YOXSULLUQ

is. Yoxsul hal, yoxsul vəziyyət; kasıblıq, ehtiyac.
Dünyada heç igid yoxsul olmasın; Yoxsulluq igidə yaman ad olur. Koroğlu”.
Şirəli də başqaları kimi yoxsulluq, ehtiyac içində böyümüşdü. M.Hüseyn.

Sinonimlər (yaxın mənalı sözlər)

  • YOXSULLUQ YOXSULLUQ [Safo:] Yoxsulluğun üzü qara olsun (S.Rəhimov); BİÇİZLİK Ağa Mərdan: Çün sərbaz taifəsi biçizlikdən bir növ fırqeyi-suala daxildir (M
  • YOXSULLUQ miskinlik
  • YOXSULLUQ kasıblıq — ehtiyac

Antonimlər (əks mənalı sözlər)

  • YOXSULLUQ YOXSULLUQ – VARLILIQ Varlılığa tələsən, yoxsulluğa tez düşər (Ata. sözü)
YOXSULLAŞMAQ
YOXUŞ
OBASTAN VİKİ
Yoxsulluq
Yoxsulluq və ya kasıblıq — gündəlik əsas ehtiyacların hamısını və ya bir qismini qarşılamaq üçün kifayət qədər gəliri olmayan vəziyyətdir. Xüsusilə, qida, içki, sığınacaq və geyim kimi əsas ehtiyaclara çətinlik çəkmək imkanı və ya çatışmazlığı yoxsulluq kimi müəyyən edilə bilər. Ancaq bəzi inkişaf etmiş ölkələrdə yoxsulluq standartları dəyişikdir.
Çoxölçülü Yoxsulluq İndeksi
Çoxölçülü Yoxsulluq İndeksi, ÇYİ, ing. Multidimensional Poverty Index-MPI) – BMT-nin İnkişaf proqramı çərçivəsində dünya ölkələrində yoxsulluğun səviyyəsini müəyyən etmək üçün 2010-cu ildə Oksford Yoxsulluq və İnsan İnkişafı Təşəbbüsü mərkəzi tərəfindən hazırlanmış göstərici. Bu, indeksin əsas məqsədi fərdin təkcə maddi-iqtisadi cəhətcə deyil, digər göstəricilər üzrə yoxsul olmasını göstərməkdir. Onun İnsan İnkişafı İndeksindən (İİİ) əsas fərqi ondan ibarətdir ki, İİİ fərdin nələrə malik olduğunu, ÇYİ isə fərdin nələrdən məhrum olduğunu göstərir. == Tarixi == ÇYİ BMT-nin İnkişaf Proqramının İnsan İnkişafı İndeksinin nəşr olunmasının 20 illiyinə həsr olunaraq yaradılmış, yoxsulluğun ənənəvi gəlirə əsaslan ölçü metodologiyasından fərqli bir metodologiya ilə yoxsulluğu ölçmək üçün bu proqrama daxil edilmişdir. Yaradıcısı Oksford Universitetinin professoru Ceyms Foster hesab olunur. == İstifadə olunan göstəricilər == ÇYİ 3 ölçü istiqaməti (dimensions) və 10 göstəriciyə əsasən hesablanır: Təhsil (hər bir göstərici 1/6 nisbətdə götürülür) Təhsil alma illəri: ev təsərrüfatı üzvlərindən heç biri məktəbdə 5 il oxumayıbsa, məhrum olmuş hesab olnurlar. Uşaqların cəlb olunması: məktəb yaşına çatmış hər-hansısa bir uşaq 1-8-ci siniflərdə məktəbə getmirsə, məhrum olmuş hesab olunurlar. Sağlamlıq (hər bir göstərici 1/6 nisbətdə götürülür) Uşaq ölümü: uşaqlardan biri belə ölərsə, məhrum olmuş hesab olunurlar. Qidalanma: hər hansısa bir böyüyün və ya uşağın zəif qidalanması haqqında məlumat varsa, məhrum olmuş hesab olunurlar.

Digər lüğətlərdə

запозда́в непоколеби́мо троебра́чный бензово́з вта́чивание вы́севки голя́к дерзнове́нность доче́рнин дря́нно недосто́йный педву́з подхали́мский со́рно delaying action grapher lewisite silk-brusher tarsi twentyfourmo доползать мотель рупия тренировка фиксатор