YAYINDIRMAQ

f.
1. Fikrini, diqqətini, nəzərini bir şeydən uzaqlaşdırmaq, kənara, başqa tərəfə cəlb etmək (adətən isimlərlə birlikdə işlənir). Nəzərini yayındırmaq. Fikrini yayındırmaq.
– …Gözlərimi Şumşadxanımın üzündən bir an belə yayındırmazdım. M.S.Ordubadi.
Yanında bulunan qadınlar [Gülzarı] yayındırmaq və əyləndirmək üçün qrammofon oxudurlardı. T.Ş.Simurq.

2. Xəbəri olmadan, hiss etdirmədən oğurlatmaq; gizlətmək, itirtmək.
[Qədim:] Balam, sənin atan qulplu qazanları dirigözlü yayındırmazdı? S.Rəhimov.

// Qaçırtmaq; qaçmasına, əkilməsinə imkan yaratmaq.

Sinonimlər (yaxın mənalı sözlər)

  • YAYINDIRMAQ yayındırmaq bax 1. sındırmaq; 2. gizlətmək
  • YAYINDIRMAQ uzaqlaşdırmaq
  • YAYINDIRMAQ oğurlatmaq — gizlətmək — itirtmək
YAYINDIRMA
YAYINIQ

Digər lüğətlərdə