ÇİG

I
(Dərbənd, Tabasaran)
bax çiy II. – Saba-saba bağçeyə girmağ ulməyədu çigdən (Dərbənd)
II
(Dərbənd)
bax çiy IV. – Dolmiyə qatığa gəlmişdi, qatığ yoxudu çiğ vərdim. – Qeymağin dibinnən çıxana çiğ diyədig
III
(Dərbənd, Tabasaran)
çiskin, narın yağış
ÇİDARRI
ÇİGİRTGƏ
OBASTAN VİKİ
Palazzo Çigi-Saraçini
Palazzo Çiqi-Saraçini İtaliya, Toskana, Sienanin mərkəzində Terzo di Çittada olan Via di Çittadakı qotik tipli şəhər sarayıdır. 2014-cü ildə Accademia Musicale Chigiana burda yerləşirdi. XII əsrdə Mareskotti ailəsi tərəfindən tikilmişdir. Qalqano Luçarini Saraçininin evi idi və sonra Fabio Çiqi Luçarini Saraçininin mülkü oldu. Saray, "əyri fasad və arxa həyətə malik qotik gözəlliyi" kimi təsvir olunur. XII əsrin ortalarından etibarən qala sahibi olan Sieanın aristokratik Mareskotti ailəsi o gün sarayın yanında qüllə tikdi. Onların emblemi (uzanan qanadları olan bir qartal) fasadın çarx pəncərələrində görünürdü. Sonradan yenidənqurma işləri qotik strukturuna gətirib çıxardı. 1506-cı ildə Piççolimini-Mandoli ailəsi binanı satın aldı və bir İntibah memarlığı üslubunda saray daxili, kortil və lojistik bərpa etdi. 1770-ci ildə sahibi Marçantonio Saraçini 1824-cü ilə qədər davam edən binanın bərpasını həyata keçirdi, oğlu Qalqanoya miras qaldı.
Çigil
Çigil — Xəzər dənizində, Bakı arxipelaqında Azərbaycana məxsus ada. Məskunlaşmamış adadır. Palçıq vulkanı mənşəlidir. Ərazisi 0,4 km² təşkil edir. Sahilləri hündür və yalnız cənub-şərq tərəfdən ensiz sahil zolağı ilə əhatə olunmuşdur. Cənub-Şərq hissədə bir necə palcıq vulkanı var. Adanın uzunluğu 585 m, eni 425 m-dir. Sahildən 16,9 km məsafə ayırır. Maksimal hündürlük 5 m təşkil edir. Bəndovan burnundan cənubda yerləşir.
Çigillər
Çigillər — orta əsrlərdə mövcud olmuş türk tayfası. Çigillərin izləri Azərbaycanda Çigilçay / Çikilçay və Çigil adası kimi yer adlarında görülür. Türk xalqları iki – şimal və cənub qrupuna ayrılmışdı. Şimal qrupunu qıpçaqlar, peçeneqlər, tatarlar, qırğızlar təşkil etdiyi halda, cənub qrupunu uyğurlar, tabğaclar, çigillər, toxsılar, yağmalar, cumullar, çaruklar və digərləri təşkil edirdi. Orta çağ müəlliflərinə görə, Çiğillər Tarazdan insan sesi uzaqlıqdadır.. Toxsılar və Çiğillər ölkələrində Saplığ Kayas, Ürünğ Kayas ve Qara Kayas üç şəhər, bu adla anılır. Prof. Yu. A. Zuev, Early Turks: Essays of history and ideology Chavannes, Édouard (1900), Documents sur les Tou-kiue (Turcs) occidentaux. Paris, Librairie d’Amérique et d’Orient.
Çigirin
Çigirin — tarixin daha erkən çağlarında bir Osmanlı şəhəri olmuş, indi Ukraynanın Çərkəz vilayəti (Çerkessk) mərkəzidir. Qara Klobukların xələfi olan çərkəzlərin yurdu olan Çigirin Tasma çayının (Dneprin qolu) üstündə, Funquklu stansiyasının yaxınlığında yerləşir. Artıq XVI əsrdən kazak və kalmIkların ardıcıl hücumlarına məruz qalmaqda idi (Rus mənbələrində də həmin zamanlardan adı çəkilməyə başlayır). Çox keçmir ki, talançı kazakların ələ keçirib qışlaq kimi istifadə etdikləri qala 1677–1681-ci ildə Ukrayna hetmanı Boqdan Xmelnitskinin iqamətgahına çevrilir. 1676–1681-ci illərin Rus-Türk müharibəsində Çigirin qalası qanlı döyüş meydanına dönür, dəfələrlə əldən-ələ keçir. Qala uğrunda döyüşlərə İbrahim paşa, ikinci yürüşdə Qara Mustafa başçılıq edirdi. Rus-kazak birləşmiş qoşunlarına general Q. Romadonovski (I Pyotr gələcəkdə ona "Knyaz ata" ləqəbi verir) və rusların, daha obrazlı deyilsə "moskal"ın sədaqətli və üzüyola tərəfdaşı hetman İ. Samoyloviç başçılıq edirdilər. Böyük Kasım xanlığınin ruslarin əlinə keçməsilə hələ kiçikkən xristianlığa gətirilib Vasili adı verilən Seyid Bürhan da rusların qardaşı qardaş üstünə salması məqsədinə müvafiq olaraq öz kasımlıları ilə döyüşlərdə iştirak edirdi Mühüm siyasi və hərbi strateji mövqeyə sahib olan Çigirin qalasının əldən getməsilə Osmanlı imperiyasının Ukraynadakı mövqeyi də yavaş-yavaş zəifləməyə üz qoyurdu. 1681-ci ildə Baxçasaray sülh müqaviləsi imzalandı. Onun ilk şərti 20 illik sülh əldə etmək, bu müddətdə müharibənin yolverilməzliyinə nail olmaq idi.