ƏBÜLFƏZ

Ərəbcə “əbu-l-fəzl” kimidir, “fəzilət atası (ən üstün olan), hünər sahibi” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

ƏBUZƏR
ƏCDAD
OBASTAN VİKİ
Əbülfəz Abbasquliyev
Əbülfəz Həsən oğlu Abbasquliyev (may 1918 – 27 iyun 1985) — nasir, dramaturq, 1954-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü. Əbülfəz Abbasquliyev 1918-ci ilin mayında Şərur-Dərələyəz qəzasının Mahmudkənd kəndində doğulmuşdur. Həmin kəndin yaxınlığında olan Baş Noraşen kənd nümunə məktəbini bitirəndən sonra APİ-nin dil-ədəbiyyat fakültəsində təhsil almışdır. İlk hekayələrini tələbəlik illərində "Əbülfəz Abbasquluzadə", "A.Əbülfəz" imzalan ilə dərc etdirmişdir. "Çiçəklənən həyat", "And" hekayələri 1937-ci ildə institutun "Lenin tərbiyəsi uğrunda" adlı qəzetində çap olunmuşdur. Sonra Yerevan Dövlət Pedaqoji İnstitutunda, Azərbaycan fakültəsində Azərbaycan dili və ədəbiyyatını tədris etmişdir (1938-1943). İnstitut bağlandığına görə, Şərur rayonuna köçmüş, burada rayon qəzeti redaksiyasında məsul katib, redaktor işləmişdir (1943-1947). "Günəş doğur" adlı dram əsəri 1946-cı ildə C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Dram Teatrında müvəffəqiyyətlə tamaşaya qoyulmuşdur. Bundan sonra "Sədəf" pyesini yazmışdır. 1947-ci ildə Bakıya köçüb "Ədəbiyyat qəzeti" redaksiyasında nəsr şöbəsinin müdiri, Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda və Bakı Ali Partiya Məktəbində baş müəllim işləmişdir (1947-1960).
Əbülfəz Abdulhəmidov
Əbülfəz Ağayev
Əbülfəz Ağayev (tam adı: Əbülfəz Yusif oğlu Ağayev; 18 oktyabr 1957, Neftçala rayonu) — siyasətçi. Əbülfəz Yusif oğlu Ağayev 18 oktyabr 1957-ci ildə Azərbaycan Respublikası Neftçala rayonunun Xol Qarabucaq kəndində anadan olmuşdur. Azərbaycanlıdır. 1980-cı ildə Moskva Kənd Təsərrüfаtı İstehsalı və Mühəndisləri İnstitutunu, 1990-cı ildə Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunu bitirmişdir. Əmək fəaliyyətinə 1974-cü ildə Neftçala rayonunun Xol Qarabucaq kəndindəki N.Nərimanov adına kolxozda təmirçi-çilingər kimi başlamışdır. 1980-ci ildən 151 saylı Neftçala Texniki-Peşə məktəbində müəllim, Kolxozda və Rayon Aqrar-Sənaye Birliyində baş mühəndis, 1984-cü ildən Neftçala rayonu Komsomol Komitəsinin birinci katibi, 1987-ci ildən Neftçala rayon İcraiyyə Komitəsi sədrinin birinci müavini, Aqrar-Sənaye Birliyinin rəisi, 1989-cu ildən Rayon Aqrar-Sənaye Kombinatının baş direktoru, Rayon İcra Hakimiyyəti Başçısının müavini, Kənd Təsərrüfatı və Ərzaq İdarəsinin rəisi, 1995-ci ildən Azərbaycan Elmi Tədqiqat Kənd Təsərrüfatının İqtisadiyyatı və Təşkili İnstitutunda baş elmi işçi, 2000-ci ildən Neftçala Rayon Bələdiyyəsinin sədri, Neftçala Rayon İcra Hakimiyyətinin başçısı, 2002-ci ildən Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı, 2004–2012-ci illərdə isə İmişli Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində işləmişdir. Evlidir.
Əbülfəz Babayev
Əbülfəz İsmayıl oğlu Babayev (20 sentyabr 1947, Qarabağlar, Noraşen rayonu) — Texnika elmləri doktoru, professor. Amerika Birləşmiş Ştatları Nyu-York Elmlər Akademiyasının həqiqi üzvü. Beynəlxalq (Rusiya Federasiyası) Mühəndislik Akademiyasının həqiqi üzvü, Azərbaycan Mühəndislik Akademiyasının həqiqi üzvü, AMEA Yüksək Texnologiyalar Parkının baş direktoru. Əbülfəz İsmayıl oğlu Babayev 1947-ci il sentyabr ayının 20-də Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun (indiki Kəngərli rayonu) Qarabağlar kəndində anadan olmuşdur. O, 1966–1972-ci illərdə Azərbaycan Neft-Kimya İnstitutunun Kimya- texnologiya fakültəsində ali təhsil almış, "kimyaçı-mühəndis-texnoloq" ixtisasına yiyələnmişdir. Əbülfəz Babayev 1972-ci ildə təyinatla gənc mütəxəssis kimi Azərbaycan Respublikasının 40 illiyi adına "Sintetik Kauçuk" zavodunda əmək fəaliyyətinə başlamışdır. 1972–1981-ci illərdə "Sintetik Kauçuk" zavodunda mühəndis, bölmə rəisi, Mərkəzi Elmi-Tədqiqat laboratoriyasının rəisi vəzifələrində çalışmışdır. Bu dövr ərzində zavodda keçmiş SSRİ məkanında ilk istehsal prosesi olan, xalq təsərrüfatı üçün böyük əhəmiyyət kəsb edən, tibb sənayesindən başlamış, məişətdə, xüsusən də şin istehsalında geniş istifadə olunan butilkauçuk istehsalının mənimsənilməsinin təkmilləşdirilməsi ilə məşğul olmuşdur. Eləcə də prosesdə iştirak edən monomerlərin təmizlik dərəcəsinin artırılması zamanı alınan yan məhsullar əsasında xalq təsərrüfatında, xüsusilə mənzil və su kanalı tikintisi sahəsində tətbiq olunan yeni kipləşdirici elastik məmulatların istehsal texnologiyalarının işlənib-hazırlanmasında iştirak etmişdir. Onun tərəfindən alınan nəticələr müəlliflik şəhadətnamələri ilə təsdiqlənmiş, ölkəmizdə və Litva Respublikasının Şaulyay şəhərində istehsal proseslərinə başlanılmışdır.
Əbülfəz Bərəkət
Əbülfəz Cəbrayıl oğlu Qasımov (ədəbi təxəllüsü: Əbülfəz Bərəkət; 20 dekabr 1931, Ordubad, Naxçıvan MSSR) — publisist, dramaturq, 1994-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, iqtisad elmləri doktoru (1970), professor (1971), Azərbaycan Dövlət İqtisad Universitetinin kafedra müdiri, Əməkdar elm xadimi (1987), "Qızıl qələm" mükafatı laureatı (2000). Əbülfəz Qasımov 1931-ci il dekabrın 20-də Naxçıvan MR-nin Ordubad şəhərində anadan olmuşdur. Burada orta məktəbin yeddinci sinfini bitirmiş, Ordubad Pedaqoji texnikumunda təhsilini davam etdirmişdir (1943–1947). Naxçıvan kolxoz məktəbini bitirdikdən sonra Ordubad rayon Kənd Təsərrüfatı şöbəsində zootexnik vəzifəsində işləmişdir (1947–1949). Azərbaycan Dövlət Xalq Təsərrüfatı İnstitutunun plan-iqtisad fakültəsində təhsil almış (1949–1953), SSRİ EA İqtisadiyyat İnstitutunda aspirant (1953–1956), elmi işçi (1956–1959) olmuşdur. 18 mart 1957-ci ildə Moskvada SSRİ EA-nın İqtisad İnstitutunun Elmi Şurasında "Mil-Mugan düzənliklərinin təsərrüfatlarında heyvandarlığın iqtisadiyyatı" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. Dissertasiyanın rəhbəri V.Q.Venjer olmuşdur. Elmlər namizədi alimlik dərəcəsini aldıqdan sonra Bakıya qayıtmış, indiki Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunda kiçik elmi işçi vəzifəsində çalışmışdır. Azərbaycan Ali Partiya Məktəbinin iqtisadiyyat kafedrasına dəvət olunmuş, burada dosent işləmişdir (1959–1967). Sonra kənd təsərrüfatı kafedrasına müdir seçilmişdir (1967–1984).
Əbülfəz Cəfərov
Əbülfəz Elçibəy
Əbülfəz Elçibəy (Əbülfəz Qədirqulu oğlu Əliyev; 24 iyun 1938, Kələki, Ordubad rayonu – 22 avqust 2000, Ankara) — Azərbaycan dövlət, siyasi və ictimai xadimi, dissidenti, Azərbaycan Xalq Cəbhəsinin lideri və Azərbaycan Respublikasının ikinci prezidenti (1992–1993). Əbülfəz Elçibəy 24 iyun 1938-ci ildə Naxçıvan MSSR-in Ordubad rayonunun Kələki kəndində anadan olub. 7 illik Unuskənd məktəbini bitirdikdən sonra Ordubad şəhər 1 saylı orta məktəbində təhsilini davam etdirib. 1957-ci ildə Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin ərəb filologiyası şöbəsinə daxil olub. Buranı bitirdikdən sonra (1962) təyinatla SSRİ Hidrolayihə İnstitutunun Bakı şöbəsində tərcüməçi işləyib. 1963-cü ilin yanvarında Misir Ərəb Respublikasına göndərilən Əbülfəz Elçibəy 1964-cü ilin oktyabrına kimi Asuan bəndinin tikintisində tərcüməçi kimi çalışıb. Xarici ezamiyyətdən dönərək 1965-ci ildə ADU-nun aspiranturasına daxil olub və aspirantura təhsilini 1968-ci ildə uğurla tamamlayıb.Tulunilər dövləti (868–905)" mövzusunda dissertasiya müdafiə edərək tarix elmləri namizədi alimlik dərəcəsi alıb (1969). ADU-nun "Asiya və Afrika ölkələri tarixi" kafedrasında müəllim və baş müəllim işləyib (1968–1975). 1975-ci ilin yanvarında Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsi onu tələbələr arasında millətçi və antisovet təbliğatı aparmaq adı ilə həbs edir və 17 iyul 1976-cı ilədək siyasi dustaq olaraq azadlıqdan məhrum edir. Əsasən Qaradağ daş karxanasında ağır fiziki işlərə məhkum edilmişdir.
Əbülfəz Fərəcoğlu
Əbülfəz Fərəcoğlu — Azərbaycanlı rəssam. Əbülfəz Fərəcoğlu 1956-cı ildə Naxçıvanda anadan olub. 1981-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunu biritirb. 1981-1995-ci illərdə Naxçıvan İncəsənət Məktəbində dərs deyib. Əsərləri Türkiyə, Almaniya, Bolqarıstan, Fransa, Rusiya, Ukrayna, Polşa, İran, Yaponiyada nümayiş etdirilib.
Əbülfəz Hüseyni
Hüseyni Əbülfəz Aslan oğlu - şair, tərcüməçi, ədəbiyyatşünas, filologiya elmləri namizədi (1968). Əbülfəz Hüseyni 1925-ci ilin baharında İranın Təbriz şəhərində anadan olmuşdur. Burada orta təhsil almış, fars dilinə və klassik Şərq ədəbiyyatına dərindən bələd olmuşdur. Gənclik dövründən onda şerə maraq oyanmış, ilk şeirlərini yazmışdır. Milli Azadlıq hərəkatına qoşulmuş, Cənubi Azərbaycanda Demokratik hökumətin yaranması və möhkəmlənməsində fədakarcasına çalışmışdır. Lakin demokratik quruluşa qarşı şah ordusunun təcavüzündən sonra təqib olunduğuna görə Şimali Azərbaycanda siyasi sığınacaq tapmışdır (1946). Burada Bakı Tibb texnikumunun stomatologiya şöbəsində təhsil almışdır (1947-1950). Bakı Dövlət Universitetinin filologiya fakültəsinin axşam şöbəsinə daxil olmuşdur. İkinci kursdan əyani şöbəyə dəyişilmiş, oranı müvəfəqqiyyətlə bitirəndən sonra Qaradağ qəsəbə orta məktəbində müəllimlik etmişdir (1954-1957). Sonra Bakıda 160 saylı orta məktəbə dəyişilmişdir (1957).
Əbülfəz Mehdiyev
Əbülfəz Muxtaroğlu
Qulıyev Əbülfəz Muxtar oğlu 1939-cu il iyun ayının birində Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Zərnətün kəndində anadan olmuşdur. O, orta təhsilini Biçənək kənd yeddiillik məktəbində və Çayşahbuz onbirillik məktəbində almış, 1963-cü ildə V.İ.Lenin adına Azərbaycan Pedoqoji İnstitutunun (indiki Azərbaycan Dövlət Pedaqoji Universitetinin) Azərbaycan dili və ədəbiyyat ixtisasına qəbul olmuş, 1967-ci ildə təhsilini başa vurmuşdur. 1971-ci ilədək Şahbuz rayon Aşağı Qışlaq kənd orta məktəbində ixtisası üzrə müəllim işləmiş, 1972-ci ildə müsabiqə yolu ilə V.İ.Lenin adına APİ-nun Naxçıvan filialına müəllim keçmişdir.Azərbaycan SSR EA-nın Nəsimi adına Dilçilik İnstitutunun Dialektolojiya şöbəsinin dissertantı olmuş,”Azərbaycan dilinin Şahbuz şivələrinin leksikası”mövzusunda namizədlik işi müdafiə edərək filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır. Haliyədə Ə.Muxtaroğlu Naxçıvan Dövlət Universitetinin ”Azərbaycan dilçiliyi” və Naxçıvan Müəllimlər İnstitutunun ”Dillər və ədəbiyyat” kafedralarının dosenti, Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Ailəlidir, 3 oğul bir qız atası, 8 nəvə babasıdır. Bir möhürbənd bəsimdir (şeirlər). Bakı: Təhsil, 199 İkinci görüş (şeirlər) Bakı: Nurlan, 2003 Şahbuzlu şəhidlər(publisist yazılar). Bakı: Şirvannəşr, 2009 (S.Rzazadə ilə birlikdə) El məhəbbəti (almanax.”M.Araz”ədəbi birliyinin Ulu öndər H.Əliyevə həsr etdikləri şeirlər,Öndər haqqında xatirələr və Öndərin Şahbuzla bağlı şəkilləri). Bakı: Şirvannəşr, 2009 (S.Rzazadə ilə birlikdə) Zorbulağın zümzüməsi (almanax”M.Araz”ədəbi birliyinin üzvlərinin şeirləri) Bakı: Nurlan, 2003 Azərbaycan dilinin Şahbuz şivələrinin leksikası. Arxivləşdirilib 2021-05-08 at the Wayback Machine(monoqrafiya) Bakı: Elm və təhsil, 2013 Deyimlərim,yorumlarım (1-hissə, Haqqımda deyilənlər).
Əbülfəz Məmmədov
Əbülfəz Qarayev
Əbülfəz Fərəc oğlu Qarayev (20 aprel 1885, Bakı – 25 oktyabr 1952) — əməkdar elm xadimi, Azərbaycanda dövrünün ən öncül uşaq həkimi. Əbülfəz Fərəc oğlu Qarayev 1885-ci il aprel ayının 20-də Bakı şəhərində anadan olmuşdur. O, 1896-cı ildə Bakı gimnaziyasına daxil olmuş, 1907-ci ildə oranı bitirmişdir. Gimnaziyanı bitirdikdən sonra o, Odessa şəhərində Novorossiysk Universitetinin tibb fakültəsinə daxil olmuşdur. 1912-ci ildə ali məktəbi fərqlənmə diplomu ilə bitirən Əbülfəz Qarayev savadlı məzun kimi universitetdə saxlanılmışdır. Uşaq Xəstəlikləri Klinikasında iki il ordinator kimi çalışan Əbülfəz Qarayev 1915-ci ildə Bakıya qayıtmışdır. O, 1917–1918-ci illərədək, yəni Oktyabr inqilabı və Azərbaycan Demokratik Respublikası qurulanadək həm diaqnost, daha sonralar isə həm də nəzəriyyəçi kimi böyük ad-san qazanmışdı. İlk azərbaycanlı pediatr olan Əbülfəz Qarayev Azərbaycanda ana və uşaqların sağlamlığının mühafizə sisteminin yaradıcısıdır. O, Respublika Uşaq Xəstəxanasının təşkilatçılarından biridir. 1930-cu ildən Əbülfəz Qarayevin praktiki, elmi və pedaqoji fəaliyyəti N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutu ilə bağlıdır.
Əbülfəz Qasımov
Əbülfəz Cəbrayıl oğlu Qasımov (ədəbi təxəllüsü: Əbülfəz Bərəkət; 20 dekabr 1931, Ordubad, Naxçıvan MSSR) — publisist, dramaturq, 1994-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, iqtisad elmləri doktoru (1970), professor (1971), Azərbaycan Dövlət İqtisad Universitetinin kafedra müdiri, Əməkdar elm xadimi (1987), "Qızıl qələm" mükafatı laureatı (2000). Əbülfəz Qasımov 1931-ci il dekabrın 20-də Naxçıvan MR-nin Ordubad şəhərində anadan olmuşdur. Burada orta məktəbin yeddinci sinfini bitirmiş, Ordubad Pedaqoji texnikumunda təhsilini davam etdirmişdir (1943–1947). Naxçıvan kolxoz məktəbini bitirdikdən sonra Ordubad rayon Kənd Təsərrüfatı şöbəsində zootexnik vəzifəsində işləmişdir (1947–1949). Azərbaycan Dövlət Xalq Təsərrüfatı İnstitutunun plan-iqtisad fakültəsində təhsil almış (1949–1953), SSRİ EA İqtisadiyyat İnstitutunda aspirant (1953–1956), elmi işçi (1956–1959) olmuşdur. 18 mart 1957-ci ildə Moskvada SSRİ EA-nın İqtisad İnstitutunun Elmi Şurasında "Mil-Mugan düzənliklərinin təsərrüfatlarında heyvandarlığın iqtisadiyyatı" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. Dissertasiyanın rəhbəri V.Q.Venjer olmuşdur. Elmlər namizədi alimlik dərəcəsini aldıqdan sonra Bakıya qayıtmış, indiki Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunda kiçik elmi işçi vəzifəsində çalışmışdır. Azərbaycan Ali Partiya Məktəbinin iqtisadiyyat kafedrasına dəvət olunmuş, burada dosent işləmişdir (1959–1967). Sonra kənd təsərrüfatı kafedrasına müdir seçilmişdir (1967–1984).
Əbülfəz Quliyev
Quliyev Əbülfəz Aman oğlu (27 mart 1950, Naxçıvan) — Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, Azərbaycan Respublikasının Əməkdar müəllimi, filologiya elmləri doktoru, professor. AMEA-nın müxbir üzvü (2007). Əbülfəz Quliyev 27 mart 1950-ci ildə Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərində anadan olub. 1966-cı ildə Naxçıvan şəhərindəki 7 saylı onillik orta məktəbi qurtarıb, həmin il Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinin dil-ədəbiyyat ixtisasına qəbul olub, 1971-ci ildə oranı fərqlənmə diplomu ilə bitirərək təyinat üzrə Naxçıvana gəlmişdir. Bir il şəhər 1 saylı orta məktəbdə müəllim işləmiş, 1972-ci ildə yeni yaradılan Naxçıvan Elm Mərkəzinə kiçik elmi işçi olaraq qəbul olunmuşdur. Qədim türk Orxon-Yenisey yazılı abidələrinin Azərbaycanda əsas tədqiqatçılarından biridir. Bu sahəyə aid onlarla monoqrafiyası nəşr olunmuşdur. Orta əsrlər ümumtürk ədəbiyyatının öyrənilməsinə aid, Naxçıvan dialekt və şivələrinin tədqiqinə aid sanballı əsərləri vardır. Orxon-Yenisey abidələrində felin təsriflənməyən formaları, Bakı: Elm, 1997, 165 s. Əski türk yazılı abidələri müntəxəbatı, Bakı: BDU nəşri, 1993, 290 s.
Əbülfəz Rəcəbli
Əbülfəz Rəcəbli (tam adı: Əbülfəz Əjdər oğlu Rəcəbli) — Talış əsilli Azərbaycan alimi; türkoloq; ümumi dilçi; filologiya elmləri doktoru; professor; Əməkdar müəllim. Əbülfəz Əjdər oğlu Rəcəbli 1936-cı il mayın 6-da Lənkəran şəhərində anadan olmuşdur. 1954-cü ildə orta məktəbi bitirmişdir. 1954-cü ildə Azərbaycan Dövlət Universitetinə daxil olmuş və 1959-cu ildə filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. 1971-ci ildə isə ikinci institutu – Azərbaycan Dövlət Pedaqoji Dillər institutunun ingilis dili fakültəsini bitirmişdir. 1985-ci ildə isə Markizm-leninizm universiteti ideoloji kadrlar fakültəsinin beynəlxalq münasibətlər şöbəsini fərqlənmə diplomu ilə bitirmişdir. 1959-1963-cü illərdə nəşriyyatlarda əvvəlcə korrektor, sonra redaktor işləmişdir. 1963-cü ildə BDU-nun aspiranturasına daxil olmuş və Qırğızıstan EA-ya ezam edilmişdir. 1967-ci ilin dekabrında “Qədim türk yazısı Orxon-Yenisey abidələrinin dili. Morfologiya” mövzusunda namizədlik, 1978-ci ilin martında “Orxon-Yenisey abidələri dilində felyaratma” mövzusunda doktorluq dissertasiya müdafiə etmişdir.
Əbülfəz Rəhmətov
Əbülfəz Soltanov
Əbülfəz Ağasoltan oğlu Soltanov (24 sentyabr 1962) — Tibb elmləri doktoru, professor, Onkoloq-Torakal cərrah. Əbülfəz Soltanov 24 sentyabr 1962-ci il tarixində anadan olmuşdur. 1980–1985-ci ildə Azərbaycan Tibb Universiteti Müalicə-profilaktika fakültəsini bitirmişdir. 1988–1991-ci ildə SSRİ T.E.A. Ümumittifaq onkoloji elmi mərkəzinin torakal onkologiya şöbəsində məqsədli aspirantura. Soltanov Ə.A. klinik onkologiya üzrə yüksək ixtisaslı mütəxəssisdir. 1991-ci ildə "Ağciyər xərçənginin cərrahi müalicəsinin çətinliklərı, səhvləri və fəsadları" mövzusu üzrə namizədlik dissertasiyasını müdafiə etmişdir. 2012-ci ildə "Ağciyər xərçənginin Azərbaycan Respublikasında yayılmasının epidemioloji xüsusiyyətləri" mövzusunda tibb elmləri doktoru elmi dərəcəsinə iddia olunan dissertasiya işini müdafiə etmişdir. 170 dən çox elmi işi çap olunmuşdur. Bunlardan 1-i monoqrafiyadır. Soltanov Ə.A. rəhbərliyi altında bir sıra elmi tədqiqatlar icra olunmuşdur.
Əbülfəz Süleymanov
Əbülfəz Süleymanov — sosiologiya elmləri doktoru, professor, Üsküdar Universitetinin Sosiologiya kafedrasının müdiri. Süleymanov Əbülfəz Davud oğlu 17 yanvar 1975-cı ildə Ucar rayonunda anadan olmuşdur. 1991-ci ildə Ucar şəhər 2 nömrəli orta məktəbi bitirdikdən sonra dövlət xətti ilə Türkiyənin İstanbul Universitetinin sosiologiya bölməsinə qəbul olmuşdur. 1995-ci ildə bakalavr təhsilini müvəffəqiyyətlə tamamlayaraq İstanbul Universitetinin Sosial Elmlər İnstitutu sosiologiya ixtisasi üzrə magistraturaya qəbul olmuş və 1998-ci ildə "Azərbaycanın Orta Məktəblərində Tarix Tədrisində Sovet İdeologiyasının Təsiri (1980–1991)" mövzusunda elmi işini müdafiə edərək maqistr dərəcəsini qazanmışdır. 1998-ci ildə İstanbul Universiteti Sosial Elmlər İnstitutunun sosiologiya ixtisası üzrə doktoranturasına qəbul olmuş və 2003-cü ildə "Azərbaycanın Yaxın Tarixində Milli Kimlik Axtarışları" mövzusunda dissertasiya işini müdafiə edərək sosiologiya elmləri üzrə fəlsəfə doktoru alimlik dərəcəsini almışdır. Türkiyədə təhsilini başa vurduqdan sonra vətənə dönərək elmi fəlaiyyətini davam etdirmişdir. 2003–2012 ci illərdə Azərbaycan Milli Elmlər Akademiyası Fəlsəfə və Sosiologiya instutunda aparıcı elmi işçi vəzifəsində çalışmış, ölkəmizin ali təhsil müəssisələrində sosiologiya fənnini tədris etmişdir. 2003-ci ildə təsis olunan Azərbaycan Sosioloqlar Birliyini içraçı direktoru, 2008-ci ildən Aktual Elmi-Sosioloji Araşdırmalar Mərkəzinin rəhbəri vəzifəsində çalışmışdır. 2012-ci ildə Türkiyədə dosentlik elmi rütbəsini qazandıqdan sonra Türkiyənin Üsküdar Universitetinə dəvət almış və hal hazırda bu universitetdə sosiologiya kafedrasının müdiri vəzifəsində çalışmaqdadır. Süleymanov Əbülfəz Davud oğluna 2017-ci ildə Üsküdar Universitetinin Böyük Elmi Şurasının qərarı ilə professor elmi adı verilmişdir.
Əbülfəz Əliyev
Əbülfəz Elçibəy (Əbülfəz Qədirqulu oğlu Əliyev; 24 iyun 1938, Kələki, Ordubad rayonu – 22 avqust 2000, Ankara) — Azərbaycan dövlət, siyasi və ictimai xadimi, dissidenti, Azərbaycan Xalq Cəbhəsinin lideri və Azərbaycan Respublikasının ikinci prezidenti (1992–1993). Əbülfəz Elçibəy 24 iyun 1938-ci ildə Naxçıvan MSSR-in Ordubad rayonunun Kələki kəndində anadan olub. 7 illik Unuskənd məktəbini bitirdikdən sonra Ordubad şəhər 1 saylı orta məktəbində təhsilini davam etdirib. 1957-ci ildə Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin ərəb filologiyası şöbəsinə daxil olub. Buranı bitirdikdən sonra (1962) təyinatla SSRİ Hidrolayihə İnstitutunun Bakı şöbəsində tərcüməçi işləyib. 1963-cü ilin yanvarında Misir Ərəb Respublikasına göndərilən Əbülfəz Elçibəy 1964-cü ilin oktyabrına kimi Asuan bəndinin tikintisində tərcüməçi kimi çalışıb. Xarici ezamiyyətdən dönərək 1965-ci ildə ADU-nun aspiranturasına daxil olub və aspirantura təhsilini 1968-ci ildə uğurla tamamlayıb.Tulunilər dövləti (868–905)" mövzusunda dissertasiya müdafiə edərək tarix elmləri namizədi alimlik dərəcəsi alıb (1969). ADU-nun "Asiya və Afrika ölkələri tarixi" kafedrasında müəllim və baş müəllim işləyib (1968–1975). 1975-ci ilin yanvarında Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsi onu tələbələr arasında millətçi və antisovet təbliğatı aparmaq adı ilə həbs edir və 17 iyul 1976-cı ilədək siyasi dustaq olaraq azadlıqdan məhrum edir. Əsasən Qaradağ daş karxanasında ağır fiziki işlərə məhkum edilmişdir.
Əbülfəz Hüseyni (Həsrət)
Hüseyni Əbülfəz Aslan oğlu - şair, tərcüməçi, ədəbiyyatşünas, filologiya elmləri namizədi (1968). Əbülfəz Hüseyni 1925-ci ilin baharında İranın Təbriz şəhərində anadan olmuşdur. Burada orta təhsil almış, fars dilinə və klassik Şərq ədəbiyyatına dərindən bələd olmuşdur. Gənclik dövründən onda şerə maraq oyanmış, ilk şeirlərini yazmışdır. Milli Azadlıq hərəkatına qoşulmuş, Cənubi Azərbaycanda Demokratik hökumətin yaranması və möhkəmlənməsində fədakarcasına çalışmışdır. Lakin demokratik quruluşa qarşı şah ordusunun təcavüzündən sonra təqib olunduğuna görə Şimali Azərbaycanda siyasi sığınacaq tapmışdır (1946). Burada Bakı Tibb texnikumunun stomatologiya şöbəsində təhsil almışdır (1947-1950). Bakı Dövlət Universitetinin filologiya fakültəsinin axşam şöbəsinə daxil olmuşdur. İkinci kursdan əyani şöbəyə dəyişilmiş, oranı müvəfəqqiyyətlə bitirəndən sonra Qaradağ qəsəbə orta məktəbində müəllimlik etmişdir (1954-1957). Sonra Bakıda 160 saylı orta məktəbə dəyişilmişdir (1957).
Əbülfəz Qarayev (həkim)
Əbülfəz Fərəc oğlu Qarayev (20 aprel 1885, Bakı – 25 oktyabr 1952) — əməkdar elm xadimi, Azərbaycanda dövrünün ən öncül uşaq həkimi. Əbülfəz Fərəc oğlu Qarayev 1885-ci il aprel ayının 20-də Bakı şəhərində anadan olmuşdur. O, 1896-cı ildə Bakı gimnaziyasına daxil olmuş, 1907-ci ildə oranı bitirmişdir. Gimnaziyanı bitirdikdən sonra o, Odessa şəhərində Novorossiysk Universitetinin tibb fakültəsinə daxil olmuşdur. 1912-ci ildə ali məktəbi fərqlənmə diplomu ilə bitirən Əbülfəz Qarayev savadlı məzun kimi universitetdə saxlanılmışdır. Uşaq Xəstəlikləri Klinikasında iki il ordinator kimi çalışan Əbülfəz Qarayev 1915-ci ildə Bakıya qayıtmışdır. O, 1917–1918-ci illərədək, yəni Oktyabr inqilabı və Azərbaycan Demokratik Respublikası qurulanadək həm diaqnost, daha sonralar isə həm də nəzəriyyəçi kimi böyük ad-san qazanmışdı. İlk azərbaycanlı pediatr olan Əbülfəz Qarayev Azərbaycanda ana və uşaqların sağlamlığının mühafizə sisteminin yaradıcısıdır. O, Respublika Uşaq Xəstəxanasının təşkilatçılarından biridir. 1930-cu ildən Əbülfəz Qarayevin praktiki, elmi və pedaqoji fəaliyyəti N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutu ilə bağlıdır.
Əbülfəz Rəcəblinin biblioqrafiyası
Əbülfəz Rəcəblinin biblioqrafiyası — Talış əsilli Azərbaycan alimi; türkoloq; ümumi dilçi; filologiya elmləri doktoru; professor Əbülfəz Rəcəblinin kitab, elmi, publisist məqalə və rəhbəri olduğu dissertasiyalar. 1.Dilçiliyə girişdən tapşırıqlar (A.Qurbanovla), Bakı, 1979, 24 s. 2.Залоги глагола в языке орхоно-енисейских памятников. Bakı, АГУ, 1982, 86 с. 3.Orxon-Yenisey abidələri dilində felin tərzləri. Bakı, Azərbaycan Dövlət Universiteti, 1988, 75 s. 4.Dilçilik tarixi, Bakı, "Maarif" Nəşriyyatı, 1988, 541 s. 5.Məktəblinin talışca-azərbaycanca lüğəti. Bakı, "Maarif" Nəşriyyatı, 1992, 93 s. 6.Dil, şüur, cəmiyyət, tarix.
Aşıq Əbülfəz Şahtaxtılı
Aşıq Əbülfəz Şahtaxtılı (Kəngərli) (9 oktyabr 1944, Şahtaxtı, Noraşen rayonu) — Naxçıvan aşığı. == Aşığın həyat və yaradıcılığı == Çağdaş Naxçıvan aşıqlarından olan Aşıq Əbülfəz Şahtaxtılı (Kəngərli) 1944-cü il oktyabrın 9-da Naxçıvanın Şahtaxtı kəndində anadan olmuş, orta təhsilini həmin kənddə almışdır. 13-14 yaşlarından aşıqlıq sənətinə həvəs göstərdiyi üçün Xəlilli kəndinin tanınmış aşıqlarından olan Aşıq Bayraməlinin yanında şəyirdlik etmiş və aşıqlıq sənətini ondan öyrənmişdir. Bu sənətin sirlərini mənimsəyən Əbülfəz bir müddətdən sonra özü də Naxçıvanda istedadlı aşıq kimi tanınmış, el məclislərində iştirak etmişdir. Aşıq Əbülfəzin özünün söylədiyinə görə o, bir müddət Şərur mədəniyyət evində aşıq kimi çalışmış, 1973-cü ildən 1985-ci ilədək Şahtaxtı mədəniyyət evinin müdiri vəzifəsində işləmişdir. Sonralar Qarabağlar kəndinə köçmüş və bir müddət orada yaşamışdır. Daha sonra o, Qazaxıstana getmiş və bir müddət orada Çimkənd vilayətinin Karnilovka kəndində yaşamışdır. Hazırda Bakı şəhərində yaşayır. 1979-cu ildə Şəmkirdə keçirilən aşıqlar qurultayında iştirak edən Aşıq Əbülfəz bu qurultayda keçirilən müsabiqədə ikinci yerə layiq görülmüşdür. Aşıq Əbülfəz xalq arasında istedadlı aşıq kimi tanındığı üçün Azərbaycanda keçirilən bir sıra tədbirlərə, aşıqların yubileylərinə dəvətlər almışdır.
Hüseyni Əbülfəzl
Hüseyni Əbülfəzl Aslan oğlu – şair, tərcüməçi, ədəbiyyatşünas, filologiya elmləri namizədi (1968). == Həyatı == Hüseyni Əbülfəzl 1925-ci ilin baharında Cənubi Azərbaycanda, Təbriz şəhərində anadan olmuşdur. Burada orta təhsil almış, fars dilinə və klassik Şərq ədəbiyyatına dərindən bələd olmuşdur. Gənclık dövründən onda şerə maraq oyanmış, ilk şerlərini yazmışdır. == Azadlıq uğrunda döyünən ürək == Milli azadlıq Hərəkətına qoşulmuş, Cənubi Azorbaycanda demokratik Hökumətin yaranması və möhkəmlənməsində fədakarcasına çalışmışdır. Lakin demokratik qurluşa qarşı şah ordusunun təcavüzündən sonra təqib olunduğuna görə Şimali Azərbəycanda siyasi sığınacaq tapmışdır (1946). == Həyatında yeni səhifə == Burada Bakı Tibb texnikomunun stomatologiya şöbəsində təhsil almışdır (1947-1950). Bakı Dövlət Universitetinin fılologiya fəkültəsinin axşam şöbəsinə daxil olmuş, ikinci kursdan əyani şöbəyə dəyişilmiş. Oranı müvəffəqiyyətlə bitirdikdən sonra əvvəl Qaradağ qəsəbə orta məktəbində (1954-1957), sonar isə Bakı şəhərində 160 nomrəli orta məktəbdə müəllimlik etmişdir (1954-1957). 1958-1959 cı illərdə “Göyərçin” uşaq jurnalı redaksiyasında işləmişdir.
Əbülfəzl Beyhəki
Əbulfəzl Məhəmməd bin Hüseyn Beyhəki (995-1077) — tarixçi. Əbulfəzl Beyhəqi 995-ci ildə Xorasanın cənubi-şərqində olan Beyhəqın Harisabad qəsəbəsində dünyaya gəlmişdi. Yaşamının ilk illərində Nişapurda quran, hədis və ərəb ədəbiyatı öyrəndi və orada fazıl şəxslərlə birlikdə oldu. “Beyhəq tarixi” yazan İbn Funduk, Əbulfəzl Beyhəqidən 93 il sonra təlif etdiyi kitabında Əbulfəzl haqqında belə deyir: “Saysız hadisələr eşitdi, vaxtı gələndə onları qələmə aldı. Ayrıca ərəbcə şeirləri vardı.İyirmi yeddi yaşında, Mahmud və Məsudun sarayında Rəsail Divanı rəisi olan Xacə Əbunəsr Mişkanın şagirdi oldu. Müəllimi Əbunəsrın ölümündən sonra daha yüksək bir dərəcəyə çatmasını yaşının kiçik olması əngəllədi. Eyni məqamda və Əbusəhl Zuzəni ilə birlikdə çalışdı. Sultanın və vəzir Əbdüssəmədin xidmətində tam bir təvəccüh və inayət ilə yaşayırdı. İzzüddövlə Sultan Əbdürrəşid zamanında nemət kafiri Toğrul baş qaldırdı. Sultanın əleyhinə üsyan edib, onu öldürdü.

Значение слова в других словарях