YOĞUN

YOĞUN – ARIQ Arabaçı yoğun bir kişi idi (Ə.Əbülhəsən); Onun o mehriban kənd qızının arıq, düz, millər kimi cəlb edən barmaqlarını aşkar görürdü (Mir Cəlal).

YOĞUN – NAZİK Baldır, deyərmiş, nə çox yoğun, nə də nazik ola, ayaqları elə tən gərək ki, sağ ilə sol seçilməsin (Mir Cəlal).

YIRTIQ
YOĞUNLAŞMAQ
OBASTAN VİKİ
Yoğun bağırsaq
Yoğun bağırsaq ya arxa bağırsaq — lat. intestinum crassum 1,5 metr uzunluğunda olub, üç hissəyə bölünür: Kor bağırsaq — lat. cecum (intestinum caecum - BNA); Çənbər bağırsaq — lat. colon; Düz bağırsaq — lat. rectum (intestinum rectum - BNA). Zahiri şəkli uzun konusa bənzəyir və eni yuxarıda 7 və aşağıda 4 sm-ə çatır. Yoğun bağırsaq xaricində olan zolaqlar — lat. teniae coli, çömçələr — lat. haustra coli, köndələn şırımlar — lat. sulci transversi və piy artımları (çıxıntıları) — lat.
İnsanın yoğun bağırsağı
Yoğun bağırsaq (lat. intestinum crassum) ― insanın həzm yolunun aşağı, son hissəsi. O, bağırsaqların distal hissəsini təşkil edir və burada nəcis yaranır. İnsanın yoğun bağırsağı 1.5–1.7 metr uzunluğundadır. Onun diametri proksimal hissədə 6–7 sm-dir, distal istiqamətdə kiçilir və 4 sm-ə çatır. Xarici əlamətlərə görə nazik bağırsaqdan fərqlənir. Yoğun bağırsağın üzərində 3 ədəd çənbər bağırsaq zolağı (lat. taeniae coli) var: çöz zolağı (lat. taeniae mesocolica); piylik zolağı (lat. taeniae omentalis); sərbəst zolaq (lat.
Yoğun bağırsaq polipləri
Düz bağırsaq polipləri — Polip yoğun bağırsağın (kolon və düz bağırsağın) selikli qişasının anomal böyüməsi nəticəsində inkişaf edən və bağırsağın mənfəzinə doğru böyüyən kütlədir.
Yonca yoğunayağı
Yonca yoğunayağı (lat. Bruchophagus gibbus) — Buğumayaqlılar tipinin Pərdəqanadlılar dəstəsinin Yoğunayaqlılar fəsiləsinə aid olan növ. Yetkin yonca yoğunayağı 2 mm böyüklükdə həşəratdır. Bədəni qara rəngli olub, ayaqlarının baldır və pəncələri sarıdır. Bığcığı 8 buğumludur. Əsas buğum o birilərinə nisbətən xeyli uzundur. Saplaqlı qarıncığa malikdir. Qarıncıq yumurtavarıdır, parlaqdır. Qanadları şüşə kimi şəffafdır və kənarlarında külli miqdarda tükcüklər vardır. Yumurtası olduqca kiçik (0,04 mm uzunluqda, 0,02 mm enində) olub, ovalvarı, yarımşəffaf və saplaqlıdır.
Yoğunbulaq
Yoğunbulaq — Azərbaycan Respublikasının Tovuz rayonunun Sarıtala kənd inzibati ərazi dairəsində kənd. Kənd öz adını yaxınlığındakı bulağın adından almışdır. Bulağın adı isə "gursulu bulaq" mənasındadır. Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. Kənd dağətəyi ərazidə yerləşir. Kənddə Yoğunbulaq kənd kitabxana filialı fəaliyyət göstərir. Kənddə təhsil müəssisəsi mövcud deyil. Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır. Kənddə Yoğunbulaq kənd tibb məntəqəsi yerləşir.

Digər lüğətlərdə