ŞAHRAH
ŞAHÜ GƏDA
OBASTAN VİKİ
Aşıq Şahsuvar
Aşıq Şahsuvar (1927, Yarpızlı, Yeni Bəyazid qəzası – 1996, Daşbulaq, Gədəbəy rayonu) – aşıq. == Həyatı == Aşıq Şahsuvar Eyyub oğlu Fərzəliyev 1927-ci ildə Göyçə mahalının Yarpızlı kəndində anadan olub. 1948–1953-cü illərdə başqa göyçəlilər kimi o da departasiyaya uğrayıb və gəlib Gədəbəy rayonunun Söyüdlü kəndində məskunlaşıb, bir il orada yaşayandan sonra Əli-İsmayıl kəndinə köçüblər, orada da iki il qaldıqdan sonra Hərel-İsa, indiki Daşbulaq kəndinə köçüblər və düz ömrünün sonuna kimi, yəni 1996-cı ilə qədər həmin kənddə yaşayıb. Aşıq Şahsuvar Eyyub oğlu gözəl yaddaşa və gözəl danışıq qabiliyyətinə malik olub, atası Eyyub kimi oğlunun bu istedadını görüb, onu aşıq sənətinə yönəldib, onu da deyim Aşıq Şahsuvarın atası Eyyub kişi oğlunun bu istedadını görüb, onu aşıq sənətinə yönəldib, onu da deyim Aşıq Şahsuvarın atası Eyyub kişi Göyçədə ən gözəl balaban icraçısı olub. Aşıq Şahsuvar bütün Aşıq havalarını özünəməxsus ifa edərdi, onun Göyçə gülü, Yanıq Kərəm cığalı təcnis, dodaqdəyməz, müxəmməs kimi aşıq el havalarını özünəməxsus ifa edərdi. Aşıq Şahsuvar aşıq dastanlarını elə gözəl ifa edərdi ki, məclisdə bir nəfər belə səs çıxarmazdı. O, Xəstə Qasım, Tufarqanlı Abbas, Şah İsmayıl və başqalarını özünəməxsus ifa edərdi. Aşıq Şahsuvar Aşıq Ələsgərin vurğunu idi. Ustadı Aşıq Oruc olmuşdur.
Şahsuvar Yəhyayev
Şahsuvar Əlyar oğlu Yəhyayev (1932, Qubadlı rayonu) — Qubadlı Qəza Partiya Komitəsinin birinci katibi 1932-ci il Qubadlı rayon Qaralar kəndində anadan olub. Gəncədə Kənd Təsərrüfatı İnstitutunu və Ali Partiya Məktəbini bitirib. Ş. Yəhyayev bir sıra partiya vəzifələrində çalışandan sonra, 1985-ci il yanvarında 1991-ci ilin oktyabr ayına kimi Qubadlı rayon partiya komitəsinin birinci katibi, rayon sovetinin sədri işləyib.
Məlikmüzəffər Şahsuvar bəy Zülqədər
Məlikmüzəffər Şahsuvar bəy Süleyman bəy oğlu Zülqədər — hökmdar, XV yüzillik. Süleyman bəyin ikinci oğlu Sahsuvar bəy Məlikmüzəffər ləqəbini daşıyırdı. 1467-ci ildə 1473-cü ilədək bəyliyin hökmdarı olmuşdu. Şahsuvar bəyin üstündə osmanlılarla məmlüklər arasındaki dostluq daha da pozuldu. Bu dönəmdə Zülqədərli bəyliyi üzərindəki Osmanlı-Məmlük nüfuz mücadiləsi daha da artdı. Məmlük sultani Xoşqədəm, Zülqədərli taxtı üçün yeni bir namizəd tapdı. Şahsuvar bəyin qarşısına bir rəqib çıxarmaq üçün onun əmisi Rüstəm bəyi taxtı ələ keçirməyə təşviq etsə də, bir nəticə əldə edə bilmədi. Məmlük sultani daha sonra Şahbudaq bəyə qüvvələr verərək onu Maraş və Əlbistan üzərinə göndərdi. Qardaşlar arasındaki bu mücadiləni də Şahsuvar bəy qazandı. Məmlük sultani zülqədərlilər üzərinə Sam valisi Berdi bəy başçılığında bir ordu daha göndərdi.
Aydın Şahsuvarov
Aydın Ağa oğlu Şahsuvarov (19 yanvar 1931, Naxçıvan – 2 iyun 1986, Naxçıvan) — Azərbaycan teatr aktyoru, Azərbaycan SSR xalq artisti (1984). == Həyatı == Aydın Şahsuvarov 19 yanvar 1931-ci ildə Naxçıvanda anadan olmuşdur. 1954-cü ildən Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında fəaliyyət göstərmişdir. 1967–1968-ci illərdə Cəfər Cabbarlı adına İrəvan Azərbaycan Teatrının aktyoru olmuşdur. Naxçıvandakı "Cavid poeziya teatrı"nda da fəaliyyət göstərmişdir. Aydın Şahsuvarov 2 iyun 1986-cı ildə Naxçıvanda vəfat etmişdir. == Mükafatları == "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 4 oktyabr 1974 "Azərbaycan SSR xalq artisti" fəxri adı — 15 noyabr 1984 == Rolları == Şeyx Əhməd ("Ölülər", C. Məmmədquluzadə) Şeyx Nəim ("Şeyx Sənan", H. Cavid) Altunbay ("Od gəlini", C. Cabbarlı) Şahbaz bəy ("Eşq və intiqam", S. S. Axundov) Vidadi ("Vaqif", Səməd Vurğun) Təhmas bəy ("Qaçaq Nəbi", S. Rüstəm) kor padşah ("Kor padşah", N. Hikmət) markiz ("Mehmanxana sahibəsi", K. Qoldoni) Topal Teymur ("Əlincə qalası", H. Arzulu) Xətib ("Məshəti", K. Ağayeva) == Mənbə == Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. X ҹилд: Фрост—Шүштәр. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев.
Kamran Şahsuvarlı
Kamran Namiq oğlu Şahsuvarlı (6 dekabr 1992, Qazaxıstan) — Azərbaycanı təmsil edən boksçu. 2014-cü ildən Azərbaycan yığmasının heyətində çıxış edir. Kamran Şahsuvarlı 2016-cı ilin avqustunda Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarının bürünc medalına sahib olub. 2017-ci ildə baş tutan Avropa Çempionatının gümüş, Dünya Çempionatının isə bürünc medallarına sahib olan Kamran Şahsuvarlı həm də 2014 və 2017-ci illərdə Azərbaycan Çempionatlarının qalibi olub. Kamran Şahsuvarlı Azərbaycan idmanında xidmətlərinə görə 2016-cı ildə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən "Tərəqqi" medalı ilə təltif edilib. == Həyatı == Kamran Şahsuvarlı 1992-ci il dekabrın 2-də Qazaxıstanda anadan olub. Milliyyətcə azərbaycanlıdır. Təhsilini Qazaxıstanda alıb. İdmanla da burada məşğul olmağa başlayıb. Şəxsi məqşçisi Natiq Aslanlıdır.
Mürsəl bəy Şahsuvarov
Şahsuvarov Mürsəl bəy Adilxan bəy oğlu (19 iyun 1900, Minkənd, Zəngəzur qəzası – 6 may 1971, Bakı) — Cümhuriyyət tələbəsi, həkim, professor. Mürsəl bəy Adilxan bəy oğlu 1900-cü ilin iyun ayının 19-da Zəngəzur qəzasının Minkənd kəndində anadan olmuşdu. Mürsəl Şahsuvarov əvvəlcə Gəncədə, sonra isə Tiflisdə təhsil almışdır. Arxivdə onun Tiflisdəki İmperator Aleksandrın adına gimnaziyanı bitirməsi barədə sənəd vardır. 310 saylı Kamal Şəhadətnaməsindən məlum olur ki, Şahsuvarov Mürsəl Ədilxan oğlu 1913-cü ildə Tiflis oğlan gimnaziyasına daxil olmuş və oranı 1918-ci il fevralın 18-də bitirmişdir. 1919-cu il noyabr ayının 23-də M. Şahsuvarovun Azərbaycan Respublikası Xalq Maarif Nazirliyinə ünvanladığı ərizəsində deyilir: "Sizdən xahiş edirəm ki, məni Almaniyaya Tibb İnstitutuna daxil olmaq üçün hökumət hesabına ezam edəsiniz." Mürsəl bəy Şahsuvarov Münhen Universitetinin tibb fakültəsini uğurla bitirib… Vətənə qayıtmamışdır. İstedadlı gənc təbibi alman həmkarları Hamburq şəhərində ixtisasına görə işlə təmin etmişlər. O, bir neçə il Tropik Xəstəliklər İnstitutunda çalışmışdır. Gənc alim burada dissertasiya müdafiə edərək, tibb elmləri doktoru adını almışdır. Azərbaycanlı alim Hamburqda tanış olduğu alman qızı Marqarita xanımla nikah bağlayıb, ailə qurmuşdur.
Nurməmməd bəy Şahsuvarov
Nurməmməd bəy Adilxan bəy oğlu Şahsuvarov (az-əbcəd. نورمممد بی آدیلخان بی اوغلو شاهسوواروو‎; 1883, Minkənd, Zəngəzur qəzası – 11 avqust 1958, Bakı) — Azərbaycan SSR xalq maarifi komissarının müavini, Azərbaycan Xalq Cümhuriyyətinin maarif və dini etiqad naziri, Azərbaycan Xalq Cümhuriyyətinin maarif və dini etiqad nazirinin müavini, Dağlılar Respublikasının xalq maarifi naziri. Nurməmməd bəy Şahsuvarov həm Azərbaycanın, həm Şimali Qafqaz ölkələrinin azadlığı uğrunda mübarizə aparmışdır. O, repressiyanın qurbanı olmuş, 1938-ci ildə həbs olunub Bakıya göndərilmiş, 1940-cı ildə isə sürgün olunmuşdur. Nurməməd Şahsuravov 1943-cü ildə Bakıya qayıtmış, 1958-ci ildə vəfat etmişdir. Nurməmməd bəy Adilxan bəy oğlu 1883-cü ildə Zəngəzur qəzasının Minkənd (Şahsuvarlı) kəndində anadan olmuşdur. Mənşəcə kürddür. 1889–1903-cü illərdə Zaqafqaziya (Qori) Müəllimlər Seminariyasında təhsil almış, bir müddət Gəncədə rus dili müəlimi işləmşdir. Şahsuvarov 1912-ci ildə Tiflis Aleksandr Müəllimlər İnstitutunu, 1912-ci ildə isə ekstern yolu ilə Kiyev Universitetinin hüquq fakültəsinə daxil olaraq 1915-ci ildə oranı ekstern yolla bitirmişdir. Təhsilini başa vurandan sonra o, Dağıstan Vilayəti Xalq Təhsili İdarəsi üzrə Teymurxanşura (indiki Buynaksk) şəhərinə təlimatçı təyin olunub.[mənbə göstərin] Azərbaycan Xalq Cümhuriyyəti dövründə müxtəlif postlarda vəzifə sahibi olan Nurməmməd Şahsuvarov Aprel işğalından sonra Bakını tərk etməmişdir.[mənbə göstərin] Sovet dövründə o, Bakıda Pedaqoji, S. Ağamalıoğlu adına Torpaq və Geodeziya texnikumlarında rus dilindən dərs deyib, sonralar isə Bakı Dövlət Universitetində rus dili kafedrasının müdiri, Azərbaycan Neft İnstitutunda isə rus dili müəllimi vəzifəsində işləyib.
Nurməmməd Şahsuvarov
Nurməmməd bəy Adilxan bəy oğlu Şahsuvarov (az-əbcəd. نورمممد بی آدیلخان بی اوغلو شاهسوواروو‎; 1883, Minkənd, Zəngəzur qəzası – 11 avqust 1958, Bakı) — Azərbaycan SSR xalq maarifi komissarının müavini, Azərbaycan Xalq Cümhuriyyətinin maarif və dini etiqad naziri, Azərbaycan Xalq Cümhuriyyətinin maarif və dini etiqad nazirinin müavini, Dağlılar Respublikasının xalq maarifi naziri. Nurməmməd bəy Şahsuvarov həm Azərbaycanın, həm Şimali Qafqaz ölkələrinin azadlığı uğrunda mübarizə aparmışdır. O, repressiyanın qurbanı olmuş, 1938-ci ildə həbs olunub Bakıya göndərilmiş, 1940-cı ildə isə sürgün olunmuşdur. Nurməməd Şahsuravov 1943-cü ildə Bakıya qayıtmış, 1958-ci ildə vəfat etmişdir. Nurməmməd bəy Adilxan bəy oğlu 1883-cü ildə Zəngəzur qəzasının Minkənd (Şahsuvarlı) kəndində anadan olmuşdur. Mənşəcə kürddür. 1889–1903-cü illərdə Zaqafqaziya (Qori) Müəllimlər Seminariyasında təhsil almış, bir müddət Gəncədə rus dili müəlimi işləmşdir. Şahsuvarov 1912-ci ildə Tiflis Aleksandr Müəllimlər İnstitutunu, 1912-ci ildə isə ekstern yolu ilə Kiyev Universitetinin hüquq fakültəsinə daxil olaraq 1915-ci ildə oranı ekstern yolla bitirmişdir. Təhsilini başa vurandan sonra o, Dağıstan Vilayəti Xalq Təhsili İdarəsi üzrə Teymurxanşura (indiki Buynaksk) şəhərinə təlimatçı təyin olunub.[mənbə göstərin] Azərbaycan Xalq Cümhuriyyəti dövründə müxtəlif postlarda vəzifə sahibi olan Nurməmməd Şahsuvarov Aprel işğalından sonra Bakını tərk etməmişdir.[mənbə göstərin] Sovet dövründə o, Bakıda Pedaqoji, S. Ağamalıoğlu adına Torpaq və Geodeziya texnikumlarında rus dilindən dərs deyib, sonralar isə Bakı Dövlət Universitetində rus dili kafedrasının müdiri, Azərbaycan Neft İnstitutunda isə rus dili müəllimi vəzifəsində işləyib.
Rauf Şahsuvarov
Rauf Arif oğlu Şahsuvarov (16 fevral 1967, Laçın) — Azərbaycanın kino və teatr aktyoru. Rauf Arif oğlu Şahsuvarov 16 fevral 1967-ci ildə Laçın şəhərində anadan olub. 1974–1984-cü illərdə Laçın şəhər 2 saylı orta məktəbində təhsil alıb. 1985-ci ildə Mirzəağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun (indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti) dram teatrı və kino aktyorluğu fakültəsinə daxil olub. 1985–1987-ci illərdə hərbi xidmətdə olub və hərbi xidməti bitirdikdən sonra 1987-ci ildən təhsilini davam edərək 1991-ci ildə aktyorluq ixtisasına yiyələnib. İnstitut müəllimi xalq artisti, kinorejissor Eldar Quliyev olmuşdur. Evldir, 2 övladı var. AXC-nin Xalq maarifi və dini etiqad naziri Nurməmməd bəy Şahsuvarovun nəvəsidir. Rauf Şahsuvarov 1991-ci ildə təyinatla yeni açılmlş Şuşa Dövlət musiqili dram teatrına göndərilib və 2011-ci ilədək bir neçə il fasilələrlə həmin teatrda işləmişdir. O, 1991–1992-ci illərdə Arif Paşayevin komandiri olduğu Azərbaycanda olan ilk nizami alayın-Laçın alayının tərkibində Qarabağ müharibəsində iştirak edib.
Surxay bəy Şahsuvarov
Surxay bəy Əzim oğlu Şahsuvarov (19 iyul 1900, Minkənd, Zəngəzur qəzası – 1945, Bakı) — Cümhuriyyət tələbəsi, Frayberq Dağ-Mədən Akademiyasının tələbəsi, mühəndis. Surxay bəy Əzim oğlu 1900-cü ildə Zəngəzur qəzasının Şahsuvarlı kəndində doğulmuşdu. Atası vəfat edəndə 8 yaşı vardı. Dayısı Rəsul bəyin himayəsi ilə 1910-cu ildə iki illik məktəbi bitirdi. Sonra əmisi Nurməmməd bəyin yanına üz tutdu. Qori Müəllimlər Seminariyasını bitirdikdən sonra Gəncədə rus dili müəllimi işləyən Nurməmməd bəy Şahsuvarov qardaşı oğluna kömək əlini uzatdı, ona atalıq etdi. Surxay Gəncə Oğlan Gimnaziyasına daxil oldu. Buranı bitirdikdən sonra isə 1913-cü ildə birinci Tiflis Oğlan Gimnaziyasına qəbul edildi və 1918-ci ildə təhsilini əla qiymətlərlə başa vurdu. S. Şahsuvarovun kamal şəhadətnaməsinin surəti hazırda arxivdə saxlanılır. Riyaziyyat, fizika, coğrafiya, alman, latın və fransız dili fənlərinə mükəmməl yiyələnmiş Surxay Şahsuvarov 15 aprel 1920-ci ildə Frayberq Dağ-Mədən Akademiyasına qəbul olunmuşdur.
Taleh Şahsuvarlı
Taleh Novruz oğlu Şahsuvarlı (10 mart 1977, Qazıqurdalı, Bərdə rayonu) — Azərbaycanlı jurnalist, yazıçı. Taleh Şahsuvarlı 10 mart 1977-ci ildə Bərdə rayonunun Qazıqurdalı kəndində anadan olub. Bakı Dövlət Universitetinin Tarix fakültəsinin və Yasamal rayonundakı 20 saylı orta məktəbin nəzdində təşkil olunmuş Respublika Tarix Liseyini bitirib. Bakı Dövlət Universitetinin sosial elmlər və psixologiya fakültəsində fəlsəfə üzrə bakalavr, fəlsəfə tarixi üzrə magistr pillələrində ali təhsil alıb. 2007-ci ildə ABŞ-nin San Dieqo şəhərində fəaliyyət göstərən Vətəndaş Diplomatiyası Akademiyasında ictimai siyasət üzrə xüsusi təhsil alıb. "Seçki mübarizəsi" adlı elmi monoqrafiyanın, Qafqazda ilk tarixi metaroman olan[mənbə göstərin] "Canlanma" əsərinin müəllifidir. İkinci Qarabağ müharibəsində baş leytenant rütbəsində taqım komandiri vəzifəsi tutaraq iştirak edib. 1995-ci ildən jurnalistika sahəsində çalışır. Azərbaycan mətbuatı tarixində ən gənc qəzet baş redaktoru olub.[mənbə göstərin] "Gündəlik Teleqraf" qəzetin şef-redaktoru vəzifəsində çalışıb. 2009-cu ildən Sosial İnformasiya Agentliyinin direktorudur.
Tofiq Şahsuvarov
Tofiq Surxay oğlu Şahsuvarov — Geologiya-mineralogiya elmləri doktoru, professor. Tofiq Surxay oğlu Şahsuvarov 1929-cu ildə Laçın şəhərində anadan olmuşdur. 1937-ci ildə orta məktəbin birinci sinfinə getmiş, 1948-ci ildə orta məktəbi bitirmişdir. 1948-ci ildə Azərbaycan Sənaye İnstitutuna daxil olaraq tələbə adını qazanmışdır. 1953-cü ildə Azərbaycan Sənaye İnstitutunu bitirmişdir. 1954-cü ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetində (indiki Bakı Dövlət Universiteti) əmək fəaliyyətinə başlamışdır. 1954-1957-ci illərdə Tofiq Şahsuvarov mühazirə assistenti kimi çalışmışdır. 1957-ci il namizədlik dissertasiyasının müdafiə etmişdir. 1960-cı il dosent elmi dərəcəsini almışdır. 1967-ci il doktorluq dissertasiyasını müdafiə etmiş "Geologiya-mineralogiya elmləri doktoru" elmi dərəcəsini almışdır 1986-92-ci illə Geoloji-coğrafiya fakültəsinin dekanı vəzifəsində əmək fəaliyyətini davam etdirmişdir.
Şahsuvarlı
Minkənd — Azərbaycan Respublikasının Laçın rayonu Minkənd kənd inzibati ərazi dairəsində kənd. 1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilmiş, 10 noyabr 2020-ci il tarixli Azərbaycan-Rusiya-Ermənistan üçtərəfli bəyannaməsinə əsasən, 1 dekabr 2020-ci ildə işğaldan azad olunmuşdur. Minkənd kəndi Qarabağ yaylasındadır. Etnooykonimdir. Kənd öz adında qədim türkdilli minqımın (mənbələrdə adi minqat kimi də çəkilir) tayfasının adını əks etdirir. VII-VIII əsrlərdə təkuz Oğuz konfenderasiyasına daxil olan minqlər XII-XIII əsrlərdə qipçaqların, XIII-XIV əsrlərdə isə Qızıl Ordanın iri tayfa birləşmələrindən biri olmuşlar. Teymurun dövründə (XIV əsr) baş vermiş siyasi hadisələrdə fəal iştirak edən minqlər sonralar müxtəlif ərazilərdə məskunlaşmışlar. Azərbaycanda minqlərin yeni saldiqları yaşayış məntəqələri, о cümlədən Minkənd onların adı ilə adlanmışdır. Hazırda Azərbaycanlılar yaşayan kənd əhalisinin etnik tərkibi müəyyən tarixi hadisələrlə əlaqədar bir neçə dəfə dəyişmişdir. Mincivan qəsəbəsi (Zəngilan rayonu), Mingiz məhəlləsi (Ordubad şəhəri), Minqışlaq, Minqlər, Kattaminq, Minqon (Özbekistan) və Mingistan (Tacikistan) toponimləri də minqlərlə əlaqədardır.
Şahsuvarovlar
Şahsuvarovlar — Azərbaycan xalqının tanınmış soylarından biri. Soy kürd mənşəlidir. Bu soyun ulu babası Şahsuvar bəydir. Şahsuvar bəy 1802-ci ildə Dərələyəz mahalının Paşalı kəndində anadan olmuşdur. Atası Kərbəlayi İsmayıl bəy, anası Kərbəlayi Əzət xanım idi. 1825-ci ildə Abbas mirzə Qovanlı-Qacar Mehdiqulu xan Cavanşiri Dərəlyəz mahalına başçı təyin еtmişdi. Orda yaşayan obalardan bir nеçəsini də xanın sərəncamına vеrmişdi. Bu obalardan biri də Şahsuvar yüzbaşının idarə еtdiyi Şahsuvarlı obası idi. Mеhdiqulu xan 1827-ci ildə Rusiya tərəfə kеçəndə Şahsuvar bəyin obasını da Qarabağa gətirib, Qaraçorlu mahalının Hacısamlı nahiyəsinin Minkənd ərazisində yеrləşdirdi. Beləliklə Şahsuvar bəy həyat yoldaşı Pəri xanımla burada yaşamalı olur.

Digər lüğətlərdə