YÜKSƏKLİK
YÜKSƏLİŞ
OBASTAN VİKİ
Azovboyu yüksəklik
Azovboyu yüksəklik (ukr. Приазовська височина) — Ukraynanın cənub-şərqində yüksəklik. Hündürlüyü 326 metrə qədərdir (Mogila-Belmak). Səthi, əsasən, löss çöküntüləri ilə örtülüdür. Cənub qaratorpaqları geniş sahə tutur. == İstinadlar == == Əlavə ədəbiyyat == Бондарчук В. Г. Геоморфологія УРСР. — Х. : Радянська школа, 1949. — 246 с. Дмітрієв М. І. Геоморфологія УСРР. — Х. : Радянська школа, 1936. Заставний Ф. Д. Географія України. У 2-х кн / Ред.
Bozyer (yüksəklik)
Bozyer — Goranboy rayonu ərazisində yüksəklik. == Ümumi məlumat == Xalq arasında Bozaran da adlanır. Yamacları yarğanlara parçalanmışdır. Hündürlüyü 194 m. Oronim boz (yarımsəhra, zəif bitki ortuklu, bozqır) və yer (əslində yar qədim türk mənşəli soz olub "yarğan", "dərə" mənalarında işlənir) komponentlərinin birləşməsindən düzəlib, "bozqır torpaqlı yarğan" mənasındadır.
And dağlarının yüksəklik qurşaqları
Holan yüksəklikləri
Colan təpələri (ərəb. هضبة الجولان‎ Haḍbatu 'l-Jawlān və ya مرتفعات الجولان Murtafaʻātu l-Jawlān) və ya Qolan təpələri (ivr. ‏רמת הגולן‏‎, Ramat HaGolan ) — Suriyanın cənub-qərb, İsrailin şimali-şərq ərazilərində yerləşən təpəlik ərazilər. Qolan platosu adı ilə də tanınan Qolan təpələri Livan, İordaniya və Suriya ilə sərhəd ərazidə yerləşir. Ərazidə zəngin su qanyaqları var. Qolan təpələri Suriyanın ərazisində yerləşsə də, 1967-ci ildə baş vermiş Altı günlük müharibə zamanı İsrail tərəfindən işğal edilmişdir. 1981-ci ildə İsrail Qolan təpələrini öz ərazisinə qatdığını rəsmən elan etmişdir. Beynəlxalq təşkilatlar isə, bu ərazini İsrail tərəfindən işğal olunmuş Suriya ərazisi hesab edir. 25 mart 2019-cu ildə ABŞ İsrailin Qolan təpələri üzərindəki suverenliyini tanıyan ilk dövlət olmuşdur.
Sambeksk Yüksəkliklərində
Sambeksk Yüksəkliklərində — Rusiyanın Rostov vilayətində qələbə memorialı "Sambeksk Yüksəkliklərində" qələbə memorialı 1970-ci illərdə Azərbaycanın iştirakı ilə Rusiyanın Rostov vilayətində ucaldılıb. Çünki Taqanroq və Rostovun Neklinovsk rayonlarının azad edilməsində azərbaycanlılardan təşkil edilmiş diviziya xüsusi rol oynayıb. Buna görə də bu diviziya "Taqanroq diviziyası" adlanıb. Abidə 1980-ci il mayın 7-də Azərbaycana rəhbərlik edən Heydər Əliyevin iştirakı ilə açılıb.

Digər lüğətlərdə