ƏLBƏT

[ ər. ]
1. bax əlbəttə. Əlbət gələcəkdir. Dünyaya gələn əlbət gedər.
– Demək olmaz dirilər tək yatıb, əlbət duracaq; Ölülər yatmağıdır, yox buna payan, ölüb… ə! M.Ə.Sabir.

□ Əlbət ki – təbii ki, şübhəsiz.
Əlbət ki, on il bundan qabaq belə proyekt mühüm idi. Mir Cəlal.

2. ara s. Yəqin (ki), görünür (ki). Əlbət, bunda bir sirr var.
– Dərvişəm, kəşkülüm var; Hər güldən beş gülüm var; Gəlmişəm mən qapına; Əlbət, bir müşkülüm var. (Bayatı).
[Səlimə:] Əlbət, odunu satılmır nədi, kəsdirib bazarı ac-susuz. Ə.Haqverdiyev.
Sevgisiz, yoldaşsız bir gözəl kimi; Sükuta qərq olub yaşardın, əlbət. M.Dilbazi.

Sinonimlər (yaxın mənalı sözlər)

  • ƏLBƏT əlbət bax əlbəttə 1; yəqin
ƏLBƏSƏLİK
ƏLBƏTTƏ
OBASTAN VİKİ
Əlbəttə (mahnı)

Digər lüğətlərdə