YANDIRMAQ

f.
1. Yanmağına səbəb olmaq; alışdırmaq. Lampanı yandırmaq. Kibrit yandırmaq. İşığı yandırmaq. Fənər yandırmaq.
[Xudayar bəy:] Zəhmət olmasa, bir ispiçkə çək, bu qovu yandırım. C.Məmmədquluzadə.
Əhməd aralıq peçini yandırdı. Mir Cəlal.

// Məc. mənada.
Ələsgərdi mənim adım; Aləmi yandırar odum. Aşıq Ələsgər.

2. Şiddətli təsir etmək (isti, qızmar, qaynar şey). Çay əlimi yandırdı. – O gün hava çox isti idi.
Günəş yandırırdı. A.Şaiq.
Muğan günəşi adamı yandırırdı. M.İbrahimov.

3. Qaraltmaq, rəngini tündləşdirmək. Dağ havası adamın üz-gözünü yandırır.
[Ceyranın] açıq hava rəngini bir qədər yandırmış, yanaqlarında təbii bir qırmızılıq görünürdü. S.Hüseyn.

4. Dalamaq. Gicitkən əllərimi yandırdı.
5. məc. Mənəvi əzab və iztirab vermək, ruhən incitmək, çox ağır təsir etmək.
[Səlma:] Odumu söndürdün, yandırdın məni; Get, kamə yetirməsin Allah səni! H.Cavid.
Ancaq bir nəfəri Mirzənin vəfatı yandırırdı.
O adam Usta Zeynal idi. Ə.Haqverdiyev.

◊ Atasını yandırmaq – bax ata.
Can yandırmaq – bax can.

Sinonimlər (yaxın mənalı sözlər)

  • YANDIRMAQ 1. YANDIRMAQ, YAXMAQ (çox ağır təsir etmək) Bütün Azərbaycam məlul-müşkül görürdüm; Dünyanı yandırdı, yaxdı şəhid qanı (Z
  • YANDIRMAQ qaraltmaq — tündləşdirmək
  • YANDIRMAQ dalamaq — göynətmək
  • YANDIRMAQ alışdırmaq
YANDIRMA
YANDIRTMA

Digər lüğətlərdə

бужени́на в потёмках стра́нствование шагово́й борода́вчатый вздор дофами́нный не поклада́я рук перезахора́нивать переступа́ние свиде́тельствовать уравнове́сить усо́пшая хаз dart tag enthusiastically orchestre time measure viral косилка красноармеец морда навинтиться обезьяноподобный услужение