YÖNƏLTMƏK

f. İstiqamət vermək, istiqamətləndirmək, istiqamət göstərmək.
Suyu arxa yönəltdik; Bağa, bostana getdik; Evin var olsun, qardaş; Axır xoş günə yetdik. (Bayatı).
Balaca Sabir hiss edirdi ki, daha atası onu məktəbə tərəf yönəltmək istəmir. S.Rəhimov.

// Tuşlamaq, çevirmək, döndərmək. Topun ağzını hədəfə yönəltmək.
– Bir daşa sinə gərib tüfəngimi [pələngə] tərəf yönəltdim. A.Şaiq.

Sinonimlər (yaxın mənalı sözlər)

  • YÖNƏLTMƏK yönəltmək bax tuşlamaq
YÖNƏLTMƏ
YÖNLƏŞMƏ

Digər lüğətlərdə