XƏYALƏN
XƏYALİ
OBASTAN VİKİ
Zirehdəki xəyalət
Zirehdəki xəyalət və ya Yaponiyada tanınan adı ilə Ghost in the Shell (攻殻機動隊, Ko:kaku Kido:tai) Masamune Şironun 1991-ci ildə yaratdığı elmi-fantastik manqa. Adın İngilis dilinə müəllif özü tərcümə edib. Manqa Production I.G kompaniyası və rejissor Mamoru Oşii tərəfindən iki tam metrajlı film kimi ekranizasiya olunmuşdur: «Ghost in the Shell» (1995) və «Ghost in the Shell 2: Innocence» (2004). Həmçinin, Production I.G anime-serialı da çəkmişdi: «Ghost in the Shell: Stand Alone Complex» (birinci mövsüm 2002-ci ildə, ikinci mövsüm «2nd GIG» postfiksi ilə — 2004-cü ildə, rejissor Kenci Kamiyama). 1 sentyabr 2006 tarixində Production I.G-nın serialı bitirən «Ghost in the Shell: Stand Alone Complex - Solid State Society» adlı tam metrajlı anime-filmi ekranlara çıxıb. 2002-ci ildə manqanın sikvelı çıxdı - «Ghost in the Shell 2: Man/Machine Interface» (攻殻機動隊 : 2 ManMachine Interface). 22 iyun 2013-cü ildə 4 seriyadan ibarət olan «Ghost in the Shell: Arise» serialı çıxdı, hər seriya 50 dəqiqə çəkirdi. 31 mart 2017-ci ilə bədii filmin premyerası planlaşdırılıb, mayor Makoto Kusanaqinin rolunu Skarlet Yohansson, Daysuke Aramakinin rolunu isə Takeşi Kitano ifa edəcəklər. İctimai təhlükəsizlik nazirliyi adından fəaliyyət göstərən Yaponiya DİN-nin bir bölməsi. Faktiki olaraq isə xoşagəlməz şəxslərin və polisin bacara bilmədiyi işlərin həll dilməsi üçün yaranan taktiki kəşfiyyat təşkilatı.
Qara xəyalət tetra
Hyphessobrycon megalopterus (lat. Hyphessobrycon megalopterus) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin xarasikimilər dəstəsinin xarasilər fəsiləsinin hifessobrikon cinsinə aid heyvan növü.
Kiyevin xəyaləti
Kiyevin kabusu (ukr. Привид Києва) — 24 fevral 2022-ci ildə Kiyev döyüşlərində Rusiyaya məxsus 6 döyüş təyyarəsini vuran ukraynalı hərbi pilota verilən ləqəb. Bu, böyük ehtimalla bir şəhər əfsanəsidir. MiQ-29 pilotu olan Kiyevin xəyaləti Rusiyanın Ukraynaya hücumunun ilk 30 saatında Kiyev üzərində 2 Su-35. 2 Su-25, 1 Su-27 və 1 MiQ-29 təyyarəsini vurmuşdur. Ukrayna Müdafiə Nazirliyi bildirmişdir ki, əgər bu hərbi pilot haqqında deyilənlər təsdiqlənsə, Kiyevin xəyaləti işğalda Ukrayna Silahlı Qüvvələrinin sıralarına vuruşan ən təcrübəli hərbi pilotlarından biri ola bilər. Ukraynanın eks-prezidenti Petro Poroşenko sonradan bir hərbi pilotun fotosunu paylaşaraq onun gerçək bir şəxsiyyət olduğunu qeyd etmişdir.

Digər lüğətlərdə