YETƏR


1. sif. Bəs olan, kifayət edən. Bağları yetər qədər üzüm verir. Bütün ilə yetər taxılı var.
2. Əmr mənasında.
Bəsdir, kifayətdir! Yetər, ağlama! Yetər, canım! □ Artıq yetər – daha bəsdir, kifayətdir, daha lazım deyil.
3. Xəbər mənasında. Bəs edər, çatar, kifayət olar. İşlədik, yetər. Taxıl bir ilə yetər. Çörəyimiz iki günə yetər.
YETƏN
YETƏRLİK
OBASTAN VİKİ
Yetərsay
Yetərsay – müvafiq hüquqi aktla, tam səlahiyyətli hesab etmək üçün yığıncağın (məclis, konfrans, qurultay) iştirakçılarının sayının müəyyənləşdirilmiş minimum həddi (kvorum); müvafiq hüquqi aktla, qəbul olunan aktların tam legitim hesab etmək üçün səsverənlərin sayının müəyyənləşdirilmiş minimum həddi (kvota)

Digər lüğətlərdə