ƏBDÜLVAHAB

Allahın qulu.
ƏBDÜLSƏMƏD
ƏBDÜLVAHİD
OBASTAN VİKİ
Şirin Əbdülvahab
Şirin Əbdülvahab (ərəb. شيرين عبد الوهاب‎, 8 oktyabr 1980, Qahirə) Avropada Sherine kimi tanınır. Ərəb və müsəlman dünyasında Şirin (ərəb. شيرين‎ kimi məşhurdur) — Misir müğənnisi. Şirin Əbdülvahab 8 oktyabr 1980-ci ildə Misirdə, Qahirə şəhərində anadan olub. 2001-ci ildən sonra müğənni kimi məşhurlaşıb. Albomları Free Mix 3 avec Tamer Hosny (2002). Éditeur : Free Music Art Production Garh Tany (une autre blessure) (2003). Éditeur : Free Music Art Production Lazem A'eesh (translation: je dois vivre) (2005). Éditeur : Free Music Art Production Bataminak (Je te rassure) (2008).
Əbdülvahab Məmmədzadə
Əbdülvahab Yurdsevər və ya Əbdülvahab Məmmədzadə (17 iyul 1898, Bakı – 28 yanvar 1976, Ankara) — azərbaycanlı siyasətçi, ədəbiyyatşünas, publisist. Azərbaycan Milli hərəkatının fəal üzvlərindən biri, Gizli Müsavat təşkilatının sədr müavini, mühacir. Əbdülvahab Məmmədzadə 1898-ci ildə Bakı şəhərində anadan olub. 1905-ci ildə rus-tatar məktəbinə qəbul olub. Əbdülvahab Yurdsevər 1911-ci ildə rus litseyinə qəbul edilmiş, 1911-ci ildə III Aleksandr adına şəhər gimnaziyasında orta təhsilini bitirdikdən sonra rus litseyinə qəbul olub. Burada rus dilini, mədrəsədə isə ərəb və fars dillərini, Qurani-Kərimi öyrənib. 1916-cı ildə "Məhəmmədiyyə" adlı siyasi dərnəyə üzv olub. 1917-ci ildə Müsavat partiyasına üzv olub. 1918-ci ildə Azərbaycan Cümhuriyyəti qurulduqdan sonra Nazirlər Şurasının dəftərxanasında tərcüməçi kimi fəaliyyət göstərib. Aprel işğalından sonra bu işğala qarşı mübarizə aparmaq üçün yaradılmış Gizli Müsavat təşkilatının ilk qurucularındandır.
Əbdülvahab Salamzadə
Əbdülvahab Salamzadə (16 fevral 1916, Şamaxı – 19 avqust 1983, Bakı) — azərbaycanlı memar, professor (1967), Əməkdar inşaatçı (1960), Əməkdar elm xadimi (1982), Azərbaycan SSR Elmlər Akademiyasının həqiqi üzvü (1983). Əbdülvahab Salamzadə 16 fevral 1916-cı ildə Şamaxıda anadan olmuşdur. Əmək fəaliyyətini 1944–1983-cü illərdə Azərbaycan Elmlər Akademiyasının Memarlıq və İncəsənət İnstitutunda davam etdirmişdir. Belə ki, o, 1951-ci ildən Memarlıq və İncəsənət İnstitutunun Memarlıq tarixi və nəzəriyyəsi şöbəsinin müdiri, 1957-ci ildən isə direktor müavini olmuşdur. Ədbülvahab Salamzadə Azərbaycan milli memarlıq tarixini öyrənən ilk alimlərdəndir, Naxçıvan, Şirvan memarlıq məktəblərin öyrənilməsində onun müstəsna xidmətləri olmuşdur, Təbriz və Arran memarlıq məktəblərinin elmi cəhətdən müəyyənləşdirilməsi, onların kəşfi isə bilavasitə akademik Əbdülvahab Salamzadənin xidmətidir. Əbdülvahab Salamzadənin fəaliyyəti təkcə elmi-nəzəri yaradıcılıqla məhdudlaşmırdı. Alim bütün ömrü boyu Azərbaycanın bölgələrini gəzmiş, tarixi abidələrin vəziyyəti ilə tanış olmuş, onların ölçülərinin çıxarılmasında, bərpa eskizlərinin çəkilməsində iştirak etmişdir. O, 1962-ci ildən Azərbaycanın Tarix və Mədəniyyət Abidələrini Mühafizə Cəmiyyətinin sədr müavini idi. Tarixi abidələrin bərpa işlərində yaxından iştirak edirdi. Əbdülvahab Salamzadə "Abidələr danışır" (Bakı, 1952), "Azərbaycan memarlıq abidələri" (Bakı, 1958), "Əcəmi Naxçıvani" (Bakı, 1976), "Arazboyu abidələr" (K. Məmmədzadə ilə birgə; Bakı, 1979) və elmə xidmət edəcək bir çox başqalarının müəllifidir.
Əbdülvahab Yurdsevər
Əbdülvahab Yurdsevər və ya Əbdülvahab Məmmədzadə (17 iyul 1898, Bakı – 28 yanvar 1976, Ankara) — azərbaycanlı siyasətçi, ədəbiyyatşünas, publisist. Azərbaycan Milli hərəkatının fəal üzvlərindən biri, Gizli Müsavat təşkilatının sədr müavini, mühacir. Əbdülvahab Məmmədzadə 1898-ci ildə Bakı şəhərində anadan olub. 1905-ci ildə rus-tatar məktəbinə qəbul olub. Əbdülvahab Yurdsevər 1911-ci ildə rus litseyinə qəbul edilmiş, 1911-ci ildə III Aleksandr adına şəhər gimnaziyasında orta təhsilini bitirdikdən sonra rus litseyinə qəbul olub. Burada rus dilini, mədrəsədə isə ərəb və fars dillərini, Qurani-Kərimi öyrənib. 1916-cı ildə "Məhəmmədiyyə" adlı siyasi dərnəyə üzv olub. 1917-ci ildə Müsavat partiyasına üzv olub. 1918-ci ildə Azərbaycan Cümhuriyyəti qurulduqdan sonra Nazirlər Şurasının dəftərxanasında tərcüməçi kimi fəaliyyət göstərib. Aprel işğalından sonra bu işğala qarşı mübarizə aparmaq üçün yaradılmış Gizli Müsavat təşkilatının ilk qurucularındandır.
Məhəmməd ibn Əbdülvahab
Məhəmməd ibn Əbdülvahab və ya İbn Əbdülvahab (tam adı:Məhəmməd ibn Əbdülvahab Nəcdi; 1703[…] – 22 iyun 1792) – XVIII əsrdə yaranmış sələfi cərəyanının qurucusu. Məhəmməd ibn Əbdülvahab 1695-ci ildə Osmanlı imperiyasının Ərəbistan yarımadasının Nəcd vilayətinin Üyeynə şəhərində dünyaya gəlmişdir. Atası hənbəli məzhəbli alim və Nəcd vilayətinin qazisi olmuşdur. Məhəmməd hələ uşaqlıqdan təfsir, əqaid və hədis kitablarını oxumağa böyük həvəs göstərmişdir. İlk təhsilini atasından almışdır. Hələ uşaqlıqdan bəzi qayda-qanunları və adət-ənənələri qəbul etməmiş, bunları yenilik adlandıraraq inkar etmişdir. İlkin təhsilini Üyeynədə aldıqda sonra Bəsrə, Zübeyr, Əhsa, və Hüreymilə kimi şəhərlərə səfərlər emişdir. 1719-cu ildə atası Əbülvahab da Hüreymiləyə gəlmiş və birikdə yaşamışlar. 1733-cü ildə atası vəfat etmişdir. Məhəmməd atasının vəfatından sonra özünün bir çox yeni fikir və ideyaları ilə məşhurlaşmışdır.
Mirzə Əbdülvahab xan Mötəmədəddövlə
Əbdülvahab Nişat İsfahani (fars. نشاط اصفهانی‎ 1761, İsfahan – 1828) — İranın xarici işlər vəziri, şair, xəttat. Mirzə Əbdülvahab 1761-ci ildə İsfahanda anadan olmuşdu. İbtidai təhsilini mollaxanada almışdı. Sonra mədrəsədə oxumuşdu. Mirzə Əbdülvahab şair idi. Nişat təxəllüsü ilə şeir yazırdı. Mirzə Əbdülvahab Fətəli şah Qacarın hakimiyyəti dönəmində İranın Xarici İşlər vəziri olmuşdu. Mötəmədüddövlə ləqəbini daşıyırdı.O, 1817-ci ildə Rusiya səfiri general Yermolovla görüşmüşdü. Mirzə Əbdülvahab 1864-cü ildə vəfat edib.
Sacidə Əbdülvahabova
Sacidə Əbdülvahabova — "Qadın Problemlərinin Tədqiqat Birliyinin-Qadın İnstitutunun" direktoru, fizika-riyaziyyat elmləri doktoru, professor. Sacidə Əbdülvahabova 2 iyun 1947-ci ildə Bakı şəhərində anadan olub. 1964–1969-cu illərdə Azərbaycan Dövlət Universitetində təhsil alıb. 1969–1974-cü illərdə Moskvadakı Birləşmiş Nüvə Tədqiqatları İnstitutunun aspirantı olub. 70-dən artıq elmi məqalənin, "Nüvə fizikası" kitabının müəllifidir. Bir çox beynəlxalq konfrans və kursların, o cümlədən Şərqi və Mərkəzi Avropada silahlı münaqişəyə vətəndaşlıq cavabdehliyi (sentyabr 1995, Almaniya), İnsan haqları üzrə vəkillik kursu (avquşt 1996, ABŞ), ABŞ Beynəlxalq İnkişaf təşkilatının təşkil etdiyi "İnsan haqları" seminarının (dekabr, 1996, Bakı) və "Cənubi Qafqaz qadınlarının liderliyi" (oktyabr 1998, Gürcüstan, may 2000, Ermənistan və iyun 2000, Azərbaycan) konfranslarının, Ümumdünya İnsan Haqları Bəyannaməsinin 50 illiyinə həsr edilmiş (dekabr 1998, Bakı), Qadınlar keçid dövründə (fevral 1999, Özbəkistan), Haaqa Sülh Çağırışının 100 illiyinə həsr olunmuş (may 1999, Hollandiya) konfranslarının, ATƏT-in təşkil etdiyi "Qadınlar və seçkilər" seminarının iştirakçısı olmuş, çıxış etmişdir. 1974-cü ildən bu günə kimi Bakı Dövlət Universitetinin professorudur. Universitet nəzdində Müdafiə Şurasının elmi katibi, Sülh Mərkəzinin üzvüdür. 1997-ci ildən "Qadın Problemlərinin Tədqiqat Birliyinin-Qadın İnstitutunun" direktorudur. 1969-cu ildə ADU (indiki BDU) fizika fakültəsini bitirib.