XOS

(Astara, Lənkəran)
qəşəng. – Sagır Əlinin oğli Murad yaman xosdu (Lənkəran)
XORYAT
XOSƏK
OBASTAN VİKİ
Antonio Xose Fransisko de Sukre
Antonio Xose Fransisko de Sukre Alkala (isp. Antonio José Francisco de Sucre y Alcala) — Sukre 3 fevral 1795-ci ildə Kumana Yeni Qranada (indiki Venesuela) doğulub. 1830-cu ilin 4 iyununda Posta yaxınlığında Kolumbiya ərazisində öldürülür. Latın Amerikasında İspan ağalığına qarşı aparılan istiqlal müharibəsinin əsas simalarından biri olmuşdur (1810–1826). Boliviyanın ikinci prezidenti olaraq 1826–1828-ci illərdə ölkəni idarə etmişdir. == Fəaliyyəti == 1805-ci ildən Venesuela və Kolumbiyanın azadlıq mücadiləsinə qoşulur. 1820-ci ildən azadlıq mücadiləsi komutəsinə rəis təyin edilir. O, Simon Bolivarın əsas silahdaşlarından biri olur. Elə həmin ildə Bolivarın dəstəyi ilə general rütbəsi alır və Böyük Kolumbiyanın azadlıq mücadiləsinə başlayır. Kiçik ordu ilə Kolumbiyadan ayrılır.
Antonio Xose Kavanilyes
Antonio Xose Kavanilyes (isp. Antonio José (Joseph) de Cavanilles (Cavanilles y Palop), kat. Antoni Josep Cavanilles i Palop, 16 yanvar 1745, Valensiya, İspaniya — 5 may 1804, Madrid, İspaniya) — İspaniya botaniki. == Təsnif etdiyi bitkilər == == Çap olunmuş əsas işləri == Observationes sorbe la historia natural, geografia, agricultura, población y frutos del regno de Valencia Por don Antonio Josef Cavanilles. En Madrid: en la Imprenta Real, 1795–1797 Arxivləşdirilib 2012-02-21 at the Wayback Machine Glosario de botánica en cuatro lenguas, 1795–1798 Descriptiones de varias plantas exoticas, 1799–1804 Elenchus plantarum Horti regii Madridensis, 1803 Géneros y especies de plantas demostradas en las lecciones públicas del año 1802.
Ağacvari xostək
Ağacşəkilli xostək (lat. Caragana arborescens) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin xostək cinsinə aid bitki növü. == Təbii yayılması == Yabanı halda Şimali və Qərbi Monqolustanda bitir. Buna bəzən sarı akasiya da deyilir. == Botaniki təsviri == Hündürlüyü 3 m olan ağac və ya kol bitkisidir. Gövdəsi hamar, yaşılımtıl, qabığı boz rənglidir. Cavan budaqları yaşılımtıl, tilli, boz, uzunsov zolaqlıdır. Yarpaqları cütlələkvari olub, 1 sm uzunluqda 4-8 cüt yarpaqcıqlardan ibarətdir. Yarpaqcıqları 10–35 mm uzunluqda, 5–13 mm enində, uzunsov-ellipsvari və ya tərs-yumurtavari olub, üstdən açıq yaşıldır. Cavan vaxtı yarpaqcıqlar və budaqlar ipək tüklü olub, sonradan çılpaqlaşır.
Ağqabıq xostək
Ağqabıq xostək (lat. Caragana leucophloea) — paxlakimilər fəsiləsinin xostək cinsinə aid bitki növü.
Aşıq Xosrov Məhəmmədoğlu
Aşıq Xosrov Məhəmmədoğlu (Kolanlı) — XX-XXI əsr Azərbaycan aşığı. == Həyatı == Aşıq Xosrov Məhəmmədoğlu (Səfərov) 1938-ci il fevralın 5-də (qeyri-rəsmi məlumata görə 1936-cı ildə) Ağdam rayonunun Kolanlı bölgəsinin Qalayçılar kəndində anadan olub. Aşıq Məhəmməd Kolanlının oğlu və sonuncu şagirdidir. 1984-cü ildə Bakıda keçirilən Aşıqlar qurultayının nümayəndəsi olub. Ağdam rayonunun işğalından sonra Bərdə rayonunda yaşayıb. == Yaradıcılığı == Erkən yaşlarından atası ilə aşıq məclislərinə gedən Aşıq Xosrov "Misri", "İrəvan çuxuru", "Qəhrəmani", "Ayaq cəlili", "Orta cəlili", "Ayaq divani", "Məhəmməd Hüseyni" havalarını ifa edərmiş. Ustad Aşıq Xaspolad Gülablı ilə aşıq məclisləridə, el şənliklərində birlikdə iştirak edib. Həmçinin Gəncəli Qədir, Aşıq Cavad Hüseyn, Aşıq Mayis və b. ilə dostluq edir. Onun bu sənətdə püxtələşməsində Gəncə aşıqlarının xüsüsi rolu olub.
Dərviş Xosrov Qəzvini
Dərviş Xosrov Qəzvini - Qəzvin (Nöqtəvilik) nöqtəvilərinin rəhbəri Şahin Fərzəliyev bu hadisənin tarixdə gerçək olduğunu bildirdi: «M.Fətəlinin təsvir etdiyi Yusif Sərrac, əslində Ustad Yusifi Tərkeşduzdur. Münşi yazır ki, o, dinsiz kimi məşhur olan Dərviş Xosrov Qəzvininin ən fəal müridlərindən biri olub və ulduzların toqquşmasından şah sarayına gələcək bəlanın qarşısını almaq üçün təmtəraqla 3 günlük şah elan olunub. Təhlükə sovuşduqdan sonra Şah Abbas təzədən taxta sahiblənib, həm Yusif, həm də ustadı—Dərviş Xosrov Qəzvini öldürülüb. Qətl zamanı Qəzvini deyib: «Gedirik ki, başqa vaxt gələk». Təhmasibin səltənətinin sonlarına doğru Xosrov Qəzvini adında bir dərviş Qəzvin nöqtəvilərinin rəhbəri idi. Dərviş Xosrov İkinci İsmayıl və Sultan Məhəmməd Xudabəndə zamanında da fəaliyyətlərini sürdürdü. Birinci Şah Abbas şəxsən bu dərvişlə tanış oldu. Nöqtəvilərin görüşləri ilə tanış olduqdan sonra Şah Abbas onların qətlinə fərman verdi.
Elşad Xose
Elşad Xose (tam adı: Elşad Əliyev; 25 sentyabr 1979, Bakı) — Azərbaycan repçisi. Elşad Xose müxtəlif dövrdə Anar Nağılbaz, Aygün Kazımova, Coolio, Dəyirman, Elçin Cəfərov, Elmira Ələkbərzadə, Elnarə Xəlilova, Faiq Ağayev, Günay İbrahimli, Manana Caparidze, Miri Yusif, Natavan Həbibi, Röya, Samirə Allahverdiyeva, Zülfiyyə Xanbabayeva və digər sənətkarlar ilə əməkdaşlıq edib. == Həyatı == === Erkən illəri === 1979-cu il sentyabr ayının 25-də Bakıda dünyaya gəlmişdir. Özünə "Xose" təxəllüsünü məktəb vaxtı götürüb. Gənc yaşlarında "Odlar Yurdu" KVN komandasının heyətində çıxış edib. === Populyarlıq qazanması === 1999-cu ildə 106 FM radio stansiyasında aparıcı işləyib. Radioda işləyən dövrdə özünün ilk treki olan "Allah" mahnısını yazdırıb. 2000-ci ildə "Jizn ne menyaetsa" ilk musiqi albomunu buraxıb. Həmin ildə Şövkət Ələkbərova ilə virtual duet yaradıb, "Qəmgin mahnı" ilə Azərbaycan musiqi səhnəsində uğur qazanmışdır. O, bu mahnını studioda 20 dəqiqəyə yazmışdır.
Gəncəli Xosrovun əzablı həyatı
Gəncəli Xosrovun əzablı həyatı — Mxitar Qoşun müəllifi olduğu yeganə aqioqrafik əsər. Bəzi tədqiqatçılar bu əsəri Xosrov Gəncəliyə həsr olunmuş mədhnamə də adlandırırlar. Əlyazmada əsərin adı belədir: "Qoş ləqəbli vardapet Mxitarın yeni şəhid Xosrova həsr etdiyi mədhnamə". Əsər quruluşuna görə iki hissəyə bölünür — Giriş və Xosrovun zahidliyi, şəhidliyi tarixi. Səlcuqluların yürüşündən sonra ölkədə "özbaşınalığın, zorakılığın və qətllərin hökm sürdüyü bir vaxtdan" bəhs edən giriş hissəsi müəyyən qədər tarixi əhəmiyyətə malikdir. Giriş bir tərəfdən Səlcuqlu əmirlikəri sayılan Xilat və Gəncə arasında gedən, Digər tərəfdən həmin əmirliklərin Gürcüstanla apardıqları uzunmüddətli müharibələr və bu müharibələrin alban əhalisini müflisləşdirməsindən bəhs edir. Qafqaz Albaniyası ilə qonşu olan İberiya çarı da ölkəni viran qoymaq, onun əhalisini və heyvan sürülərini məhv etmək istədi; bərəkətli və varlı diyar sayılan Utini o daha böyük dağıntıya məruz qoydu. Mxitar Qoş mənəvi düşkünlüyün dəhşətli vəziyyət aldığını,rüşvətxorluğun görünməmiş dərəcədə gücləndiyini təsvir edir: Patriarxlar, hətta ruhaanilər də əlqoyma mərasimlərini pul aldıqdan sonra təşkil edirlər. Və hamısı da heç kimdən, heç bir ittihamdan qorxmayaraq cəsarətlə istədikləri cinayətləri törədirlər. Əsərin əsas önəmi bundadır ki, Mxitar Qoşun dünya görüşünü vəsiyasi baxışlarını əks etdirir.
Gəncəli Xosrovun əzablı həyatı (əsər)

Hadi Xosrovşahi
Hadi Xosrovşahi (1939, Təbriz – 27 fevral 2020, Tehran) — İranın Vatikandakı səfiri (1981–1986). == Həyatı == 1939-cu ildə Təbrizdə doğulub. 1981–1986-cı illərdə İranın Vatikanda səfiri işləyib. Hadi Xosrovşahi 27 fevral 2020-ci ildə koronavirus xəstəliyindən Qum ostanında vəfat edib.
Həsən Xosrov Hatəmi
Həsən Xosrov Xatəmi (d. 12 dekabr 1938, İstanbul, Türkiyə) — Azərbaycan əsilli türk tibb professoru, daxili xəstəliklər mütəxəssisi, yazıçı, şair. == Həyatı == 1898-də İranın Salmas şəhərində doğulan Əli Əsgər Xatəmi Bəy ilə 1910 da İstanbulda doğulan Azərbaycan immiqrantı Cəmilə xanımın əkiz uşaqlarından biri olaraq dünyaya gəlmişdir. Əkiz qardaşı Hüseyn Xatəmi hüquq professorudur. 1959-cu ildə qələbə yoldaşı Sezer Göze ilə tanış olmuş, 1963-cü ildə evlənmişdir. Bu evlilikdən iki övladı: İbrahim və Aybikə olmuşdur. 2007-ci ildə özü kimi daxili xəstəliklər sahəsi üzrə mütəxəsis olan oğlu tərəfindən bağırsaq xərçəngi diaqnozu qoyulmuşdur. === Təhsili === Tələt paşa ibtidai məktəbini və Şişli orta məktəbini bitirmişdir. 1956-cı ildə Atatürk Kişi Liseyindən məzun olmuşdur. 1962-ci ildə İstanbul Universitetinin Tibb fakültəsini bitirmişdir.
Həsən Xosrov Xatəmi

II Xosrov
II Xosrov (klassik mənbələrdə ona aid edilən “Aparvez” ləqəbi sonrakı dövrlərdə dəyişikliyə uğrayaraq “Pərviz” şəklində işlədilməyə başlamışdır.), “Müzəffər” (pəhl. 𐭧𐭥𐭮𐭫𐭥𐭣𐭩 Husrō(y); həmçinin Xusrav Parvēz, خسرو پرویز Xosrov Parviz; 570, Ktesifon – 28 fevral 628, Ktesifon, Sasanilər dövləti) - Sasanilər imperiyasının 590-628-ci illərdə hakimiyyətdə olmuş sonuncu böyük şahı. O, IV Hörmüzün (579-590) oğlu, I Xosrovun (531-579) nəvəsidir. II Xosrov müsəlmanların Yaxın Şərqdə hakimiyyəti ələ keçirməsindən əvvəl uzun müddətli hakimiyyətdə olmuş sonuncu fars hökmdarıdır ki, onun ölümündən beş il sonra ərəblər bütün keçmiş Sasanilər imperiyası ərazisini ələ keçirmişlər. Hakimiyyətinin ilk dövrlərində taxtını itirən II Xosrov Bizansın köməyi ilə onu geri qaytarmış, bu hadisədən on il sonra isə Əhəmənilərin ənənəvi siyasətini davam etdirərək, Yaxın Şərqdəki zəngin Roma (Bizans) əyalətlərini işğal etməyə çalışmışdır; Onun hakimiyyətinin əsas hissəsi Bizansla müharibələr, Bəhram Çubin və Vistəhm kimi üsyançılarla mübarizədə keçmişdir. Firdovsinin yazdığı “Şahnamə” və Nizami Gəncəvinin (1141-1209) yazdığı “Xosrov və Şirin” əsərlərində Xosrovun həyatının daha romantik olan uydurma versiyası işlənmişdir ki, bununla da Xosrov farsdilli ədəbiyyatın (sonradan həm də türkdilli ədəbiyyatın) əsas qəhrəmanlarından biri olmuşdur. “Xosrov və Şirin” əhvalatında sonradan Sasani məlaikəsi olmuş Şahzadə Şirin və II Xosrovun məhəbbət macərası, uzun mübarizə və çətinliklərdən sonra qovuşmaları təsvir edilmişdir. == Bioqrafiyası == === Erkən həyatı === II Xosrov təxminən 570-ci illərdə dünyaya gəlmişdir; atası IV Hörmüz, anası isə Parfiyanın yeddi böyük sülaləsindən biri olan İspahbudan sülaləsindən olan qadındır; həyatının ilk dövrlərində qardaşları Vinduyə və Vistəhmin ciddi təsiri olmuşdur. === Şəxsiyyəti və bacarıqları === Tarixçi Təbəri II Xosrovu belə təsvir edir: Əfsanəyə görə, Xosrov Pərvizin içində 3000 konkubina saxlanılan şəbistanı olmuşdur. === Taxta gəlməsi === Xosrov, əmiləri Vistəhm və Viduyə tərəfindən törədilmiş saray çevrilişi nəticəsində atası IV Hörmüzün kor edilərək hakimiyyətdən uzaqlaşdırılmasından sonra hakimiyyətə gətirilmişdir.
II Xosrov xan (Ərdalan)
II Xosrov xan, Xosrov xan Bəni Ərdalan (1752-1752; 1756-1763; 1766-1790) — Ərdalan xanlığının hakimi. == Həyatı == Xosrov xan Bəni Ərdalanın hakimiyyəti illərində Ərdalan vilayətinin hərbi siyasi-qüdrəti daha da güclənir, müstəqilliyi artır. Belə ki, 1779-cu ildə Kərim xan Zəndin ölümündən sonra hakimiyyəti ələ keçirməyə çalışan Qacarlar sülaləsi yalnız Xosrov xan Bani Ərdalanın hərbi köməyiylə öz məqsədinə nail olur. Ağa Məhəmməd Xan Qacarın hakimiyyət başına keçməsinə yaxın köməklik göstərən Xosrov xan Bani Ərdalan tədricən özünü müstəqil aparmağa başlayır. Onun bu itaətsizliyi Ağa Məhəmməd Xan Qacarın xoşuna gəlmir və o öz müttəfiqinin (Xosrov xan) üzərinə qoşun göndərir. Həmədan yaxınlığında baş verən şiddətli döyüşdə Xosrov xan qalib gəlir və ağır itkiyə məruz qalan Ağa Məhəmməd Xan Qacar geri çəkilməli olur. Tarixçilərin verdiyi məlumatlara görə bu döyüşdə "dərs alan" Ağa Məhəmməd Xan sonralar birbaşa Xosrov xanın üzərinə hücuma keçməyə cürət etmir.
I Xosrov
I Xosrov Ənuşirəvani (ölməz ruhlu)(ərəb qaynaqlarında "Qubaz"; 501, Ərdistan, Sasanilər dövləti – 579, Ktesifon, Sasanilər dövləti) — 531–579-cu illərdə İranda hökmranlıq etmiş böyük Sasani padşahı. == Həyatı == Ənuşirvan qonşu Bizansla uğurlu müharibələr aparmış, 570-ci ildə isə onun ordusu Yəməni tutmuşdur. Ənuşirvan atası I Qubadın başlamış olduğu quruculuq işlərini davam etdirərək, sərhəd məntəqələrinin təhlükəsizliyini təmin etmək məqsədilə bir çox qala və istehkamlar tikdirir, dövlət idarəçiliyi sahəsində geniş islahatlar keçirir, torpaq və vergi sistemlərini təkmilləşdirir. Onun bu sahədə gördüyü işlərdən sonralar ərəblər öz dövlət quruculuğunda istifadə etmişlər. Onun hakimiyyəti dövrü Sasanilər dövlətinin ən qüdrətli dövrü olmuşdur.Tarixdə Nuşirəvan Adil kimi tanınmışdır. Orta əsr ərəb müəlliflərindən Əhməd ibn Vahid əl-Yaqubi (IX əsrin sonu), İbn əl-Fakih əl-Həmədani (X əsr), Yaqut ər-Rumi əl-Həməvi (XIII əsr) yazırlar ki, Naxçıvan şəhəri Sasani hökmdarlarından I Xosrov Ənuşirəvan tərəfindən eramızın VI əsrində inşa edilmişdir. Hətta Yaqut əl-Həməvi "Mucəm əl-Buldan" əsərində göstərir ki, Basfuracan dairəsinin baş şəhəri olan Nəşəva yəni Naxçıvan həmin şəhərdir ki, Ənuşirəvan bu şəhəri Bab əl-Əbvabla eyni vaxtda inşa etdirmişdir. Qeyd edək ki, müəllif həmin əsərin başqa yerində Bab əl-Əbvabı yəni Dərbənd şəhərini I Xosrov Ənuşirəvanın inşa etdirdiyini göstərmişdir. Bu müəlliflər də şəhərin yaranma tarixini VI əsrə aid edirlər. Lakin onlar inşa tarixini Bəhram Çubinin vaxtında deyil, ondan əvvəl hakimiyyətdə olmuş I Xosrov Ənuşirəvanın hakimiyyəti zamanı olduğunu göstərmişlər.
I Xosrov Ənuşirəvan

Kamilo Xose Sela
Kamilo Xose Sela (isp. Camilo José Cela; 11 may 1916[…], İria Flavia[d] – 17 yanvar 2002[…], Madrid) — ispan yazıçı və publisist, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1989), İspaniya Kral Elmlər Akademiyasının üzvü (1957), Migel de Servantes mükafatı laureatı (1995). == Həyatı == Yazıçı və dramaturq Kamil Xose Selo XX əsrdə ispan ədəbiyyatı və ədəbi dilin inkişafında böyük rolu olan sənətkarlardan biridir. O, İspaniyanın La Korunya əyalətindəki kiçik Padron şəhərində doğulmuşdu. Atası qalisiyalı ispan, anası isə ingilis idi. Ali təhsilini Madrid universitetinin hüquq fakültəsində alsa da, bu sahədə heç vaxt çalışmamışdı. Erkən yaşlarından ədəbiyyatla maraqlanan Kamilo Xose sənət müəllimləri sırasında, ilk növbədə ispan yazıçıları Migel de Unamuno və Pio Baroxunun adını çəkir. İspan ədəbiyyatının klassiki Servantes, habelə böyük rus yazıçıları Lev Tolstoy və Dostoyevski həyatının müxtəlif çağlarında onun şəxsiyyət və yaradıcılıqlarına dönə-dönə müraciət etdiyi sənətkarlar olmuşdular. İspanlar üçün seçim anı sayılan 1937-ci ildə Kamilo Xose diktator Frankonun tərəfində respublikaçılara qarşı döyüşlərdə iştirak etmişdi. Yaralandığı üçün ordudan tərxis olunmuş, bir sıra inzibati işlərdə çalışmışdı.
Katinka Xossu
Katinka Xossu (mac. Katinka Hosszú; 3 may 1989, Peç) — Macarıstan üzgüçüsü. == Karyerası == 2004, 2008, 2012 və 2016-cı ilin Yay Olimpiya oyunlarında oynamışdır. Vasa SC klubunun tərkibində idman fəaliyyətini davam etdirir. “Dərmir qadın” ləqəbi ilə tanınır. 3 dəfə Olimpiya çempionu və 7 dəfə dünya çempionu olmuşdur. Vasas SC (2012–) və Bajai Spartacus SC (–2012) klublarının tərkibində fəaliyyət göstərmişdir. Kollec komandası Cənubi Kaliforniya Universiteti olmuşdur.
Kolvari xostək
Kolvari xostək (lat. Caragana frutex) — paxlakimilər fəsiləsinin xostək cinsinə aid bitki növü.
Mariya Xose Ribera
Mikel San Xose
Mikel Sao Xose (30 may 1989[…]) — Atletik Bilbao klubunun Yarıımmüdafiəçisi. == Həyatı == Mikel 30 may 1989-cu ildə İspaniyada doğulub.
Resker və Xosudovskinin gəlirli binası (Rostov-na-Donu)
Resker və Xosudovskinin gəlirli binası — Rostov-na-Donu şəhəri Budyonnı küçəsi 1916-1943-cü illərdə mövcud olmuş bina. Böyük vətən müharibəsi dönəmində bina tamamən dağıdılmışdır. Ünvan: Rostov-na-Donu şəhəri, Budyonnı prospekti, ev 10. == Tarixi == Resker və Xosudovskinin gəlirli binası 1916-cı ildə tacirlər Resker və Xosudovskinin vəsaiti hesabına inşa edilmişdir. Boris Ermoloviç Xosudovski bur ticarətçi idi və tütüt ticarəti ilə məşğul olurdu. Üstəlik onun «Qafqaz-Don mühəndis bürosunda» kontoru vardı. E. L. Resker belə tütün ticarəti ilə məşğul olurdu. 1914-cü ildə Resker və Xosudovskinin gəlirli binasının yerində kiçik bir tütün mağazası olmuşdur. Bu mağaza iki tacirə məxsus idi. Birinci dünya müharibəsinin başlandığı dövrdə bu iki biznesmen tədricən varlanırdı.
San-Xose
San-Xose (Kaliforniya) —
San-Xose-du-Sedru
San-Xose-du-Sedru (port. São José do Cedro) — Braziliyanın Cənub regionunun Santa-Katarina ştatında yerləşən bələdiyyədir. 2006-cı il məlumatlarına əsasən bələdiyyənin əhalisi 12862 nəfərdir. Ərazisi 279,581 кm²-dir. Əhalinin sıxlığı 46,0 nəfər/кm²-dir. Bələdiyyə 2 iyul 1958-ci ildə yaradılmışdır.
San-Xose (Kaliforniya)
San Jose — Amerika Birləşmiş Ştatlarının onuncu ən iri şəhəri və Kaliforniya əyalətinin üçüncü ən iri şəhəridir.