ÇIX

(Culfa)
təndirə çörək yapmaq üçün söyüd çubuqlarından toxunmuş alət. – Şiv yığmışam, çıx toxuyacam
ÇIĞNAMAX
ÇIXACAĞ
OBASTAN VİKİ
Çıx Yaşıl Düzə (mahnı)
Çıx Yaşıl Düzə - Azərbaycan musiqiçisi Qara Dərvişin National Pearls albomuna daxil olan mahnısı. == Mahnı haqqında == Mahnının sözləri İslam Səfərliyə, bəstə Arif Məlikova, aranjemanı isə Qara Dərvişə aiddir.
"Sovet qoşunlarının Əfqanıstandan çıxarılmasının 20 illiyi " medalı
"Sovet qoşunlarının Əfqanıstandan çıxarılmasının 20 illiyi" medalı — MDB Hökumət Başçıları Şurası yanında beynəlmiləçi döyüşçülərin işləri üzrə Komitəsının mükafatı. == Məlumat == Əfqanıstan Demokratik Respublikasından sovet qoşunlarının çıxarılmasının 20 illiyinə hazırlıq tədbirləri çərçivəsində müvafiq medal təsis edilmişdir. == Təltif qaydası == Xatirə medalı ilə MDB üzvü olan dövlətlərin veteran hərəkatının inkişafına əhəmiyyətli töhfə vermiş, beynəlmiləlçi döyüşçülərin və onların ailə üzvlərinin sosial, tibbi reabilitasiyasına, həlak olanların adlarının əbədiləşdirilməsi işində fəal içtirak etmiş dövlət və ictimai xadimləri, icra hakmiyyəti orqanlarının rəhbərləri, Əfqanıstan müharibəsi və digər lokal müharibə və münaqişlərin iştirakçıları, həmçinin "ƏDR-dən sovet qoşunlarının çıxarılmasının 15 illiyi" xatirə medalı ilə təltif edilənlər təltif edilir. Xatirə medalı MDB Hökumət Başçıları Şurası yanında beynəlmiləçi döyüşçülərin işləri üzrə Komitəsədrinin əmri ilə verilir.
Xosrovun taxta çıxması
Xosrovun taxta çıxması — I Şah Təhmasibin sifarişi ilə 1539-1543-cü illərdə hazırlanmış və Təbriz miniatür məktəbinin sənətkarları tərəfindən çəkilmiş rəsmlərlə bəzədilmiş Nizami Gəncəvinin "Xəmsə" əlyazmasına daxil olan, Ağa Mirək Mirzə Qiyas tərəfindən çəkilmiş rəsm əsəridir. Miniatürün daxil olduğu əlyazma hazırda Britaniya Milli Kitabxanasında (MS Or. 2265) saxlanılır. == Mövzu == Nizaminin "Xosrov və Şirin" poemasında, Xosrov, atası öldükdən sonra üsyan qaldıran əyan Bəhram Çubinə qarşı dura bilmir və mübarizə meydanından qaçır. O, Bərdəyə, Şirinin yanına gəlir. Lakin, Xosrovun bütün yalvarışlarına cavab olaraq Şirin ona xatırladır ki, başqaları onun taxtını tutduğu halda, Xosrovun eyş-işrətə uyması qəhrəmana yaraşan hərəkət deyil. Ancaq atasının taxtını geri aldığı təqdirdə Şirin Xosrovun arvadı ola bilər. Bu məğruranə və haqlı sözlər Xosrova təsir edir. O, Rum məmləkətinə gəlib ordan hərbi kömək aldıqdan sonra qayıdır, Bəhram Çubinə qalib gəlir və taxt-taca sahib olur. Miniatürün sağ tərəfində iki düzbucaq içərisində Şirinin dili ilə Xosrova müraciət edilən beyt yazılmışdır: == Təsviri == Miniatürdə izdihamlı təntənə şəraitində gənc şahın yenidən taxta çıxması mərasimi təsvir olunur.
Xəncərəbənzər çıxıntı
Xəncərəbənzər çıxıntı (lat. processus xiphoideus) — döş sümüyünün ən qısa və ensiz hissəsi olub, aşağı və sərbəst ucunu təşkil edir. Xəncərə bənzədiyindən belə adlandırılmışdır. Forma və ölçüsü dəyişkən ola bilir. Dəri üzərindən ucu əllənə bilinir.
Yol maşınları yola çıxır (film, 1990)
== Məzmun == Elmi-kütləvi film Mingəçevir Maşınqayırma zavodunda şose yollarının çəkilişində istfadə olunan texnikanın istehsalından bəhs edir. == Film haqqında == Film "Azərbaycan Yol Maşınları" İstehsalat Birliyinin sifarişi ilə çəkilmişdir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Rafiq Yüzbaşov Ssenari müəllifi: Rafiq Məmmədov, Nemət Rzayev Operator: Nemət Rzayev Səs operatoru: Şamil Kərimov == Sponsor == "Azərbaycan Yol Maşınları" İstehsalat Birliyi == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 357.
Yoxa çıxmış təyyarələrin siyahısı
== “İl-14P” == 1959-cu il dekabr ayının 13-də Aeroflota məxsus “İl-14P” sərnişin təyyarəsi Kabuldan havaya qalxaraq Daşkəndə doğru istiqamət götürdü. Onun göyərtəsində 25 sərnişin və 5 nəfər də gəmi heyəti vardı. Təyyarə Özbəkistanın Termez şəhərindəki hava limanına qısa eniş etdi və sonra yenidən havaya qalxdı. Amma Hissar dağ silsiləsi üzərindən uçarkən “İl-14P” ilə əlaqə kəsildi. Dərhal təyyarənin yoxa çıxması ilə bağlı axtarışlara başlanıldı. “İl-14P” -nin qəzaya uğraması ehtimal edilən bütün ərazilər qarış-qarış axtarıldı. Lakin təyyarənin izinə rast gəlmək mümkün olmadı. Üstündən 5,5 ay ötəndən sonra, 1960-cı il iyun ayının 2-də “İl-14P”-nin qalıqları təsadüfən hadisə yerinin yaxınlığından uçan vertolyot tərəfindən aşkar edildi. Dərhal bu barədə müvafiq qurumlara məlumat verdilər. Hadisə yerinə gələn axtarış qrupu tərəfindən müəyyən edildi ki, “İl-14P” məlum olmayan səbəblərdən dağa çırpılıb.
Zərif çıxış
Zərif çıxış (ing. graceful exit, rus. элегантный выход) - əməliyyat sisteminə və ya prosesə yenidən idarəetməni qəbul etməyə və işi normal rejimdə davam etdirməyə imkan vermək üçün prosesin dayandırılması. Əgər proqram sistemin sabitliyini pozmadan işini dayandırarsa, onun zərif çıxış etdiyi deyilir. İdeal halda bütün proqramlar istənilən şəraitdə zərif çıxışı təmin etməlidir. Praktikada OS/2 və Windows kimi inkişaf etmiş əməliyyat sistemləri proqramlarda qəzalı çıxışların nəticələrindən qorunmanı təmin edir ki, həmin anda çalışan başqa proqramlar ziyan görməsinlər. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Çauşeskunun son çıxışı
Çaușeskunun son çıxışı — 21 dekabr 1989-cu ildə Rumıniya Sosialist Respublikasının rəhbəri Nikolae Çauşesku tərəfindən həyata keçirilmiş olan xalqa xitab edilmiş çıxışdır. Çıxış Rumıniya inqilabında önəmli rol oynamışdır. == Çıxış == Çauşeskunun milli televiziyada canlı olaraq yayımlanmaqla Buxarestdə həyata keçirəcəyi çıxışdan əvvəl ölkədə üsyanlar və gərginliyin böyüməsindən sonra Timişoarda çoxlu insanların öldürülməsi ilə nəticələnən hadisələr baş verdi. Çıxış daha çox illik hesabat xarakteri daşıyırdı və çıxışın mətni həm uğurların, həm də xalqın hakimiyyətə dəstəyinin ortaya çıxması üçün ölkə rəhbərliyi tərəfindən olduqca diqqətlə yazılmışdı. Çıxışda çoxlu sayda fəhlələr qırmızı bayraq, afişa və Çauşeskunun həyat yoldaşı olan Yelena Çauşeskunun böyük rəsmlərini əllərində tuturdular. Çıxışa təqribən 80.000 insan gəlmişdi. Rumıniya Komunist Partiyasının səlahiyyətliləri qabaq cərgələrdə yer almışdılar. Sekuritate agentləri və polislər təhlükəsizliyi təmin edirdilər. Çaușesku, Partiya Mərkəzi Komitəsinin binasının balkonuna çıxmış və çıxışına başlamışdır. Ancaq kütlənin əhval-ruhiyyəsini çox yanlış şəkildə qiymətləndirmişdir.
Çıxartmaq
Çıxartmaq – 1. müəyyən seçim qaydalarına əməl etməklə hər hansı böyük qrupdan sistemli olaraq elementlərin uzaqlaşdırılması və ya onların təkrarlanması. Proqramlaşdırmada çıxatmaq dedikdə, hansı simvolların uzaqlaşdırılmasını, hansıların isə saxlanmasını müəyyənləşdirən maskadan (şablondan) istifadə etməklə bir simvollar yığınından başqa birinin alınması nəzərdə tutulur. 2. Disketin və ya bənzər yaddasaxlama qurğusunun kompüterdən uzaqlaşdırılması. 3. Disketin, CompactFlash kartın, yaxud başqa yaddasaxlama qurğusunun uzaqlaşdırılması haqqında kompüterə göstəriş vermək. Eject əməli kompüterə verilənlərin qurğuya yazılmasını dərhal dayandırmağı bildirir. Bu zaman qurğu daşıyıcını fiziki olaraq çıxarda da bilər, çıxartmaya da. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 253 s.
Çıxma
Çıxma — 4 sadə hesab əməlindən biri. Cəmin tərsidir. Çıxmanın komponentləri azalan, çıxılan və fərqdir Azalan çıxmanın ilk kompanentidir. Çıxılan çıxmanın ikinci komanentidir. Fərq, çıxmanın üçüncü komponentidir. Ədəddən ədədi çıxdıqda alınan ədəd fərq adlanır. Çıxmanın formulu: z = x − y {\displaystyle z=x-y} == Mənbə == Aufmann, R. N., Barker, V. C., Lockwood, J. Basic College Mathematics: An Applied Approach, Houghton Mifflin Company, 2006.
Çıxıntısız şrift
Çıxıntısız şrift (ing. sans-serif, rus. рубленный шрифт) — simvollarının aşağı, yaxud yuxarı uclarında qısa ştrixləri, yaxud naxışları olmayan şrift. Çıxıntısız şrift, adətən, çıxıntılı şriftə nisbətən daha düz həndəsi xarici görünüşə, eləcə də qalın və nazik cizgiləri arasında daha az kontrastlığa malık olur. Çıxıntısız şriftlərdən, adətən, adi mətndə deyil, başlıqlarda istifadə olunur. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 744 s.
Çıxış
Çıxış — nitq və ya ritorika; dinləyicilərə müəyyən bir fikir, hiss aşılamaq üçün deyilən uzun sözlər. Çıxış bir fikri həyəcanlandıraraq ifadə etməkdir. Çıxışların mövzuları, əsasən; sosial fikirlər sosial və milli davalar və hadisələrdir. Mərasimlərdə, milli günlərdə, ildönümlərində, mitinqlərdə toplaşan böyük kütlələri və icmaları həyəcanlandırmaq, ümumi fikirləri səsləndirmək və ya kürsüdən siyasi və milli iddiaları müdafiə etmək də çıxış xarakterlidir. Demostenes və Mark Tulli Siseron bu sahənin ən məşhur insanlarındandır.
Çıxış (2006)
== Məzmun == Film öz əsərlərini cəmiyyətə çıxarmaq istəyən bəstəkardan bəhs edir. == Festivallar və mükafatlar == 1) 2006-cı ildə Bakıda Film Ən yaxşı tammetrajlı sənədli film nominasiyasında "Qızıl Çıraq" milli kino mükafatına layiq görülmüşdür. 2) 2007-ci ildə Sankt-Peterburqda keçirilən "Yaşamaq Gözəldir" adlı beynəlxalq film festivalı Film iki nominasiyada xüsusi mükafata layiq görülmüşdür.
Çıxış (film, 2006)
== Məzmun == Film öz əsərlərini cəmiyyətə çıxarmaq istəyən bəstəkardan bəhs edir. == Festivallar və mükafatlar == 1) 2006-cı ildə Bakıda Film Ən yaxşı tammetrajlı sənədli film nominasiyasında "Qızıl Çıraq" milli kino mükafatına layiq görülmüşdür. 2) 2007-ci ildə Sankt-Peterburqda keçirilən "Yaşamaq Gözəldir" adlı beynəlxalq film festivalı Film iki nominasiyada xüsusi mükafata layiq görülmüşdür.
Çıxış məlumatı
Çıxış məlumatı — biblioqrafik işlənməsi və statistik uçotu, habelə istehlakçının məlumatlandırılması üçün zəruri olan çap olunmuş nəşr haqqında məlumatlar. == Təsviri == Çıxış məlumatı başlıq səhifəsində yerləşir. Çıxış məlumatı kitabxanalarda, kitab evlərində kitabların düzəldilməsini və tapılmasını asanlaşdırır. SSRİ-də son çıxış formatı GOST 7.4-77 və yenilənmiş versiyası GOST 7.4-86 idi. O dövrdə mürəkkəb bir kitab satışı indeks şifrəsi, başqaları ilə birlikdə izin bir elementi idi. Rusiyada bu format əvvəlcə GOST 7.4-95 tərəfindən müəyyən edilmişdir. 1 yanvar 2007-ci ildən bəri, izin məzmunu və yeri GOST R 7.0.4-2006 “SIBID. Nəşrlər. Çap. Ümumi tələblər və qeydiyyat qaydaları ". GOST-a görə, nəticə: Beynəlxalq Standart Seriya Nömrəsi (ISSN); yerüstü məlumatlar; müəllifin adı (həmmüəlliflər); nəşrin adı; alt başlıq məlumatları; çıxış; tərcüməsi və ya yenidən çap olunduğu nəşr haqqında məlumat; təsnifat indeksləri (UDC və LBC); müəllif hüququ işarəsi; Beynəlxalq Standart Kitab Nömrəsi (ISBN); müəllif hüquqlarının qorunması işarəsi; həddən artıq məlumat; çıxış məlumatları.
Çıxışlıq hal
İsmin Çıxışlıq Halı: İsmin çıxışlıq halı hərəkətin çıxış, yəni başlanğıc nöqtəsini bildirir. Çıxışlıq hal -dan2 şəkilçisi ilə əmələ gəlir. Kimdən? Nədən? Haradan? suallarından birinə cavab verir. Çıxışlıq halda olan sözlər həm təsirli, həm də təsirsiz fellərlə əlaqəyə girir. Bu halda olan sözlər ismi xəbərlə də əlaqəyə girir. Məsələn : Bizə idarədən məktub var. Çıxışlıq hal mənaca yönlük halın əksini bildirir.
İlk çıxış sürəti
Mərminin çıxış sürəti, odlu silahlarda barıtın itələmə qüvvəsi ilə mərminin qüllədən çıxdığı zamandakı sürətini göstərir. Mərmi çıxış sürəti mərminin qüllədən çıxdığı andakı sürətini göstərməklə bərabər, eyni zamanda silahın gücünü də göstərir. Mərmi çıxış sürəti tez-tez mərmi sürəti ilə qarışdırılır. Bundan əlavə, qətiyyətlə demək olar ki, bugünkü texnologiyalar ilə heç bir mərmi mənzili daxilində eyni sürət ilə hərəkət etmir. Mərmi çıxış sürəti yalnız qüllədən çıxma sürətini göstərir və mərminin sürəti ilə qarışdırılmamalıdır. Mərmi çıxış sürəti dövrə və zamana, növünə və kalibrinə, qüllə çapına, həmçinin silahın içərisindəki pərçim dəstlərinə (yiv səthləri) görə dəyişir. İlkin sürət 330 m/s (subsonik) ilə 1800 m/s arasında fərqli qiymətlər ala bilər. Tanklar tərəfindən istifadə edilən KE mərmisi yüksək qüllədən çıxış sürətinə malikdir.
İnformasiya çıxarma
İnformasiya çıxarma (ing. information extraction, rus. извлечение информации, türk. bilgi çıkarma) – təbii (insan) dildə yazılmış sənədlərdən tanınabilən informasiyanın kompüter vasitəsilə çıxardılmasından ibarət hərəkət; məsələn, ingilis dilində hava haqqında məlumatı oxuyub, tarix və temperaturlar cədvəlinin qurulması. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
İşlənmiş qazın çıxması sistemi
Səsboğucu – Daxili yanma mühərrikində yanan qazın xaric edilməsinə kömək edən qurğunun adıdır. Mühərrik işləyən zaman yaranan artıq qazlar bu qurğunun köməyi ilə çölə çıxarılır. Mühərrikin səsboğucu hissəsindən son çıxışa qədər çoxsaylı susdurucularla gurultu minimuma endirilərək səssiz bir qaz çıxarılmasına şərait yaradılır.
Əjdahanın çıxışı (film, 1973)
Əjdahanın çıxışı (ing. Enter the Dragon) — 1973-cü ildə Brüs Linin iştirakı ilə çəkilən Honkonq filmidir. "Əjdahanın çıxışı" filmi 2004-cü ildə Konqres Kitabxanası tərəfindən "mədəni, tarixi və estetik olaraq mühüm film" kateqoriyasına aid edilərək, ABŞ Milli Film Arxivində mühafizə edilməsinə qərar verilmişdir. Bu film, Warner Bros. şirkəti tərəfindən Çin döyüş sənətləri haqda çəkilən ilk filmdir. Brüs Linin 20 iyul 1973-cü ildə vəfat etməsindən 6 gün sonra 26 iyul 1973-cü ildə film Honkonqda ilk dəfə nümayiş olunmuşdur. Filmin ssenarisi orijinal ssenaridən müxtəlif cəhətləri ilə fərqlənir. == Məzmun == Britaniya kəşfiyyatının nümayəndəsi olan Bretueyt adlı gizli agent Lidən Hanın hazırladığı döyüş turnirinə qatılmasını istəyir. Li Şaolin məbədinin ən güclü tələblərindən biridir. Li müəllimindən öyrənir ki, bir vaxtlar Han da buranın döyüşçüsü olmuş, lakin məbəddə öyrəndiyi döyüş sənətindən hakimiyyəti ələ almaq üçün istifadə etmişdir.
Əndazədən çıxanda (film, 1988)
== Məzmun == Süjetlərin müəllifləri belə hesab edirlər ki, ədəb-ərkan qaydalarına riayət olunmayanda insanlar arasında qarşılıqlı münasibətlər pozulur. Film qayda-qanunu gözləməyən adamların gülməli vəziyyətə düşmələrini incə yumorla açıb göstərir. == Film haqqında == Kinoalmanax üç süjetdən ibarətdir: "Əndazədən çıxanda", "Məclis" və "Divar dibində" == Filmin heyəti == === Film üzərində işləyənlər === Ssenari müəllifi: Dinarə Seyidova Kinorejissor: Rauf Dadaşov, Elçin Axundov, Yelena Dontsova Quruluşçu rəssam: Teymur Məmmədov (T. Məmmədov kimi), Elçin Axundov, Yelena Dontsova Kinooperator: Antonina Korotnitskaya Bəstəkar: Eldar Mansurov, İlyas Mirzəyev Səs operatoru: Miroslava İsgəndərova Montaj edən: Nisə Hacıyeva Multiplikasiya rəssamı: Bəhmən Əliyev, Gülşən Quliyeva, Rauf Dadaşov Rejissor assistenti: Sima Qurbanova Operator assistenti: Rafiq İsmayılzadə (R. İsmayılzadə kimi) Rəssam: Tamilla Əsgərova, Mehriban Əfəndiyeva, Zəkiyyə Mahmudova (Z. Mahmudova kimi), S. Səfərova, S. Ağayeva, E. Popova Redaktor: Aydın Dadaşov Filmin direktoru: Q. Nəzərova == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 316–317.
Qaranlıqdan çıxmaq
"Qaranlıqdan çıxmaq" (ivr. ‏עלטה‏‎, ərəb. ظلام‎, ing. Out in the Dark) — israilli rejissor Mixael Mayerin 2012-ci ildə, dram janrında çəkilmiş filmi. Filmin təqdimatı ilk dəfə Toronto Film festivalında, 2012-ci ilin sentyabr ayında baş tutmuşdu. İsrail kinoteatrlarında film seyircilərə 28 fevral 2013-cü ildə təqdim olunmuşdu. Bu, İsraildə anadan olmuş və hal-hazırda Los Ancelesdə yaşayan rejissor Mixael Mayerin ilk tammetrajlı debüt filmi hesab olunur. Baş rolda Nikolas Yakob (Nimr Məşravi obrazında) və Mixael Aloni (Roy Şefer obrazında) oynamışdırlar. 96 dəqiqə davam edən dram filmi, İsrail-Fələstin münaqişəsinin müxtəlif tərəflərindən olan iki homoseksual kişi arasında baş vermiş romantik əlqələrdən bəhz edir. == Filmin xülasəsi == Nimr xaricdə təqaüd almaq arzusunda olan iddialı Fələstinli psixologiya tələbəsidir.
Gün çıxması əməliyyatı (Vyetnam müharibəsi)
Gün çıxması əməliyyatı (ing. Operation Sunrise) — Vyetnam müharibəsi zamanı Cənubi Vyetnamın Vyetkonqa (VC) qarşı uzunmənzilli əks-hücumunun ilk mərhələsi. 1962-ci ilin martında Birləşmiş Ştatlarla birlikdə başladılan əməliyyatın məqsədi müasir ABŞ hökumət sənədlərinə görə "Vyetkonqu Sayqondan 40 mil şimal-qərbdəki ərazidən təmizləmək" idi. Sayqondan 35 mil (56 km) uzaqlıqda yerləşən Binzıonq vilayətinin Benkat rayonundan Teynin və Fıoktuy vilayətlərini əhatə etmişdir. "Strateji hamletlər" anlayışı "Gün çıxması" əməliyyatının bir hissəsi kimi formalaşdırılmışdı və əməliyyat bunun əsasında yaranmış Strateji Hamlet Proqramı üçün "sınaq sahəsi" rolunu oynayırdı. Əməliyyat daha geniş Ürəklər və ağıllar kampaniyasının bir hissəsi olaraq istənilən effekti verə bilməmişdir. Ərazidə Vyetkonq elementlərinin sayının azaldılmasında uğur qazanılmasına baxmayaraq, yerli vətəndaşlar öz evlərindən çıxarılmasının əleyhinə idilər. 70 ailənin könüllü olaraq köçürülməsi və daha 140 ailənin hədə-qorxu ilə köçürülməsi nəticəsində yerli əhalinin müharibə səylərinə dəstəyi şübhə altına düşmüşdü. ABŞ Beynəlxalq İnkişaf Agentliyi köçürülən ailələrə 300 min dollar təzminat ayırmışdı. ABŞ əsgərlərinin hamletlərə baxışları bəzən rəğbətlə qarşılanırdı, general Tomas Bovenin saxladığı əsgər mahnılarından ibarət mahnılar toplusunda hamletlərdə saxlanılan kəndlilər ilə empatiya hissi nümayiş olunurdu.
İnternetə çıxış
İnternetə çıxış — fiziki şəxslərin və təşkilatların kompüter terminalları, kompüterlər və digər cihazlardan istifadə edərək internetə, e-poçt və ümumdünya hörümçək toru kimi xidmətlərə daxil olmaq üçün qoşulmaq imkanı. İnternetə çıxış müxtəlif şəbəkə texnologiyaları vasitəsilə geniş diapazonda verilənlərin ötürmə sürətində əlaqə təmin edən internet xidmət provayderləri (ISP) tərəfindən satılır. Bir çox təşkilatlar, o cümlədən artan sayda bələdiyyə qurumları, həmçinin pulsuz simsiz giriş və stasionar telefonlar təmin edir. İnternetə çıxış imkanları bir vaxtlar məhdud idi, lakin sürətlə artmışdı. 1995-ci ildə dünya əhalisinin yalnız 0.04%-nin internetə çıxışı var idi ki, onlardan yarıdan çoxusu ABŞ-də yaşayırdı. XXI əsrin ilk onilliyində inkişaf etmiş ölkələrdə bir çox istehlakçılar daha sürətli genişzolaqlı texnologiyadan istifadə edirdilər və 2014-cü ilə qədər dünya əhalisinin 41%-i çıxış əldə etmişdi. Genişzolaqlı internet demək olar ki, bütün dünyada mövcud idi və qlobal orta əlaqə sürəti saniyədə bir meqabiti keçmişdi. == Tarixi == === Erkən dövrlər === İnternet ABŞ hökuməti tərəfindən hökumət daxilində, həmçinin ABŞ-dəki universitetlər və tədqiqat laboratoriyalarında layihələri dəstəkləmək üçün maliyyələşdirilən ARPANET əsasında inkişaf etdirilmişdir. Bu, zaman keçdikcə dünyanın əksər böyük universitetlərini və bir çox texnologiya şirkətlərinin tədqiqat qollarını əhatə etmişdi. Daha geniş auditoriya tərəfindən istifadə yalnız 1995-ci ildə kommersiya trafikinin daşınması üçün internetdən istifadəyə qoyulan məhdudiyyətlərin aradan qaldırılması ilə baş vermişdi.
İnternetə çıxış hüququ
İnternetə daxil olmaq hüququ və ya internetə çıxış hüququ — internet tərəfindən dövlət tərəfindən təmin edilməli olan ayrılmaz insan hüquqlarından biri kimi nəzərdə tutulur, çünki özü azadlıq hüququnun həyata keçirilməsini təmin edir. == Tarixi == 2003-cü ilin dekabrında Birləşmiş Millətlər Təşkilatının himayəsi altında Ümumdünya İnformasiya Cəmiyyəti Sammiti (ÜİCS) keçirildi.