ÇUQUN

is. [ rus. ]
1. Polad almaq və ya tökmə məmulatı hazırlamaq üçün işlədilən karbonla dəmirin xəlitəsi. Çuqun əritmək.
2. Həmin metaldan qab. Çuqunda xörək bişirmək.
// Bu metaldan hazırlanmış. Çuqun qazan.
– İmran kişi havanın belə gözlənilmədən soyumasına fikir vermir və bu səbəbdən də çuqun peçini qoydurmurdu. M.Hüseyn.
Küçələrdə sıra ilə yerə basdırılmış çuqun dirəklərin başında ağ kürələr parlayırdı. Ə.Sadıq.

ÇUXURLUQ
ÇUQUNƏRİTMƏ
OBASTAN VİKİ
Çuqun
Çuqun — dəmirin karbonla (2%-dən çox, adətən 3-4.5 % karbon), eləcə də tərkibində müəyyən miqdar manqan (1.5%-dək), silisium (4.5%-dək) və zəhərli qarışıqlar – kükürd və fosfor olan ərintisidir. Bəzən çuquna hər hansı bir xassə vermək üçün ona legirləyici adlanan elementlər – xrom, nikel, silisium, manqan və s. əlavə edilir. Bu cür çuqun legirlənmiş adlanır. Çuqunu domna sobalarında dəmir filizindən alırlar. Çuqun qara metallurgiyanın ən mühüm ilkin məhsuludur. Ondan polad istehsalında xammal kimi və tökmə ərinti kimi istifadə edilir. Müasir maşınqayırmada tökmə çuqunun payına ümumi kütlənin 75%-i düşür. Maşınqayırmada və tikinti qurğularında boz çuqun geniş yayılmışdır. Bəzən domna ferroərintiləri adlandırılan xüsusi Çuqun (domna ferrosilisiumu, ferromanqanı, ayna çuqun və s.) çox məhdud miqdarda əridilir, ondan poladı oksigensizləşdirmək və legirləmək üçün istifadə edilir.
İnjiç-Çuqun
İnjiç-Çuqun (abq. Йынджьыгь-ЧӏкІвын, qaraç.-balk. Гитче Инджик, kab.-çərk. Инджыдж цӏыкӏу) — Rusiya Federasiyası, Qaraçay-Çerkesiya Respublikası, Abazin rayonunun inzibati mərkəzi. Tərkibində yeganə yaşayış məntəqəsi olan inzibati ərazi vahidliyinə aiddir. Kənd kiçik Zelençuk çayının sağ sahilində, Abazin rayonunun qərb hissəsində yerləşir. Çerkessk şəhərindən 37 km cənub-qərbdə, Xabez rayonunun mərkəzi olan Xabez kəndi ilə üzbəüz ərazidə qərarlaşır. Kənd yaşayış məntəqəsinin sahəsi 60.3 km²-dir. Yaşayış məntəqələri ilə həmsərhəddir: şimalda Elburqan və qərbdə Xabez. Kənd respublikanın dağətəyi zonasında yerləşir.
Çuqun körpüsü (Vladiqafqaz)
Çuqun körpüsü Rusiyanın , Şimali Osetiya bölgəsində Vladiqafqaz şəhərindəki Terek çayı üzərində yerləşir. Şəhərin çay hissəsini mərkəzlə birləşdirir. Körpüdən Terekin sol sahilində General Pliev küçəsi başlayır. Sağ sahildə körpü Ştıba meydanına gedir. 1860-cı ildə İngiltərədə şəhər rəhbərliyinin əmri ilə çuqun körpü hazırlanmışdır. Daha sonra, Vladiqafqaza çatdırılmış, quraşdırılmış və 22 noyabr 1863-cü ildə açılışı olmuşdu. Əvvəlcə Qafqaz valisi Böyük Qubernatorun Mixail Nikolayeviç Romanovun həyat yoldaşı Olqa Fedorovnanın şərəfinə "Olginski körpüsü" adlandırılmışdı. Körpünün uzunluğu 104 m və eni 6.5 m təşkil edirdi. 1902-ci ildə tramvay qurmağa başlayan və Olginski körpüsündə izlər qoyan Belçika və Alman mühəndisləri Vladiqafqaza gəldi. 1930-cu illərin əvvəllərində, Elektrosink zavodunun ehtiyacları üçün körpünün şimal tərəfində su kəməri quruldu.

Digər lüğətlərdə