Nadir şah Əfşar: diplomatik yazışmalar (kitab)
Nadir şah Əfşar: diplomatik yazışmalar — AMEA-nın Əlyazmalar İnstitutunda saxlanılan mənbələr əsasında Nadir şah Əfşarın diplomatik irsinin toplandığı kitab.
2015-ci ildə AMEA-nın Əlyazmalar İnstitutunda saxlanılan mənbələr əsasında hazırlanmış kitab. Kitabda Azərbaycanın və Yaxın Şərqin siyasi tarixində iz buraxmış, Qərb tarixçilərinin "Şərqin Napoleonu" adlandırdıqları Nadir şah Əfşarın diplomatik irsi toplanmışdır. Kitabın elmi redaktoru Akademik Ramiz Mehdiyev, redaktoru Paşa Kərimov, fars dilindən tərcümə edib, nəşrə hazırlayan, qeydlərin müəllifi Rauf Şeyxzamanlı və şərhlər və tarixi məlumatların müəllifi isə Eldar Əmirov və Taleh Hacıyevdir. Burada Nadir şahın Hindistanın fəth edilməsindən sonra Rum padşahı Sultan Mahmud xana, Hindistan şahı Məhəmmədə, Molla Məhəmməd Zəkiyə, Məşhədin mütəvəllisi Mirzə Məhəmməd Rzaya və Qəndəharın fəth olunması münasibətilə qardaşı İbrahim xana yazdığı məktublar toplanıb.