Çaxmaqlı düşərgəsi
Çaxmaqlı düşərgəsi - Azərbaycanda mustye mədəniyyəti dövrünə aid abidə.
Çaxmaqlı düşərgəsi Kiçik Qafqazın aşağı dağlıq ətəyində, İncəsu-Təvədöy çayı hövzələri arasında II Şıxlı kəndindən 7 km cənubda yerləşir. Məmulat yayılan sahə 60x40 m ölçüdədir. Daş məmulatı arasında 365 əşya vardır. Bundan 58-i nüvə, 153-ü alət, 30-u qəlpə və tullantılardır. Düşərgədə boz çaxmaqdaşından istifadə olunmuşdur.
== Aşkar edilmiş alətlərin tipləri ==
Alətlər aşağıdakı tiplərdən: belli qaşovlar 10, iri, hündür qaşovlar 6, batıq qaşovlar 10, narın dişəkli qaşov 4, tutacaqlı bıçaqlar 5, gəzli alətlər 10, dişlilər 25, uc qaşovları 39 ədəddən ibarət olmuşdur. Uc qaşovları tip dəyişkənliyi, kamil işlənmələri və aydın seriyaları ilə seçilir.
Uclu qaşovların tipləri: yuxarı ucda olanlar – 15, qaşov ağızlı yanlarla birləşənlər – 4, hündür tiplər – 6, buruncuqlu – 2,iki başlı, dimdik çıxıntılı – 6, vurma səthi üstdə olan – 1. Başqa alət növləri: iskənşəkilli – 6, yarpaqşəkilli itiuclu, iti ucu küncdə olan – 7,deşici – 5, qısa iti çıxıntılar (şiplər) -11, dimdikşəkilli alət – 19, çoxvəzifəli alətlər – 3 və kəsərdən ibarətdir.