Elman Mehman oğlu Həsənov (28 fevral 1993; Qızılhacılı, Goranboy rayonu, Azərbaycan — 27 sentyabr 2020; Talış, Tərtər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.
Elman Həsənov | |
---|---|
Elman Mehman oğlu Həsənov | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Qızılhacılı, Goranboy rayonu, Azərbaycan |
Vəfat tarixi | (27 yaşında) |
Vəfat yeri | Talış, Tərtər rayonu, Azərbaycan |
Vətəndaşlığı | Azərbaycan |
Atası | Mehman Həsənov |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Xidmət illəri | 2020 |
Rütbə | Əsgər |
Döyüşlər |
İkinci Qarabağ müharibəsi • Suqovuşan-Talış döyüşləri |
Təltifləri | 2020 2020 2020 |
Elman Həsənov 28 fevral 1993-cü ildə Goranboy rayonunun Qızılhacılı qəsəbəsində dünyaya göz açmışdır.[1] Orta məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanmışdır.
Azərbaycan Ordusunun əsgəri olan Elman Həsənov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Həmin döyüşlər gedişatında 27 sentyabr 2020-ci ildə Tərtər rayonunun Talış kəndi istiqamətində gedən döyüşlərdə qarşı tərəfin atdığı artilleriya mərmisi nəticəsində həlak olmuşdur.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elman Həsənov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[2]
Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Elman Həsənov ölümündən sonra "Laçının azad olunmasına görə" medalı ilə təltif edildi.[3]
Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Elman Həsənov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.[4]