ÇİY

I
(Şəki)
nəm, yaş. – Çiy olanda tay bağlı:llər tütünü, çiy olanda ovulmur
II
(Şəki, Tabasaran)
şeh. – Gecələr çiy uladu (Tabasaran)
III
(Şəki)
məc. – kobud, yersiz. – Mən hunnan hələ çiy söz eşitməmişəm
IV
(Dərbənd)
üzü yığılmış, üzsüz süd
ÇİVZƏ
ÇİYƏ
OBASTAN VİKİ
Çiy
Aphanopleura (lat. Achnatherum) — Qırtıckimilər fəsiləsinə aid bitki cinsi. Achnatherum və Stipa cinsi arasında bir neçə növ dəyişikliyi olmüşdur. İki yaxından əlaqəli cins arasında taksonomiya hələ də qeyri-müəyyəndir. Achnatherum hymenoides növü erli amerikalılara yemək mənbəyi kimi faydalıdır. Achnatherum brachychaetum növü isə ən zərərli ot bitkisi olaraq bilinir. Achnatherum acutum (Swallen) Valdés-Reyna & Barkworth Achnatherum aridum (M.E.Jones) Barkworth Achnatherum bloomeri (Boland.) Barkworth Achnatherum bromoides (L.) P. Beauv. Achnatherum brachychaetum (Godr.) Barkworth Achnatherum calamagrostis (Stipa calamagrostis) (L.) Beauv. Achnatherum capense (L.) P. Beauv. Achnatherum caragana (Trin.
Çiy küftə
Çiy küftə — Türk mətbəxində yemək, Türkiyənin Urfa bölgəsində çox yayılıb. Urfadan kənarda Türkiyənin Adıyaman, Qaziantəp, Diyarbəkir, Mardin, Adana bölgələrində bir qədər fərqliliklə hazırlanır. Çiy küftə içindəki yarmanın şişməsi nəzərə alınaraq tez yeyilməlidir. Çiy küftədə çiy ət olduğundan Türkiyə Səhiyyə Nazirliyi onun hazırlanmasını qadağan etmişdir. Çiy küftənin ilk dəfə İbrahim peyğəmbərin anası tərəfindən, qıtlıq dövründə yarma və ceyran ətini daşla döyərək hazırlandığına inanılır. Hazırlanması : Əvvəlcə yarma, qıyılmış ət ya da yağda qızardılmış yumurta, sous, soğan, cəfəri və ədviyyatlar bir yerdə qarışdırılır. Kahı yarpağı ilə birlikdə Urfa ev çörəyi ilə yeyilir.
Çiy (film)
Çiy (ing. Raw, fr. Grave) — 2016-cı ildə ekranlara çıxan Fransa–Belçika istehsalı qorxu-dram filmi. Həyatı boyu vegetarian olan Castin, yeni daxil olduğu baytarlıq məktəbində çiy ət yemək məcburiyyətində qalır. Bu təcrübə onun ətə olan baxışını tamamilə dəyişir. Garance Marillier — Justine Ella Rumpf — Alexia Rabah Naït Oufella — Adrien Laurent Lucas — Ata Joana Preiss — Ana Bouli Lanners — Şofer Marion Vernoux — Tibb bacısı Jean-Louis Sbille — Professor focusfeatures.com/raw/ — Çiy rəsmi saytı Çiy — Internet Movie Database saytında.
Mərcili çiy küftə
Lazım olan ərzaqlar: 100 qram qırmızı mərci, 100 qram narın bulğur, 1 baş soğan, 1az cəfəri, 2 xörək qaşığı tomat (pamidor əzməsi) duz, istot (qirmizi+qara), sarıkök (yoxdursa problem deyil), Bitki yağı (günəbaxan və ya zeytun yağı). Bəzək və qarnitur üçün Kahı yarpaqları. Hazırlanması: Deməli, bir qazana 2 stəkan su(təxminən) və mərcini əlavə edib, mərci əzilib, bişənə qədər qaynadırsınız. Arabir mərcini qarışdırmanız məshləhətdir. Sonra (suyu çox qurumamalıdır=normal qarışım olmalidir) Bu prosedur bitdikdən sonra 100 qr bulgurumuzu bişmiş mərcimizin üzərin\ töküb, narım-narın cəfəriləri də doğrayıb, üzrinə tökürük və qarışdırırıq yaxşıca. Sonra ayrı bir tavaya soğanları xırda-xırda doğrayıb üzərinə çıxana qədər bitki yağı əlavə edib, soğanları yaxşıca qızardırıq və üzərinə duz və sarıkök əlavə edib, qızardırıq. Ən sonda 2 qaşıq tomatımızı da əlavə edib, ocaqdan götürürük və isti-isti bulgurlu, mərcili qarışığımızın üzrinə soğanı ve qirmizi istiot əlavə edib, yaxşıca yoğururuq və əlimizdə küftə halına gətirib əvvəlcədən təmizlənmiş kahı yarpaqlarının üzərinə düzürük.
Meşə çiyələyi
Meşə çiyələyi (lat. Fragaria vesca) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin çiyələk cinsinə aid bitki növü. Çiyələyin məlum olan 20 növündən bir növü – meşə çiyələyi Azərbaycanın dağ-meşə rayonlarında çox geniş yayılmışdır və ehtiyatı çoxdur. Meşə çiyələyi mayın axırı, iyunun əvvəllərindən başlayaraq bütün yayı çiçəkləyir. Çiçəkləri ağ rəngli olub ətirlidir. Meyvələri iyunavqustda yetişir. Meyvələri ətirli, şirin, meyxoş olub, forması yumurtavari və uzun konusvaridir. Rəngi qırmızı, ağ, bəzən bənövşəyi olur. Çiyələk xırda meyvəciklərin birləşməsindən əmələ gəlib, hər meyvəciyin üzərində qeyri-həqiqi xırda sarı toxum yerləşir. Meşə çiyələyinin tərkibində 6% şəkər (fruktoza və qlükoza), 1,5% üzvi turşu (alma, limon), 1,5% azotlu maddə, 0,4% aşılayıcı maddə, 1,3% pektinli maddə, 20-50 mq% C vitamini, 3,5 mq% karotin, dəmir və kalium duzları, efir yağları vardır.
Paynberi çiyələyi
Paynberi çiyələyi — nəsli kəsilmək üzrə olan unikal çiyələk növü. Bu çiyələk növünün vətəni Cənubi Amerikadır. Kal halda gilələri yaşıl olur, dad və iyinə görə isə ananası xatırladır. Holland fermerleri bu giləmeyvəyə Cənubi Amerikada rast gəldikdən sonra, onu istixanalarda müvəffəqiyyətlə yetişdirmiş və nəsli kəsilmək təhlükəsini nisbətən aradan qaldırmışlar.
Yaşıl çiyələk
Yaşıl çiyələk (lat. Fragaria viridis) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin çiyələk cinsinə aid bitki növü. Avropadan Sibir və Türkiyəyə qədər yayılmışdır.
Çiyanə (Piranşəhr)
Çiyanə (fars. چيانه‎) - İranın Qərbi Azərbaycan ostanının Piranşəhr şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 390 nəfər yaşayır (63 ailə).
Çiyanə (Sulduz)
Çiyanə (fars. چيانه‎) — İranın Qərbi Azərbaycan ostanının Sulduz şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 2,283 nəfər yaşayır (551 ailə).
Çiyin
Çiyin (lat. brachium) — yuxarı ətrafın şöbəsi. Çiyin qurşağı və ön kol arasında yerləşir və müvafiq olaraq çiyin birləşməsi və dirsək vasitəsilə onlara birləşir.
Çiyin sümüyünün sınıqları
Çiyin sümüyünün sınıqları — mexaniki təsirin xarakterindən asılı olaraq (qabağa uzadılmış əlin və bədənə sıxılmış əlin üstünə yıxıldıqda) çiyin sümüyü baş hissəsində, üst 1/3, orta 1/3 hissədə sına bilər, lakin iri damarların və sinirlərin zədələnməsi ehtimalı olan daha təhlükəli sınıqlar çiyin sümüyünün aşağı hissəsindədir. Sınığın istiqamətindən asılı olaraq əlamətlər: kəskin ağrı; şişkinlik; qançır; deformasiya; qeyri-adi hərəkət; ətrafın qısalması; vəzifəsinin məhdudlaşması baş verir. Yalnız uşaqlarda sınıqlar zamanı çiyin sümüyünün sınıqlarında sınmış sümük fraqmentləri istiqamətini dəyişmir ("yaşıl budaq tipi") və yuxarıda göstərilən əlamətlər inkişaf etmir. Sınıq yerindən asılı olmayaraq çiyin sınıqlarında nəqliyyat immobilizasiyası üçün standart şina ilə iki taxta parçasından istifadə etmək olar; birini qoltuqaltı nahiyədən, digərini-yuxarıda əks tərəfdən qoyurlar. Bintləmə zamanı köməkçi zədələnmiş əli 900 bucaq altında əyərək, ətrafı azca bədəndən kənarlaşdırıb bu vəziyyətdə saxlayır, sonra çiyin nahiyəsini–döş qəfəsində, mil-bilək sümüyünü qarın nahiyəsinin yuxarı hissələrində bənd edərək, əli gövdəyə bintləyirlər. Şina qoyulmuş əlin ləçəkvari sarğıdan salınması məqsədəuyğun deyil, ona görə ki, o çiyin oynağının lazımi qədər hərəkətsizliyini təmin etmir. Çiyin; Sınıqlar; Zədə; Yara; Sarğı; Sümük.
Çiyinayaqlılar
Çiyinayaqlılar (lat. Brachiopoda) — heyvanlar aləminə aid heyvan tipi. Oturaq həyat keçirən dəniz heyvanlarıdır. Bədənin qarın və bel səthini uzunluğu 10 sm-ə qədər olan ikiqapaqlı çanaq örtür. Substrata saplaq vasitəsilə yapışır. Ayrıcinsiyyətlidir. İnkişafı metamorfozladır. 200-ə qədər növü məlumdur. Qazıntı halında tapılmış növlərin sayı 7000-ə çatır. Qalıqlarına Kembri dövründən rast gəlmək olur.
Çiyinayaqlılar (Brachiopoda)
Çiyni
Çiyni (Ağsu) — Azərbaycanın Ağsu rayonunda kənd. Çiyni (Ucar) — Azərbaycanın Ucar rayonunun Qaradağlı kənd inzibati ərazi dairəsində kənd. Yuxarı Çiyni — Azərbaycanın Ucar rayonunun Ənvər Məmmədxanlı kənd inzibati ərazi dairəsində kənd.
Çiyni (Ağsu)
Çiyni — Azərbaycan Respublikasının Ağsu rayonunun Çiyni kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 4 dekabr 2001-ci il tarixli, 228-IIQ saylı Qərarı ilə Ağsu rayonunun Çiyni kəndi Ərəbsarvan kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla Çiyni kənd inzibati ərazi dairəsi yaradılmışdır. Çiyni kəndi Ağsu rayonun qədim və keçmiş tarixə malik olan kəndlərindən biridir. Çiyni kəndinin (təxminən 1814-1823-cü illəri əhatə edir) 200-250 illik tarixi vardır. Kənd Şirvan düzündə, Ağsu-Kürdəmir magistiral yolunun 12 km-liyində, yoldan 5–6 km aralıda yerləşir. Əhalisi 1100 nəfərdir, kənddə 220 ev var. Kənd əhalisinin əsas məşğuliyyətini əkinçilik və maldarlıq təşkil edir. Bundan başqa kənddə taxılçılıq, tərəvəzçilik və meyvəçilik də inkişaf etmişdir. Kənddə mədəniyyət evi və park var. Kənddə məktəb və uşaq bağçası fəaliyyət göstərir.
Çiyni (Ucar)
Çiyni — Azərbaycan Respublikasının Ucar rayonunun Qaradağlı kənd inzibati ərazi dairəsində kənd. Şirvan düzündədir. Çiyni kəndinin oykonimi çiyni tayfasının adını əks etdirir. Etnotoponimdir. XVI əsrdə qızılbaş tayfalarından biri olan və mənşəcə qacar tayfasına mənsub çiyniləri Səfəvi şah Təhmasib (1524-76) üsyankar xarakterlərinə görə ölkənin müxtəlif ərazilərində yerləşdirmişdi. İran ərazisində çiynilər daha geniş yayılmışdılar.
Çiyni bələdiyyəsi
Çiyni bələdiyyəsi (Ağsu) — Ağsu rayonunda bələdiyyə. Çiyni bələdiyyəsi (Ucar) — Ucar rayonunda bələdiyyə.
Çiyni bələdiyyəsi (Ağsu)
Ağsu bələdiyyələri — Ağsu rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Çiyo Miyako
Çiyo Miyako (yap. 都 千代, Miyako Chiyo, 2 may 1901, Vakayama prefekturası, Yaponiya imperiyası – 22 iyul 2018, Yokohama ) ― 21 aprel 2018-ci il tarixində Nəbi Tacimanın ölümündən sonra üç ay ərzində təsdiqlənmiş ən yaşlı yaşayan insan olanyapon uzunömürlü. Miyako 2 may 1901-ci ildə Yaponiyanın Kanaqava şəhərində anadan olub. Violet Braun 2017-ci ilin sentyabrında öldükdən sonra ikinci ən yaşlı insan oldu. Altı ay dünyanın ən yaşlı insanına çevrilənə qədər bu titula sahib olacaqdı. Miyako 117 yaşında, 22 iyul 2018-ci il tarixində doğulduğu yer - Yaponiyanın Kanaqava şəhərində tənəffüs çatışmazlığından öldü.
Çiyo Uno
Çiyo Uno (yap. 宇野千代; 28 noyabr 1897, Yokoyama[d], Yamaquçi prefekturası – 10 iyun 1996[…], Tokio[d], Yaponiya) – Yaponiya yazıçısı, nəşrçisi və dəb dizayneri. XX əsrin ən tanınmış qadın Yaponiya yazıçılarından biri hesab olunur. 1936-cı ildə qurduğu, Yaponiyanın ilk dəb jurnalı olan "Sutairu" jurnalına görə tanınır. İkinci dünya müharibəsindən sonra Qərb dünyasına ixrac etdiyi kimono dizaynları ilə məşhurlaşıb. "Rəng etirafları" (1935) və "Arvad" (1957) ən məşhur romanlarıdır. 28 noyabr 1897-ci ildə Yamaquçi prefekturasının İvakuni (keçmiş Yokoyama) şəhərində doğulub, həyatının böyük hissəsini Hokkaydo və Tokioda keçirib. Uşaqlığında evindəki qadağalara baxmayaraq, jurnal və qəzetlərə böyük marağı olub. 18 yaşında yaxınlıqdakı ibtidai məktəbdə müəllim kimi işləməyə qərar verib. Daha sonra Tokioya köçərək xidməti işlərdə işləməyə başlayıb.
Çiyoda
Çiyoda — Tokionun xüsusi rayonlarından biri.
Çiyələk
Çiyələk (lat. Fragaria) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinə aid bitki cinsi. Toxumları meyvənin üzərində (xaricdə) yerləşən azsaylı meyvələrdən biridir. Əksər meyvələrin toxumları meyvənin içərisində yerləşdiyi halda çiyələk istisnalıq təşkil edir. Azərbaycanın dağ-meşə rayonlarında çox geniş yayılmışdır. Quba, Xaçmaz, Qusar, Şəki, Zaqatala, Lənkəran rayonlarında bu bitkinin ehtiyatı çoxdur. Xalq təbabətində çiyələyin meyvəsindən podaqra və böyrəklərdə daş əmələgəlmə xəstəliyində, yarpaqlarında isə sidikqovucu dərman kimi istifadə edilir. Çiyələk eyni zamanda orqanizmin maddələr mübadiləsini yaxşılaşdırır və həzmolmanı asanlaşdırır, qaraciyərin və kisəsinin iltihabını aradan qaldırır. Çiyələk avitaminoz xəstəliyinə qarşı da yaxşı təsir göstərir. Meşə çiyələyinin meyvələrində bir sıra vacib maddələr vardır.
Çiyələk ağacı
Çiyələk ağacı (lat. Arbutus) — bitkilər aləminin erikaçiçəklilər dəstəsinin erikakimilər fəsiləsinə aid bitki cinsi.
Supermarketdə çiyələklər
Supermarketdə çiyələklər (serb. Јагода у супермаркету) — 2003-cü ildə çəkilmiş bədii film. Filmin prodüseri tanınmış rejissor — Emir Kusturitsa idi. Yuqoslaviya 90-cı illər. Belqradın ətrafında yerləşən bir provinsial şəhərcikdə əsl amerikan supermarketi açılır. Marketin işçi heyəti yerli sakinlərdən yığılır. Kasirlərdən biri — Yaqoda adlı qız sevgi tapmaq arzusundadır. Ancaq axşam amanı Yaqoda bir yaşlı qadına xidmət etməktən imtina edir. Bir gün mağazaya Marko adlı terrorçu daxil olur. O, onun nənəsinin personal tərəfindən incitdiyini deyərək, işçiləri girov götürür və onları gülləyəcəyi ilə hədələyiir.
Açıq çiyinli don
Açıq çiyinli don — çiyin qayışları və ya digər görünən vasitələri olmayan geyim növüdür. O, adətən altdan geyinilən korset və ya büsqalter tərəfindən saxlanılır, korsetin sıx olması paltarın yerindən aşağıya tərəf enməsinə mane olur. == Tarixi == Deyilənə görə müasir Açıq çiyinli paltar ilk dəfə 1930-cu illərdə ortaya çıxdı, burada Mainbocher və 1940-cı illərin sonundan etibarən Christian Dior kimi dizaynerlər tərəfindən populyarlaşdırıldı. Life jurnalının 18 iyul 1938-ci il sayında iddia edilirdi ki, "tamamilə qayışsız, qolsuz gecə paltarı" 1937–38-ci illərin ixtirasıdır. Bununla belə o, 1930-cu ildə aktrisa Elizabet Holman tərəfindən əvvəlcədən hazırlanmışdı. O, həmin il açıq çiyinli paltarda çəkilmişdir. Holman həmin paltarla əlaqələndirildi və müntəzəm olaraq onu icad edən və tanıdanlardan biri kimi tanınır. Paltarlar İkinci Dünya müharibəsindən sonra da populyar olaraq qaldı, üslub bəzən "çılpaq görünüş" kimi təsvir edildi. Bu dövrün ən məşhur paltarlarından biri Rita Heyvortun Gilda mahnısı və rəqs proqramı üçün geyindiyi qara paltar idi. Heyvortun performansı izləyicilərə göstərdi ki, bu paltarlar bədəndən sürüşmə riski olmadan hərəkət etmək və rəqs etmək üçün kifayət qədər təhlükəsiz ola bilər.

Digər lüğətlərdə