1. Xanım olma, xanım kimi yaşama, hörmətdə olma. Xanımlıq eləmək.
– [Çəpəl:] Bəxtəvər qurulu evə gedir, açıq qapıya xanımlığa gedir.
2. Qadınlıq.
[Qadının] ağıllı baxışı, dolğun sinəsi, həlim və təranəli səsi – bütün hərəkəti xanımlıq haqqına haiz olduğunu bildirirdi.
3. məc. Alicənablıq, ağayanalıq, nəciblik
[Səkinənin] oturuşunda, hərəkətində və üzgözündə bir xanımlıq, nəcib bir əxlaqın və mənəviyyatın gözəlliyi duyulurdu.