ZÜL

əclaflıq, alçaqlıq, rəzillik
ZÜĞÜRT
ZÜLÜF
OBASTAN VİKİ
Dəniz (Zülfiyyə Xanbabayeva albomu)
Dəniz – Azərbaycan müğənnisi Zülfiyyə Xanbabayevanın albomu. 80 dəqiqəlik kompakt-diskə 18 mahnı daxildir. == Hazırlanması == Kompakt-disk Almaniyada istehsal olunub və BMF Records şirkəti tərəfindən buraxılıb. BMF Records dünya standartına cavab verən məhsulunu istehsal edən ilk rəsmi Azərbaycan rekord-leyblidir. Disk üzərindəki unikal ştrix-kod sayəsində albom haqqındakı bütün məlumatlar Dünya Musiqi Məlumatlar Bazasında qeydə alınıb. Azərbaycandan Dünya Musiqi Məlumatlar Bazasına daxil olan ilk CD-dir. Albom Almaniyada istehsal olunub, dizaynı Miraslana məxsusdur. Alboma Mikayıl Vəkilov, Hüseyn Abdullayev, Kamal, Minayə xanımın, Vüqar Camalzadə, Gövhər Həsənzadə, Muxtar, Emil Şahin, İsa Məlik, Emin Kərimi, Sahib Məmmədov, Günel Sərdar qızı və Emin Məcnunbəylinin mahnıları daxil edilib. Albom üçün foto-sessiya Xəzər dənizinin sahilində fotoqraf Emil Ağayev ilə həyata keçirilib. Müğənninin stili və qrimi illər boyu əməkdaşlıq etdiyi "Trend studio" tərəfindən yerinə yetirilib.
Eldar Zülfüqarov
Zülfüqarov Eldar İslam oğlu — professor, Azərbaycan Kooperasiya Universitetinin rektoru (2000-2011-ci illər). == Həyatı == Zülfüqarov Eldar İslam oğlu 1954-cü il mayın 1-də Şəmkir rayonunda anadan olmuşdur. 1974-cü ildə Azərbaycan Dövlət Universitetinin fizika fakültəsini bitirib. 1977-1990-cı illərdə Azərbaycan Milli Elmlər Akademiyasının "Radiasiya problemləri" İnstitunda işləmiş, 1986-cı ildə namizədlik və 2009-cu ildə doktorluq dissertasiyasını müdafiə etmişdir. Hal-hazırda AKU-da "Beynalxalq əlaqələr üzrə prorektor" vəzifəsində işləyir. 2000-2011-ci illərdə Azərbaycan Kooperasiya Universitetinə rəhbərlik etmişdir. 9 dekabr 2012-ci ildə Bakı şəhərində vəfat etmişdir.
Elxan Zülfüqarov
Elxan Zülfüqarov (29 iyun 1954, Hoğa, Qaryagin rayonu – 5 yanvar 1994, Şükürbəyli, Füzuli rayonu) — Azərbaycan kəşfiyyatçısı, Kapitan, Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Elxan Zülfüqarov 29 iyun 1954-cü ildə Füzuli rayonunun Üçbulaq kəndində anadan olmuşdur. 1969-cu ildə Bünyad Sərdarov adına 1 saylı məktəbin səkkizinci sinfini bitirmişdir. Daha sonra Yevlax rayonunda orta təhsilini davam etdirmişdir. 1971-ci ildə texnikuma daxil olmuşdur. 1972-ci ildə hərbi xidmətə çağırılmışdır. 1974-cü ildə Ukrayna SSR-də xidmətini başa vurmuş və yarımçıq qalmış təhsilini davam etdirmişdir. 1975-ci ildə təyinatla Novosibirsk şəhərinə göndərilmişdir. Milis işçisi olaraq fəaliyyətə başlamış, baş leytenant rütbəsi almışdır. == Döyüşlərdə iştirakı == 1988-ci ildə Qərbi Azərbaycandan azərbaycanlıların deportasiya edildiyini və Qarabağ hadisələrinin başlandığını bilən kimi Azərbaycana qayıtmışdır.
Fariz Zülfüqarzadə
Gecə (Zülfiyyə Xanbabayeva albomu)
== Albom haqqında == Bu Zülfiyyə Xanbabayevanın ilk studiya albomudur. Albom mediaya 2000-ci ildə təqdim olunub. Həmin il Azərbaycanda ən çox satılan albomlardan biri olub.
Göylər sonsuz bir dənizdir. İkinci film. Züleyxa (film, 1995)
== Məzmun == Azərbaycanın qəhrəman təyyarəçilərinə həsr olunan filmin ikinci hissəsində Azərbaycanın ilk qadın hərbi təyyarəçisi, aviasiya kapitanı, Bakı aeroklubunun yetişdirməsi, Jukovski adına hərbi-hava akademiyasının məzunu, İkinci Dünya müharibəsi illərində 500-ə qədər döyüş əməliyyatının bilavasitə iştirakçısı Züleyxa xanım Seyidməmmədovadan bəhs edilir. == Film haqqında == Film faşizm üzərində qələbənin 50 illiyi münasibətilə çəkilmişdir. Filmdə səslənən mahnının bəstəkarı Tofiq Babayev, sözlərin müəllifi A. Rəsuldur. Mahnını ifa edən Flora Kərimovadır. Filmdə Azərbaycan Respublikası Dövlət kino-foto-fono arxivinin və şəxsi arxiv materiallarından istifadə olunmuşdur. Film hazırlandığı zaman filmin qəhrəmanı Züleyxa xanım Seyidməmmədova dünyasını dəyişdi. Filmdə səslənən Tofiq Quliyevin bəstələdiyi və Rəşid Behbudovun ifa etdiyi "Züleyxa xanım" mahnısı məhz Züleyxa Seyidməmmədovaya həsr edilmişdir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Ssenari müəllifi: Nazim Rza İsrafiloğlu Rejissor: Nazim Rza İsrafiloğlu Operator: Nəriman Şıxəliyev Səs rejissoru: Ramiz Bağırov Rejissor assistenti: [[Sahib Heybətov Operator assistenti: Mətləb Yaqubov Montaj edən: İlham İsayev, Yafət Xeyirov, Etibar Həsənov, Elman Nəbiyev, Namiq Tağıyev, Arzu Qasımov Redaktor: Oqtay Orucov, Vüqar Tapdıqlı Məsləhətçi: Məzahir Abbasov (tarix elmləri doktoru) Aparıcı: Nazim Rza İsrafiloğlu Filmin direktoru: Məhyəddin Əsgərov Musiqilərindən istifadə edilən bəstəkar: Lüdviq van Bethoven, Arif Məlikov ("Axırıncı aşırım" bədii filmindən musiqi), Fərəc Qarayev, Tofiq Babayev, Cavanşir Quliyev Mahnı ifa edən: Flora Kərimova === Filmdə iştirak edənlər === Züleyxa Seyidməmmədova (Azərbaycanın ilk qadın hərbi təyyarəçisi) Məzahir Abbasov (tarix elmləri doktoru) Tofiq Quliyev (bəstəkar) == Çəkilişə köməklik edən qurum == "Azərbaycan Hava Yolları" Dövlət Konserninin "AZALAERO" şirkəti == İstinadlar == == Mənbə == Nazim Rza. Üçüncü dalğanın meridianlarında. Bakı:Zərdabi LTD, 2017, səh 341.
Gözqamaşdırıcı zülmət (roman)
Gözqamaşdırıcı zülmət (alm. Sonnenfinsternis‎) — Artur Kostlerin romanı. Əslən yəhudi olan ingilis yazıçısı Artur Köstler "Gözqamaşdırıcı zülmət" romanını yazmağa 1938-ci ildə başlasa da, həbslər və düşərgələrə göndərilməsi səbəbindən əsər üzərində işini həbsxanada bitirib və roman Köstler hələ azadlığa çıxmazdan əvvəl, 1940-cı ildə nəşr olunub. Sonra yazıçı Fransa paytaxtı Parisdən, nasistlərdən qaçmalı olub. Qaçdığı zaman romanın yeganə alman dilli nüsxəsi itirilib və 75 il sonra alman ədəbiyyatşünası Mattias Vesselin nəşriyyatlardan birinin arxivində əsərin əlyazması tapılıb. Köstlerlə yaxın münasibətdə olan Dafna Hardi Henrion romanı ingilis dilinə tərcümə edir və onu Londona göndərir. Bundan sonra əsər 30 dilə tərcümə olunur. 1948-ci ildə əsər müəllifin özü tərəfindən ingilis dilli versiyadan alman dilinə də tərcümə olunub. Ancaq Köstler 1960-cı ildə bununla bağlı belə bir fikir bildirir: "Gözqamaşdırıcı zülmət" romanımı özüm alman dilinə tərcümə etdim, amma romanın orijinalında olan spontanlığının itməsi hissi məni tərk etmir". Belə ki, əvvəlcə "Rubaşov" adlı alman dilində olan əlyazması itkin düşür.
Gözümün Qarası (Zülfiyyə Xanbabayeva mahnı)
Gözümün qarası - 2006-cı ildə Azərbaycanda ən populyar mahnılardan biri. Sözləri İsmayıl Dadaşovun, musiqisi Hüseyn Abdullayevindir. == Mahnı haqqında == Mahnı ilk dəfə 2006-cı ilin yazında Zülfiyyə Xanbabayeva tərəfindən oxunmuşdur. Mahnı efirə getdiyi gündən bütün hitparadlarda 1-ci oldu. Mahnı 2006-cı ildə ilin mahnısı seçildi. Mahnı Zülfiyyə xanımın 2009-cu ildə işıq üzü görən Dəniz albomuna daxil edildi. == Video == Mahnının videosu əvvəlki Zülfiyyə Xanbabayeva kliplərindən fərqli olaraq Gürcüstanda çəkildi. Videoda hər hansı bir sujet xətti yoxdu.
Kloto zülalı
Kloto zülalı — β-qlukuronidaza (К. Ф.3.2.1.31 ) bir sıra reseptorlarla qarşılıqlı təsirdə olan, orqanizmin insulunə qarşı həssaslığını tənzim edən transmembran zülaldır. == Kəşf tarixi == Kloto geni ilk dəfə 1997-ci ildə yapon alimləri tərəfindən kəşf edilmiş və yunan mifologiyasında ömrün ipini əyirən mələyin şərəfinə Kloto adlandırılmışdır. Yaşlandıqca orqanizmdə Klotonun miqdarı azalır. Təcrübə heyvanlarında Klotonun miqdarı yüksəldikcə ömrün uzunluğu artır, əksinə nokaut siçanlarda zülalın olmaması qocalmanı sürətləndirir. Aparılan tədqiqatlar göstərir ki, siçan və insanların Klotho zülalında 1014 amin turşusu var. İnsanla siçanın Klotho geni 86% oxşardır. İnsanda bu gen 13-cü xromosomda yerləşir: 5 eqzonu, 4 intronu var. Klotho proteini I tip transmembran zülallara aid edilir. Quruluşuna görə Klotho zülalının N və C terminalı (ucları) var. C terminalı transmembrana bitişikdir.
Lütvəli bəy Zülqədərov
Lütvəli bəy Mehralı bəy oğlu Zülqədərov (1881 – iyun 1920) — Azərbaycan Xalq Cümhuriyyəti dövründə Göyçay qəzasının rəisi, Gəncə üsyanının iştirakçısı. == Həyatı == Lütvəli (tarixi ədəbiyyatda Niftəli bəy yazılır Əslində, Lütvəli bəydir) 1881-ci ildə Yelizavetpol quberniyasında iri mülkədar ailəsində anadan olmuşdur. == AXC dövründə fəaliyyəti == Azərbaycan Xalq Cümhuriyyəti dövründə Lütvəli bəy əvvəlcə Cəbrayıl (Karyagin. indiki Füzuli) qəzasının 2-ci sahə polisinin, Yelizavetpol (Gəncə) qəza polisinin 3-cü sahəsinin pristavı, habelə Ərəş qəzasında pristav vəzifəsində işləmişdi. Əhalinin böyük hörmətini qazanmışdı. Lütvəli bəy əvvəllər Peterburqda çar II Nikolayın sarayında qulluq etmiş, imperator və imperatriça Mariya Fyodorovna tərəfindən yüksək dövlət mükafatlarına layiq görülmüşdü. O, 1918-ci il oktyabrın 12-də daxili işlər naziri Behbud xan Cavanşirin 78 nömrəli əmri ilə Şamaxı qəzasının müvəqqəti rəisi vəzifəsinə təyin edilmiş və bu vəzifədə 1919-cu ilin iyununadək xidmət göstərmişdi. Sonuncu tarixdə, daxili işlər naziri N. Yusifbəylinin 23 iyun 1919-cu il tarixli 85 nömrəli əmri ilə Göyçay qəzasının rəisi (1-ci dərəcə üzrə 3.000 manat əmək haqqı ilə) təyin olunmuşdu Lütvəli (Niftəli) bəy Zülqədərovun qəza rəisi kimi sonuncu vəzifəsi Cavad qəzasında olmuşdu. Azərbaycan Cümhuriyyətinin daxili işlər naziri M. H. Hacınskinin 1920-ci il 14 fevral tarixli 488 nömrəli əmri ilə L. Zülqədərov Göyçay qəzasaının rəisi vəzifəsindən azad olunub, mərkəzi Tərtər olan Cavanşir qəzasının rəisi təyin edilmişdi. L. Zülqədərov Cavanşir qəza rəisi vəzifəsində cəmi bir ay xidmət göstərmişdi.
Meymənət Zülqədər
Meymənət Mir Sadiqi Zülqədər — Həbibullah Zülqədər və Zaman Zülqədərin qızı,1937-ci ildə İstəhban şəhərində dünyaya gəlibdir.Şeirlərində Azadə təxəllüs edir.
Molla Gülü Zülami
Molla Gülü Zülami — azərbaycanlı şair. Molla Gülü Qarabağda dünyaya gəlmişdir. İbtidai təhsilini molla yanında almışdı. Sonra Təbriz şəhərində mədrəsədə təhsilini davam etdirmişdi. Təhsilini tamamlayandan sonra doğma yurduna dönmüş, Bərdə şəhərində "Cümə məscidi"nin nəzdindəki mədrəsədə uşaqlara dərs demişdi. Molla Gülünün adına 1699-cu ilə aid Zari Ərəşi adlı bir xəttatın topladığı cüngdə rast gəlinir. Molla Gülü Zülaminin Füzulinin 7 beytlik “Yetməzmi” rədifli qəzəlinə yazdığı 7 bəndlik təxmisi müəllifin dahi şairin əsərinə həssaslıqla yanaşması, dilinin sadəliyi, keçidlərin orijinallığı ilə diqqəti cəlb edir. Ənvər Çingizoğlu. Molla Gülü Zülami Qarabaği. "Soy" dərgisi, 1 (31) 2010.
Molla Gülü Zülami Qarabaği
Molla Gülü Zülami — azərbaycanlı şair. Molla Gülü Qarabağda dünyaya gəlmişdir. İbtidai təhsilini molla yanında almışdı. Sonra Təbriz şəhərində mədrəsədə təhsilini davam etdirmişdi. Təhsilini tamamlayandan sonra doğma yurduna dönmüş, Bərdə şəhərində "Cümə məscidi"nin nəzdindəki mədrəsədə uşaqlara dərs demişdi. Molla Gülünün adına 1699-cu ilə aid Zari Ərəşi adlı bir xəttatın topladığı cüngdə rast gəlinir. Molla Gülü Zülaminin Füzulinin 7 beytlik “Yetməzmi” rədifli qəzəlinə yazdığı 7 bəndlik təxmisi müəllifin dahi şairin əsərinə həssaslıqla yanaşması, dilinin sadəliyi, keçidlərin orijinallığı ilə diqqəti cəlb edir. Ənvər Çingizoğlu. Molla Gülü Zülami Qarabaği. "Soy" dərgisi, 1 (31) 2010.
Məhəmməd xan Zülqədər
Məhəmməd xan Zülqədər (Əlbistan – 1570, Ərzurum) — Səfəvi, sonra Osmanlı sərkərdəsi, Ərzurum əyalətinin ilk bəylərbəyi. Məhəmməd bəy Şahrux xan oğlu Əlbistanda anadan olmuşdu. Tarixçi yazır: "O, mühtəmələn ailə üçündəki bir anlaşmazlıqdan dolayı şahın xidmətinə girmiş və Astrabad valiliyi vəzifəsinə təyin edilmişdi. Ancaq, onun qızılbaşlığı nə dərəcə mənimsədiyi xüsusunda ətrafındakılar tərəfindən daima şübhəylə yanaşıldığı anlaşılmaqdadır . Qanuni Sultan Süleymanın Iraqeyn səfəri əsnasında I Şah Təhmasibə min nəfərlik Zülqədər əsgəri ilə qatılmış, yasavulluq üçün Osmanlı ordusuna qarşı getdiyi əsnada da səf dəyişdirərək osmanlıların yanına geçmiş, Qanuni də onu, daha öncələri Osmanlı dövlətinə sığınmış Üləma sultan ilə birlikdə Təbriz üzərinə göndərmişdi. Bu hadisə I Şah Təhmasibin qardaşı Sam mirzənin üsyanı ilə eyni dönəmə rastladığından, şahın Vəstam qalasını mühasirəsi əsnasında qala xalqı "Sam mirzə yağı oldu, Rum sultanı onu oğlu bilib İranı ona bağışladı" deyə bağırınca, Şah da "mən də Zülqədəroğlunu oğlum bilirdim o mənə nə qədər vəfalı oldu ki Sam mirzə, Xudavəndigara o qədər vəfalı olsun. Əgər bizdən əlaqəsıni kəsdi isə onu Allaha həvalə edirəm" deyə cevab vermişdi. Tarixçi Mehmed Solakzadə yazır: "Uca məqam sahibi padşah həzrətləri, ulduzlar sayında əsgəri ilə 941-ci il rəbiüləvvəlin 19-cu günü (29 sentyabr 1534) Təbrizə gəlib, ertəsi günü Ucanda İslam əsgərlərinə çatdı. Bu mənzildən köçərək Sultaniyyə adlı şəhərə çatanda, bəzi hadisələr üzündən Əcəm şahına iltica edən Zülqədər bəyzadələrindən Məhəmməd xan, qızılbaşlar tərəfindən üz çevirərək qaçıb cahanpənah sultanın dərgahına gəlib üz sürdü. (Bax: Mehmed Solakzadə, Tarix,Bakı, "Elm", 1992, səh.
Məhərrəm Zülfüqarlı
Məhərrəm Paşa oğlu Zülfüqarlı (19 avqust 1955, Ucar) — tarix üzrə elmlər doktoru, professor 19 avqust 1955-ci ildə Azərbaycan Respublikasının Ucar şəhərində anadan olub. 1978-ci ildə Bakı Dövlət Universitetinin tarix fakültəsi əyani şöbəsini, 1986-cı ildə həmin universitetin aspiranturasını bitirib. 1977–1980-ci illərdə dövlət təyinatı ilə Saatlı rayonu Nərimankənd orta məktəbində müəllim işləyib. 1980–1981-ci illərdə Azərbaycan SSR EA Tarix İnstitutunda baş laborant vəzifəsində çalışıb. 1981–1992-ci illərdə Azərbaycan Neft və Kimya İnstitutunun Sumqayıt filialında əvvəlcə müəllim, sonra isə baş müəllim vəzifələrində işləyib.1992–1993-cü illərdə Sumqayıt şəhər İcra Hakimiyyəti başçısı aparatında humanitar məsələlər üzrə şöbə müdiri vəzifəsində çalışıb.1994–1995-ci illərdə Sumqayıt şəhər Mənzil Təsərrüfat Birliyində baş metodist işləyib. 1995–1996-cı illərdə Sumqayıt Texnologiya Texnikumunda müəllim,1998–2001-ci illərdə Bakı Dövlət Universitetində baş müəllim ,2000–2001-ci illərdə Bakı Biznes Universitetində baş müəllim, magistratura şöbəsinin müdiri vəzifələrində işləyib. 2018–2020-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetində "Azərbaycan tarixi" fənnini tədris edib. 2007-ci ildən Azərbaycan Turizm və Menecment Universitetində çalışır. Hazırda həmin universitetin "İctimai fənlər " kafedrasının professoru, tarix elmləri doktorudur.. Universitetdə nəşr olunan.
Məlik Arslan bəy Zülqədər
Məlik Arslan bəy Süleyman bəy oğlu Zülqədər — hökmdar, (1454-1466), XV yüzillik. Süleyman bəyin üçüncü oğlu Məlik Arslan bəy 1454-cü ildən 1466-cı ilədək bəyliyə başçılıq etmişdi. 1354-ci ildə atasının ölümündən sonra Məlik Arslan bəy Zülqədər taxtına sahib oldu. Onun zamanında Zülqədərlilər ilə Ağqoyunlular arasında savaşlar baş verdi. Zülqədərlilərin əlində olan Xarput (Elazığ) Uzun Həsən tərəfindən alındı və Zülqədərlilərin paytaxtı Əlbistan, Ağqoyunlular ordusu tərəfindən dağıdıldı. Məmlük Dövləti ilə arası açılan Məlik Arslan Bəy, məmlük sultanı Xoşqədəmin bir fədaisi tərəfindən Əlbistanda məsciddə ibadət edərken 1466-cı ildə öldürüldü. Məlik Arslan bəyin Əmir Aslan bəy adlı oğlu vardı. Ənvər Çingizoğlu, Zülqədər eli, Bakı: Şərq-Qərb, 2011,-156 səh.
Məlik Zülfüqarov
Məlikmüzəffər Şahsuvar bəy Zülqədər
Məlikmüzəffər Şahsuvar bəy Süleyman bəy oğlu Zülqədər — hökmdar, XV yüzillik. Süleyman bəyin ikinci oğlu Sahsuvar bəy Məlikmüzəffər ləqəbini daşıyırdı. 1467-ci ildə 1473-cü ilədək bəyliyin hökmdarı olmuşdu. Şahsuvar bəyin üstündə osmanlılarla məmlüklər arasındaki dostluq daha da pozuldu. Bu dönəmdə Zülqədərli bəyliyi üzərindəki Osmanlı-Məmlük nüfuz mücadiləsi daha da artdı. Məmlük sultani Xoşqədəm, Zülqədərli taxtı üçün yeni bir namizəd tapdı. Şahsuvar bəyin qarşısına bir rəqib çıxarmaq üçün onun əmisi Rüstəm bəyi taxtı ələ keçirməyə təşviq etsə də, bir nəticə əldə edə bilmədi. Məmlük sultani daha sonra Şahbudaq bəyə qüvvələr verərək onu Maraş və Əlbistan üzərinə göndərdi. Qardaşlar arasındaki bu mücadiləni də Şahsuvar bəy qazandı. Məmlük sultani zülqədərlilər üzərinə Sam valisi Berdi bəy başçılığında bir ordu daha göndərdi.
Nasirəddin Məhəmməd bəy Zülqədər
Nasırəddin Məhəmməd bəy Zülqədər — hökmdar, XV yüzillik. Süli bəyin öldürülməsindən sonra yerinə oğlu Sədəqə bəy zülqədərlilərin başına keçməsinə baxmayaraq əmisinın oğlu Nasirəddin Məhəmməd bəy onun bəyliyini tanımayaraq 1399-cu ildə Zülqədər hökmdarı oldu. Nasirəddin Məhəmməd bəy Zülqədər taxtını əldə etmək üçün Osmanlı Sultanı İldırım Bəyaziddən yardım istədi. Nasirəddin Məhəmməd bəy İldırım Bəyazidin dəstəyi ilə taxta əyləşdi. Bundan dolayı osmanlılar ilə məmlüklər arasında 1515-ci ilə qədər davam edəcək olan Zülqədər bəyliği üzərindəki hakimiyyət mücadiləsi başladı. Nasirəddin Məhəmməd bəy Əmir Teymurun Anadolunu istilası sırasında ona qarşı çıxaraq Osmanlı tərəfdarı bir siyasəti apardı. Bu üzdən Əmir Teymur qüvvələri Əlbistana doğru yürüş edərək buranı xaraba qoydular. Bir yandan varlığını davam etdirə bilmek üçün osmanlılardan yardım alırkən, digər yandan da məmlüklərlə dostanə ilişkilər qurdu. Qaramanoğulları və Ramazanoğulları ilə mücadilə etdi və Qeysəri şəhərini 1436-cı ildə Qaramanlılardan aldı. Qeysəri şəhərində Nasıriyyə medrəsəsini quraraq Qeysəri qalasını yenidən inşa etdirdi.
Nə Faydası (Zülfiyyə Xanbabayeva mahnı)
Nə Faydası - 2010-cu ildə video kimi təqdim olunmuş, mahnı isə 2009-cu ilin dekabrında satışa çıxan Dəniz albomundandır. Mahnının sözləri və musiqisi Hüseyn Abdullayevə aiddir.
Oqtay Zülfüqarov
Oqtay Zülfüqarov (31 may 1929, Bakı – 31 avqust 2016, Bakı) — Azərbaycan bəstəkarı, Azərbaycan Respublikasının xalq artisti (2000). Oqtay Zülfüqarov 1929-cu il mayın 31-də Bakı şəhərinin Pirşağı qəsəbəsində hakim ailəsində anadan olub. Musiqi Məktəbinin violoncel sinfini, A. Zeynallı adına Musiqi Məktəbi və Dövlət Konservatoriyasının violonçel sinfində təhsil alıb, professor Qara Qarayevin tələbəsi olub. O, uşaqlar üçün yazılan "Qız-ulduz", "Pişik və Sərçə" və "Meşə nağılı" operalarını da yazıb. "Şəngülüm, Şüngülüm və Məngülüm" adlı musiqili komediya, violoncel və fleyta üçün konsertlər, simfonik poemalar, kantatalar, dörd simfoniya, instrumental pyeslər, teatr və kino üçün musiqi yazan bəstəkarın böyük simfonik orkestr üçün yaratdığı "Şənlən, mənim xalqım" uvertürası kimi bir çox məşhur musiqi əsərlərinin müəllifidir. 2010–2012 illərdə O. Zülfüqarov "Məlik Məmməd" nağılı əsasında uşaqlar üçün "Sehrli alma" iki hissəli balet, eyni zamanda musiqi dərslikləri yazıb. Uzun illər "Tumurcuq" və "Aysel" Uşaq Mahnı Teatrı Oqtay Zülfüqarovun rəhbərliyi altında Azərbaycan Dövlət Televiziyasında verilişlər hazırlayıb. Musiqi ilə yanaşı bəstəkar həm də şeirlər yazıb və onlar "Oxuyur Aysel" adlı topluda işıq üzü görüb. 1972-ci ildə Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi adına, 2000-ci ildə Azərbaycan Respublikasının xalq artisti adına layiq görülüb. Prezident təqaüdçüsü olan bəstəkar uzun illər Dövlət Uşaq Filarmoniyasının bədii rəhbəri işləyib.
Qalib Zülfüqarlı
Qaragüney (Zülfüqarlı)
Qaragüney — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Zülfüqarlı kənd inzibati ərazi dairəsində kənd. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 25 noyabr 2020-ci ildə Azərbaycana qaytarılıb. Kənd Qoşunəlilər Qaragüneyi, bəzən Məmmədli da adlanır. Yaşayış məntəqəsini Qoşunəli oğlu Məmməd adlı bir nəfər Qaragüney adlı ərazidə saldığı üçün belə adlandırılmışdır. Qara güney, yəni qara torpağı olan güney deməkdir. Qara torpaq məhsuldar olur, güney isə cənub, isti olan yerdir. Kəlbəcər rayonunun ərazisində Qaragüney adında başqa bir kənd də olmuşdur. Həmin kənd 2015-ci ildən Tağılar adlanır. Kənd rayon mərkəzindən ş.-da, dağətəyi ərazidə yerləşir.
Qəlbinə Yol (Zülfiyyə Xanbabayeva albomu)
Azərbaycanın Respublikasının Xalq Artisti Zülfiyyə Xanbabayevanın sayca üçüncü studiya albomu. "Qəlbinə yol" musiqi albomu 2003-cü ilin mart ayı mediaya təqdim olundu, aprel ayında satışa çıxdı. 2003-2004-cü illər üçün bu Azərbaycanda satış qiymətinə görə ən bahalı musiqi albomu idi. Bununla yanaşı Qəlbinə Yol buraxıldığı il, ən çox tələb olunan albomlar sırasına girdi. Hələ 2001-ci dekabrın 31-i Space telekanalında yeni il şənliyi zamanı bu alboma daxil olan, sözləri və musiqisi Gövhər Həsənzadəyə aid olan Anladım Sonunda mahnısı səslənmişdi və çox bəyənilmişdi. Mahnı bütün 2002-ci il boyu hitparadlardan düşmədi. 2003-cü ilin ikinci rübündə Qəlbinə Yol mahnısına videoklip çəkildi, videonu Emin Mirabdullayev çəkdi, bu Azərbaycanda ilk dəfə olaraq kinolentə çəkilən klip oldu. Albomda 9 mahnı ilə yanaşı bir də popurri vardı, bu Zülfiyyə Xanbabayevanın əvvəlki iki albomunda yer alan bəzi mahnıların Rəşad Haşımov tərəfindən hazırlanan mix'i idi. Zülfiyyə xanım alboma Azərbaycanın Xalq Artisti Cavanşir Quliyevin də bir bəstəsini daxil etmişdi. Albomda Kölgələr Düşdü mahnısın musiqisi Tünzalə Ağayevaya aiddir.
Qəmbər Zülalov
Qəmbər Əbdül oğlu Zülalov (1895, Şuşa – 1976, Bakı) — Azərbaycan xanəndəsi və aktyoru, Azərbaycan SSR əməkdar artisti (1958). Atası Əbdül Zülalov 1898-ci ildə vəfat etdikdən sonra onu və böyük qardaşı olan Əli Zülalovu əmisi Əbdülbağı Zülalov (Bülbülcan) himayəsinə götürmüşdür. Onlar bir neçə il Türkmənistanın Aşqabad şəhərində əmisinin yanında yaşamışlar. Müğənniliyə 1917-ci ildə Şuşada başlamışdır. Şirin və məlahətli, yumşaq və orta tembrli səsi vardı. Bir müddət Şuşada xanəndəlik və müğənnilik etdikdən, müəyyən həvəskar tamaşalarında opera və operetta rolları oynadıqdan sonra 1919-cu ildə Bakıya gəlmişdir. 1926–1975-ci illərdə qısa fasilələrlə Azərbaycan Opera Teatrının solisti olmuş, burada Üzeyir Hacıbəyovun "Leyli və Məcnun", "Əsli və Kərəm", "Koroğlu" operalarında Məcnunun atası, paşa, Nadir partiyalarını ifa etmişdir. Operanın inkişafında göstərdiyi xidmətlərinə görə 26 aprel 1958-ci ildə Azərbaycan SSR Əməkdar artisti fəxri adına layiq görülmüşdür. 80 yaşında fəxri təqaüdə çıxmışdır.