YUMMAQ

f. Qapamaq, örtmək. Gözlərini yummaq. Ağzını yummaq.
– Məst ol gecəgündüz, nə bilim, yat nərələrdə; Yum gözlərini xaneyi-viranını görcək. M.Ə.Sabir.
Çöhrəsindən sızan bu qan bəs nədir? Onun gözlərini yuman bəs nədir? M.Rahim.

◊ Göz açıb-yumunca – bax göz.

Sinonimlər (yaxın mənalı sözlər)

  • YUMMAQ YUMMAQ (göz haqqında) Aslan yorğanı başına çəkdi, gözlərini bərk-bərk yumdu (M.Hüseyn); QAPAMAQ
  • YUMMAQ qapamaq — örtmək
YUMMA
YÚMOR

Digər lüğətlərdə