ÜLVİ

1. ÜLVİ Şəfqət! Nə ülvisən, şəfa səndədir; Ağır xəstələrə dava səndədir (M.Rahim); MÜQƏDDƏS (məc.) Coşdu könlümdə müqəddəs əməlim (S.Rüstəm); UCA (məc.) Gözəldir bir uca əməl bəsləyib; Bu əməl uğrunda qan-tərə batmaq (M.Müşfiq); ALİ, YÜKSƏK.

2. ÜLVİ, TƏMİZ, PAK

ÜLÜŞ
ÜMDƏ
OBASTAN VİKİ
Almaz Ülvi
Almaz Ülvi (Almaz Qasım qızı Binnətova; 8 avqust 1960, Kəsəmən, Basarkeçər rayonu) — Azərbaycanlı ədəbiyyatşünas, yazıçı-publisist, filologiya elmləri doktoru (2010). Nəvaişünas, Özbək ədəbiyyatı tədqiqatçısı. Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunun "Azərbaycan-Türkmənistan-Özbəkistan ədəbi əlaqələr" şöbəsinin müdiri. == Həyatı == Almaz Ülvi 1960-cı il avqustun 8-də Göyçə mahalının Kəsəmən kəndində müəllim ailəsində doğulmuşdur. Həmin kənddə orta məktəbi fərqlənmə ilə tamamlamış (1967–1977) və Bakı Dövlət Universitetində ali təhsil almışdır (1978–1984). 1986–1988-ci illərdə Azərbaycan Dillər Universitetinin ikiillik fars dili kurslarını bitirmişdir. Almaz Ülvi AMEA Nizami adına Ədəbiyyat İnstitunun "Türk xalqları ədəbiyyatı" şöbəsində baş elmi işçi vəzifəsində çalışıb (şöbə yaranan gündən). 1995-ci ildə "Demokratiya və milli müstəqillik uğrunda mübarizənin poeziyada əksi" mövzusunda namizədlik dessertasiyası müdafiə etmişdir. 2010-cu ildə Almaz Ülvi "XX əsr Azərbaycan ədəbiyyatşünaslığında özbək klassiklərinin yaradıcılığı" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. 1984–1993-cü illərdə "Ədəbiyyat və incəsənət" qəzetində, 1993–1997-ci illərdə "Dövlət Əmlak Komitəsi"ndə mətbuat xidmətinin rəhbəri kimi və 1997-ci ildən hal-hazıra kimi "Xalq qəzeti"nin "Ədəbiyyat və incəsənət" şöbəsində çalışır.
Ülvi Abışov
Ülvi Alışov
Ülvi Axundlu
Ülvi Axundlu — Avropa Şurası Baş Katibinin Moldovada xüsusi nümayəndəsi. Ülvi Axundlu 2002–2007-ci illərdə ATƏT-in Bakı ofisinin KİV siyasəti məsələləri üzrə müşaviri olub. 2007-ci ildə Strasburqda Avropa Şurası Mərkəzi Aparatına keçirilib və Kommunikasiyalar Departamentində KİV monitorinqi şöbəsinə rəhbərlik edib. 2010-cu ildən AŞ və Aİ-nin Moldovadakı birgə layihələrinə rəhbərlik edib. 2011-ci ildə Avropa Şurasının baş katibi Torborn Yaqland Azərbaycan vətəndaşı Ülvi Axundlunu özünün Moldovada xüsusi nümayəndəsi, qurumun Kişinyov ofisinin rəhbəri təyin edib. Ülvi Axundlu Avropa Şurası strukturlarında bu cür yüksək vəzifəyə təyin edilən ilk Azərbaycan vətəndaşı olub.
Ülvi Azayev
Ülvi Ağayev
Ülvi Bacarani
Ülvi İlqar oğlu Bacarani (27 yanvar 1995, Bakı) — Azərbaycan şahmatçısı, qrosmeyster (2013). Ülvi Bacarani 27 yanvar 1995-ci ildə Bakı şəhərində ziyalı ailəsində anadan olub. Şahmatla beş yaşından məşğul olmağa başlayıb. Birinci dərəcəni 7 yaşında alıb, 9 yaşda olarkən Bakı çempionatında qalib olub, daha sonra 10 yaşında Avropa və Dünya çempionatlarındakı medallarına görə FİDE ustası olub, 14 yaşında Beynəlxalq usta adını və 16 yaşında ən yüksək şahmat titulunu – Beynəlxalq qrosmeyster titulunu qazanıb. İlk müəllimi atası - İlqar Bacarani (beynəlxalq usta, beynəlxalq hakim, əməkdar məşqçi) olub. Respublika Şahmat Mərkəzində keçirilən U14 pempionatının qalibi, Bakı (Noyabr, 2004) 10 yaşa qədər oğlanlar arasında Bakı çempionu (2004, 2005) U12 kateqoriyasında 3 dəfə çempoin, Əbu-Dabi, BƏƏ (Avqust, 2005, 2006 və 2007) U10 kateqoriyasında beynəlxalq şahmat turnirinin qalibi, Tehran, İran (Fevral, 2005) U14 kateqoriyasında "Prezident kuboku" beynəlxalq şahmat turnirinin qalibi, Bakı (May, 2006) Açıq şahmat turnirinin mükafatçısı, Əbu-Dabi (BƏƏ, Avqust, 2006) U16 kateqoriyasında "Xəzər kuboku" beynəlxalq şahmat turnirinin qalibi, Rəşt, İran (Dekabr, 2007) Dubay-U12 kateqoriyasının qalibi (İyul, 2007) U20 kateqoriyasında beynəlxalq "Ramazan kuboku" şahmat turnirinin qalibi, Əbu-Dabi, BƏƏ (Sentyabr, 2008) U14 kateqoriyasında "Capella La Grande" açıq şahmat turnirinin qalibi, Fransa (Mart, 2009) U14 və U20 Azərbaycan Gənclər Çempionatının qalibi, Baku (Aprel, 2009) U14 kateqoriyasında "Dubay-Open" şahmat turnirinin qalibi, BƏƏ (İyul, 2009) U18 kateqoriyasında "Aeroflot-Open" beynəlxalq şahmat turnirinin qalibi, Moskva (Fevral, 2010) "PETROVSKAYA LADYA" turnirində ikinci yer, Peterhof, Rusiya (İyul, 2010) "Dünya gənc ulduzlar" turnirinin mükafatçısı, Kirişi, Rusiya (May, 2011) "İbn-Sina kuboku" turnirinin mükafatçısı, Həmədan, İran (İyun, 2011) U18 kateqoriyasında "Baku-Open" qalibi, Bakı, Azərbaycan (Avqust, 2011) Dünya azərbaycanlılarının həmrəyliyi günü münasibətilə bağlı turnirinin qalibi, Bakı, Azərbaycan (Dekabr, 2011) Azərbaycanın birini liqasının qalibi Bakı, Azərbaycan (Noyabr-Dekabr, 2012) U18 kateqoriyasında Azərbaycan Gənclər Çempionatının qalibi, Bakı, Azərbaycan (Mart, 2013) Ramazan blitz turnirinin qalibi, Əbu-Dabi, BƏƏ (İyul, 2013) Alushta GM Payız turnirinin qalibi, Ukrayna (Sentyabr, 2013) Milli müstəqillik günü münasibətilə Açıq turnirinin qalibi, Bakı, Azərbaycan (Oktyabr, 2013) Dünya azərbaycanlılarının həmrəyliyi günü münasibətilə Blitz turnirinin qalibi, Bakı, Azərbaycan (Dekabr, 2013) Şahmat üzrə kişilər arasında Azərbaycan çempionatının qalibi (İyun, 2014) Fuad Cəfərov xatirə turnirinin qalibi (play off) Bakı, Azərbaycan (Noyabr, 2014) U20 kateqoriyas;nda Najdorf Open A 2014 xatirə turnirinin qalibi, Varşava, Polşa (İyul, 2015) Blitz turnirinin mükafatçısı Arad, Rumıniya ( Avqust, 2015) Brasschat Open turnirinin qalibi, Belçika (Avqust, 2015) Fuad Cəfərov xatirə turnirinin qalibi (blitz), Bakı (Dekabr, 2015) Azərbaycan Respublikası Silahlı Qüvvələri günü münasibətilə sürətli şahmat turnirinin qalibi, Bakı (İyun, 2016) Azərbaycan Respublikası Silahlı Qüvvələri günü münasibətilə blitz turnirinin qalibi, Bakı (İyun, 2016) Qrosmeyster Ülvi Bacarani: Şahmatda hələ çox inkişaf edəcəm – MÜSAHİBƏ (az.) Rəsmi saytı (az.) Ulvi Bajarani. Chess-DB.com Arxivləşdirilib 2016-07-29 at the Wayback Machine (ing.) Ulvi Bajarani. 365chess.com (ing.) Ulvi Bajarani. fide.com (ing.) Ulvi Bajarani.
Ülvi Bünyadzadə
Ülvi Yusif oğlu Bünyadzadə (23 sentyabr 1969, Kəsəmən, Vardenis rayonu – 20 yanvar 1990, Bakı) — Azərbaycan şairi, publisist, "20 Yanvar şəhidi". Ülvi Bünyadzadə 23 sentyabr 1969-cu ildə Göyçə mahalının Basarkeçər rayonunun Kəsəmən kəndində ziyalı bir ailədə dünyaya göz açmışdır.5 yaşından yazıb-oxumağı bacarmış Ülvi 6 yaşında ilk şeirini yazmışdır. Ülvi Bünyadzadə ibtidai təhsilini Kəsəmən kəndində, orta təhsilini isə Daşkəsən kəndində almışdır. 1978-ci ildə Ülvinin valideynləri Kəsəmən kəndindən Daşkəsən kəndinə köçmüşdür. 12–13 yaşlarından sonra, ümumiyyətlə, bütün şagirdlik həyatı boyunca vaxtaşırı olaraq şeirləri, müxtəlif səpgili bədii və publisistik yazıları ilə "Daşkəsən" qəzetində çıxış etmişdir. Eyni zamanda rayonda fəaliyyət göstərən "Qoşqar" ədəbi birliyinin üzvlüyünə qəbul edilmişdir. Orta məktəbdə oxuduğu illərdə Ülvi həm də yeddillik musiqi təhsili almışdır. O, qarmon, tar, saz, piano, kamança kimi musiqi alətləri ilə çala bilirdi. 1986-cı ildə sənədlərini ADU-nun şərqşünaslıq fakültəsinin fars dili şöbəsinə vermiş, imtahanlarını müvəffəqiyyətlə versə də, müsabiqədən keçməmiş, Daşkəsən kəndinə qayıdaraq rayon təmir-tikinti idarəsində rəngsaz işləmişdir. 1987-ci ildə SSRİ-nin 50 illiyi adına APXDİ-nin ingilis dili fakültəsinə daxil olmuşdur.
Ülvi Cəfərov
Ülvi Hacıyev
Ülvi Həsənov
Ülvi Kərimov
Ülvi Mehdiyev
Ülvi Ramiz oğlu Mehdiyev (30 yanvar 1985, Bakı) — Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri. Ülvi Mehdiyev 1985-ci il yanvarın 30-da Bakı şəhərində anadan olub. Bakı Dövlət Universitetinin hüquq fakültəsinin bakalavr və magistratura pilləsini bitirib. Həmçinin ABŞ-nin Duke Universitetinin Adaptiv strateji idarəetmə proqramı üzrə təhsil alıb. 2005–2006-cı illərdə hərbi xidmət keçib. 2006–2009-cu illərdə Ədliyyə Nazirliyinin Qanunvericilik baş idarəsinin məsləhətçisi, aparıcı məsləhətçisi vəzifələrində çalışıb. Ailəlidir, 3 uşağı var. Ülvi Mehdiyev 2009–2012-ci illərdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsində məsləhətçi vəzifəsində işləyib. 2012-ci ildən Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsində sektor müdiri vəzifəsində çalışıb. Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 13 fevral tarixli sərəncamı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini vəzifəsinə təyin edilib.
Ülvi Mirzoyev
Ülvi Mirzoyev (11 avqust 1976, Bakı) — Azərbaycan alimi, invaziv kardioloq, Azərbaycan Kardiologiya Cəmiyyətinin sədri, I Türk Dövlətləri Kardioloji Qurultayın həmsədri. Azərbaycanda koronar angioqrafiya sahəsindəki fəaliyyətləri ilə tanınır. Mirzoyev Ülvi Əhəd oğlu 11 avqust 1976-cı ildə Bakıda anadan olmuşdur. 1993-cü ildə Azərbaycan Tibb Universitetinin müalicə işi fakültəsinə daxil olmuş və 1999-cu ildə məzun olmuşdur. 1999–2000-ci illərdə Elmi Tədqiqat Kardiologiya İnstitutunda internatura keçmişdir. 2000–2004-cü ildə Türkiyənin Ankara Universitetinin tibb fakültəsində təhsil almış və uzmanlıq dərəcəsi almışdır. 2009-cu ildə ABŞ-nin Ohayo ştatında yerləşən Klivlend klinikasında koronar müdaxilələrin İVUS ilə optimizasiyası, transkateter aortal qapaq implantasiyası üzrə ixtisaslaşmışdır. 2011-ci ildə Almaniyada Heydelberq Universitetində transkateter renal denervasiya üzrə ixtisaslaşma keçmişdir. 2015–2017-ci illərdə Türkiyənin Hacettepe Universitetində səhiyyənin təşkili və idarəçiliyi üzrə təhsil almışdır. 2018-ci ildə Azərbaycan Respublikası Prezidenti Yanında Ali Attestasiya Komissiyasının qərarı ilə tibb elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsini almışdır.
Ülvi Mahmudzadə
Sentyabr döyüşlərində şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçuları — aşağıda 2022-ci ilin 12–15 sentyabr tarixlərində Ermənistan-Azərbaycan sərhədində Ermənistan və Azərbaycan silahlı qüvvələri arasında baş vermiş silahlı toqquşma zamanı həyatını itirən Azərbaycan Silahlı Qüvvələrinin 80 hərbi qulluqçusu barədə məlumat verilmişdir. Silahlı toqquşma zamanı Quru Qoşunlarının 33 hərbi qulluqçusu, Xüsusi Təyinatlı Qüvvələrin 24 hərbi qulluqçusu, Komando Briqadalarının 14 hərbi qulluqçusu və Dövlət Sərhəd Xidmətinin 9 hərbi qulluqçusu şəhid olmuşdur. Hərbi qulluqçuların 79-u hərbi əməliyyatlar zamanı, 1-isə döyüşlərdən sonra müalicə aldığı hospitalda şəhid olmuşdur. Şəhid olanların 14-ü zabit, 19-u gizir, 27-si müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (çavuş və ya əsgər), 20-si isə sıravi əsgər (çağırışçı) idi. Şəhid olanların 32-si 2020-ci ildə Qarabağ müharibəsi zamanı hərbi əməliyyatlarda olmuşdu və müxtəlif orden və ya medallarla təltif edilmişdi. Azərbaycan Prezidenti İlham Əliyevin 5 noyabr 2022-ci il tarixində Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında şəhid olmuş Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Sərəncam imzaladı. Sərəncama əsasən Sentyabr döyüşləri zamanı şəhid olan 80 hərbi qulluqçusu "Vətən uğrunda" medalı ilə təltif edildi. Həmçinin həmin şəhidlərdən 30-u "Azərbaycan Bayrağı" ordeni, 18-i 3-cü dərəcəli "Rəşadət" ordeni, 32-si isə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edildi.
Ülvi Baxşəliyev
Ülvi Vaqif oğlu Baxşəliyev (8 aprel 1972) — Azərbaycan diplomatı. Azərbaycanın Moldovadakı səfiri. Ülvi Baxşəliyev 8 aprel 1972-ci ildə anadan olub. 1994-cü ildə Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsini bitirib. 2005-ci ildə Sumqayıt Dövlət Universitetinin İqtisadiyyat və idarəetmə fakültəsindən məzun olub. Rus, ingilis və fars dillərini bilir. 2001-ci ildə Azərbaycan Xarici İşlər Nazirliyinin ikinci Şərq İdarəsinin attaşesi olub. 2001-2006-cı illərdə Azərbaycanın İrandakı səfirliyinin üçüncü katibi, 2006-2009-cu illərdə isə Azərbaycan Xarici İşlər Nazirliyinin İkinci Şərq İdarəsinin birinci katibi kimi çalışıb. 2009-2012 və 2013-2017-ci illərdə Azərbaycanın Polşadakı səfirliyinin müşaviri kimi fəaliyyət göstərib. 2012-2013-cü illərdə Azərbaycan Xarici İşlər Nazirliyinin ikinci Avropa Direktorluğunun şöbə müdiri, 2017-2018-ci illərdə Azərbaycan Xarici İşlər Nazirliyinin İkinci Avropa İdarəsinin rəis müavini, 2019-2021-ci illərdə isə Azərbaycan Xarici İşlər Nazirliyinin Şərqi Avropa və Mərkəzi Asiya şöbəsinin müdiri vəzifəsində çalışıb.
Ülvi Həsənli
Ülvi Həsənli (tam adı: Ülvi Fəxrəddin oğlu Həsənov; d. 10 avqust 1987, Kirovabad) — Azərbaycan jurnalisti və siyasi fəalı. O, əvvəllər Dalğa Gənclər Hərəkatı, Azad Gənclik Təşkilatı, Demokratik Qüvvələrin Milli Şurası və NİDA Vətəndaş Hərəkatı kimi təşkilatlarda fəaliyyət göstərmişdir. Həsənli hal-hazırda "AbzasMedia"nın rəhbəridir. Fəaliyyət göstərdiyi dövrdə çoxlu təzyiqlər ilə üzləşən Həsənli 2023-cü ilin noyabr ayında saxlanılmış və cinayət məcəlləsinin 206.3.2-ci maddəsi (Bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) ilə ittiham edilmişdir. 18 avqust 1987-ci il tarixində Kirovabad (indiki Gəncə) şəhərində anadan olmuşdur. O, 2005-ci ildə Gəncə şəhər 29 saylı orta məktəbini bitirmiş və Azərbaycan Dövlət Neft Akademiyasına daxil olmuşdur, lakin siyasi fəaliyyətinə görə 2006-cı ildə akademiyadan uzaqlaşdırılmışdır. Həsənli sonradan 2008–2013-cü illərdə Azərbaycan Turizm ve Menecment Universitetində təhsil almışdır. 2000-ci illərdə Dalğa Gənclər Hərəkatında fəaliyyət göstərmiş və təşkilatın sədri olmuşdur. O, sonradan 2011-ci ildə yaradılmış Azad Gənclik Təşkilatının təsisçisi və sədri olmuşdur.
Ülvi Müseyibli
Ülvi Şakir oğlu Müseyibli (27 noyabr 1991; İsmayıllı rayonu, Azərbaycan — 5 noyabr 2020; Xocavənd rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. Ülvi Müseyibli 1991-ci il noyabrın 27-də İsmayıllı rayonunun Xəlilli kəndində anadan olub. Subay idi. Azərbaycan Ordusunun əsgəri olan Ülvi Müseyibli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Ülvi Müseyibli noyabrın 5-də Hadrutun azad edilməsi zamanı şəhid olub. İsmayıllı rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ülvi Müseyibli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirən zaman cəsarət göstərdiyinə, habelə qətiyyətli addımlar nümayiş etdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Ülvi Müseyibli ölümündən sonra "Döyüşdə fərqlənməyə görə" medalı ilə təltif edildi. Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Ülvi Müseyibli ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Ülvi Müseyibli ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Ülvi Məmmədov
Ülvi Nüsrətbəyli
Ülvi Arif oğlu Nüsrətbəyli (14 fevral 1999; Masallı rayonu, Azərbaycan — 12 oktyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. Ülvi Nüsrətbəyli 1999-cu il fevralın 14-də Masallı rayonunun Güllütəpə kəndində anadan olub. 2016-2020-ci illərdə Lənkəran Dövlət Universitetində (LDU) ali təhsil alıb. Subay idi. Ülvi Nüsrətbəyli 2020-ci ilin iyulundan Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə idi. Azərbaycan Ordusunun əsgəri olan Ülvi Nüsrətbəyli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Ülvi Nüsrətbəyli oktyabrın 12-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Masallı rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ülvi Nüsrətbəyli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Ülvi Nüsrətbəyli ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Ülvi Nəsirov
Sentyabr döyüşlərində şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçuları — aşağıda 2022-ci ilin 12–15 sentyabr tarixlərində Ermənistan-Azərbaycan sərhədində Ermənistan və Azərbaycan silahlı qüvvələri arasında baş vermiş silahlı toqquşma zamanı həyatını itirən Azərbaycan Silahlı Qüvvələrinin 80 hərbi qulluqçusu barədə məlumat verilmişdir. Silahlı toqquşma zamanı Quru Qoşunlarının 33 hərbi qulluqçusu, Xüsusi Təyinatlı Qüvvələrin 24 hərbi qulluqçusu, Komando Briqadalarının 14 hərbi qulluqçusu və Dövlət Sərhəd Xidmətinin 9 hərbi qulluqçusu şəhid olmuşdur. Hərbi qulluqçuların 79-u hərbi əməliyyatlar zamanı, 1-isə döyüşlərdən sonra müalicə aldığı hospitalda şəhid olmuşdur. Şəhid olanların 14-ü zabit, 19-u gizir, 27-si müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (çavuş və ya əsgər), 20-si isə sıravi əsgər (çağırışçı) idi. Şəhid olanların 32-si 2020-ci ildə Qarabağ müharibəsi zamanı hərbi əməliyyatlarda olmuşdu və müxtəlif orden və ya medallarla təltif edilmişdi. Azərbaycan Prezidenti İlham Əliyevin 5 noyabr 2022-ci il tarixində Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında şəhid olmuş Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Sərəncam imzaladı. Sərəncama əsasən Sentyabr döyüşləri zamanı şəhid olan 80 hərbi qulluqçusu "Vətən uğrunda" medalı ilə təltif edildi. Həmçinin həmin şəhidlərdən 30-u "Azərbaycan Bayrağı" ordeni, 18-i 3-cü dərəcəli "Rəşadət" ordeni, 32-si isə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edildi.
Ülvi Pənahov
Ülvi Nizami oğlu Pənahov (4 mart 2001; Nizami rayonu, Azərbaycan — 2 oktyabr 2020; Tərtər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. Ülvi Pənahov 2001-ci il martın 4-də Nizami rayonunun Keşlə qəsəbəsində anadan olub. Subay idi. Ülvi Pənahov 2019-cu ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə idi. Azərbaycan Ordusunun əsgəri olan Ülvi Pənahov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Ülvi Pənahov oktyabrın 2-də Madagizin azad edilməsi zamanı şəhid olub. Nizami rayonunun Şəhidlər Xiyabanında dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ülvi Pənahov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Ülvi Pənahov ölümündən sonra "Laçının azad olunmasına görə" medalı ilə təltif edildi.
Ülvi Qulamlı
Ülvi Şahin oğlu Qulamlı (24 may 1994; Mingəçevir, Azərbaycan — 20 oktyabr 2020; Ağdərə, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. Ülvi Qulamlı 1994-cü il mayın 24-də Mingəçevir şəhərində anadan olub. 2011-2012-ci illərdə Mingəçevir şəhərində 13 nömrəli tam orta məktəbdə təhsil alıb. Ülvi Qulamlı 2012-2014-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2018-ci ildən isə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq xidmət edirdi. Azərbaycan Ordusunun kiçik çavuşu olan Ülvi Qulamlı 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Ülvi Qulamlı oktyabrın 20-də Ağdərə istiqamətində şəhid olub. Mingəçevir şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ülvi Qulamlı ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Ülvi Qulamlı ölümündən sonra "Laçının azad olunmasına görə" medalı ilə təltif edildi.
Ülvi Quliyev
Ülvi Quliyev (tam adı: Quliyev Ülvi Zahid oğlu, 17 sentyabr 1966, Bakı) — Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Gənclər və idman, Səhiyyə komitəsinin üzvü, Azərbaycan Karate-do Federasiyaları Assosiasiyasının prezidenti. Ülvi Quiyev 17 sentyabr 1966-cı ildə Bakı şəhərində, professor Zahid Quliyevin ailəsində anadan olub. 1983-cü ildə Bakı şəhəri , Nəsimi rayonu 9 saylı orta məktəbi bitirmişdir. 1983–1988-ci illərdə Azərbaycan Dövlət Tibb Universitetinun əczaçılıq fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. 1998–2002-ci illərdə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirmişdir. Rus və ingilis dillərini bilir. Evlidir, 2 övladı var. Dilçilik elimləri doktoru, professor Zahid Quliyevin oğludur. Karate idman növü üzrə VIII Dan qara kəmər sahibi, Karate idman növü üzrə Avropa və Dünya çempionudur. Azərbaycan Respublikasının "Əməkdar İdman ustası", Azərbaycan Respublikasının "Əməkdar Məşqçi", Azərbaycan Respublikasının Prezidentinin 2008-ci il 5 mart tarixli Sərəncamı ilə "Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi"fəxri adına layiq görülüb.
Ülvi Qənizadə
Ülvi Qənizadə (1 yanvar 1999, Sumqayıt) — Azərbaycanı təmsil edən yunan-roma güləşçisi, 2023-cü il Avropa Çempionatının qalibi. Ülvi Qənizadə 2015-ci ilin avqustunda Bosniya və Herseqovinanın Sarayevo şəhərində baş tutan yeniyetmələr arasında Dünya Çempionatının bürünc medalına sahibi oldu. Daha sonra Ülvi Qənizadə 2016-cı ilin martında İranın Tehran şəhərində baş tutan Yadigar İmamın xatirəsinə həsr olunan beynəlxalq turnirdə gümüş medalın sahibi oldu. Həmin ilin iyulunda İsveçdə baş tutan yeniyetmələr arasında Avropa Çempionatının bürünc medalına sahib olan Ülvi Qənizadə, sentyabrda Gürcüstanda baş tutan yeniyetmələr arasında Dünya Çempionatının final görüşündə Qırğızıstan nümayəndəsi Ağyol Mahmudova məğlub olaraq turnirin gümüş medalına sahib oldu. 2017-ci ilin iyununda Almaniyanın Dortmund şəhərində baş tutan gənclər arasında Avropa Çempionatında mübarizə aparmaqla gənclərin turnirlərində debüt edən Ülvi Qənizadə, ümumi nəticədə 12-ci pillədə qərarlaşdı. 2018-ci ilin mayında Qazaxıstanda baş tutan Jaqsiliq Üşqempirovun xatirəsinə həsr olunan beynəlxalq turnirin qalibi olan Ülvi Qənizadə, həmin ayda Rusiyada baş tutan hərbçilər arasında Dünya Çempionatının final görüşündə Rusiya nümayəndəsi Adam Quraqa məğlub olaraq turnirin gümüş medalına sahib oldu. Daha sonra o, iyunda İstanbul şəhərində baş tutan 23 yaşlılar arasında Avropa Çempionatında 11-ci pillədə qərarlaşdı. İyulda İtaliyanın Roma şəhərində gənclər arasında Avropa Çempionatının həlledici görüşündə Rusiya təmsilçisi Məhəmməd Yarbilov üzərində qələbə qazanaraq turnirin qalibi olan Ülvi Qənizadə, sentyabrda Trnava şəhərində gənclər arasında Dünya Çempionatında uğursuz nəticə göstərdi və 24-cü pillənin sahibi oldu. 2019-cu ilin aprelində Rumıniyanın Buxarest şəhərində Avropa Çempionatlarında debüt edən Ülvi Qənizadə, turniri 10-cu pillədə başa vurdu. Daha sonra o, iyunda İspaniyada gənclər arasında Avropa Çempinatında 8-ci pillənin sahibi olsa da, avqustda Estoniyanın Tallin şəhərində baş tutan gənclər arasında Dünya Çempionatının final görüşündə Rusiya nümayəndəsi Sergey Stepanova məğlub olaraq turnirin gümüş medalına layiq görüldü.
Fatma Ülviyyə Sultan
Fatma Ülviyyə Sultan və ya Fatma Ülviyyə Gərmiyanoğlu (11 sentyabr 1892, Vahidəddin köşkü, Konstantinopol, Osmanlı imperiyası – 25 yanvar 1967, İzmir) — son Osmanlı sultanı Sultan Vahidəddinin qızı. == Həyatı == Ülviyyə Sultan 11 sentyabr 1892-ci ildə atasına məxsus Vahidəddin köşkündə dünyaya gəldi. Atası Sultan Əbdülməcidin oğlu Vahidəddin Əfəndi, anası isə onun ilk xanımı Əminə Nazikəda Qadınəfəndidir. Adını uşaq yaşda qəza nəticəsində yanaraq ölən əmisi qızı Ülviyyə Sultandan almışdır. Uşaq yaşlarında mükəmməl saray tərbiyəsi alan Ülviyə Sultan bacısı Sabiha Sultanla birlikdə babasının xidmətçilərindən Mihrifələk xanımın oğlu Rəfiq bəy nəzarətində saray təhsilini tamamlamışdır. Ənənəvi Osmanlı tərbiyəsiylə yanaşı, Mile Voçino adlı bir italyan musiqiçidən piano dərsləri də almışdır. 1 fevral 1916-cı ildə müəmmalı şəkildə vəfat edən İzzəddin Əfəndinin vəfatıyla, atası Vahidəddin Əfəndi taxt varisi elan olundu. Bu səbəblə vəliəhdin ən böyük övladı olaraq Ülviyyə Sultanın evləndirilməsi müzakirə edildi. Nəhayət, Ülviyə Sultan 10 avqust 1916-cı ildə son Osmanlı sədrəzəmi Əhməd Tofiq Paşanın oğlu İsmayıl Haqqı bəylə nikahlandı. Nikah dövrün şeyxülislamı Ürgüplü Mustafa Əfəndi tərəfindən bağlandı və mərasimin ardından cütlük Beşiktaş sarayında yaşamağa başladı.
Fatma Ülviyə Sultan
Fatma Ülviyyə Sultan və ya Fatma Ülviyyə Gərmiyanoğlu (11 sentyabr 1892, Vahidəddin köşkü, Konstantinopol, Osmanlı imperiyası – 25 yanvar 1967, İzmir) — son Osmanlı sultanı Sultan Vahidəddinin qızı. == Həyatı == Ülviyyə Sultan 11 sentyabr 1892-ci ildə atasına məxsus Vahidəddin köşkündə dünyaya gəldi. Atası Sultan Əbdülməcidin oğlu Vahidəddin Əfəndi, anası isə onun ilk xanımı Əminə Nazikəda Qadınəfəndidir. Adını uşaq yaşda qəza nəticəsində yanaraq ölən əmisi qızı Ülviyyə Sultandan almışdır. Uşaq yaşlarında mükəmməl saray tərbiyəsi alan Ülviyə Sultan bacısı Sabiha Sultanla birlikdə babasının xidmətçilərindən Mihrifələk xanımın oğlu Rəfiq bəy nəzarətində saray təhsilini tamamlamışdır. Ənənəvi Osmanlı tərbiyəsiylə yanaşı, Mile Voçino adlı bir italyan musiqiçidən piano dərsləri də almışdır. 1 fevral 1916-cı ildə müəmmalı şəkildə vəfat edən İzzəddin Əfəndinin vəfatıyla, atası Vahidəddin Əfəndi taxt varisi elan olundu. Bu səbəblə vəliəhdin ən böyük övladı olaraq Ülviyyə Sultanın evləndirilməsi müzakirə edildi. Nəhayət, Ülviyə Sultan 10 avqust 1916-cı ildə son Osmanlı sədrəzəmi Əhməd Tofiq Paşanın oğlu İsmayıl Haqqı bəylə nikahlandı. Nikah dövrün şeyxülislamı Ürgüplü Mustafa Əfəndi tərəfindən bağlandı və mərasimin ardından cütlük Beşiktaş sarayında yaşamağa başladı.
Nuriyə Ülviyyə Mevlan Civələk
Nuriyə Ülviyyə Mevlan Civələk — türkiyəli jurnalistdir. O, Balıkəsirin Gönen vilayətində 1893-cü ildə anadan olmuşdur. Türkiyənin qadın hüquq mühafizəçisidir. İlk Türkiyəli feminist qadın jurnalının və müsəlman qadın hüquqlarının yaradıcısıdır. 1893-cü ildə Sofiya və Çərkəz Mahmudun 7-ci qızıdır. Osmanlı imperiyası dövründə Balıkəsirdə anadan olmuşdur. Nuriyyənin ailəsi Kafkasyada yaşadığı müddət ərzində Rusiya imperiyası tərəfindən sürgün edilmişdir. Sürgündən sonra Trabzona ordanda Balıkəsirə gəlirlər. Burada onlar maddi cəhətdən sıxıntı çəkillər. Buna görə də qızlarını 6 yaşında Ulduz saraya göndərirlər.
Ülvi Camal Erkin
Ülvi Camal Erkin (14 mart 1906, Konstantinopol – 15 sentyabr 1972 və ya 15 oktyabr 1972, Ankara) — türk bəstəkar, pianoçu, dirijor və pedaqoq. Piano çalmağı uşaq olarkən anasından öyrənmişdir. 1960–70-ci illərdə Ankara Konservatoriyası orkestrinin və Opera Teatrının dirijoru olmuşdur. 1971-ci ildə Dövlət sənətkarı adını almışdır. Parisdə başladığı "İki dans" adlı əsərini Ankarada tamamlamış, premyerası 1931-ci ildə Rəyasəti-Cumhur Filarmoniyasında olmuşdur. Ankara Dövlət Konservatoriyasında fortepino bölməsinin rəhbəri, 1949–57-ci illərdə isə rektoru vəzifələrində çalışmışdır. Bəstəkar Necil Kazım Akseslə birlikdə "Karmen", "Aida", "Fidelio" kimi bir çox məşhur opera əsərini türk opera repertuarına daxil edərək, səhnəyə qoymuşdur. Bəstəkarların 1943-cü il müsabiqəsində iki konsertlə çıxış etmiş, "Fortepiano üçün konsert"i mükafata layiq görülmüşdür. Müasir musiqinin ifadə vasitələrindən istifadə edən Erkin 2 simfoniyanın, violin, fortepiano ilə orkestr üçün konsertlərin, caz kvarteti, orkkestr üçün rapsodiya və digər əsərlərin müəllifidir. Milli cəhətləri müasir bəstəkarlıq texnikası vasitələri ilə ustalıqla uzlaşdırırdı.
Ülvi Mirzəyev (əsgər)
Ülvi Üzeyir oğlu Mirzəyev (10 may 2000; Yenikənd, Siyəzən rayonu, Azərbaycan — 5 oktyabr 2020; Şəybəy, Cəbrayıl rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. Ülvi Mirzəyev 2000-ci il mayın 10-da Siyəzən rayonunun Yenikənd kəndində anadan olub. 2018-ci ildə Yenikənd kənd tam orta məktəbindən məzun olub. 2 illik xidmətdən sonra Giləzi quşçuluq fabrikində bir müddət işləmişdir. 2018-ci ildə müddətli həqiqi hərbi xidmətə yollanan Ülvi 2020-ci ilin aprelində xidmətini başa vurub. 2020-ci ilin iyul-sentyabr aylarında səfərbər olunan Ülvi Mirzəyev, sentyabr ayında yenidən xidmətə çağırılmışdır. Azərbaycan Ordusunun əsgəri olan Ülvi Mirzəyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın azad edilməsi uğrunda gedən döyüşlərdə savaşıb. 5 oktyabr 2020-ci ildə Cəbrayıl rayonunun Şəybəy kəndi istiqamətində döyüş tapşırığını yerinə yetirərkən şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ülvi Mirzəyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Ülvi Mirzəyev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Ülviyə Allahverdiyeva
Ülviyyə Heydərova
Ülviyyə Heydərova — Azərbaycanlı yazıçı, dramaturq, ssenari müəllifi. Ülviyyə Heydərova 1981-ci ildə Əli Bayramlı rayonunda anadan olub. 2005-ci ildə Azərbaycan İctimai-Siyasi Universitetinin jurnalistika fakültəsini bitirib. 2009-ci ildə isə Bakı Slavyan Universitetinin Yaradıcılıq fakültəsini bitirib. Azərbaycan Kinematoqrafçılar İttifaqı nəzdindəki Rüstəm İbrahimbəyovun Bakı Kino Məktəbində .Oskar mükafatı laureatı, dünya şöhrətli yazıçısı Rüstəm İbrahimbəyovun ssenari kursunu, Azərbaycan Teatr Xadimlər İttifaqının Dramaturgiya laboratoriyası, görkəmli kinodramaturq, Xalq artisti Ramiz Fətəliyevin kursunu və İngilis ssenarist Paul Fraserin ustad dərsində təhsil alıb. İlk qələm təcrübəsi 1997-ci ildə Şirvan şəhərində çıxan "İşıq" qəzetində dərc edilib. Müxtəlif mətbuat orqanlarında, o cümlədən "Pəncərə (Mədəniyyətə baxış)", "Ölkəm" jurnallarında, "Az-media", "Vətəndaş həmrəyliyi" qəzetlərində müxbir kimi çalışıb. Bədii, publisistik yazıları ilə "525-ci qəzet"də, Lit.az, Lent.az, Kultaz.com, Kulis.az, Sim- sim.az və bir çox mətbuat orqanlarında çıxış edir. Hal-hazırda Azərbaycan Televiziyası QSC-nin “Mədəniyyət xəbərləri” redaksiyasında müxbir vəzifəsində çalışır. "Noutbuk" povesti 2008-ci ildə I Nəsimi Milli Ədəbiyyat Müsabiqəsində nəsr üzrə I yer qazanıb.
İzzət Ülvi Yönter
İzzət Ülvi Yönter (11 may 1976, Əmirdağ[d], Afyonqarahisar ili) — iqtisadçı və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 25, 26, 27 və 28-ci çağırışlarının deputatı. İzzət Ülvi Yönter 1976-cı ildə Afyonqarahisar ilinin Emirdağ ilçəsində anadan olub. İstanbul Universiteti Siyasi Elmlər Bölməsindən və Tarix Bölməsindən məzun olub. Anadolu Universitetində iqtisadiyyat üzrə magistr, həmin universitetdə biznesin idarə edilməsi üzrə isə PhD dərəcələri alıb. Uzun illərdir MHP üzvüdür. 2018-ci ildən MHP sədrinin müavinidir. İyun 2015, noyabr 2015, 2018 və 2023-cü illərdə İstanbul ilindən MHP namizədi olaraq Türkiyə Böyük Millət Məclisinin 25, 26, 27 və 28-ci çağırışlarının deputatı seçilib. TBMM Sənaye, Ticarət, Enerji, Təbii Sərvətlər, İnformasiya və Texnologiyalar Komissiyasının üzvü vəzifəsində təmsil olunub. İngiliscə bilir. Evli və 1 uşaq atasıdır.

Digər lüğətlərdə