ƏHLİLƏŞDİRMƏK

f.
1. Vəhşi heyvanı əhli etmək, ələ öyrətmək. Bu gün bizə xidmət edən bütün heyvanları insanlar əhliləşdirmişlər.
– İnsan öz arzusuna müvafiq olaraq vəhşi çəki balığının təbiətini dəyişdirmiş və onu əhliləşdirmişdir. Zoologiya”.

2. məc. Adamlara alışdırmaq, onlarla ünsiyyət və ülfətə öyrəşdirmək. O vəhşini bir qədər əhliləşdirmək lazımdır.

Sinonimlər (yaxın mənalı sözlər)

  • ƏHLİLƏŞDİRMƏK ƏHLİLƏŞDİRMƏK (vəhşi heyvam ələ öyrətmək) İnsan... vəhşi çəki balığının təbiətini dəyişdirmiş və onu əhliləşdirmişdir (“Zoologiya”); RAM ELƏMƏK Kərim
ƏHLİLƏŞDİRMƏ
ƏHLİLƏŞMƏ

Digər lüğətlərdə