1. klas. Qızıldan düzəldilmiş, qızıldan qayrılmış.
Dev Reyhanı bir zərrin taxt üzərində qoyub, üzərinə gülab səpib burnuna müşkü ənbər iyi verdikdə Reyhan huşa gəlib, özünü devlərin yanında gördü. ( ).
Dövrü bir bəzmdir behiştibərin; Tac zərrin, sürahi həm zərrin.
// Zərli.
Bəzək bilməz bu diyarın göyçəyi; Tanımaz al çarqat, zərrin ləçəyi.
İlhamımın yelkəni zərrin saçın olaydı.
Hər fikir mülkündə zərrin tac yatır; Hər meyvə tumunda bir ağac yatır.
2. şair. Qızıl kimi, qızıl rəngində, qızıl kimi parlaq. Zərrin qədəh. Zərrin şəfəqlər. Zərrin şüalar.
– …Qərbdəki ulduzlar zərrin dumanlar içində itmiş, şərqdəkilər sanki qorxub bir-birinə qısılmışdı.
Miz üstündə yanır bir şam titrədikcə şölələri; Səpib zərrin tellərini o bəzəyir nurla yeri.