YIRĞALAMAQ

f.
1. O yan-bu yana, aşağıya və ya yuxarıya itələyərək hərəkət etdirmək; tərpətmək, silkələmək. Külək ağacları yırğalayıb əyir. Araba yaman yırğalayır.
– Həmişə sən mürgüləyirsən, nənə, yırğalayırsan başını. C.Məmmədquluzadə.
O gözəl xilqətin nəydi vərdişi? Beşik yırğalayıb paltar yamamaq. S.Vurğun.

2. Tərpətmək, yellətmək. Uşağı yırğalamaq.

Sinonimlər (yaxın mənalı sözlər)

  • YIRĞALAMAQ tərpənmək — silkələmək — yelləmək

Etimologiya

  • YIRĞALAMAQ “Двигать” mənasını əks etdirən ırna (yırna) sözümüz olub. Yellən­cək sözünün sinonimi kimi ırğanda kəlməsi də qeydə alınıb
YIRĞALAMA
YIRĞALANA-YIRĞALANA

Digər lüğətlərdə

варьи́роваться водомо́ина гото́вка с уко́ром те́хно фальцева́ние кондрашка уда́рил окололитерату́рный передохнуть романти́ческий упрунец Cretaceous crystallite gear-change lever hoover apron leafage naturalism outgush subversion tufter utilize бессемерование выходец дымчатый менструальный