Elvin Eldəniz oğlu Məmmədov (25 iyun 2001; Ağdaş, Azərbaycan — 15 oktyabr 2020; Ağdərə, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.[1]
Elvin Məmmədov | |
---|---|
Elvin Eldəniz oğlu Məmmədov | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Ağdaş, Azərbaycan |
Vəfat tarixi | (19 yaşında) |
Vəfat yeri | Ağdərə, Azərbaycan |
Vəfat səbəbi | Şəhid |
Dəfn yeri | Ağdaş |
Vətəndaşlığı | Azərbaycan |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Rütbəsi | Əsgər |
Döyüşlər |
İkinci Qarabağ müharibəsi • Ağdərə döyüşləri |
Təltifləri | 2020, 2020, 2021 2021 |
Elvin Məmmədov 2001-ci il iyunun 25-də Ağdaş şəhərində anadan olub.[2][3]
2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Elmar Məmmədov Ağdərə və Kəlbəcər döyüşlərində savaşıb. 15 oktyabr 2020-ci ildə Ağdərə uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalmışdır. Ağdaşda dəfn olunmuşdur.[4][5]
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elvin Məmmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[6]
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Elvin Məmmədov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.[7]
Azərbaycan Respublikasının Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2021-ci il tarixli Sərəncamına əsasən Elvin Məmmədov "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edilmişdir.[8]
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında şəhid olmuş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Elvin Məmmədov ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni ilə təltif edildi.[9]