YAVAŞ

YAVAŞ – BƏRK Əvvəl yavaş, sonradan bərk öskürdüm (Mir Cəlal).

YAVAŞ – CƏLD Qız yavaş addımlarla onu izləyir (M.Hüseyn); O cəld xəstələrin yanına qaçdı (C.Məmmədov).

YAVAŞ – SÜRƏTLİ Bu məktub gecəyarısı Hacı Həsənin içəri otağında yavaş səslə oxundu (Mir Cəlal); Şairin iti gözü, həssas ağlı, həm də sürətli yerişi var...

YAVAŞ – TEZ Stəkanı nəlbəkiyə yavaş qoy (Mir Cəlal); Tez əncir ağacının altına çəkildim və fikirləşdim (Y.Əzimzadə).

YAVAŞ – TƏLƏSİK – Ay lələ, yavaş sürün! (Mir Cəlal); Sürmə xala Əzizi hamamxanaya salıb mətbəxə qayıtdı və tələsik yemək hazırlamağa başladı (S.Rəhimov).

YAVAN
YAVAŞCA
OBASTAN VİKİ
Mansur Yavaş
Mansur Yavaş (23 may 1955, Beypazarı, Ankara ili) — Türkiyə siyasətçisi, vəkil. Ankara Böyükşəhər Bələdiyyəsinin başçısı. 2019-cu ildə Ankara bələdiyyə seçkilərində Millət İttifaqı namizədi olaraq seçilmişdir. Siyasi fəaliyyətinə Milliyətçi Hərəkat Partiyasında başlayan Mənsur Yavaş, 1999-cu ildə bələdiyyə seçkilərində Beypazarı bələdiyyə başçısı seçilmiş, 2009-cu ildəki bələdiyyə seçkilərinə qədər bu vəzifəsini icra etmişdir. 2013-cü ildə partiyasından ayrılaraq Cümhuriyyət Xalq partiyasına üzv olmuşdur. 2014-cu ildə Ankara bələdiyyə seçkilərində sədr namizədi olaraq iştirak etmiş və 1 xal fərqi ilə dövrün bələdiyyə sədri Melih Gökçəkə məğlub olmuşdur. 2016-cı ildə Cümhuriyyət Xalq Partiyasından ayrılmış və 2018-ci ildə təkrar partiyaya qayıtmışdır. 2019-cu ildə Ankara bələdiyyə seçkilərinə Millət İttifaqı namizədi olaraq qatılmış və səslərin %50,9-unu yığaraq qalib gəlmişdir. O, COVİD-19 pandemiyası zamanı apardığı siyasət və balanslaşdırılmış büdcə xərclərinə görə ölkə daxilində böyük nüfuz qazanmışdır. Aparılan sorğulara görə, o, 2023-cü ildə keçiriləcək prezident seçkilərində indiki prezident Rəcəb Tayyib Ərdoğana qarşı rəqabət apara biləcək ən nüfuzlu namizədlərdən biri idi.
Mənsur Yavaş

Yavaş şəhər
Yavaş şəhər (it. Cittaslow) — 1999-cu ilin oktyabr ayında İtaliyada yaradılan beynəlxalq hərəkat. Yavaş hərəkətin bir hissəsidir. 2018-ci ilədək 236 üzv şəhər var. Hərəkatın məqsədi həyatın ritmini yavaşlatmaqla şəhərlərdə həyat keyfiyyətinin yaxşılaşdırılmasıdır. == Tarixi == 1999-cu ildə Bra şəhərində və digər üç italyan şəhəri həyatını "Sloufud" hərəkatının qurucusu Karlo Petrini prinsiplərinə uyğun olaraq dəyişməyə qərar verdi: zövq insanın iş mənfəətindən daha üstündür. Hərəkat İtaliyada ən böyük dəstəyi tapsa da, 2006-cı ilədək Almaniya, Norveç və Böyük Britaniyada hərəkata daxil olmuşdular. 2009-cu ilin ortalarına qədər on dörd ölkənin iştirak etdiyi və eyni ildən etibarən Şimali Amerikanın ilk qəsəbəsi Koviçan Bey (ing. Cowichan Bay), Kiçik Körfəzinin Kanada dənizkənarı kəndi olan "Yavaş şəhərlər" hərkatına daxil olmuşdu. == Məqsəd və vəzifələri == Yavaş şəhər təşkilatının hər bir üzvü şəhər həyatının yeni fəlsəfəsinin əsasını təşkil edən 55 hərəkət prinsipinə riayət etməlidir.
Cəld və yavaş düşünmək
Cəld və yavaş düşünmək — iqtisadiyyat üzrə Nobel mükafatı laureatı, psixoloq Deniel Kaneman tərəfindən 2011-ci ildə dərc edilmiş elmi-populyar kitab. Kitabın əsas tezisi iki düşüncə tərzi arasında fərqləndirmədir: “Sistem 1” sürətli, instinktiv və emosionaldır; "Sistem 2" daha ləng, daha çox düşünən və daha məntiqlidir. == Məzmunu == Məqsədyönlü qərarları və qərarvermə prosesini araşdıran və psixologiyaya dair baxışlarımızın üfüqlərini genişləndirən əsəri ilə Deniel Kaneman özünə müasir dövrün ən tanınmış mütəfəkkirləri arasında yer qazanıb. Düşüncələri ilə iqtisadiyyat, tibb və siyasət də daxil olmaqla bir çox elm sahələrinə ciddi təsir göstərmiş alim bu kitabında illərlə davam etdirdiyi araşdırmalarının nəticələrini toplayıb. Kitab oxucunu sanki bir “düşüncə səyahəti”nə çıxarır və fikirlərimizi idarə edən iki sistemi izah edir: sürətli, intuitiv və emosional olan I sistem və daha yavaş, daha təmkinli və daha məntiqli olan II sistem. Daniel Kaneman sürətli düşünməyin fövqəladə faydalarını, eyni zamanda çatışmazlıqlarını və şüurlu (koqnitiv) tərəfkeşliyini də diqqətə çatdırır. Bundan başqa, intuitiv təəssüratlarımızın düşüncə və davranışlarımıza təsirlərini də izah edir. Yanılma (səhv etmə) qorxusunun, ya da əksinə, həddən artıq özünəinamın fəaliyyət strategiyalarına nə dərəcədə təsir göstərdiyini, gələcəkdə bizi nəyin xoşbəxt edəcəyini proqnozlaşdırmaqda niyə bu qədər çətinlik çəkdiyimizi, birja oyunlarından tutmuş növbəti tətilimizi harada keçirəcəyimizə qədər həyatın bütün sahələrində təəssübkeşliyimizin necə həlledici rola malik olduğunu görürük. Oxucu ilə sanki canlı söhbətə girən Kaneman intuisiyamıza nə vaxt güvənib-güvənməyəcəyimizi və yavaş düşünməyin nə zaman daha faydalı olacağını öyrədir. İş və şəxsi həyatımızda necə seçim edə, necə davrana və bizə problemlər yaradan yanlış qərarlardan qaçmağın fərqli metodlarından necə yararlana biləcəyimizi göstərir.
Yavaşca Şahin Paşa
Yavaşca Şahin Paşa (v. sentyabr 1465) — II Mehmedin hakimiyyəti zamanında xidmət etmiş olan Osmanlı dövlət xadimi, kaptan-ı dəryası. == Həyatı == Əsli və doğum tarixi barədə məlumat yoxdur. Dərya bəylərindən olub, Konstantinopolun fəthi əsnasında Süleyman bəy və Həmzə bəy idarəsindəki donanmada iştirak etmişdir. Fəthin ardından vəfat etmiş olan Süleyman bəyin yerinə 1458-ci ildə kaptan-ı dərya təyin olunmuşdur. Bu vəzifədə ikən 1465-ci ilin sentyabrında vəfat etmişdir. Cənazəsi Uzunçarşı (Əminönü) məhəlləsində inşa etdirmiş olduğu məscidin həyətində dəfn edilmişdir. == Mənbə == Sicill-i Osmani V, səh.

Digər lüğətlərdə