YEKƏ-YEKƏ

zərf Böyük-böyük, iri-iri.
[Pərinisə ərinə:] …Eşşəyin üstə yekə-yekə çuvallar çatılmışdı. C.Məmmədquluzadə.

◊ Yekə-yekə danışmaq – bax başından yekə danışmaq (“yekə”də).
[Qaraş:] Mən ölüm Həsənəli, yekə-yekə danışma! Həyə sən kişi idin, binəva Süleyman bəyə vaxtında patron yetirə idin. C.Məmmədquluzadə.

YEKƏ
YEKƏBAŞ

Digər lüğətlərdə