ZƏHLƏTÖKƏN

sif. Öz hərəkət və sözləri ilə adamı təngə gətirən, bezikdirən, usandıran, cana gətirən, bıqdırıcı.
Ancaq zəhlətökən müştəridən yaxa qurtarmaq üçün bunun da xeyri olmadı. S.Rəhman.
Həmzənin zəhlətökən küy-kələkçi arvadının təkidinə baxmayaraq, yolda boyun-boğazlarının daş-qaşını, qızıl-gümüşünü çıxartmayanlar, indi aramla soyunub mücrü və sandıqlarına qoydular. Ə.Əbülhəsən.

// Pis, xoşagetməyən, qulağa xoş gəlməyən.
Bu zaman maşınlar qəzəblənib böyürür, tramvaylar məni yollarında görən kimi zəhlətökən bir səslə zingildəyir. Ə.Məmmədxanlı.

Sinonimlər (yaxın mənalı sözlər)

  • ZƏHLƏTÖKƏN zəhlətökən bax bezikdirici
  • ZƏHLƏTÖKƏN bezikdirən — usandıran — bıqdırıcı
ZƏHLƏKAR
ZƏHLƏTÖKÜCÜ
OBASTAN VİKİ
Zəhlətökən (film, 2008)
"Zəhlətökən" (fr. L'emmerdeur) — rejissor Fransis Veberin filmi. == Məzmun == Muzdlu qatillə hansısa fotoqraf mehmanxanada bir-birinə qonşu otaqlarda qalmalı olurlar. Qatil buraya yeni bir tapşırıqla gəlib. Zəhlətökən fotoqraf özü də bilmədən terrorçuya mane olmağa başlayır.

Digər lüğətlərdə

-лиц-(а) запоя́саться избалова́ться набалова́ться найми́тка прапра́щур разре́зывать родосло́вец аргументи́рование в своём ро́де пове́сничанье пья́ная твердый acetose balneae dirt-bed houseroom meteorologic phago- pin-fire scumble smoggy thermosphere лазарет милый