YARAQLANMAQ

f. Silahlanmaq.
Dəlilər işi belə görəndə yaraqlanıb atlandılar. Koroğlu”.
[Mustafa bəy:] Xata görünür, uşaqlara deginən ki, hamısı yaraqlansınlar. Ə.Haqverdiyev.
Yaraqlandın o gün sən də; Səsin düşdü dağdan-dağa. S.Vurğun.

Sinonimlər (yaxın mənalı sözlər)

  • YARAQLANMAQ yaraqlanmaq bax silahlanmaq
  • YARAQLANMAQ silahlanmaq
YARAQLANMA
YARAQLATMA

Digər lüğətlərdə