şəhid

Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir

şəhərsalmada daşınmaz əmlak
şəxs
OBASTAN VİKİ
Eldar Əliyev(şəhid)
Eldar Əliyev (şəhid)
Eldəniz Həsənov (Şəhid)
Elman Həsənov (şəhid)
Elman Məmmədov (şəhid)
Elman Qasımov (şəhid)
Elmar Hüseynov (Şəhid)
Elmar Məmmədov (şəhid)
Elmir Məmmədov (şəhid)
Elməddin Məmmədli (şəhid)
Elnur Abdullayev (şəhid)
Elnur Allahverdiyev (şəhid)
Elnur Hüseynov (şəhid)
Elnur Məmmədov (şəhid)
Elnur İsmayılov (şəhid)
Elsevər Əliyev (şəhid)
Elvin Həsənov (şəhid)
Elçin Baxşəliyev (şəhid)
Şəhid
Şəhid — yüksək amal, məslək, əqidə, yurd, vətən, din və ya inanc uğrunda ölən, canını fəda edən şəxs. Şəhid olma hadisəsinə "şəhadət" deyilir. İslamda şəhidlərlə bağlı aşağıdakı müddəalar yer alır: "Allah yolunda öldürülənlərə (şəhid olanlara) "ölü" deməyin. Əksinə, onlar (Allah dərgahında) diridirlər, lakin siz bunu dərk etmirsiniz." (Bəqərə surəsi, 154-cü ayə). "Allah yolunda öldürülənləri (şəhid olanları) heç də ölü zənn etmə! Əsl həqiqətdə onlar diridirlər. Onlara Rəbbi yanında ruzi (cənnət ruzisi) əta olunur." (Ali-İmran surəsi, 169-cu ayə). Məhəmməd peyğəmbər şəhidlər haqda: "Şəhid cənnətdədir, Allah qatında xeyirli bir mərtəbədə ikən, heç bir qul bir daha dünyaya qayıtmaq istəməz. Ancaq şəhidlər bundan müstəsnadır. Çünki şəhidlər şəhid olmanın necə üstün mərtəbə olduğunu bildikləri üçün yenidən şəhid olmaq üçün can atarlar".
Şəhid (dəqiqləşdirmə)
Şəhid — Yüksək amal, məslək, əqidə, yurd, vətən, din və ya inanc uğrunda ölən canını fəda edən şəxs.
Şəhid Behişti
Məhəmməd Behişti (23.10.1928 İsfahan - 28.6.1981 Tehran) - Ayətullah. Şəhid Seyid Məhəmməd Behişti 1928-ci il oktyabrın 23-də İsfahanın Lumban məhəlləsində anadan olub. Atası İsfahan ruhanilərindən və imam-camaat idi. Anası isə tanınmış alim və müctəhid Ayətullah Hacı Mir Məhəmməd Sadiq Xatunabadinin qızı idi. Seyid Məhəmməd 1942-ci ildə 14 yaşında orta təhsilini yarımçıq qoyaraq İsfahan elmi hövzəsində dini təhsil almağa başlayır. O, dini hövzəsində səkkiz ildə oxumalı olduğu dərsləri dörd ildə başa çatdıraraq, 1946-cı ildə, yəni 18 yaşında təhsilini davam etdirmək üçün Qum elmi hövzəsinə yollanır. Höccətiyyə mədrəsəsinin kiçik və sadə hücrələrinin birində məskunlaşan Seyid Məhəmməd tezliklə Şəhid Mütəhhəri və Seyid Musa Sədr kimi tələbələrlə tanış olur. O, dini dərslərin birinci mərhələsini altı ayda təkmilləşdirdikdən sonra 1947-ci ildə ali fiqh və üsul dərslərində, o cümlədən Şəhid Mütəhhəri ilə birlikdə İmam Xomeyninin fiqh və üsul dərslərində iştirak etməyə başladı. Həmçinin o, gənc tələbələrə də dərs deyirdi. Seyid Məhəmməd orta təhsilini yarımçıq buraxıb dini dərsləri öyrənməsinə baxmayaraq dini dərslərlə yanaşı, yarımçıq qoyduğu dərsləri də davam etdirməyə başladı.
Şəhid arzuları
Şəhid arzuları — Şəhidlərə həsr edilmiş mahnı. Mahnının sözləri və bəstəsi gitara ifaçısı və müğənni Çingiz Mustafayevə məxsusdur. O, bu mahnını 2014-cü ildə baş vermiş Azərbaycan-Ermənistan atışması zamanı şəhid olmuş Azərbaycan əsgərlərinə həsr etmişdir. Müğənni mahnını ifa edərək sosial şəbəkədəki səhifəsində paylaşmışdır.
Əş-Şəhid
Əş-Şəhid (ər. الشهيد) — Allahın adlarından biri.
Şəhid Sani
Şeyx Zeynuddin ibn Əli Amili (ərəb. زين الدين بن علي الجبعي العاملي‎; 1506 – 1558) — "Şəhidi Sani" ("İkinci şəhid") ləqəbi ilə məşhur olan Zeynuddin ibni Nuriddin Amili 911-ci hicri qəməri ilində Livanın Cəbəl-Amil məntəqəsində yerləşən Cəbə (جبع) kəndində dünyaya gəlmişdir. O, fiqh elmini və ədəbiyyatı 925-ci ilə qədər atasından öyrənmiş, sonra yüksək səviyyəli elmləri öyrənmək üçün müxtəlif yerlərə səfər etmişdir. O, digər islam məzhəblərinin fiqhi barəsində də kamil biliyə malik olmuşdur, Konstantinopolda sair məzhəblərin fiqhindən dərs demişdir. Şəhid Sani Məkkədə tutularaq Osmanlı hökumətinin mərkəzinə aparılanda 965 və ya 966-cı (h.q.) ildə yol əsnasında şəhid edilmişdir. İmamiyyə alimlərindən bir neçəsi "şəhid" ləqəbi ilə tanınır və sıralanır. Şəhidi Sani ləqəbi ilə məşhur olan Zeynuddin ibni Nuriddin Əli Şami Amili 911-ci hicri qəməri ili şəvval ayının 13-də Livanın Cəbəl-Amil məntəqəsinin kəndlərindən biri olan Cəbə’də elm və təqva ailəsində dünyaya gəlmişdir. Atası “Nurəddin Əli” Cəbəl Amil alimlərindən olmuşdur. Onun altıncı əcdadı (Saleh) Əllamə Hillinin tələbəsi olub. Görünür, o, əslən Tus şəhərinə mənsub olub.
Şəhid Əvvəl
Şəhid Əvvəl — (ərəb. الشيخ شمس الدين أبو عبد الله محمد بن جمال الدين مكي العاملي المعروف بالشهيد الأول‎; 1334–1385) Şəhid Əvvəl (birinci şəhid) ləqəbi ilə tanınan Məhəmməd ibn Məkki Amili Cizzini 734-cü hicri qəməri ilində Livanın Cəbəl Amil məntəqəsində yerləşən Cizzin adlı yerdə dünyaya gəlmişdir. Onun fiqh elmində ən mühüm kitabı “əl-Lümət əl-Diməşqiyyə” kitabıdır ki, onun haqqında çoxlu şərhlər yazılmışdır. Şəhid Əvvəl (birinci şəhid) adı ilə məşhur olan Əbu Əbdillah Şəmsəddin Məhəmməd ibn Məkki Amili Cizzini 734-cü ildə Livanın Cəbəl-Amil məntəqəsində yerləşən Cizzin adlı yerdə elm və təqva ailəsində dünyaya gəlmişdir. Atası zəmanəsinin böyük alimlərindən biri olmuşdur. Öz zamanında "Fəqihlər fəqihi" və "İmam əl-Əzəm" kimi məşhur olmuşdur. O, hicri 8-ci əsrdə imamiyyənin məşhur fəqihlərindəndir. Şəhid Əvvəl hövzə dərslərinin bir hissəsini öz vətənində öyrənmiş və əlavə elm kəsb etmək üçün müxtəlif islam məntəqələrinə, o cümlədən Hillə, Bağdad, Dəməşq, Məkkə, Mədinə, Beytul-Müqəddəs, Əl-Xəlil, Misir və sair yerlərə hicrət etmiş, böyük alimlər ilə görüşüb söhbət aparmışdır. Əlbəttə, o zaman Hillə şəhəri islam elmlərini öyrənmək üçün xüsusi məqama malik olduğundan, orada daha artıq qalmışdır. Şəhid Əvvəl böyük və görkəmli alimlərdən elm öyrənmişdir.
Elvin Mustafayev (şəhid)
Elvin Məmmədov (şəhid)
Elvin Əhmədov (şəhid)
Elvin Əliyev (şəhid)
Elçin Bağırov (şəhid)
Elçin Hüseynov (şəhid)
Elçin Məhərrəmov (şəhid)

Digər lüğətlərdə