XIRDACA-XIRDACA


1. zərf Yavaş-yavaş, az-az, ahəstə-ahəstə, aramla.
Xırdaca-xırdaca yağar yağışlar; Vurğun Səməd bu dövranı alqışlar. S.Vurğun.
Bayır tərəfdən divarların dibi ilə uzanan sərv ağacları yenə də yavaş-yavaş tərpənir və qırmızı taxtapuşu xırdaca-xırdaca dınqıldadırdı. S.Rəhimov.

2. sif. Kiçik-kiçik, balaca-balaca (çoxluq bildirir). Xırdaca-xırdaca uşaqlar.
[Nərgiz qocaya:] Amma [anamın] göy donunun üstündə xırdaca-xırdaca çoxlu ağ çiçəklər var. Ə.Məmmədxanlı.

XIRDACA
XIRDAÇI

Digər lüğətlərdə

вы́тереть за́льчик насласти́ть образна́я прего́рдо сду́ру убы́ть восходи́тель дурнота́ патриа́ршество подогну́ться соразмеря́ть черноборо́дый эхтот abiogeny defeat disposed osteology plangorous poulard scotch sestertii кислородный остепенить стенографический