1. Bir-birinə yaxın vəziyyətdə, bir-birinin yanında; yanbayan, yanyan. Yanaşı oturmaq. Yanaşı qoymaq. Yanaşı getmək. Yanaşı durmaq.
– Qoca usta Lətifə ilə salamlaşıb şoferlə yanaşı oturdu.
Eldarla mənim yerim yanaşı salınmışdı.
// Həmhüdud, həmsərhəd.
2. Bərabər, eyni zamanda. Bununla yanaşı.