olmuş Quba xanı. == Haqqında == 1726-cı ilin sonu 1727-ci ilin əvvəllərində Quba xanlığı Rusiyanın tərkibinə daxil oldu və 1718-ci ildə öldürülmüş Sultan Əhməd xanın kiçik yaşlı oğlu Hüseynəli bəy Quba xanı elan edildi. Belə ki, Rusiya İmperiyasının Xarici Siyasət Arxivində saxlananılan rəsmi sənəddə 1726-cı il oktyabrın 20-də Dərbəndə gəlmiş Hüseynəli bəyin Rusiya himayəsini qəbul edərək sədaqət andının içməsi bildirilir. Andda deyilirdi: "Mən, Quba xanının oğlu Hüseynəli bəy öz əqidəmlə şəriət qaydası ilə Qurana and içirəm ki, imperatriçə əlahəzrətlərinin təbəəliyində olub, öz təbəələrimlə, canım, ruhum və bütün pak vicdanımla imperatriçə əlahəzrətlərinin təbiətən və sadiq qulu kimi qulluq edəcək, onların təbəələrinə qarşı heç bir zidd hərəkət göstərməyəcək, bütün Rusiya İmperiyasına mən öz təbəələrimlə sədaqət, hər cür xeyirxahlıq göstərəcəyəm". Quba xanı nəinki həmişə sadiq olmağa and içirdi, hətta rus qoşunlarına mübarizədə hər cür yardım etməyi, rus əsgərlərinə mənzil ayırmağı da öz öhdəsinə götürürdü. Hüseynəli bəy Rusiyanın açıq və ya gizli düşmənləri ilə heç bir əlaqə saxlamayacağını da söz verirdi. 1726-cı il dekabrın 21-də Peterburqda Ali Məxfi şurada Hüseynəli bəyin Rusiya himayəsinə qəbul edilməsi və onun Quba xanı kimi təsdiq olunması məsələsi nəzərdən keçirildi. Hüseynəli bəyin torpaqları Osmanlılarla bağlanmış müqaviləyə görə Rusiya zonasında qalarsa himayəyə qəbul edib ona xan rütbəsi vermək haqqında Xəzərsahili əyalətlərdəki rus qoşunlarının komandanı feldmarşal Dolqorukiyə fərman göndərildi. Sərhədlər müəyyənləşdirilərkən Quba xanlığının böyük bir hissəsi Rusiya tərəfində qaldığından Hüseynəli xan, Quba xanı kimi təsdiq olundu və xan az yaşlı olduğuna görə qəyyumlar ayrıldı. Əfrasiyab naib, Fəraməz isə nazir oldu.
Kerey xan (Qazax xanı)
Kerey xan və ya Girey Xan (qazax türkcəsində: Керей хан; 1425 – 1473, Qazax xanlığı) — 1465-1468 illərində ilk Qazax xanı. Əmisi oğlu Canıbəy xanla birgə Qazax xanlığını qurmuşdur. Qızıl Orda və sonradan Ağ Orda xaqanı olmuş Uruz xanın nəticəsidir. Bolat Sultanın oğludur. Burunduq xanın atası. 1468-ci ildə baş vermiş Qazax-Şeybani savaşı nəticəsində həyatını itirmişdir. Ölümündən sonra taxta əmisi oğlu Canıbəy keçmişdir. Çingizlilər xanədanının türkləşmiş Törə sülaləsindəndir.
Xanı
Xanı (lat. Perca) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin xanıkimilər dəstəsinin xanılar fəsiləsinə aid heyvan cinsi.
Xanı balığı
Çay xanısı (lat. Perca fluviatilis) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin xanıkimilər dəstəsinin xanılar fəsiləsinin xanı cinsinə aid heyvan növü. Koladan Kolımayadək Şimal Buzlu okeanın çaylarında, Baltik, Qara, Azov, Xəzər və Aral dənizləri hövzələrində, Baykal gölündə yayılmışdır. Xəzərdə bütün çayların aşağı axarlarında, az miqdarda onların mənsəb hissələrində qeydə alınır. Azərbaycanda Küryanı göllərdə, Dəvəçi limanında, bəzən Samurçaydan Bakıya qədər dənizin sahil zonasında yaşayır. Kiçik körfəzdə nisbətən çoxsaylıdır. Qumbaşı çayında belə qeydə alınır. DXIII–XV, I-III 13-14, A II 8-9, fəqərələrin sayı 41, birinci qəlsəmə qövsünün alt şəxəsindəki dişcikləri sayı 15-20-dir. Pulcuqları ktenoiddir, başının örtük sümükləri üzərində sikloid pulcuqlar da olur. Yanaqları pulcuqlarla örtülüdür, buradakı eninə pulcuq sıralarının sayı 20-dən 23-ə qədərdir.
Gəncə xanı
Gəncə xanlığı — XVIII əsrin ortalarında, paytaxtı Gəncə şəhəri olmaqla yaranan Azərbaycan xanlıqlarından biri. Gəncə xanlığı Murovdağ silsiləsindən Kür çayınadək olan torpaqlar, Qarabağ, İrəvan xanlıqları, Qazax və Şəmşəddil sultanlıqları, Gürcüstanla həmsərhəd idi. Xanlığın mərkəzi Gəncə şəhəri idi. == Yaranması == 1736-cı il Suqovuşan qurultayında Nadirin şah elan edilməsinə qarşı çıxdıqları üçün Nadir şah onları sürgünə yollamışdı. Sürgün edilən Ziyadoğlular Nadirin öldürülməsindən sonra vətənə qayıdıb dövlət yaratmağa imkan,şərait tapdılar.Gəncə xanlığının banisi Qacar tayfasının yerli nəslinin nümayəndəsi II Şahverdi xan Ziyadoğlu olmuşdur.O,Nadir şahın Gəncədəki qarnizonunu darmadağın etməkdə yardımçı olan Kartli-Kaxetiya hakimi II İrakliyə 5 köpük pul verməyi öhdəsinə götürmüşdür. Şahverdi xanın oğlu Məhəmmədhəsən xan (1760–1780) bu pulu verməkdən imtina edərək Kartli-Kaxetiyadan asılılğa son qoymuşdu.Qardaşını öldürərək hakimiyyətə gələn Məhəmməd xan da bu siyasəti davam etdirmişdir. == İkihakimiyyətlilik dövrü == 1780-cı ildə Kartli-Kaxetiya hakimi II İraklinin və Qarabağ xanı İbrahimxəlil xanın birləşmiş qoşunları Gəncəni tutdu. Hakimiyyətə yeni gələn Məhəmməd xan kor edilərək Şuşa qalasına salındı.Bundan sonra Gəncə xanlığını qaliblərin eyni vaxtda təyin etdikləri iki nümayəndə idarə edirdi. İkihakimiyyətliliyin bütün ağırlığı xalqın üzərinə düşürdü. == Müstəqillik uğrunda mübarizə == 1778-ci ildə saray çəkişmələrinin qurbanı olan Gəncə xanlığının hakimi Məhəmmədhəsən xanı ona sui-qəsd edən qardaşı Məhəmməd xan əvəz etdi.Onun hakimiyyəti dövründə Gəncə xanlığı xeyli zəiflədi.Vəziyyətin belə olmasından istifadə edən II İrakli Gəncəni zəbt etmək fikrinə düşdü.Lakin o,tələsməyib bu işdə Azərbaycanda böyük nüfuza malik olan və tez-tez ittifaqa girdiyi qarabağlı İbrahimxəlil xandan istifadə etməyi qərara aldı.Zəngin Gəncə şəhərində çoxdan gözü olan İbrahimxəlil xan tərəddüd etmədən II İraklinin təklifıni qəbul etdi.Beləliklə, 1780-ci ildə İrakli və İbrahim xanın qoşunları Gəncə qalasını mühasirəyə aldılar.Ciddi müqavimət göstərə bilməyən Gəncə qarnizonu təslim oldu.Qaliblər Gəncə xanlığını birlikdə idarə etməyi qərarlaşdırıb,öz nümayəndələrini Gəncə şəhərində yerləşdirdilər.
Mahmud (Kazan xanı)
Mahmud xan — Kazan xanlığının 2-ci xanıdır. Uluq Məhəmmədin böyük oğludur. 1445-ci ildə Suzdal döyüşündə tatar ordularına başçılıq etmiş və II Vasilini əsir götürmüşdü. Onun dövründə ruslar Mahmud xanın qardaşı Qasım xana torpaqlar verərək onun üçün dövlət yaratdılar və Qasım xanlığı beləliklə iki dövlətin arasında bufer rolunu oynadı.
Xəlil (Kazan xanı)
Xəlil xan (XV əsr – 1467, Kazan) — Mahmudın ən böyük oğlu idi. Övladsız olmuş və az hakimiyyətdə qalmışdır. Yerinə daha sonra həyat yoldaşı ilə də evlənəcək olan qardaşı İbrahim keçmişdir.
Abdulla xan (Xivə xanı)
Abdulla xan(? - 1855)—Qonquratlar sülaləsindən Xivə xanı. == Həyatı == Məhəmmədəmin xanın yerinə keçən Abdullah xan (Mart-sentyabr 1855) yeni bir ordu ilə türkmənlər üzərinə yürüdüysə də aparılan savaşda yenilərək öldürüldü və Xivə xanlığı türkmənlər üzərindəki hakimiyətini itirdi. Xivə xanlarının Türkmənlərlə uğraşmasından faydalanan ruslar Cənubi Qazaxıstan torpaqlarını işğal edərək Aral gölünün şimal sahilinə qədər endilər. Xivə və Kokand xanlıqlarının etirazlarına baxmayaraq Aralın şimal sahillərində və Sırdəryanın eyni gölə töküldüyü yerdə qalalar inşa etdiler. Bu arada polkovnik İqnatiyev ilə şərqşünas Nikolay Xanıkov başçılığında bir heyəti Orta Asiyaya göndərən ruslar buradakı ölkələrin əsgəri və iqtisadi quruluşu haqqında bilgi topladılar. İqnatiyev ilə N. Xanıkov Rusiya hökumətinə öncə Kokandın, ardından Buxara ilə Xivənin işğalını tövsiyə etdilər. Bir yandan Orta Asiya Türk dövlətləri, Osmanlı dövlətinin birlik və bərabərlik tövsiyəsinə baxmayaraq bir-birləriylə sürəkli mücadilə içində olurdular. Buxara ilə Xivənin Mərv bölgəsi hakimiyəti üzündən etdikləri mücadilənin ardından bu dəfə Buxara ilə Kokand arasında mübarizə başladı.
Abdulla xan (Yarkənd xanı)
Abdulla xan ibn Əbdürrəhim xan (?—30.10.1675) — Turfanın, Çalışın (1635–1668), Məmləkəti-Moğoliyyənin və Yarkənd xanlığının hakimi. == Həyatı == Abdullah xan dönəmində (1638–1668) şimal qonşuları olan Kalmıklar (Kalmıkca: Хальмгуд)ın böyük bir hərbi gücə sahib olduğu bilinməkdədir. Buna qarşı önləm alınırsa da iş işdən keçmiş, hər şey Abdulla xanın aleyhinə, əsas olaraq Səidiyə xanlığının əleyhinə işləmişdir. Abdulla xan (1638–1668) da xanlığı oğluna buraxmışdır. Qurultay, xan seçmənin xaricində xanlıqda torpaqların paylaşdırılması və önəmli məqamlara təyin edilməsi haqqında da qərar verirdi.
Mustafa xan (Şamaxı xanı)
Mustafa xan Xançobanlı (d. 1768 – ö. 17 sentyabr 1844) — sonuncu Şirvan xanı. Mustafa xan Ağası xan oğlu Şamaxı şəhərində anadan olmuşdu. О xeyli qaçqın həyat sürdükdən sоnra 1792-ci ildən xanlıq kürsüsünə sahib оldu. Bir zaman Azərbaycan xanlıqlarına və xanlarına qənim kəsilmiş Fətəli xan Qubalının əlindən canını götürüb qaçaraq Qarabağ xanlığına pənah gətirmiş оlan Əsgər bəy, Qasım bəy və Mustafa bəy Ərəşli Şəhabəddin sultan tərəfindən tutularaq qоlları qandallanmış halda Fətəli xanın sərəncamına göndərildi. Оnları Fətəli xanın elçisi Məmmədkərim bəylə Hacı Seyid bəy aparırdı. Bir təsadüf nəticəsində Göyçay ərazisində Hacı Seyid bəy əsirləri azad etdi və Məmmədkərim bəyi zəncirləyib geri döndü. Bu 3 nəfər əvvəlcə Cara və оradan da Avarstana getdilər. Оrada da qala bilməyən xanzadələr Qarabağa və оradan da Türkiyəyə getdilər.
Məhəmmədhəsən xan (Şəki xanı)
Məhəmmədhəsən xan və ya Məhəmməd Həsən xan, Məhəmmədhəsən ağa (Şəki xanı olana qədər). Şəki xanı. Məhəmmədhüseyn xanın oğlu.(≈1760—5.9.1831) Atası Məhəmmədhüseyn xan Şəki xanı olduğu zamanlarda, atasının əmisi Hacı Əbdülqadir 1770-ci ildən başına bir dəstə yığıb, Qanıxçayın Kür çayına qovuşduğu yerdə - "Dardoqqaz" adlanan yarımadada, məskən salmış və Məhəmmədhüseyn xana qarşı silahlı mübarizəyə başlamışdı. Qarabağ xanı İbrahim xan və Gürcüstan hakimi Irakli xan da Hacı Əbdülqadirin Məhəmmədhüseyn xana qarşı silahlı mübarizəsini dəstəkləyirdilər. Məhəmmədhüseyn xan oğlu Məhəmmədhəsən ağanı sülh və barışıq üçün əmisi Hacı Əbdülqadirin yanına göndərdikdə isə Hacı Əbdülqadir Məhəmmədhəsən ağanı tutub, Məhəmmədhüseyn xanın düşməni olan Qarabağ xanı İbrahim xana yollayır ki onu öldürsün. İbrahim xan Məhəmmədhəsən ağanı öldürmür, gizlində saxlayır, lakin Hacı Əbdülqadir xəbər göndərir ki guya onu artıq qətlə yetirilmişdir. 1780-cı ilin avqust ayında isə bir gecə Hacı Əbdülqadirin göndərdiyi 60 nəfərlik bir dəstə Nuxa şəhərininə xəlvəti yaxınlaşa bilir. Hacı Əbdülqadirin adamları səhərədək şəhərin ətrafındakı dağlarda gizlənirlər, "səhərdən, adamlar divandan dağılandan sonra qala ki boşallanir və o vaxt da qarovul və ya müstəhfiz (–yəni: mühafizəçi) bərqərar olmayır imiş. Əminlik cəhətinə, qalanın yuxarı qapısından daxil olub, qapıları içəridən bağlayırlar. Qalada ancaq hərəmxanalara məxsus xidmətkarlardan rast gələni qətlə yetirib, xanın üstünə hücum edirlər.
Məhəmmədqulu xan (Bakı xanı)
Məhəmmədqulu xan (Bakı – 1792, Bakı) — Bakının altıncı xanı. Məlik Məhəmməd xanın kiçik qardaşı və I Mirzə Məhəmməd xanın oğlu idi, doğum tarixi məlum deyil. Fətəli xanın ölümündən bəri həm yeni Quba xanı Əhməd xanın, həm də qardaşı oğlu II Mirzə Məhəmmədın təcrübəsizliyindən istifadə edərək Bakı xanlığını qəsb etməyə çalışırdı. Xanlığa layiq görüldüyü təqdirdə iddialı Əhməd xanı sədaqəti ilə əmin etdi. Əhməd xan 1791-ci ildə Məhəmmədqulu ağanın taxtda oturması üçün Bakıya qoşun göndərdi. Bakı ordusu cəmi 500 nəfərdən ibarət olduğundan Mirzə Məhəmməd həmin il əmisinin xeyrinə imtina etdi. Ancaq Əhməd xana tabe olmayaraq, xərac vermədi. Quba xanı keçmiş xana olan bağlılığını dəyişdirdi və Bakını mühasirəyə aldı, Məhəmmədqulu şəhər xalqının köməyi ilə onun qüvvələrini məğlub etdi. Əhməd xan 1791-ci il mart ayında vəfat etdi və onun yerinə 13 yaşlı qardaşı Şeyxəli xan gəldi. Mirzə Məhəmmədə yenidən Bakıya yürüş etmək üçün ordu verildi.
Məhəmmədəli xan (Kokand xanı)
Məhəmmədəli xan (1808-1842) — 1822-1842-ci illərdə Kokand xanlığını idarə etmiş hakim. Atası Ömər xan 1822-ci ildə xəstələnib vəfat etdiyi zaman, taxtına o zamanlar 15 yaşlarında olan Məhəmmədəli xan (Madali) oturmuşdur. Atası kimi adil və dindar bir hökmdar olan Məhəmmədəli xana, Kokand xalqı muadil vəya Məhəmmədəlinin qısaltması olarak “Madali” deyə xitab etmişdir. Məhəmmədəli xan, atasının bıraxdığı qanun-qaidə üzərində ayaqda qalmış, Kokandlılar asudə bir dövr və könül xoşnutluğu içində olmuşdular. Dövlət iqtisadiyyatının inkişaf etdiyi, xəzinənin zənginləştiyi, Kokandda böyük bir mədrəsənin tikildiyi, Fərqanə vadisində sulama sistəmi gəliştirilərək “Xan Arik” dənilən büyük kanalların açıldığı bu dönəmdə, Məhəmmədəli xanın ilk icraatı kardəşi Mahmut Xanı və akrabalarını sürgünə göndərmək olmuştur. Kokand taxtı üzərindəki hakimiyətini sağlamlaştıran Madali, Kokand daxilindəki Qırğız, Qıpçaq və digər köçərilər arasında ekonomik və siyasi istiqrarı sağlamış, onları oturaq həyata keçirəbilmək için yeni yərləşim alanları və xəstəxanalar qurmuşdur. Kokand xanlığının ən güclü olduğu və ən geniş sınırlara çatdığı Məhəmmədəli xan dönəmində öncəliklə Pamir, Bədaxşan, Xocənd, Daşkənd, Cənubi Qazaxıstan, Qaşqar ilə Qırğızistanın tamamı Kokand xanlığının hakimiyəti altına girmiştir. Ardından Çin üzərinə yönələn Madali, 1826-cı ildə Qaşqar əski hökmdarlarının soyundan olan Cahangir Xocanın dəvəti üzərinə Şərqi Türksitana qüvvə göndərmiş və Gülbağ deyilən mövqedə Çinlilər (Hıtay) ilə savaşarak qazi ləqəbini almışdır. İbrətinin vərmiş olduğu bilgilərə görə, o zamana qədər Kokand xanlarından heç kimsə küffar ilə muharibə qılmamış və qazilik lakabına nail olmamıştır. Çindəki Hocalar və Qırğızların isyanına dəstək verən Məhəmmədəli xan, Minyol, Qaşqar, Yarkənt, Xotan və Aksu kimi şəhərləri də ələ keçirməyi başarmıştır.
Mənsur xan (Moğolustan xanı)
Mənsur xan (1484–1544) —1501–1522-illərdə Şərqi, 1501–1504-cü illərdə Mərkəzi, 1516–1544-cü illərdə Moğolustan hakimi, I Sultan Əhməd xanın oğlu. Mənsur xan Sultan Əhməd xan oğlu 1484-cü ildə anadan olmuşdu. Moğolustan hakimi I Sultan Mahmud xan 1502–1503-cü illərdə qardaşı Sultan Əhməd oğlanla bərabər Məhəmməd Şeybani xana qarşı döyüşə yollanmışdı. O zaman Mənsur xan Turfan dairəsinin hakimi idi.Şərqi və 1501-ci ildən Mərkəzi Moğolustan ona verildi.1504-cü ildə atası I Sultan Əhməd xanın vəfatından sonra Duqlat tayfası Əbubəkr mirzənin başçılığı ilə onu Mərkəzi Moğolustandan çıxarıb, Aksu şəhərinə yiyələndi. 1508-ci ildə I Sultan Mahmud xanın öldürülməsindən sonra qardaşları Sultan Xəlil oğlan və Sultan Səid oğlanla hakimiyyət uğrunda mübarizəyə başladı. Elə həmin ildə Almatı yaxınlığında Çarun-Çulanda onları məğlub etdi. Sultan Xəlil oğlan Fərqanəyə qaçdı və orda Məhəmməd Şeybani xan tərəfindən öldürüldü. Sultan Səid oğlan isə qaçıb Kabulda məskunlaşdı. Orda özünü bütün Moğolustanın hakimi elan etdi. Əlində isə ancaq Turfan və Çalış qalmışdı.
Qara xan (Talış xanı)
Seyid Cəmaləddin Mirzə bəy və ya xan olduqdan sonra bilinən adı ilə Qara xan — Talış xanlığının ilk müstəqil xanı. Qara xanın atası Seyid Abbas Məhəmməd Peyğəmbərin nəslindən gəlib Talış bölgəsinə gəlmə idi. O Boradigah kəndinin bəyi Əsəd bəylə yaxınlaşaraq onun qızı Ahu xanımla evlənir. Bu evlilikdən Seyid Cəmaləddin dünyaya gəlir. 1736-cı ildə Suqovuşandakı qurultayda Nadir şahın hakimiyyətini tanıyan Seyid Abbas bəy oğlu Seyid Cəmaləddini bəyi onun qulluğuna göndərir. Maraqlıdır ki Cəmaləddin bəy "Qara" ləqəbini bu qulluğda dərisinin rənginə görə almışdı. Seyid Cəmaləddin Dağıstan səfərində göstərdiyi igidliyə görə Nadir şahdan "xan" titulunu alır və Qara xan adlanmağa başlayır. 1747-ci ildə Nadir şah Əfşarın ölümündən sonra vətənə qayıdan Qara xan Talış xanlığının taxtına çıxır. Qara xan ilk iş olaraq sərhədləri möhkəmləndirir, daimi ordu formalaşdırır. Mərkəzi hakimiyyəti gücləndirmək üçün narazı feodalların torpaqlarını xanlıq torpaqlarına əlavə edir.
Qasım xan (Qazax xanı)
Qasım xan(1445–1521) — Qazax xanlığının hökmdarı (1511–1521). Qazax xanlığının ən güçlü olduğu dönəm, XVI əsrin birinci çərəyində, özəlliklə Qasım xan (1511–1521) dönəmidir. Gerçəkdə o, xanlığı daha Burunduq dövründə idarə etməyə başlamışdı. Onun taxta çıxmasından sonra, Canıbək soyundan gələnlərin əlinə keçti. Burunduq ilə Qasım öz aralarında anlaşmazlıqlar yaşadığı sırada, Məhəmməd Şeybani Qazax torpaqlarına bir neçə dəfə hücum etdi. Qazax xanları da Türkistanın cənubundakı şəhərləri ilə Mavəraünnəhrə səfərlərə çıxdı. Məhəmməd Şeybaninin səfərlərindən (1509) birinə qatılan Fəzlullah bin Ruzbehan İsfəhani, məğlubiyyətə uğrayan Canıs Sultan ulusundan ələ keçirilən qənimətin çox böyük və çox çeşidli olduğunu söyləyir. O səfərdə, ev alətləri və əşyaları, geyəcək və hər cür ticari mallar ilə birlikdə arabalara yüklənmiş on mindən artıq Qazax keçə çadırı, çox sayda minik atları, inəklər, dəvələr və qoyunlar ələ keçmişdi. Bu bilgilər qazaxların sadəcə iqtisadi baxımdan nə qədər güclü olduqları haqqında deyil, eyni zamanda sürəkli savaşların onlara nə qədər böyük zərərlər verdiyi mövzusunda da bizə bəzi bilgilər verməkdədir. Şeybani xan qazaxlara qarşı apardığı üç səfərin nəticəsində, Qazax valilərini Türkistan bölgəsinin bayırına keçici olaraq atmakda bacarıqlı oldu.
Səfa Gəray (Qazan xanı)
Safa-Gəray (tatar Safa Gäräy, Сафа Гәрәй, صفا گرای‎; krımtat. Safa Geray; 1510, Baxçasaray — 1549, Kazan) — Kazan xanı (1524—1531, 1536—1546, iyul 1546—mart 1549). Krım çarı Fetih Gəray və noqay mirzə Xədicənin nəvəsi Cəlal Sultanın oğlu, Sahib Gərayın (1521—1524) bacısı oğlu və xələfi 1524-ci ildə dayısı sahib Gərayın Krıma getdikdən sonra o 13 yaşında taxta çıxıbdı. Bulat Şirinin himayəsi altında ölkəni idarə edibdi. Özünü osman sulatnın vassalı elan edib və Moskva əlehinə vuruşub (1536—1537, 1541—1542, 1548). 1531-ci ildə Kazandan sürgün edilib. Hakimiyyətə Can Əli gəlib. 1535-ci ildə isə krım hərbiçilərin köməyi ilə yenidən hakimiyyətə qayıdıb. O Can Əlinin arvadı, noqayın qızı Sümbullə evlənir (1549—1554). 1546-cı ildə qaynatası Yusiflə müharibə edir.Yusifin qardaşı Yunisin köməkliyi ilə Noqayı alır.
Səlim xan (Şəki xanı)
Səlim xan — Şəki xanı; iki dəfə − birinci dəfə 1795-1797, ikinci dəfə isə 1805-1806-cı illərdə, hər dəfə də 2 ildən də az müddət ərzində hakimiyyətdə olmuş, lakin xan olmaq uğrunda mübarizəsini sonra yenə də davam etdirməsi səbəbindən, adı XIX əsrin birinci rübündə daha uzun müddət ərzində, vaxtaşırı olaraq dövrün siyasi gündəmlərində hallanmışdı. Şəki xanlarından Məhəmmədhüseyn xanın oğlu, Hacı Çələbi xanın nəticəsi, Məhəmmədhəsən xan ilə Fətəli xanın atabır qardaşı, Hüseyn xanın isə atası idi. Səlim xan Şəki xanı ikən hakimiyyətini möhkəmləndirmək və düşmənlərinə qarşı hərbi dəstək almaq üçün əvvəl xanlığını Rusiya imperiyasının tərkibinə qatmışsa da, bacısının Qarabağda ruslar tərəfindən öldürülməsindən sonra, dərhal Şəki xanlığı ərazisindəki rus qoşununu bu ərazidən çıxartmış, bundan 4 ay sonra əks-hücuma keçən ruslara silahlı müqavimət göstərmiş, lakin sonda məğlub olaraq İrana qaçmışdır. O, hakimiyyətini geri qaytarmaq ümidiylə bir neçə dəfə İrandan silahlı dəstə ilə Şəkiyə yürüş etsə də uğur qazana bilməyərək geri çəkilmiş, bir müddət İranda yaşadıqdan sonra Türkiyəyə getmiş və 12 aprel 1826-cı il tarixdə Osmanlı İmperiyası ərazisindəki Kir şəhərində vəfat etmişdir. Bundan az sonra, elə həmin ilin 11 avqust tarixində isə Səlim xanın oğlanlarından biri - Hüseyn xan, Şəki xanı ola bilmiş, lakin onun hakimiyyət dövrü də çox çəkməmiş, cəmi 3 aya yaxın davam etmişdir. Mənbələrdə Səlim xanın həyatının Şəkidə hakimiyyətə gəlişinə qədərki dövrü haqqında demək olar ki heç bir məlumat yoxdur. Bircə o göstərilir ki Səlim xan sələfi olan qardaşı Məhəmmədhəsən xanın onu “birütbə” saxlamasını və digər qardaşı Fətəli xanın gözlərini çıxartdırmasını gördükdən sonra “Şəki vilayətinin bəylərindən özünə yoldaş eləyib, tarixi-islamiyyə 1199 (1784/1785) olanda” (digər bir mənbədə 1795-ci illin mart ayında) Şəkidən Cara qaçmış və qardaşını devirmək əzmiylə orada özünə qoşun toplamışdı. 1795-cı ilin son aylarında isə qardaşı Məhəmmədhəsən xan Şəki qoşunu ilə Muğanda – orada qışlayan İran şahı Ağa Məhəmməd şah Qacarın sərəncamında, olarkən Səlim xan Əliskəndər Hüzzatinin başçılıq etdiyi Car və Avar qoşunu ilə Cardan Şəkiyə doğru hərəkət edir. Məhəmmədhəsən xan bunu bilən kimi Ağa Məhəmməd şahdan da əlavə qoşun götürüb Səlim xanı qovmaq üçün Şəkiyə qayıdır. İki qardaş arasında ən şiddətli döyüş Göynük kəndi yaxınlığında baş verir, Səlim xan məğlub olub geri çəkilir.
Şeyx Heydər (Özbək xanı)
Şeyx Heydər — Özbək xanlığının üçüncü hökmdarı. Əbülxeyr xanın oğlu idi. Hakimiyyət dövrü hərc-mərcliklə keçmişdir. Sibir xanlığını ələ keçirmiş İbak xan, Qazax xanlığının müstəqilliyini elan etmiş Kerey xan, Yadigar xanın oğlu Bureke sultan, Noqay Ordası bəyləri olan Musa və Yamqurçı, Böyük Orda xanı Əhməd arasında keçən vətəndaş müharibəsi gedişatında Şeyx Heydər 1471-ci ildə İbak xan tərəfindən öldürüldü. Kerey xan güc boşluğundan istifadə edərək Mərkəzi Asiyanın ən güclü hakiminə çevrildi. Şeyx Heydərin qardaşı oğlu 20 yaşlı Məhəmməd Şeybani isə özünə sadiq bir ordu ilə Teymurilərə təslim oldu. Почекаев Р. Ю. Цари ордынские. Биографии ханов и правителей Золотой Орды. — СПб.: Евразия, 2010. — С. 215.
Adil Gəray (Krım xanı)
Adil Gəray — 1666–1671-ci illər arasında hökmdarlıq etmiş Krım xanı.
Bahadır Gəray (Həştərxan xanı)
Bahadır Gəray (krımtat. Bahadır Geray)(v. noyabr 1523, Həştərxan, Həştərxan xanlığı) — Həştərxan xanı. Krım xanı I Mehmed Gərayın oğlu və Krım kalqayı olmuşdur. == Həyatı == Doğum tarixi bilinməsə də, babası I Məngli Gərayın səltənətində dünyaya gəldiyi təxmin edilir. Atası o əsnada Krım kalqayı olan Mehmed Gəraydır. Babasının vəfatıyla 1515-ci ildə atası I Mehmed Gəray taxta çıxdı. Atası tərəfindən kalqay elan edilmək istənilsə də, ənənəyə görə yaşca ən böyük xanzadə olan əmisi Topal Əhməd Gəray kalqay elan edildi. I Mehmed Gəray isə səltənətin öz övladları ilə davam etməsini istəyirdi. Üstəlik, qardaşı Əhməd Gəray doğuşdan və ya qatıldığı səfərlərdə aldığı yaralardan fiziki qüsurlu idi və topallayırdı.
Düzdidil xanım
Düzdidil xanım (1825, Şimali Qafqaz – 18 avqust 1845, Konstantinopol) — 31. Osmanlı padşahı Sultan Əbdülməcidin üçüncü xanımı. == Həyatı == Düzdidil xanım 1825-ci ildə Şimali Qafqazda dünyaya gəlmişdir. Əslən ubıx əsillidir və əsl adı Ayşə Dişan idi. 6 yaşında İstanbula gətirilən Ayşə Osmanlı sarayına təslim edildi. Adı dəyişdirildi və Düzdidil oldu. Dərhal saray təlimi alan Düzdidil piano təhsili də aldı. Nəhayət, 1842-ci ildə Sultan Əbdülməcidlə evləndirildi. Bu nigahdan ard-arda 2 qızı dünyaya gəldi: Cəmilə Sultan və Səmiyə Sultan. Ancaq çox keçmədən İstanbulda yayılan vərəm epidemiyasına tutuldu və uzun müddət çəkən xəstəliyin ardından 1845-ci ildə vəfat etdi.
Fatimə xanım Kəminə
Fatma xanım Kəminə (1841, Şuşa, Kaspi vilayəti – 1898, Şuşa) — azərbaycanlı şairə. XIX əsr qadın aşıqlarındandır. == Həyatı == Fatma xanım Kəminə 1841-ci ildə Şuşada dünyaya gəlib. Fatma xanım kiçik yaşlarından etibarən şeirə maraq göstərmişdir. Şairənin atası Mirzə Bəybaba Fəna da şair olub və "Fəna" təxəllüsü ilə şeir yazıb. Fatma xanım fars dilini də mükəmməl bilib və bu dildə də şeirlər yazıb. Təhsilini Şuşada alıb, savadına görə ona "Mirzə fatma xanım" deyirdilər. XIX əsr təzkirələri arasında da şairənin şeirlərinə rast gəlinir. O dövrdə Fatma xanım Azərbaycanın ən məşhur 3–5 şairəsindən biri olub. Şairə onunla bir dövrdə yaşayan bir çox aşığın şeirlərinə nəzirələr yazmışdır.
Fatma Pəsənd xanım
Fatma Pəsənd xanım (17 aprel 1876, Konstantinopol – 5 noyabr 1924, Konstantinopol) — 34. Osmanlı sultanı II Əbdülhəmidin on birinci xanımı. == Həyatı == Çərkəz əsilli olan Fatma Pəsənd xanım Sultan Əbdülhəmidin bacısı Cəmilə Sultanın hədiyyəsi olaraq Ulduz sarayına gəlmişdir. 1896-cı ildə Ulduz sarayında nigahlanan cütlüyün bir il sonra Xədicə Sultan adlı qızları dünyaya gəldi. Ancaq 8 aylıq olan Xədicə Sultan difteriya xəstəliyindən vəfat etmişdi. Sultan Əbdülhəmid qızının vəfatından sonra Osmanlının ilk uşaq xəstəxanası olan Şişli Etfal xəstəxanasını qurdu. Xəstəxananın idarəsi isə 1909-cu ilədək Fatma Pəsənd xanıma tapşırıldı. Sultan Əbdülhəmidin devrilməsindən sonra əriylə birlikdə Salonikiyə getdi ancaq bir il sonra İstanbula qayıtdı. Qayıtdıqdan sonra Vaniköydə yaşayan Fatma Pəsənd xanım sürgün əsnasında ağır xəstə idi. Bu səbəblə ölkəni tərk edə bilmədi və 5 noyabr 1925-ci ildə vəfat etdi.
Fatma xanım Ani
Fatma xanım Ani (XVII əsr, Konstantinopol – 1710, Yenişehir[d], Bursa vilayəti) — XVII–XVIII əsrlərdə yaşamış Azərbaycan şairəsi. == Həyatı == Əsl adı Fatma xanım təxllüsü isə Anidir. Təbrizli Xacə Sədəddin Hüseyncanın qızıdır. Süleyman Müstəkimzadə “Mecelletü’n-Nisâb fi’n-Nisbi ve’l-Künâ ve’l-Elkâb” adlı əsərində atasının adının Həsən olduğunu yazır və bildirir ki, bu adı şairənin öz xətti ilə yazdığı bir qeyddə görmüşdür. İstanbulda doğulub böyümüş və təhsil görmüşdür. Qadınlar arasında savadlı olmasına görə “Xacə-i Zənan” yəni xanımların müəllimi ləqəbi ilə tanınırmış. Səlim Əfəndi “Təzkirətüş-Şüəra” əsərində Fatma xanımın İsazadə Mehmed Əziz Əfəndi adlı bir qohumundan xəttatlıq dərsləri aldığını və bu sənəti icra etdiyini yazır. Onun Əmir Ağazadə Seyid Mehmed Əfəndi adında oğlu olduğu bizə məlumdur. Oğlu Yenişəhər Fənərdə qadılıq edərkən oğlunun yanında yaşadığını bildirir. Hicri 1122-ci ilin Məhərrəm ayında yəni miladi 1710-cu ildə Yenişəhərdə vəfat etmiş və Fənərdə dəfn edilmişdir.
Fikriyə xanım
Fikriyə xanım (türk. Fikriye Hanım; d.1887, Larisa — ö.31 may 1924, Ankara) — Atatürkün anası Zibeydə xanımın ikinci həyat yoldaşı Raqib bəyin qardaşı Məmduh Xeyrəddin bəy ilə Vəsfiyə xanımın qızıdır. Fransız, Alman və Yunan dillərində səlis danışa bilən Fikriyə xanım eyni zamanda ud və piano da çala bilirdi. == Həyatı == 1887-ci ildə Selanikdə anadan oldu. Atatürkün anası Zibeydə xanımın ikinci həyat yoldaşı Raqib bəyin qardaşı Məmduh Xeyrəddin bəy ilə Vəsfiyə xanımın qızıdır. Gənc yaşda bir misirli ilə evlənən Fikiryə xanım evliliyi uzun sürmədi ailesinin yanına qayıtdı. 1923-cü ilə qədər Çanqaya köşkündə Mustafa Kamal Paşaya köməklik göstərirdi. Zəif bədən quruluşuna sahib olan Fikriyə xanım tez-tez xəstələnməsi səbəbilə təhsil ala bilməmişdi. Bu hal isə onun gələcək planlarına təsir göstərmişdi. Ağciyərlərindən əziyyət çəkən Fikriyə xanım Münhenə getməli idi.
Firuzə xanım Qovanlı-Qacar
Firuzə xanım Qovanlı-Qacar — Şuşadan gəlmiş, peşəkar akademik fortepiano təhsili almış, ilk azərbaycanlı peşəkar qadın pianoçu. == Həyatı == Firuzə xanım Tiflisdə İmperator, sonralar Azərbaycan Xalq Cümhuriyyəti Ordusunun polkovniki olan şuşalı Seyfulla mirzə Qovanlı-Qacarın ailəsində anadan olub. Ailənin ən böyük övladı olub. Seyfulla mirzənin həyat yoldaşı Ruxsarə xanım Qafqaz Müsəlman Qadınları Xeyriyyə Cəmiyyətinin üzvü idi və yüksək təhsilli qadın idi. O, rus, fransız və fars dillərini bilir, ədəbiyyat və musiqiyə xüsusi maraq göstərirdi. Seyfulla Mirzənin evində müxtəlif alman istehsalı üç royal var idi ki, onları Ruxsarə xanım mütəmadi olaraq çalırdı. Ruxsarə xanım uşaqlara fortepiano dərsi də verirdi. Bu evdə çox tez-tez musiqi məclisləri təşkil olunurdu və buraya təkcə onların qohumları deyil, həm də fortepiano musiqisinin pərəstişkarları da dəvət edilirdilər. Seyfulla mirzə ilə Ruxsarə xanımın oğlu Əlixan mirzə musiqiyə həvəs göstərməmiş, bacısı Firuzə xanım isə musiqiyə həvəs göstərərək, həyatını musiqiyə həsr etmək qərarına gəlir. === Musiqi təhsili === Firuzə xanım əvvəlcə Tiflisdə, sonra isə Peterburq Konservatoriyasında musiqi təhsili alıb.
Füsunkar xanım
Füsunkar xanım — Avropada, orta əsrlərdə yüksək mənəviyyata — (cəsarət, sadiqlik, qadına qarşı alicənablıq) malik kişinin — cəngavərin öz təxəyyülündə yaratdığı kurtuaz sevgi obyekti olan obraz. Füsunkar xanım həm mənəvi, həm də cismani kamillik idealı idi. Çox vaxt cəngavər özünə qadını görmədən seçirdi. Əsas şərt qadına xidmət, onun bütün tələblərini yerinə yetirmək və bütün rəqiblərdən, xüsusilə qəddar və ya qısqanc ərdən qorumaqdır. Füsunkar xanım obrazı heç şübhəsiz kişi, üstəlik, cəngavər təsəvvürünün məhsulu olub və cəngavər kişilər üçün yaradılmışdı. Füsunkar xanım kurtuaz ədəbiyyatın mərkəzi obrazıdır, məsələn: Flamenka "Flamenka", İzolda "Tristan və İzolda" romanında. Son füsunkar xanım obrazlarından biri, Servantesin ölməz "Don Kixot" əsərində rast gəlinir.
Fəridə xanım Sultan
Fəridə xanım Sultan (30 aprel 1847, Konstantinopol – dekabr 1920) — Osmanlı sülaləsinin üzvü, Osmanlı xanım sultanı. == Həyatı == Fəridə xanım Sultan 30 aprel 1847-ci ildə Arnavutköy sahilsarayında dünyaya gəldi. Atası Sultan Mahmud və Sultan Əbdülməcid dönəmlərində müxtəlif vəzifələrdə xidmət etmiş Əhməd Fəthi Paşa, anası isə Sultan Mahmudun qızlarından Atiyə Sultandır. Ancaq hələ 3 yaşında ikən anası vəfat etdi və bacısı Səniyə xanımla birlikdə Fəriyə sarayına köçürüldülər. Burada xüsusi nəzarət altında böyüdülən xanım sultanlar mükəmməl təhsil aldılar. Ancaq 1867-ci ildə Misir xədivi İsmayıl Paşanın anası Hoşyar Qadınəfəndinin İstanbul ziyarəti əsnasında bu saray da xanım sultanların əlindən alındı və Fəridə xanım bacısının ailəsiylə birlikdə keçmiş məclis üzvü Rüfət Paşanın köşkündə məskunlaşdı. Ertəsi il 1868-ci ildə Mahmud Nədim Paşayla evləndirildi və bu nigahdan bir oğlu dünyaya gəldi. Buna baxmayaraq qısa zaman sonra bu 2 xanım sultan ailələriylə birlikdə doğulduqları Arnavutköy sarayına köçürüldülər və ömürlərinin sonunadək burada yaşadılar. 1904-cü ildə ərinin ölümüylə dul qalan Fəridə xanım Sultan 1920-ci ilin dekabrında vəfat etdi və cənazəsi Yəhya Əfəndi türbəsi yaxınlığındakı məzarlığa bacısının yanına dəfn olundu. == Övladı == Mehmed Sahib bəy (ö.
Fərxundə xanımgil (teleserial, 1993)
Fərxundə xanımgil (türk. Ferhunde Hanımlar) — 1993-1999-cu illərdə yayımlanmış türk dram serialı. Serialda Fərxundə xanım və onun ailə üzvlərinin yaşadıqları hadisələrdən bəhs olunur. Serial 2 adda yayımlanmışdır: TRT 1 telekanalında Fərxundə xanım və qızları (1 və 2-ci mövsümlər) adı ilə və İnterStar telekanalında Fərxundə xanımgil (3-7-ci mövsümlər) adı ilə. Fərxundə xanımgil Türkiyədə yayımlanmış ilk gündəlik teleserialdır. 2020-ci ildə aprel-iyul ayları arasında TRT 1 telekanalında təkrarları yayımlanmışdır.
Gənc xanımın portreti
"Gənc xanımın portreti" (təxm. 1470) holland rəssamı Petrus Kristus tərəfindən yağlı boya ilə çəkilmiş rəsm əsəridir. Xüsusi dəqiqliklə işlənilmiş bu əsər holland portret rəssamlığı məktəbində yeni inkişaf mərhələsinə təkan vermişdir. Əsərdə çox gənc yaşlarında olan xanımın qapalı məkanda və aydın fonda surəti yaradılmışdır. Bu naməlum qəhrəman əsilzadələrə məxsus zərifliyi ilə diqqəti cəlb edir. Dəbdəbəli və bahalı qiyafələri bu xanımın fransız əsilli olmasına işarə edə bilər.
Haciyə xanım Gərgəri
Pərinisa xanım — Haciyə xanım Gərgəri adıyla tanınan Qudrət xanın qızı və Hacı Hüseynqulu xanın bacısı Qacar dövründə Gərgər mahalının hakimi idi.Mehdiqulu xan Hidayət məşhur Xatirələr və Xətərlər kitabında Haciyə xanım Gərgəridən Gərgər hakimi kimi ad aparır və yazır:"Gərgər mahalı Culfanın iki ağaclıqındadır.Bu nahiyənin hökuməti Haciyə xanım Gərgərinin əlindədir". == Mənbə == .Mehdiqulu xan Hidayət.Xatirələr və Xətərlər.5-ci çap.Tehran:Züvvar nəşrləri,1996.ISBN 964-401-021-3.
Hacı Sara xanım Qaradağlı
Hacı Sara xanım - (XIX əsr) - Toxmaqlı oymağının məşhur simalarından biri. == Həyatı == Hacı Sara xanım Qaradağın sonuncu xanı Məhəmmədqulu xan Qaradağlının qızıdır. Həsənəliağa xan Qaradağski (ata), Məhəmmədhüseynağa xan Qaradağskinin bacısı. Müqəddəs Məkkəyi-müşərrəfi ziyarət etmişdi. Hacı Sara xanım Qulu xan Şambayatı-Qacarın nəticəsi, İran ordusunun məşhur komandanlarından olan Pirqulu xanın nəvəsi, Əmirnizam Məhəmmədbağır xanın oğlu İbrahim xanla ailə qurmuşdu. Əmir xan adlı oğlu, Fatiməbəyim xanım adlı qızı vardı. Əmir xan Əhər şəhərində dünyaya pənah gətirmişdi. Dövlət idarəsində qulluq etmişdi. Əmir xanın Ələkbər ağa adlı oğlu vardı. Bağiri soyadını daşıyırdı.
Heyran xanım
Heyran xanım (1790, Naxçıvan - 1848, Təbriz) — Azərbaycan şairəsi. == Həyatı == Heyran xanım XVIII əsrin sonlarında kürd mənşəli Dünbuli ailəsində doğulmuşdur. Naxçıvanda təhsil almış, ərəb və fars dillərini, klassik Azərbaycan və fars ədəbiyyatını öyrənmişdir. XIX əsrin əvvəllərində Rusiya-İran toqquşmaları dövründə çoxlu xoylu naxçıvanlılar ilə birlikdə onun da ailəsi Naxçıvandan İrana köçürülmüşdür. XIX əsrin 60-cı illərində vəfat etmişdir. Füzuli ədəbi məktəbinin davamçılarından, klassik Azərbaycan poeziyasının tanınmış nümayəndələrindəndir. Azərbaycan və fars dillərində, əsasən, aşiqanə şeirlər yazmışdır. Rudəki, İzzəddin Həsənoğlu, Sədi Şirazi, Hafiz Şirazi, İmadəddin Nəsimi, Əlişir Nəvai, Məhəmməd Füzuli, Qövsi Təbrizi və başqa şairlərə nəzirələri var. Əruzun heca vəzninə yaxın bəhrlərində, sadə xalq dilində yazmışdır. Bəzi şerləri şifahi xalq ədəbiyyatı nümunələrinə yaxındır.
Heyran xanım Dünbüli
Heyran xanım (1790, Naxçıvan - 1848, Təbriz) — Azərbaycan şairəsi. == Həyatı == Heyran xanım XVIII əsrin sonlarında kürd mənşəli Dünbuli ailəsində doğulmuşdur. Naxçıvanda təhsil almış, ərəb və fars dillərini, klassik Azərbaycan və fars ədəbiyyatını öyrənmişdir. XIX əsrin əvvəllərində Rusiya-İran toqquşmaları dövründə çoxlu xoylu naxçıvanlılar ilə birlikdə onun da ailəsi Naxçıvandan İrana köçürülmüşdür. XIX əsrin 60-cı illərində vəfat etmişdir. Füzuli ədəbi məktəbinin davamçılarından, klassik Azərbaycan poeziyasının tanınmış nümayəndələrindəndir. Azərbaycan və fars dillərində, əsasən, aşiqanə şeirlər yazmışdır. Rudəki, İzzəddin Həsənoğlu, Sədi Şirazi, Hafiz Şirazi, İmadəddin Nəsimi, Əlişir Nəvai, Məhəmməd Füzuli, Qövsi Təbrizi və başqa şairlərə nəzirələri var. Əruzun heca vəzninə yaxın bəhrlərində, sadə xalq dilində yazmışdır. Bəzi şerləri şifahi xalq ədəbiyyatı nümunələrinə yaxındır.
Hunad xanım külliyəsi
Hunad xanım külliyəsi – Kayserida XIII əsrdə Hunad xanım tərəfindən anası Gövhər Nəsibə xanımın şərəfinə inşa olunan külliyə. Hunat xanım külliyəsi I Əlaəddin Keyqubadın həyat yoldaşı, II Qiyasəddin Keyxosrovun anası Mahperi Hunad xanım tərəfindən 1238-ci ildə Kayseri şəhər mərkəzində inşa edilmişdir. Mahperi Hunad xanım bir ir hədisi şərifdən, ("İnsan öldüyü zaman əməl dəftəri bağlanır. Üç şey onun əməl dəftərinin açıq qalmasını təmin edir: xeyri davam edən yaxşılıqlar, faydalınan elm, özünə dua edən xeyirli övlad) və qayınatası I Gıyaseddin Keyxosrovun gənc yaşda ölən bacısı Gövhər Nəsibə xanımın vəsiyyəti ilə 1206-ci ildə Kayseridə inşa olunan ilk tibb məktəbi və xəstəxanası, Şifaiyye olan Gövhər Nəsibə və Gıyasiyye Şifaiyyesinden təsirlənərək özünü xeyriyyə işlərinə sövq etdi. Kəsmə daşdan inşa edilmiş olan Hunad Xatun külliyəsi məscidi, mədrəsə, hamam və türbə hissələrindən ibarətdir. Məscidin minarəsi II Əbdülhəmid tərəfindən tikdirilmişdir. Bu məscidinin düzbucaqlı planlı mədrəsəsi bu gün Kayseri Etnoğrafya muzeyi olaraq istifadə edilir. Bu məscidi piramida kornet səkkizbucaqlı türbəsinin içində üç sənduqə vardır. Məscidin hamamı cüt hamamdır. Hamamın həm kişilər üçün hissənin günbəzi həm də qadınlar hissənin günbəzi kərpic ilə inşa edilmişdir.
Hümeyra xanım Sultan
Hümeyra xanım Sultan və ya Hümeyra Özbaş (4 iyun 1917, Nişantaşı, Konstantinopol, Osmanlı imperiyası – 17 may 2000, Quşadası, Türkiyə) — son Osmanlı sultanı VI Mehmedin qızı Fatma Ülviyə Sultanın qızı, Osmanlı xanım sultanı. == Həyatı == Hümeyra xanım Sultan 1917-ci ildə nənəsi Əminə Nazikəda xanımın Nişantaşındakı köşkündə dünyaya gəlmişdir. Atası son Osmanlı sədrəzəmi Əhməd Tofiq Paşanın oğlu İsmayıl Haqqı bəy, anası son Osmanlı sultanı Sultan Vahidəddinin qızı Fatma Ülviyə Sultan idi. 1922-ci ildə atası İsmayıl Haqqı bəy Mustafa Kamal Paşanın Anadoluda başlatdığı İstiqlal müharibəsinə könüllü olaraq qoşulmuş, bu səbəblə babası Sultan Vahidəddin tərəfindən atası və anası ayrılmışdır. Bir il sonra isə anası Zülfiqar İsmayıl Paşanın oğlu Əli Heydər Gərmiyanoğlu ilə evləndirildi və balaca Hümeyra da ailəsi ilə birlikdə Nişantaşındakı bir köşkdə məskunlaşdı. Ancaq 1924-cü ildə Osmanlı sülaləsinin sürgün edilməsi haqqında qanundan sonra 7 yaşlı Hümeyra ailəsiylə birlikdə İtaliyanın San-Remo qəsəbəsində yaşayan babası Sultan Vahidəddinin yanına getmiş, babasının 1926-cı ildə vəfatından sonra cənubi Fransadakı Menton qəsəbəsində məskunlaşmışdır. Atasının siyasi gücündən istifadə edərək Atatürkün verdiyi xüsusi icazəylə əfv qanunundan öncə Türkiyəyə gələn ilk Osmanlı mənsubu idi. Əvvəlcə atasının diplomatik pasportu ilə, daha sonra isə öz adına çıxardılan pasportla ölkəyə gedib gəlməyə başladı. Nəhayət, TBMM-nin 5 iyul 1939-cu ildə qəbul etdiyi 3662 saylı qanunla Hümeyra Özbaş və Ənvər Paşa ilə Naciyə Sultanın övladları Mahpeykər xanım Sultan, Türkan xanım Sultan və Sultanzadə Əli bəyə Türkiyə vətəndaşlığı verildi. Atası İsmayıl Haqqı bəy anası Ülviyyə Sultandan ayrıldıqdan sonra Bülent Əcəvitin anasının xalası olan Fərxundə xanımla evlənmiş, bu səbəblə Bülənt Əcəvitlə uzaq qohumluğu olmuşdur.
Hüseyn xan (Səlim xanın oğlu)
Hüseyn xan — sonuncu Şəki xanı. Şəkinin yerli xanlarından biri olan Səlim xanın oğlu idi. II Rus-İran müharibəsi (1826-1828) başlayanda Hüseyn xan İranda yaşayırdı. Çox güman ki o, İrana yalnız 1806-cı ilin sonunda — Şəkidən mühacirət edən atası ilə birlikdə getmişdi. II Rus — İran müharibəsinin əvvəllərində İran şahzadəsi Abbas Mirzə böyük bir ordu ilə Cənubi Qafqaza daxil olarkən Hüseyn xana qoşun verib Nuxaya göndərir. Hüseyn xan 11 avqust 1826-cı il tarixdə Nuxaya daxil olur və heç bir müqavimətlə üzləşmir. Çünki rus əsgərləri onun gəlişindən 3 gün əvvəl — 8 avqust tarixində, artıq Nuxanı tərk etmişdilər. Hüseyn xanın Nuxaya gəlməsi, həm 7 il əvvəl ruslar tərəfindən rəsmən ləğv edilmiş Şəki xanlığını bərpası və həm də 20 il əvvəl onların devirdikləri Hacı Çələbi xan sülaləsinin Şəki xanlığında yenidən hakimiyyətə qayıdışı demək idi. Abbas mirzənin özü də Nuxaya gəlib çıxmışdı və burada onun atasının — İran şahı Fətəli xan Qacarın, adından sikkə zərb edilməsinə başlanılmışdı. Lakin Abbas mirzənin Gəncə yaxınlığında ruslar tərəfindən məğlub edilməsi və onun 30 sentyabrda Arazı keçib İrana geri çəkilməsi nəticəsində hərbi dəstəkdən məhrum olan Hüseyn xan, bundan sonra cəmi 1 ay yerində duruş gətirə bildi.
Kavalalı Əminə xanım
Kavalalı Əminə xanım (ərəb. أمينة خانم‎, türk. Emine Hanım; 1770 – 1824) — Kavalalı ailəsinin banisi Mehmed Əli Paşanın ilk xanımı. == Həyatı == === İlk illəri === Əminə xanım 1770-ci ildə Rumeli əyalətində, Nüsrətli bölgəsində dünyaya gəldi. Atası Kavala sancaqbəyi Nüsrətli Əli ağa, anası isə Kavala əyanlarından Hüseyn ağanın qızı Qədriyyə xanım idi. Cütlüyün Əminə xanımdan başqa, Mustafa və Əli adlı 2 oğlu, Məryəm, Pakizə və İffət adlı 3 qızı vardı. Əminə xanımın ilk evliliyi bölgənin tanınan ailələrindən Əli bəylə baş tutdu. Nikah tarixi dəqiq bilinməsə də, Əminə xanımın 17 yaşında artıq dul qaldığını nəzərə alsaq, bu evliliyin uşaq yaşlarında baş tutduğu məlum olur. İlk həyat yoldaşının hansı səbəblə vəfat etdiyi bilinmir. Ancaq 1787-ci ildə dul qaldığı və həmin il xalası oğlu Mehmed Əli bəylə ikinci evliliyinin baş tutduğu məlumdur.
Komarov xanımotu
Komarov xanımotu (lat. Atropa komarovii) — bitkilər aləminin quşüzümüçiçəklilər dəstəsinin quşüzümükimilər fəsiləsinin xanımotu cinsinə aid bitki növü.

Digər lüğətlərdə