YIĞINCAQ

is.
1. Hər hansı bir məsələni və ya məsələləri müzakirə etmək üçün çağırılan ümumi iclas. Yığıncaqda iştirak etmək. Yığıncaq keçirmək. Yığıncaqda çıxış etmək.
[Mirzağa] çox vaxt ümumi iclaslara, işçi yığıncaqlarına getməzdi. S.Hüseyn.

// Həmin iclasın iştirakçıları. Yığıncaq qərar çıxartdı. Yığıncaq təklifi bir səslə qəbul etdi.
2. İzdiham, qələbəlik, camaat.
Bir gün nəzmiyyə qabağından keçirdim, gördüm orada bazar əhlindən bir böyük yığıncaq var. C.Məmmədquluzadə.

3. Məclis, qonaqlıq.
[Şərəfnisə xanım:] Müsyö Jordan beyninə salıbdır ki, Parijdə qızlar, gəlinlər məclisdə, yığıncaqda üzüaçıq oturub-dururlar. M.F.Axundzadə.

Sinonimlər (yaxın mənalı sözlər)

  • YIĞINCAQ yığıncaq bax 1. iclas; 2. mitinq; 3. məclis 1; 4. ziyafət
  • YIĞINCAQ məclis — qonaqlıq
  • YIĞINCAQ iclas — müşavirə
  • YIĞINCAQ izdiham — camaat — qələbəlik
YIĞINACAQ
YIĞINTI
OBASTAN VİKİ
Köhnə Cənub yığıncaq evi
Köhnə Cənub yığıncaq evi (ing. Old South Meeting House) — Massaçusets ştatının Boston şəhərinin Dauntaun-krossinq bölgəsində Milk-strit və Vaşinqton-stritin küncündə yerləşən tarixi konqreqasionalist kilsə binası. 1729-cu ildə tikilmişdir. 16 dekabr 1773-cü ildə Boston çay qonaqlığının təşkili nöqtəsi kimi şöhrət qazanmışdır. Beş min və ya daha çox müstəmləkəçi o dövrdə Bostonda ən böyük bina olan yığıncaq evində toplanmışdır. == İstinadlar == == Əlavə ədəbiyyat == B. Wisner. History of the Old South Church in Boston: in four sermons. 1830. Hamilton Andrews Hill. History of the Old South Church (Third Church) Boston: 1669–1884.

Digər lüğətlərdə