ŞİRA

ŞİRA’1

ə. alğı, alma.

ŞİRA’2

ə. yelkən.

ŞİR
ŞİRANƏ
OBASTAN VİKİ
Şira aymağı
Şira aymağı (Xakasca:Şira aymağı, Сыра аймағы) — Rusiya Federasiyasına bağlı muxtar türk respublikalarından olan Xakasiyanın bələdiyəli olan aymağı. Aymağın mərkəzi 2009-cu ildən etibarən Şira kəndidir. Xakasiyanın şimal hissəsində yerləşi. Sahəsi 6880 km²-dir. Mövsümi və gündüz dəyişkənliyində böyük temperatur təzadları, isti yay və uzun qarsız qış bölgənin iqlimini kəskin kontinental olaraq təyin edir. Tədqiqatçılar qışda Asiya barometrik maksimumun, yazda isə şimal Sibir maksimumunun təsirini qeyd edirlər. Dağ sistemləri hava kütlələrinin qərbdən şərqə köçürülməsinə mane olur. Ən az orta illik yağıntının miqdarı (təxminən 250 mm) Kuznetsk Alatau ətəklərinə bitişik əraziyə düşür. Ümumi yağıntının 80-90% -ə qədəri aprel-oktyabr aylarında yağış leysan şəklində, qış aylarında 10% -ə qədər yağıntı olur. Çöl bölgələrindəki qar yer üzünü tamamilə örtmür, bu da torpaqların intensiv dondurulmasına və şaxtadan azad havalara səbəb olur.
Şira Rişoni
Şira Rişoni (21 fevral 1991, Holon, İsrail) — İsraili təmsil edən cüdoçu. == Karyerası == 2016-cı ildə Rio-de-Janeyro Olimpiadasını 17-ci pillədə başa vurub. 2021-ci ildə İsraili Yaponiyada baş tutan XXXII Yay Olimpiya Oyunlarında təmsil edib. Bürünc medal uğrunda görüşdə Darya Bilodida məğlub olaraq olimpiadanı beşinci pillədə başa vurub. Komanda turnirində isə olimpiadanın bürünc medalına sahib olub. 2022-ci ildə Sofiya şəhərində (Bolqarıstan) Avropa Çempionatını bürünc medalla başa vurub. 2024-cü ildə İsraili Fransanın Paris şəhərində baş tutan XXXIII Yay Olimpiya Oyunlarında təmsil edib. 1/16 final mərhələsində Qazaxıstan nümayəndəsi Abiba Abucaqınovaya məğlub olaraq olimpiadanı 17-ci pillədə başa vurub.
Şira-l'Eqliz
Şira-l'Eqliz (fr. Chirat-l'Église) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Ebryoy kantonuna daxildir. Kommunanın dairəsi — Monlyuson. INSEE kodu — 03077. 2008-ci ildə əhalinin sayı 136 nəfər təşkil edirdi. 2007-ci ildə 79 yaşda (15-64 yaş arasında) 52 nəfər iqtisadi fəal, 27 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 65,8%, 1999-cu ildə 62.7%). Fəal 52 nəfərdən 50 nəfəri (31 kişi və 19 qadın), 2 nəfər işsiz (1 kişi və 1 qadın) idi. Aktiv olmayan 5 nəfər arasında şagird və ya tələbə, 15 nəfər pensiyaçı, 7 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Ed Şiran
Edvard Kristofer "Ed" Şiran (ing. Edward Christopher Sheeran; 17 fevral 1991, Vest Yorkşir) —ingilis müğənni, mahnılar müəllifi, musiqiçi. 1991-ci ildə İngiltərədə Yorkşirdə anadan olmuş və Suffolk qraflığında böyümüşdü. O, 16 yaşında məktəbi atdı və növbəti 2008-ci ildə karyerasını davam etdirmək üçün Londona köçmüşdür. 2011-ci ilin başlığında Şiran No. 5 Collaborations Project adlı genişləndirilmiş mini albom buraxdı, hansıki Elton Conun və Ceymi Foksun diqqətini cəlb eləmişdi. Asylum Records ilə müqavilə imzalandıqdan sonra, onun debüt albomu + ("üstəgəl" kimi oxunur) 9 sentyabr 2011-ci ildə buraxıldı və o vaxtdan Böyük Britaniyada altı dəfə platin sertifikatını almışdı. 2012-də Şiran "Ən yaxşı solo kişi" və "Britaniyada ilin irələyişi" (il ərzində ən çox irəli gedən) nominasiyalarında Brit Awards mükafatlarını qazandı. Xaricdə Şiran 2012-ci ildə başladı tanınmağa. ABŞ-də o, Teylor Sviftin "Red" adlı dördüncü studio albomunda qonaq gismində iştirak etmişdi.
Gülüstan-Bayatı-Şiraz
Gülüstan-Bayatı-Şiraz — Fikrət Əmirov tərəfindən 1971-ci ildə bəstələnmiş simfonik muğam. Bəstəkarın üçüncü simfonik muğamı olan “Gülüstan-Bayatı-Şiraz” əvvəlki iki simfonik muğamdan uzun illər sonra yaranmışdır. “Şur” və “Kürd-Ovşarı” simfonik muğamlarının uğur qazanmasından uzun illər sonra Fikrət Əmirov özünü bir daha bu janrda yenidən sınamaq qərarına gəlir. Əvvəlki iki simfonik muğamla müqayisədə, “Gülüstan-Bayatı-Şiraz”da bəstəkar muğama daha sərbəst yanaşır, onun quruluşunu və ardıcıl inkişafını saxlamaqdan daha çox, ümumi emosional mühiti, muğamın melodik-ritmik xüsusiyyətlərini saxlamağa meyl edir. Əgər əvvəlki simfonik muğamlarda bəstəkar ənənəvi əsası saxlayırsa, üçüncü simfonik muğamda bu meyil dəf olunur. Burada muğamın bölmələri göstərilmir, melodik şəklə, muğam melosuna da sərbəst yanaşılır. Əsər ilk dəfə 8 oktyabr 1971-ci ildə, UNESCO-nun “Xalqların musiqi mədəniyyəti, ənənə və müasirlik” mövzusuna həsr edilmiş VII Beynəlxalq Musiqi Konqresi çərçivəsində P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasının böyük salonunda səsləndirilmişdir. “Gülüstan-Bayatı-Şiraz”ı Gennadi Rojdestvenskinin idarəsi ilə Ümumittifaq Televiziyası və Radiosunun Böyük Simfonik Orkestri ifa etmişdir. Azərbaycan musiqisində muğam sözü iki mənada: həm lad mənasında, həm də lada əsaslanan musiqi kompozisiyası mənasında başa düşülür. Birinci halda müəyyən məqama xas olan intonasiya dönümlərindən və eləcə də ritmik sərbəstlikdən müxtəlif şəkildə istifadə olunur.
Gülüstan (Sədi Şirazi)
Gülüstan (fars. گلستان‎‎‎) — Sədi Şirazinin 1258-ci ildə yazdığı epik əsəri. Sədi Şirazi Şərq ədəbiyyatının ən görkəmli nümayəndələri olan Nizami, Füzuli, Firdovsi, Xəyyam və Hafiz kimi əsərləri dünya mədəniyyəti xəzinəsinə daxil olan şairlərdəndir. Qədim mənbələrin dediyinə görə Sədi ölməz iki əsər və çoxlu qəzəllər, qitə və rübailər yazıb yaradıb. O, 1291-ci miladi ilində vəfat edib. Sədi Şirazinin iki ən məşhur əsəri "Gülüstan" və "Bustan"dır. Hər iki əsər 1654-cü ildə alman dilinə tərcümə edilərək ilk dəfə avropalılara təqdim edilib. "Gülüstan" epik formada təqdim edilmiş əhvalatlardan, lətifələrdən, hikmətli sözlərdən, məsləhətlərdən və qısa şeirlərdən ibarətdir. Faydalı nəsihətlər, zərbi-məsəllər, incə duyğularla zəngin olan bu əsərlər Yaxın və Orta Şərq xalqları arasında xüsusi şöhrətə malikdir. «Gülüstan»ın bir çox şeirləri sonralar zərbi-məsəl kimi dillər əzbəri olub.
Gülüstan bayatı-şiraz (film, 1972)
Haci İbrahim xan Kələntər Şirazi
Mirzə İbrahim xan Kələntər və ya Hacı İbrahim Şirazi (d. ?-ö. 1801) — Qacarlar dövlətinin ilk baş naziri. Hacı Mirzə İbrahim xan Şiraz şəhərində anadan olmuşdu. Mükəmməl mədrəsə təhsili almışdı. Şiraz hakimi Hacı İbrahim xan Kələntər Ağa Məhəmməd xanı Şiraza dəvət edəndə xan qardaşı Mustafaqulu xanı ora göndərmişdi. Ağaməhəmməd xan Hacı İbrahim xan, Kələntərin köməyilə Şirazı tutdu və Zənd sülaləsi üzərində qələbə çaldı. Əksər cənub məntəqələrində öz hakimiyyətini möhkəmləndirib qardaşıoğlu Fətəli xanı cənub vilayətlərinin hakimi təyin etdi. О, paytaxtı Qacar mülkünün yaxınlığında adı məlum olmayan bir qəsəbəyə-Tehrana köçürdü və sonra şimali-şərq əyalətlərini tutmaq üçün qoşun göndərdi. Hüseynqulu xan Qovanlı-Qacarın göstərişi ilə kor edilən bu üç nəfərdən biri Mirzə Nəsrulla Əliabadi idi ki, şah onu Hüseynqulu xanın vəzirliyinə təyin etmişdi.
Hafiz Şirazi
Hafiz Şirazi (fars. خواجه شمس‌‌الدین محمد حافظ شیرازی‎ Ḥāfiẓ. Digər yazılış şəkilləri: Hafiz, Hafes, Hafez. Tam adı: Xoca Şəms əd-Din Məhəmməd Hafiz Şirazi) XIV əsr İran şairi və sufisi. Yazdığı qəzəllər mistik düşüncə və məhəbbətin mədhinə görə Şərq ədəbiyyatının ən gözəl incilərindən sayılır. Hafiz poeziyasında hətta müasir sürrealizmin elementlərinə də rast gəlmək olar. Hafizin şəxsi həyatı haqqında çox az məlumat var. Məlumdur ki, şair 1310–1337-ci illər arasında Şiraz şəhərində kömürçü tacir ailəsində anadan olub. Atasız böyüyən Hafizin şairlik istedadı özünü çox erkən yaşlarında büruzə verib və o, şeirlərinə görə xalq arasında hörmət qazanaraq əmir sarayının şairi təyin edilib. Lakin yazdığı şeirlərə görə dindarlar tərəfindən təzyiqlərə məruz qalan şair əvvəlcə İsfahana, sonra isə Yəzdə qaçmağa məcbur olub.
Hafiz Şirazinin türbəsi
Hafiziyyə və ya Hafiz türbəsi — İran şairi Hafizin Şiraz şəhərindəki türbəsi. Hafiz üçün “Hafiziyyə” olaraq bilinən bəzəkli bir türbə, ölümündən təxminən 20 il sonra ilk dəfə Şirazdakı “Musalla Baxçaları”nda inşa edilmişdir. Bugünkü binanın sələfi olan orijinal tikili və sütunlar 1773-cü ildə Kərim xan Zənd dövründə inşa edilmişdir. Türbənin indiki vəziyyəti 1930-cu illərin sonlarında Fransız arxeoloq və memar André Godard və Maxime Siroux tərəfindən dizayn edilmişdir; Dərviş türbəsinə oxşayan günbəzi 1935-ci ildə tikilib. Türbədə su mərmərindən düzəldilmiş qəbir daşı üzərində Hafizə aid bir şeir həkk olunmuşdur.
Jak Röne Şirak
Jak René Şirak (fr. Jacques René Chirac, fransız: [ʒak ʁəne ʃiʁak] ( dinlə); 29 noyabr 1932[…], V arondisman (Paris) və ya Paris – 26 sentyabr 2019[…], VI arondisman (Paris)) — Fransız siyasətçisi, Fransa Respublikasının 22-ci Prezidenti, (1995–2007). Fransanın siyasi və dövlət xadimi. 1974–1976 və 1977–1986-cı illərdə Fransanın Baş naziri, 1988–1995-ci illərdə Paris şəhərinin meri olub. 1974–1976-cı illərdə qollistlərin Respublikanın Müdafiəsi naminə Demokratik İttifaqı Partiyasının Baş katibi, 1976-cı ildən Respublikanın Müdafiəsi naminə Birlik Partiyasının sədridir. 1995-ci ildə Fransa Respublikasının Prezidenti seçilmişdir. Şirakın valideynləri, Abel Fransua Şirak (1893–1968) və Marie-Louise Vallette (1902–1973), əslən Fransanın cənubundakı Correz şöbəsindən, onun hər iki babası müəllim idi, sonrakı əcdadları da Limousin kəndliləri. Soyadı Occitan'dan gəlir. Ailənin yeganə sağ qalan uşağı (bacısı körpəlikdə ölmüşdür). Carnot və Böyük Liseydə təhsil almışdır.
Jak Şirak
Jak René Şirak (fr. Jacques René Chirac, fransız: [ʒak ʁəne ʃiʁak] ( dinlə); 29 noyabr 1932[…], V arondisman (Paris) və ya Paris – 26 sentyabr 2019[…], VI arondisman (Paris)) — Fransız siyasətçisi, Fransa Respublikasının 22-ci Prezidenti, (1995–2007). Fransanın siyasi və dövlət xadimi. 1974–1976 və 1977–1986-cı illərdə Fransanın Baş naziri, 1988–1995-ci illərdə Paris şəhərinin meri olub. 1974–1976-cı illərdə qollistlərin Respublikanın Müdafiəsi naminə Demokratik İttifaqı Partiyasının Baş katibi, 1976-cı ildən Respublikanın Müdafiəsi naminə Birlik Partiyasının sədridir. 1995-ci ildə Fransa Respublikasının Prezidenti seçilmişdir. Şirakın valideynləri, Abel Fransua Şirak (1893–1968) və Marie-Louise Vallette (1902–1973), əslən Fransanın cənubundakı Correz şöbəsindən, onun hər iki babası müəllim idi, sonrakı əcdadları da Limousin kəndliləri. Soyadı Occitan'dan gəlir. Ailənin yeganə sağ qalan uşağı (bacısı körpəlikdə ölmüşdür). Carnot və Böyük Liseydə təhsil almışdır.
Kami-Şirataki Dəmiryol Stansiyası
Kami-Şirataki Dəmiryol Stansiyası (上白滝駅, Kami-Shirataki-eki) - Yaponiyanın Hokkaydo prefekturasının Enqaru şəhərində yerləşən dəmiryol stansiyası. Stansiyanın nömrəsi A44-dir. 2016-cı il yanvarın 16-da Çin kanalı CCTV tərəfindən stansiyanın yalnız bir məktəbli qıza görə bağlanmadığı söylənilmişdi. Stansiyanın martın 26-sı qız məktəbi bitirdikdən sonra bağlanacağı bəyan olunmuşdu. Bu xəbər İnternetdə geniş müzakirə olunurdu. Lakin sonradan bağlanma tarixinin qızın məktəbi bitirməyi ilə bağlı olmadığı məlum oldu.
Kazuko Şirakava
Kazuko Şirakava (yap. 白川 和子; 20 sentyabr 1947) — Yaponiyanın aktrisalarından biridir. Kazuko Şirakava 20 sentyabr 1947-ci ildə Yaponiyanın Naqasaki şəhərinin Kyuşu adasında anadan olmuşdur. İlk dəfə film karyerasına 1967-ci ildə Çəhrayı filmlərə çəkilməsi ilə başlamışdır. Bu ildən başlayaraq Kazuko aşağı büdcəli erotik filmlərə çəkilir. 1971-ci ildən isə "Nikkatsu's Roman Porno" film seriyalarında çəkilir. 1976-cı ildən başlayaraq peşəkar film karyerasına başlayır.
Kimiko Şiratori
Kimiko Şiratori (d. 6 iyun 1968) — keçmiş Yaponiya qadın futbolçusu. Yaponiya milli komandasının heyətində 5 oyun keçirib.
Masaaki Şirakava
Maasaki Şirakava (27 sentyabr 1949, Fukuoka və ya Kitakyuşu, Fukuoka prefekturası) — Yaponiya Mərkəzi Bankının rəhbəri 2012-ci ildə Beynəlxalq Global Finance təşkilatı bütün dünya üzrə mərkəzi bankların rəhbərlərinin fəaliyyətini qiymətləndirərkən, ona aşağı qiymət olan, "C-" qiymətini vermişdir.
Masuyo Şirayşi
Masuyo Şirayşi (d. 24 sentyabr 1963) — keçmiş Yaponiya qadın futbolçusu. Yaponiya milli komandasının heyətində 4 oyun keçirib.
Mirzə Məhəmmədhəsən Şirazi
Mirzə Məhəmmədhəsən Hüseyni Şirazi (1814-1896)—İslam alimi. "Mirza Şirazi" adı ilə daha çox tanınmış Məhəmmədhəsən Hüseyni hicri-qəməri 1230-cu il, cəmadiül-əvvəl ayının 15-ində dünyaya göz açdı. Mirza Məhəmmədhəsən körpə ikən atası Mirza Mahmud vəfat etdi. Məhəmmədhəsənın tərbiyəsini dayısı Hüseyn Musəvi öz öhdəsinə götürdü. Məhəmmədhəsən dörd yaşında məktəbə qədəm qoydu. İki il müqəddimə dərsləri oxuduqdan sonra elmi hövzəyə daxil oldu. Onun istedadı müəllimləri valeh etmişdi. Səkkiz yaşlı Məhəmmədhəsən təcrübəli natiqlər kimi xalq qarşısında çıxış edirdi. Şiraz hakimi Mirzaya dövlətdə vəzifə təklif etdi. Başqa bir tərəfdən isə ustadı Şeyx Məhəmməd Təqi təhsilini davam etdirmək üçün ona İsfahana mühacirəti məsləhət gördü.
Mirzə Süleyman Şirazi
Hacı Mirzə Süleyman Məhəmmədkazım oğlu Şirazi (1839, Şiraz – 1914, İsfahan) — şair. Hacı Mirzə Süleyman Məhəmmədkazım oğlu 1838-ci ildə Şiraz şəhərində anadan olmuşdu. O, ata tərəfdən Xələf bəy Süfrəçinin nəslindəndir. Mükəmməl mədrəsə təhsili almışdı. Rüknülmülk ləqəbini daşıyırdı. İsfahan şəhəri hakiminin müavini vəzifəsində çalışmışdı. Onun babalarından olan İmamverdi bəy Xələfbəyi 1682-ci ildə Şirazda məscid təmir etdirmişdi. Mirzə Süleyman Şirazi şair və ədib idi. Xələf təxəllüsü ilə şeirlər yazırdı. Xoşrəftar və mehriban bir şəxsiyyət idi.
Mirzə Şirazi
Mirzə Məhəmmədhəsən Hüseyni Şirazi (1814-1896)—İslam alimi. "Mirza Şirazi" adı ilə daha çox tanınmış Məhəmmədhəsən Hüseyni hicri-qəməri 1230-cu il, cəmadiül-əvvəl ayının 15-ində dünyaya göz açdı. Mirza Məhəmmədhəsən körpə ikən atası Mirza Mahmud vəfat etdi. Məhəmmədhəsənın tərbiyəsini dayısı Hüseyn Musəvi öz öhdəsinə götürdü. Məhəmmədhəsən dörd yaşında məktəbə qədəm qoydu. İki il müqəddimə dərsləri oxuduqdan sonra elmi hövzəyə daxil oldu. Onun istedadı müəllimləri valeh etmişdi. Səkkiz yaşlı Məhəmmədhəsən təcrübəli natiqlər kimi xalq qarşısında çıxış edirdi. Şiraz hakimi Mirzaya dövlətdə vəzifə təklif etdi. Başqa bir tərəfdən isə ustadı Şeyx Məhəmməd Təqi təhsilini davam etdirmək üçün ona İsfahana mühacirəti məsləhət gördü.
Mirzə Əbülhəsən xan Şirazi
Mirzə Əbülhəsən xan Mirzə Məhəmmədəli xan Şirazi (1776[…], Şiraz – 4 avqust 1846, Tehran) — Qacarlar dövlətinin xarici işlər naziri, şair. Mirzə Əbülhəsən xan Mirzə Məhəmmədəli xan 1776-cı ildə Şiraz şəhərində anadan olmuşdu. Mükəmməl mədrəsə təhsili almışdı. Fətəli şah Qacara xidmət etmişdi. O, Gülüstan müqaviləsini imzalayan şəxslərdən biridir. Abbasqulu ağa Bakıxanov "Gülüstani-İrəm" əsərində bildirir: "Həmin ilin baharında (1813-cü il) İran dövləti ruslar tərəfindən alınan ölkələri geri qaytarmaqdan naümid oldu. Rum (Osmanlı) barışığı və Xorasanda baş verən iğtişaş nəticəsində şah barışığa meyl göstərdi. Mirzə Əbülhəsən xan Şirazi İran dövləti tərəfindən vəkil edildi. Sərdar Ratişşev də gəldi. Qarabağın Gülüstan adlı yerində, hicri 1228-ci (1813) ildə, təşrin-əvvəl (oktyabr) ayının 12-də Rusiya ilə İran dövlətləri arasında əhdnamə bağlandı.
Məkarim Şirazi
Ayətullah Nasir Məkarim Şirazi (fars. ناصر مکارم شیرازی‎) — İran din xadimi, müctəhid, ayətullah. 1924-cü ildə Şiraz şəhərində dindar bir ailədə dünyaya göz açmışdır. Bu ailə öz əxlaqi üstünlükləri ilə tanınmışdır. Cənab ustad ibtidai təhsilini Şirazda başa çatdırmışdır. Onun güclü yaddaşı və misilsiz istedadı şagirdlər arasında seçilməsinə səbəb olmuşdur. Baxmayaraq ki, ailədə heç kim ruhani olmamişdır onun İslam maarifinə olan eşqi onu iftixarla dolu olan bu yola gətirmişdir. O böyük şəxsiyyət təxminən 14 yaşlarında rəsmən dini dərslərini "Ağa Babaxan Mədrəsəsi " -ndə başlamışdır. O qısa zamanda sərf, nəhv, məntiq, mə"na, bəyan elmlərini əxz etmişdir. O 18 yaşinda Şirazdan Qum elmi hövzəsinə gəlir və 5 il ərzində Ayətullah Burucerdi və digər böyük üləma və ustadlardan dərs almışdır.
Qaani Şirazi
Mirzə Həbibulla Qaani Şirazi (Farsca: میرزا حبیب‌ا‌الله قاآنی شیرازی‎; 20 oktyabr 1808, Şiraz - 3 may 1854, Tehran) — İran şairi. Mirzə Həbibulla 1808-ci ildə Fars əyalətinin mərkəzi Şiraz şəhərində anadan olmuşdu. Əslləri Kirmanşahlıdır və Zəngənə elindəndir. Atası Mirzə Məhəmmədəli Gülşən təxəllüsü ilə şeir yazırdı. Vaxtsız vəfat edən Gülşən Həbibullaha istedad miras qoymuşdu. Yetim böyüyən Həbibullah Fars əyalət valisinin yaxın yardımı ilə mədrəsə təhsili aldı. Fətəli şah Qacar oğlu Həsənəli mirzənin vasitəsilə onu Tehrana dəvət etdi. Sarayda şöhrət qazandı. Şah ona "Müctəhidəlşüəra" ləqəbini əta etdi. Qaani Şirazi divan müəllifidir.
Qarabağ (Şiraz)
Qarabağ — İranın Fars ostanının Şiraz şəhristanının Mərkəzi bəxşində yerləşən dehestandır. 2006-cı ilin siyahıya alınması əsasında bu kənd 31337 nəfər və 7553 ailədən ibarət idi.
Qütbəddin Şirazi
Qütbəddin Şirazi (1236–1311; farsca:قطب‌الدین محمود بن مسعود شیرازی) — iranlı, Nəsirəddin Tusinin şagirdi və alim idi Qütbəddin Mahmud ibn Ziyaəddin Məsud ibn Müslih Şirazi 1236-cı ilin oktyabr ayında Kazerunda anadan olmuşdur. Onun atası Ziyaəddin Məsud ibn Müslih Kazəruni Şirazda təbib işləmişdir. Alim ilk təhsilini atasından almış, 1250-ci ildə onun vəfatından sonra təhsilini Şirazda əmisi Kəmaləddin Əbdülxeyr Kazəruninin, Şəmsəddin Kütübinin, Şərəfəddin Zəki ər-Rukşəvinin və dövrünün başqa tanınmış alimlərinin yanında davam etdirmişdir. Qütbəddin Şirazi 1260-cı (hicri 658-ci) ildə, yaxud 1263-cü (hicri 661-ci) ildə biliyini təkmilləşdirmək üçün Marağaya, Nəsirəddin Tusinin yanına getmişdir. O, Marağa rəsədxanasında çalışmaqla yanaşı, Nəsirəddin Tusidən fəlsəfə, astronomiya və riyaziyyatı mükəmməl öyrənmişdir. Marağada alim kimi böyük nüfuz qazanmışdır. Qütbəddin Şirazi alim kimi məşhur olmaqla bərabər, siyasi xadim kimi də tanınmışdır. O, XIII əsrin 60-ci illərindən etibarən ictimai-siyasi fəaliyyətə başlamışdır. Filosof Marağada biliyini mükəmməlləşdirdikdən sonra elxanın sərəncamı ilə Xorasana və paytaxtı İsfahan şəhəri olan fars İraqına səfər etmişdir. Burada alimlərin himayəçisi, İsfahan hakimi Bahəddin Məhəmməd Cüveyni ilə tanış olmuşdur.
Sadiq Huseyni Şirazi
Sadiq Şirazi (tam adı:ərəb. صادق الحسيني الشيرازي‎, fars. صادق حسینی شیرازی‎; 1 avqust 1942 və ya 22 avqust 1942, Kərbəla) — ilahiyyatçı alim; Seyid; Ayətullah əl-üzma Sadiq Şirazi 1 avqust 1942-ci ildə (H.Q. 20.12.1360) İraqın Kərbəla şəhərində anadan olmuşdur. O Kərbəla və Nəcəfdə oxumuşdur. Müəllimləri olmuş şəxslər: Ayətullah-əl üzma Məhdi Huseyni Şirazi. (Atası) Ayətullah-əl üzma Hacı Seyid Məhəmməd Huseyni Şirazi. (Qardaşı) Ayətullahəl-üzma Seyid Hadi Milani. Ayətullahəl-üzma Şeyx Məhəmməd Rza İsfahani. Ayətullahəl-üzma Şeyx Məhəmməd Şahrudi. Ayətullahəl-üzma Hacı Şeyx Məhəmməd Sidqi Mazandarani.
Sadiq Şirazi
Sadiq Şirazi (tam adı:ərəb. صادق الحسيني الشيرازي‎, fars. صادق حسینی شیرازی‎; 1 avqust 1942 və ya 22 avqust 1942, Kərbəla) — ilahiyyatçı alim; Seyid; Ayətullah əl-üzma Sadiq Şirazi 1 avqust 1942-ci ildə (H.Q. 20.12.1360) İraqın Kərbəla şəhərində anadan olmuşdur. O Kərbəla və Nəcəfdə oxumuşdur. Müəllimləri olmuş şəxslər: Ayətullah-əl üzma Məhdi Huseyni Şirazi. (Atası) Ayətullah-əl üzma Hacı Seyid Məhəmməd Huseyni Şirazi. (Qardaşı) Ayətullahəl-üzma Seyid Hadi Milani. Ayətullahəl-üzma Şeyx Məhəmməd Rza İsfahani. Ayətullahəl-üzma Şeyx Məhəmməd Şahrudi. Ayətullahəl-üzma Hacı Şeyx Məhəmməd Sidqi Mazandarani.
Talib Şirazi
Abdulla xan Talıb Gürcü Şirazi — İranın Qacarlar dövründə yaşayan gürcü əsilli şairi Gürcüstanda dünyaya gəlib və sonra Şirazda sakin olub və fars dilində şeirlər yazıb.